Azərbaycan Şəlalələri

Azərbaycan şəlalələri — Azərbaycan ərazisində mövcud şəlalələr.

Azərbaycanın ən yüksək şəlaləsi Mucuq şəlaləsidir. Qəbələ rayonu ərazisində, Dəmiraparan çayının solunda, 1700 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 96 metrdir. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür.

Böyük Qafqazın ən əzəmətli dağlarından biri - Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Azərbaycandakı digər ən məşhur şəlalələrdən biri Quba rayonu ərazisində Vəlvələçay üzərindəki məşhur Afurca şəlaləsidir. Bu şəlalə dövlət tərəfindən mühafizə olunur.

Qusar rayonunun dağ dərələrində də öz mənzərəsi ilə diqqəti çəkən şəlalələr var. Onların ən məşhuru Laza və Şahnabaz şəlalələridir. Qusarın Laza kəndindən Qubanın Xınalıq kəndinə olan məsafə boyunca qayalıqlardan müxtəlif ölçülü (hündurluyu 150 m-ə qədər) şəlalələr axır.

Yardımlı rayonunun PeştəsərOstayır kəndinindəki şəlalələr də məşhurdur. Bu rayonnun ərazisindəki Təkdam şəlaləsi də turistlərin diqqətini cəlb edir.

İsmayıllı rayonu ərazisində hündürlüğü 50 metrə çatan QalacıqBurovdal, 30 metr yüksəklikdən tökülən Çayqovuşan, 25 metrlik hündürlükdən axan İstisu, Pirbənövşə və Mədrəsə şəlalələrini misal göstərmək olar.

Laçın rayon Ağbulaq kəndi ərazisində yerləşən Ağbulaq şəlaləsi 36 metrə çatan hündürlükdədir.

Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalə sayılır. Şəlalə Zaqatala dövlət təbiət qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Katexçay şəlaləsi Azərbaycanın ən bolsulu şəlaləsidir.

Oğuz-Qəbələ yolunun kənarında yerləşən Yeddi gözəl şəlaləsi də təbiətə yaraşıq verən mənzərədir. Qax rayonundakı İlisu şəlaləsinin hündürlüyü təxminən 25 metrdir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Tags:

Azərbaycan

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qan qrupuTaunQızdırmaAsiyaMehriban ƏliyevaKompüter oyunuAvtomobilin tarixiKərim VəliyevTəbiətin qorunmasıLeykozAğıllı evlərBasketbolQaraçöp eliÜnsiyyətCənubi Afrika RespublikasıInstagramRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)YaponiyaBraziliyaSpermaŞuşanın azad edilməsiFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Məhəmməd FüzuliQız qalasıXocalı soyqırımıQaraciyərBirləşmiş Millətlər TəşkilatıAntarktidaQastritCahangir ƏsgərovMəhəmməd HadiGicitkənGərginlik (elektrik)Qarabağ xanlığıMehdi HüseynzadəAllahXurşidbanu NatəvanTrapesiyaKonusBulud texnologiyalarıAzərbaycan Hərbi Hava QüvvələriBazar iqtisadiyyatıZolaqlı kaftarTəyyarəAlbaniyaGöytürk xaqanlığıLəzgilərTəbiətİlyas ƏfəndiyevSelDinMüdafiə Nazirliyi (Azərbaycan)Xəbər (qrammatika)Dmitri Donskoy (roman)DüzbucaqlıAzərbaycan İkinci Dünya müharibəsində28 May metrostansiyasıNamiq QaraçuxurluMalaya UniversitetiZərf (qrammatika)Erotika2024PaleolitHemoqlobinİngiltərəUzunluq (fizika)TörəməTorpaqLaləAfrikaCeyhun CəlilovNaftalanŞirvanşahlar sarayıNəriman Nərimanov metrostansiyasıFormula 1I AbbasCənubi AzərbaycanMirzə Fətəli Axundov🡆 More