Ərgənəqon Dastanı

Ərgənəqon (türk.

Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir.

Ərgənəqon Dastanı
Göytürklər

Tarixi əsərlərdə

XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir.

Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var. Talat Sait Halman isə mifoloji bir varlıq olan Bozqurdun müdafiəsi sayəsində soyunun tükənmə təhlükəsindən qurtulan və yenə Bozqurtlar sayəsində dağlarla əhatə olunmuş Ərgənəqon vadisindən çıxan bir Türk toplumunun hekayəsindən bəhs edildiyini iddia edir. Digər görüşlərə görə isə Türklər və monqollar arasında bənzər olan əfsanələr vardır. Əfsanə bəzən də Novruz ilə əlaqələndirilir.

Dastanın mənşəyi

Ərgənəqon dastanı iki əsas hissədən ibarətdir:

  • Bir Bozqurdun yardımı və müdafiəsi ilə soyun davam etməsi
  • Dağlarla əhatə olunmuş vadiyə məskunlaşılması və sonra burdan çıxılması

İlk hissədən üç ayrı Çin mənbəsində bəhs edilmişdir. İkinci hissə də Çin mənbələrində mövcuddur. Çin mənbələrində də Cəmi ət-Təvarix və Şəcərəyi Türk əsərlərində olduğu kimi əfsanənin baş verdiyi ərazi Ərgənəqondur. Lakin Çin mənbələrində əfsanənin qəhrəmanları monqollar yox, Türklərdir

Fuad Köprülüyə görə, Çingiz xanın soyunda var olan kökü Türk olan ailə olduğu üçün bəhs edilən əfsanədəki monqollar əslində Oğuzlardır. Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin və Əbulqazi Bahadır xanın yazmış olduğu əsərlərlə Çin mənbələrindəki bənzərliyin səbəbi də budur.

Dastanın məzmunu

Monqol elində Oğuz xanın soyundan El Kağanın hökmdar olduğu zamanlarda tatarların hökmdarı Sevinc xan Monqol-Türk ölkəsinə müharibə elan etdi. Sevinc xan El Kağanın idarəsindəki ordunu qırğızların və digər boyların köməyi ilə məğlub etdi və El kağanın ölkəsindəki hər kəsi öldürdü. Sadəcə El Kağanın oğullarından Nüküzlə Qiyan və xanımları sağ qaldı. Onlar düşmənin onları tapa bilməyəcəyi bir yerə getməyə qərar verdilər

Yabanı qoyunların yeridiyi bir yolu izləyərək yüksək bir dağdakı keçidə çatdılar. Bu keçiddən keçərək içində axarsular, çeşmələr, müxtəlif bitgilər, çəmənliklər, meyvə ağacları və müxtəlif ov heyvanları olan bir yerə gəldilər. Sonra Tanrıya şükür edib burada qalmağa qərar verdilər. Bu yerlərə "mədən yeri" mənasını daşıyan "Ergene kon" adını verdilər. Dörd yüz il sonra soyları o qədər çoxaldı ki, Ərgənəqona sığmaz oldu. Lakin atalarının gəldiyi keçidin yeri unudulmuşdu. Ərgənəqonun ətrafındakı dağlarda keçid axtardılar. Bir dəmirçi dağın dəmir olan hissəsi əridilə bilərsə oradan çıxıla biləcəyini dedi. Dəmirin olduğu yerə bir sıra odun, bir sıra da kömür qoydular.

Yetmiş yerə qoyduqları yetmiş körüklə körüklədilər. Dəmir əridi və bir dəvənin yükü ilə keçə biləcəyi qədər yer açıldı. El Kağanın soyundan gələn Türklər əvvəlki güclərini bərpa etmiş halda əvvəlki yurdlarına qayıtdılar və atalarının intiqamını aldılar. Ərgənəqondan çıxdıqları gün olan 21 martda hər il bayram etdilər. Bu bayramda bir dəmir parçasını qıpqırmızı olana kimi qızdırdılar, sonra əvvlcə xaqan daha sonra bəylər dəmiri zindanın üstünə qoyaraq döydülər. Bu gün azadlıq və bahar bayramı kimi hələ də qeyd edilməkdədir.

İstinadlar

Tags:

Ərgənəqon Dastanı Tarixi əsərlərdəƏrgənəqon Dastanı Dastanın mənşəyiƏrgənəqon Dastanı Dastanın məzmunuƏrgənəqon Dastanı İstinadlarƏrgənəqon DastanıAltay dağlarıGöytürklərMonqol diliTürk dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Quran surələrinin siyahısıAzərbaycanın palçıq vulkanlarıŞifrKeçua dilləriAğciyər iltihabıAlçaYanvarDövlət idarəetmə formalarıAzərbaycanda yayılmış balıqların siyahısıGöygöl (göl)Latın diliPsixologiyaQabarıq çoxbucaqlıKitabi-Dədə QorqudMart soyqırımıReynKriştiano RonaldoBirinci Dünya müharibəsiPulman şirkətiÇingiz xanRusiyaAzərbaycan qoruqlarıQuranKornell UniversitetiPromilŞəki xan sarayıQanuni oğruMakedoniyalı İsgəndərTeslaCümlə üzvləriSuçiçəyiAzərbaycan memarlığıXurşidbanu NatəvanCəngəlliklər kitabıDedpulOn iki imamDöyüşDram (janr)TarixBabəkSolomon Quqqenhaym muzeyiNaftalanHəzi AslanovAvropa ölkələrinin siyahısıGoranboy rayonuRadianMolla Nəsrəddin (jurnal)Nida cümləsiMissuri çayıTahir İmanovMüxbirHikmət MirzəyevAdrianİtaliya A Seriyası 2022/2023MaterikDəmirMikayıl CabbarovAction/RPGAzərbaycan Qran-prisiNorveçElçin MustafazadəMəhəmmədhüseyn ŞəhriyarƏKOBQoç (astrologiya)Fəxri adQraviti FolsŞirvanşahlar sarayıKomedixana (veriliş, 2020)CəngəllikYagellon UniversitetiCəlilabad rayonuHəzm sistemiMəhəmməd HadiTural AbbaslıOlimpdə Zevsin heykəliGerb🡆 More