Fars Dırmanantəlxəsi

Fars dırmanantəlxəsi (lat.

Sayı azalmaqda olan relikt növdür.

Fars dırmanantəlxəsi
Fars Dırmanantəlxəsi
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Sauropsida
Klad:
Eureptilia
Klad:
Romeriida
Klad:
Diapsida
Klad:
Neodiapsida
Klad:
Sauria
Klad:
Lepidosauromorpha
Dəstəüstü:
Lepidosauria
Dəstə:
Klad:
Toxicofera
Klad:
Ophidia
Yarımdəstə:
???:
Fars dırmanantəlxəsi
Beynəlxalq elmi adı

Təsviri

Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir. Bir və ya iki gözarxası, 2+2, 2+3 nadir hallarda 1+3 gicgah, 8 nadir hallarda 7 üst dodaq qalxancıqlarından 4 və 5-ci gözə toxunur, 10 və ya 11 alt dodaq, kənarları hamar 21 və ya 25 bel pulcuqları, pulcuqların formulu 27 – 25 – 23 – 21 – 19 - 17, qarınaltı qalxancıqlar 207 - 233 ədəd, quyruqaltı qalxancıqlar isə 68 - 83 cüt olur, anal qalxancıq bölünmüşdür.

Yayılması

Azərbaycanın cənub-şərq hissəsinin meşə zonasında (Lənkəranın Şahağac, Gücavar, Astaranın Bəndəsər, Züngüləş kəndləri ətrafında və Talışın dağətəyi meşələrində) yayılmışdır. Azərbaycandan kənarda İranda Elbursun dağətəyi hissəsində, Xəzərin cənub hissəsinin sahil zolağında, Gilan və Mazandaran əyalətlərində rast gəlinir.

Yaşama yeri və həyat tərzi

Lənkəran təbii vilayətində enliyarpaqlı rütubətli meşələrdə, seyrək kolluqlarda, çılpaq dərə yamaclarında rast gəlinir. Qış yuxusundan martın-aprelin əvvəlləri oyanır. Oktyabrın sonlarına kimi fəaldır. Cavan fərdləri xırda cücülərlə, yetkin fərdləri isə kiçik məməlilərlə-siçanabənzər gəmiricilərlə, nadir hallarda quşlar, quş balaları və yumurtaları ilə qidalanır. Yumurta qoyma iyulun əvvəlləri və ortaları baş verir. Cinsi yetkinliyə üç yaşında çatırlar.

Sayı

Azərbaycanın cənub-şərqində 10 km marşrutda fərdlərin sayı 2 - 3-ə çatır.

Məhdudlaşdırıcı amillər

İnsan fəaliyyəti nəticəsində yaşama yerləri olan meşələrin qırılması, həmçinin təbii düşmənləri olan gündüz yırtıcı quşları, yırtıcı məməlilər tərəfindən məhv edilmə.

Qorunma

Hirkan Milli Parkının ərazisində qorunur. İUCN siyahısına (DD kateqoriyası ilə) daxildir. Meşələrin qırılmasının qarşısının alınması, həmçinin insanın növün yayıldığı yerlərdə transformasiyaedici və modifikasiyalaşdırıcı təsirinin qadağan etmək lazımdır.

Mənbə

  • 1.Bünyatova S.N. Lənkəran təbii vilayətində yayılan eskulap təlxəsinin (Elaphe longissima, Laurenti, 1768) bəzi bioekoloji xüsusiyyətləri. Zooloqlar cəmiyyətinin əsərləri, Bakı, 2008. səh. 607 - 610;
  • 2. Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Баку: Элм, 1978. стр. 128;
  • 3. Банников А.Г., Даревский И.С., Ищенко В.Г., Рустамов А.К., Щербак Н.Н. Определитель земноводных и пресмыкающихся фауны СССР. М.: Просвещение, 1977. стр. 281-283;
  • 4. Туниев Б.С., Орлов Н.Л., Ананьева Н.Б. Змеи Кавказа: таксономическое разнообразие, распространение, охрана. Товарищество научных изданий КМК Санкт-Петербург-Москва, 2009, стр. 87 - 88.
  1. Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013

İstinadlar

Tags:

Fars Dırmanantəlxəsi TəsviriFars Dırmanantəlxəsi YayılmasıFars Dırmanantəlxəsi SayıFars Dırmanantəlxəsi Məhdudlaşdırıcı amillərFars Dırmanantəlxəsi QorunmaFars Dırmanantəlxəsi MənbəFars Dırmanantəlxəsi İstinadlarFars DırmanantəlxəsiLatın diliSuilanıkimilər

🔥 Trending searches on Wiki Azərbaycanca:

Əfşar imperiyasıHəzi Aslanov metrostansiyasıŞahrudin MəhəmmədəliyevFormula 1QaraqoyunlularƏfqanıstanSəudiyyə ƏrəbistanıÇevrəZülallarAygün KazımovaƏsrin müqaviləsiAfrika ölkələrinin siyahısıHikmət HacıyevAğciyər xərçəngiElektrik müqavimətiOğlaq (astrologiya)FellatioHacı Zeynalabdin TağıyevİspaniyaHeydərbabaya salamBizans imperiyasıQrafik redaktorlarİnformasiyaŞiəlikƏmir TeymurCəlil MəmmədquluzadəAzərbaycan Sovet Sosialist RespublikasıQoyunSöz birləşməsiHidayət HeydərovAvropa ölkələrinin siyahısıXəlil Rza UlutürkLəzgilərMuğamNəriman Nərimanov metrostansiyasıKvadrat metrİslam peyğəmbərləriNüşabə ƏləsgərliRus əlifbasıFərid ƏhmədovGənclik parkıMehdi HüseynzadəTrapesiyaVüqar BiləcəriTalışlarKonstitusiyaOsmanlı sultanlarının siyahısıFevralMikayıl Müşfiq28 May metrostansiyasıİnkişaf etmiş ölkəDairəGöbələklərAyaz MütəllibovQadın reproduktiv sistemləriƏhmədiyyə CəbrayılovRövşən AbdullaoğluNadir şahŞirAlqoritmMürəkkəb cümləXəzər dəniziAzərbaycan generallarının siyahısıDalğa ArenaGöygöl rayonuQuba xanlığıAprelLaləAzərbaycan şairlərinin siyahısıİkinci Dünya müharibəsiPolşaGüc (fizika)Bəylər EyyubovAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıErməni əhalisinin tarixi miqrasiyasıHamiləlikDünyanın yeddi möcüzəsi🡆 More