Əhməd Kəsrəvi

Əhməd Kəsrəvi (fars.

Əhməd Kəsrəvi
Əhməd Kəsrəvi
Doğum tarixi
Doğum yeri Təbriz
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri Tehran
Vəfat səbəbi qətlə yetirilmişdir
Vətəndaşlığı İran İran
Atası Hacı Mir Qasım
Milliyyəti azərbaycanlı
Fəaliyyəti yazıçı, dilçi, tarixçi, jurnalist, filosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əhməd Kəsrəvi 29 sentyabr 1890-cı ildə Təbriz şəhərinin Hökmava məhəlləsində anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi.

Elmi yaradıcılığı

Müasir Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olmasına baxmayaraq Əhməd Kəsrəvi Azərbaycanlıların ari irqinə mənsub olduqlarını sübut etməyə çalışmışdı. 3 cildlik "Tarixe-məşruteye-İran" ("İran məşrutə tarixi") kitabında 1905–1911-ci illər İran inqilabının tarixi tədqiq olunur. "Şəhriyarane-gomnan" ("Naməlum hökmdarlar"), "Azəri, ya zəbane-bastane-Azərbaycan" ("Azəri, yaxud Azərbaycanın qədim dili") və başqa əsərləri vardır. O, əsərlərində Azərbaycana xüsusi yer ayırsa da, məsələlərin izahında İran millətçiliyi mövqeyindən çıxış etmiş, İranda yaşayan azərbaycanlıların farslaşdırılması kimi mürtəce ideya irəli sürmüşdür.

Əhməd Kəsrəvi 1921-ci ildə "Azəri ya Zəban Bastane Azərbaycan" adlı əsərini nəşr etdirmişdi. Müəllif bu əsərində azərbaycanlıların türk yox, azəri adlı ayrı bir millət olduqları fikrini irəli sürmüşdür. Kəsrəviyə görə Azərbaycan dili türk dil ailəsinə mənsub deyildir. Azəri dili İran mənşəli bir dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlamışdılar.

Əhməd Kəsrəvi Şimali Azərbaycanın əslində Qafqaz Albaniyası olduğunu qeyd edir. Kəsrəviyə görə Araz çayından şimaldakı ölkə tarixin heç bir dövründə Azərbaycan adlanmamışdır. Bu ölkəyə Azərbaycan adı Məhəmməd Əmin Rəsulzadə tərəfindən verilmişdir. Müəllifə görə əsl Azərbaycan İranın tərkibindəki Cənubi Azərbaycandır və tarix boyu məhz bu ərazi Azərbaycan adlanmışdır.

Əhməd Kəsrəvi həm də "təmiz dil" siyasəti fikrini, fars dilinin başda ərəbcə olmaq üzrə əcnəbi dildə olan sözlərdən təmizləmə, həm də "təmiz din" (dinin xurafatdan ayrılması) fikirlərini irəli sürmüşdür. Kəsrəvi İranın ən böyük probleminin dil, din və etnik müxtəliflik olduğunu təsbit etmişdir. İrandakı və bütün şərqdəki geriliyin əsas səbəbi cəmiyyətdəki müxtəliflikdir. Kəsrəviyə görə böyük islahatların nəticəsinin qalmasının əsas səbəbi cəmiyyətdəki müxtəliflik və bölünmüşlükdür. O deyirdi: "Firqələşməni ləğv etməliyik. Din, dil və regional fərqlilikləri aradan qaldırmalıyıq. Bu ancaq milli şüurun meydana gəlməsi ilə mümkündür. İran milli şüurunu yaymalıyıq"

Əhməd Kəsrəvi 1946-cı ilin mart ayının 11-də "İslam fədailəri cəmiyyəti"nin üzvləri tərəfindən öldürülmüşdür.

İstinadlar

Xarici keçidlər

Tags:

Əhməd Kəsrəvi HəyatıƏhməd Kəsrəvi Elmi yaradıcılığıƏhməd Kəsrəvi İstinadlarƏhməd Kəsrəvi Xarici keçidlərƏhməd KəsrəviFars dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Rənglər siyahısıAzərbaycan mətbəxiElxan ElatlıArgentinaYaponiyaVüqar BiləcəriAraz AbdullayevBakteriyalarCənubi KoreyaTexnofest AzərbaycanAzərbaycan rəqsləriNamiq QaraçuxurluLerik rayonuElnarə AbdullayevaRafiq Əliyev (texnika elmləri doktoru)Ana səhifəİsveçrəNazpəri DostəliyevaArximed qanunuQaraqoyunlularÜzeyir MehdizadəAmerika Birləşmiş Ştatları tarixiZülallarMir CəlalDekabrBakı Dövlət UniversitetiXəzər dəniziHektarVətəndaş Həmrəyliyi PartiyasıİnternetTəbii zonalarMenstruasiyaŞəki xan sarayıAygün KazımovaAzərbaycan Tibb UniversitetiİqlimSoyuq müharibəAzıx mağarasıÖlkə paytaxtlarının siyahısıQobustan Dövlət Tarixi-Bədii QoruğuMete xaqanOlimpiya oyunlarıMaterikXlorid turşusuAlqoritmTövbə surəsiKəpəz PFKÇoxmənalı sözlərSəfəvilərQuran surələrinin siyahısıAzərbaycan Respublikasının əməkdar artistiYarımkeçirici cihazlarVətən Müharibəsi Qəhrəmanlarının siyahısıElçin Quliyev (general-polkovnik)Tofiq MahmudSəadət SarayıZaur RzayevKəlmeyi-şəhadətƏlifbaNitqVərəsəlikLeyli və Məcnun (Füzuli)Bakı Xoreoqrafiya AkademiyasıYerBöyük QafqazNurofen (sirop)Bakı kəndlərinin siyahısıİkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıQızdırmaAğstafa rayonuRafael İsgəndərovTovuz rayonuAzərbaycanda yayılmış balıqların siyahısıƏKOBParaleloqramAzərbaycan şəhərləriŞir (astrologiya)🡆 More