Azərbaycan Biləsuvar: Azərbaycanda şəhər

Biləsuvar (əvvəlki adı: Puşkin) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Biləsuvar şəhər inzibati ərazi dairəsində şəhər.

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Puşkin şəhərinin tarixi adı özünə qaytarılaraq, Biləsuvar şəhəri adlandırılmışdır.

Şəhər
Biləsuvar
Azərbaycan Biləsuvar: Toponimikası, Tarixi, Coğrafiyası və iqlimi
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20.098 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1300, AZ1301
Biləsuvar xəritədə
Biləsuvar
Biləsuvar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası

Şəhərin adı ilk dəfə XIII əsrə aid mənbələrdə çəkilir. Mənbələrin verdiyi məlumata görə, Sasani şahı Xosrov Ənuşirəvan (531-579) Kür-Araz ovalığına 10 min suvar yerləşdirmişdi. Bu məlumat toponimin ikinci komponentinin etnonim olmasını təsdiqləyir. Bilə komponenti toponimiyada "çöl", "səhra", "düzən" mənalarında da işlənir. Bu baxımdan Biləsuvar toponimi etnotoponim olub, "Suvar düzü, suvarların yaşadığı düzənlik yer" deməkdir. Yaşayış məntəqəsi 1930-cu ildə rus şairi A.S.Puşkinin şərəfinə Puşkin adlandırılmışdı. 1991-ci ildən ərazinin qədim adı Biləsuvar özünə qaytarılmışdır.

Tarixi

XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya İmperiyası daxilində qalan hissənin əhalisi 1914-cü ildə Rusiya İmperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20–40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. Şəhər 1966-cı ilə qədər Puşkin qəsəbəsi adlanmışdır. Həmin il qəsəbəyə şəhər statusu verilmişdir.

Tarixi abidələri

Biləsuvar şəhərində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
861 Çöl Ağdam şəhərciyi İlk orta əsrlər Biləsuvar şəhərinin qərbində Arxeoloji Ölkə
862 İçəri Ağdam yaşayış yeri İlk orta əsrlər Biləsuvar şəhərinin qərbində Arxeoloji Ölkə
4162 Şəhriyar qalası Orta əsrlər Biləsuvar şəhərindən 9 km. qərbdə Memarlıq Yerli
5627 A.S.Puşkinin büstü Qeyd olunmayıb Biləsuvar şəhəri,
Axundov küçəsi
Monumental və xatirə Yerli
5628 Böyük Vətən müharibəsində həlak olmuş
həmvətənlərimizin xatirə abidəsi
Qeyd olunmayıb Biləsuvar şəhəri,
Axundov küçəsi 99
Monumental və xatirə Yerli
5788 Ağdam qalası Orta əsrlər Biləsuvar şəhərindən
8 km cənubda
Arxeoloji Yerli

Coğrafiyası və iqlimi

Şəhər Muğan düzündə, Salyan dəmir yolu stansiyasından 44 kilometr cənub-qərbdə və paytaxt Bakıdan 182 kilometr aralıda yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 17279 8292 8987
2009 ↗20098 ↗10045 ↗10053

Şəhidləri

İqtisadiyyatı

Mədəniyyəti

Şəhərdə Biləsuvar rayon Mərkəzi Kitabxanası, 1 №-li, 2 №-li və 3 №-li şəhər kitabxana filialları, Biləsuvar rayon Mədəniyyət Evi, Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi, Biləsuvar rayon Heydər Əliyev Mərkəzi, Biləsuvar Dövlət Rəsm Qalereyası, Azərpoçt MMC Biləsuvar Müştəri Xidmətləri Şöbəsi (AZ1300), Biləsuvar 1 saylı Poçt Şöbəsi (AZ1301) və Biləsuvar Mərkəzi EATS fəaliyyət göstərir.

Təhsil

Şəhərdə 1 saylı, 2 saylı, 4 saylı və 6 saylı tam orta məktəblər, 1 saylı ümumi orta məktəb, Biləsuvar şəhər texniki fənlər təmayüllü məktəb-lisey, Uşaq-Gənclər Şahmat-İdman Məktəbi və Biləsuvar şəhər Uşaq İncəsənət Məktəbi fəaliyyət göstərir.

Bundan başqa şəhərdə 1 saylı, 2 saylı, 3 saylı uşaq bağçaları və Biləsuvar bağça-məktəb-lisey kompleksi fəaliyyətdədir.

Din

Şəhərdə 28 dekabr 2009-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100109 A3-149 olan Biləsuvar şəhəri "İmam Hüseyn" məscidi dini icması, 11 yanvar 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A1-156 olan Biləsuvar şəhəri "Cümə" məscidi dini icması, 01 iyun 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-391 olan Biləsuvar şəhəri "İmam Zaman" məscidi dini icması və 02 iyun 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-394 olan Biləsuvar şəhəri "Əbulfəzl" məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə

Şəhərdə Biləsuvar rayon Mərkəzi Xəstəxanası və Biləsuvar rayon Mərkəzi Uşaq Xəstəxanası yerləşir.

Şəkillər

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Tags:

Azərbaycan Biləsuvar ToponimikasıAzərbaycan Biləsuvar TarixiAzərbaycan Biləsuvar Coğrafiyası və iqlimiAzərbaycan Biləsuvar ƏhalisiAzərbaycan Biləsuvar İqtisadiyyatıAzərbaycan Biləsuvar MədəniyyətiAzərbaycan Biləsuvar TəhsilAzərbaycan Biləsuvar SəhiyyəAzərbaycan Biləsuvar ŞəkillərAzərbaycan Biləsuvar İstinadlarAzərbaycan Biləsuvar Xarici keçidlərAzərbaycan Biləsuvar Həmçinin baxAzərbaycan BiləsuvarAzərbaycanBiləsuvar rayonu

🔥 Trending searches on Wiki Azərbaycanca:

Dünya ölkələrinin pul vahidləriMicrosoft WordBakcellSəfəvilərEkoloji problemlərDaun sindromuSürünənlərElektrik müqavimətiTəbiətin qorunmasıBöyük Fransa inqilabıSəbinə ƏliyevaBalaəliTəbii zonalarİbtidai insan sürüsüAzərbaycan mətbəxiİnkişaf etmiş ölkəErmənistanİyunCeyhun CəlilovİtaliyaXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Teymurilərin Azərbaycana yürüşləriHeydər Əliyevİnsanın tənəffüs sistemiABŞ-nin ştatlarıPakistanLerik rayonuKompüter qurğularıAzərbaycanın Milli QəhrəmanıAzərbaycan faunasıKürəkçay müqaviləsiOsmanlı imperiyasıAzərbaycan mədəniyyətiSuda-quruda yaşayanlarPasxaNizami GəncəviKəlbəcər rayonuLionel MessiHidrogenSooronbay JeenbekovQoşma (qrammatika)BərdəİşıqforSilindrİslamda tanrının adlarıİosif StalinOrxan SultanovSovet Sosialist Respublikaları İttifaqıMonteneqroYaponiyaElmira SüleymanovaMilli Məclis (Azərbaycan)Kompüter oyunuQızlıq pərdəsiKimyəvi elementAzərbaycan banklarının siyahısıİngiltərə tarixiKoroğluAyaz MütəllibovCümləAzərbaycan coğrafiyasıTeymurilər dövlətiAdolf HitlerVeysəl MusibovQondarma Dağlıq Qarabağ RespublikasıTovuz rayonuZeynəb XanlarovaBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)MəsdərZəncirotuHüquqTürkmənistanOlimpdə Zevsin heykəliHeyvanlarİnformasiya təhlükəsizliyi🡆 More