2020 Elazığ Zəlzələsi

Elazığ zəlzələsi — Türkiyənin şərqindəki Elazığ ilində 6.7 bal gücündə bir dağıdıcı zəlzələ.

Zəlzələ 24 yanvar 2020-ci il tarixində yerli vaxtla 20:55-də baş verir. Zəlzələ hiposentri Sivricə şəhəri yaxınlığında 11,9 km dərinlikdə yerləşir. Zəlzələ qonşu Diyarbakır, Malatya, Adıyaman və Samsun illərində də hiss olunur. Müddəti təxminən 40 saniyə davam edir. Təkrar yeraltı təkanların gücü 5.4 ilə 3.3 arasında olur. Zəlzələnin şiddəti Merkelli şkalası ilə VIII bal olaraq qiymətləndirilir.

Elazığ zəlzələsi
2020 Elazığ Zəlzələsi
2020 Elazığ Zəlzələsi
Tarix
Maqnituda 6,7
Hiposentrin dərinliyi 11,9
Episentrin yeri
Əhatəsi Doğanyol
Ölənlər 41
Xəsarət alanlar
  • 1.607
Afterşoklar 1077
Xəritədə yeri
Elazığ zəlzələsi xəritədə
2020 Elazığ Zəlzələsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeraltı təkanlar İsrail, Suriya, İran, İraq, Livan, AlbaniyaGürcüstanda da hiss edilir.

Geologiya

Türkiyənin böyük bir hissəsi Ərəb plitəsi ilə Avrasiya plitəsi arasındakı toqquşma nəticəsində qərbə doğru itələnən Anadolu plitəsindədir. Bu qərbə doğru hərəkət iki böyük fay zonası ilə müşayiət olunur. Bu iki şat boyunca hərəkət tarixən bir çox böyük və dağıdıcı zəlzələlərin səbəbi olmuşdur. 2020-ci ilin yanvarında Şərqi Anadolu fayında meydana gələn ən böyük zəlzələlər 2003-cü il Bingöl zəlzələsi (6.4) və 2010-cu il Elazığ zəlzələsi (6.1) olmuşdur.

Təkanlar

Zəlzələdən bir neçə gün sonra 1,8–5,4 bal gücündə 1077 yeraltı təkan qeydə alınmışdır. Bunlardan 13-ü 4,0 baldan yuxarı olmuşdur.

Nəticələri

Başlanğıcda Elazığ ilində təxminən beş evin, Malatya ilinin Doğanyol ilçəsində başqa 25 evin çökdüyü bildirilir. Zəlzələdən sonra minlərlə sakin yeraltı təkanlar və binaların çökməsi təhlükəsi üzündən gecəni küçədə keçirtməli olur.

Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün aparılan işlər nəticəsində 72 binanın dağıldığı, 514-ün ciddi ziyan gördüyü, 409-nun isə az miqdarda ziyan və ya orta dərəcədə zədələnmiş olduğu təsbit edilir.

13.346 binanın bütövlüyünün qiymətləndirilməsi aparılmışdır. Elazığ, Malatya, Diyarbakır, Adıyaman və Kahramanmaraşda bunlardan 378-i dağıdılmış, 3249-u ciddi, 214-ü orta və 4826-sı daha az ziyan görmüş, 4629 bina isə salamat qalmışdır.

Qurban və xəsarət alanlar

Hadisə zamanı Elazığ ilində təxminən 400 min insan yaşayırdı. 41 nəfər (Elazığda 37, Malatyada 4 də daxil olmaqla) ölmüş, 1607 nəfər yaralanmışdır (1523 yüngül xəsarətlə). Xilasedicilər 45 nəfəri dağıntılar altından çıxarmışlar.

İstinadlar

Tags:

2020 Elazığ Zəlzələsi Geologiya2020 Elazığ Zəlzələsi Təkanlar2020 Elazığ Zəlzələsi Nəticələri2020 Elazığ Zəlzələsi Qurban və xəsarət alanlar2020 Elazığ Zəlzələsi İstinadlar2020 Elazığ ZəlzələsiElazığ ili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qadın futboluZərf (nitq hissəsi)Emin ƏmrullayevDağlıq QarabağOrucSadə cümlənin şəxsə görə növləriDünya sənin, dünya mənim (mahnı)Azərbaycanda Novruz bayramıYazİkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıTarixQasım bəy ZakirTonzillitŞeyx Sənan (dram)Rum rəqəmləriƏkinçi (qəzet)Monqolların Azərbaycana ilk yürüşüFillərİsrailMürəkkəb sözlərDolça (astrologiya)GünəşAlmaniyaAral gölüDaun sindromuSillogizmQrafik formatI TəhmasibFərhad ƏhmədovÇin Milli Kosmik AgentliyiOmonimNamazAlqoritmAyaz MütəllibovTəşbehZərifə ƏliyevaNizami GəncəviKəlbəcər rayonuHüseyn CavidŞakiraAzərbaycan rəssamlarının siyahısıKarbohidratlarTofiq Bəhramov adına Respublika Stadionuİsmayıllı rayonuNamiq QaraçuxurluMonteneqroBakı kəndlərinin siyahısıAzərbaycan xalçalarıTürk xalqlarıAzərbaycan teatrıRiçard AlmeydaƏqrəb (astrologiya)Bəxtiyar Vahabzadəİntibah dövrüKəbəBabasilİslamda oral seksZəngilan rayonuAzərbaycan Futbol Federasiyaları AssosiasiyasıAstara rayonuKvadrat metrMoldovaVəftizHeyvanların qorunmasıXocalı soyqırımı qurbanlarının siyahısıİstanbulQubadlı rayonuHannibalKöməkçi nitq hissələriGərginlik (elektrik)Ağaməhəmməd şah QacarAzərbaycan gerbiGölBaiduEv pişiyiXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Təbriz🡆 More