1991 Gürcüstanda Müstəqillik Referendumu

Gürcüstan Respublikası ərazisində müstəqillik referendumu 31 mart 1991-ci ildə keçirildi.

Səs verənlərin 99.5%-ı lehinə qərar vermişdilər.

Arxa plan

Referendum 1990-cı ilin oktyabr ayında Sovet Gürcüstanında keçirilmiş ilk çoxpartiyalı seçkilərdə seçilən Gürcüstan Ali Şurası tərəfindən təsdiqləndi və şurada Sovet dönəminin dissidenti Zviad Qamsaxurdianın rəhbərlik etdiyi müstəqillik tərəfdarı olan Dəyirmi Masa—Azad Gürcüstan bloku üstünlük təşkil edirdi. Federasiyanın davamına dair ümumittifaq referendumu və 17 martda yeni ittifaq müqaviləsi üzrə danışıqları əsasən boykot edən Gürcüstan üç Baltikyanı dövlətdən (9 fevral 1991-ci ildə Litvada, həmin il 3 mart LatviyaEstoniya) sonra müstəqillik referendumu təşkil edən dördüncü Sovet respublikası oldu.

Referendumun yeganə sualı bu idi ki, "26 may 1918-ci il tarixli Gürcüstan İstiqlal Bəyannaməsi Aktına uyğun olaraq Gürcüstanın müstəqilliyinin bərpasını dəstəkləyirsinizmi?". Rəsmi nəticələrə əsasən, seçicilərin 90.6%-nın iştirak etdiyi səsvermədə 99% lehinə qərar verdilər. Etnik zəmnində baş verən ixtilaf səbəbindən AbxaziyaCənubi Osetiyanın qeyri-gürcü sakinləri səsverməni boykot etdilər.

Nəticələrin açıqlanmasından dörd gün sonra Gürcüstan Ali Şurası Sovet İttifaqının 1989-cu il aprelin 9-da müstəqillik elanını yekdilliklə qəbul etdi, bu hadisə Tbilisidə Sovet ordusunun dinc nümayişlərə basqınının ikinci ildönümündə baş verdi.

Referendum ABŞ-nin keçmiş prezidenti Riçard Niksonun Gürcüstanın paytaxtı Tbilisdə bir neçə seçki məntəqəsini ziyarət etdiyi xüsusi səfəri ilə üst-üstə düşdü, daha sonra prezident həmin gün Moskva şəhərinə yola düşdü.

Nəticələr

Seçim Səslər %
Lehinə 3,295,493 99.5
Əlehinə 16,917 0.5
Etibarsız 13,690
Ümumi 3,326,100 100
Mənbə: Nohlen et al.

İstinadlar

Tags:

Gürcüstan Respublikası

🔥 Trending searches on Wiki Azərbaycanca:

Bəxtiyar VahabzadəSuda-quruda yaşayanlarİsmin hallanmasıQızdırmaXəlil Rza UlutürkBahadur ƏliyevRövşən CavadovDünya okeanıSöhbətül-əsmarCənubi KoreyaRənglər siyahısıMikayıl MüşfiqSəhraİkinci Qarabağ müharibəsiSinir sistemiQafqaz AlbaniyasıBeynəlxalq telefon kodlarıPerimetrAydın Kərimov (hüquqşünas)ŞuşaFaizTamamlıqİmadəddin NəsimiFikrət ƏmirovAvropa ölkələrinin siyahısıQoşma (qrammatika)ASAN xidmətAllergiyaFüzuli kantatasıAygün KazımovaAdolf HitlerHicri təqvimNovruz bayramıEkoloji problemlərQızılQəbələAzərbaycan PrezidentiMir CəlalMir Mövsüm AğaBəngü-BadəHüquqVilayət EyvazovAzərbaycanın sərhədləriŞəki xan sarayıİbn SinaSay sistemləriAzərbaycan Xalq CümhuriyyətiMisir ehramlarıKamran İmanovYerin quruluşuDOST AgentliyiAzərbaycanın təbii sərvətləriŞəkiAzərbaycanın iqtisadi rayonlarıSanksiyaRamil UsubovQubaMülahizəAzər-Türk BankDostluqArazKvadrat metrİlyas ƏfəndiyevŞirvanşahlar dövlətiGənclik parkıInstagramVaqif (dram)ŞifrDövlətABŞ bayrağıŞamaxıAzərbaycandakı çayların siyahısıNeft DaşlarıOxatan (astrologiya)Kütlə vahidləriOral seksMəmmədəli HüseynovAzərbaycan Quru Qoşunlarının hərbi nişanları🡆 More