Şahin Allahyarov

Şahin Hüseynbala oğlu Allahyarov (29 yanvar 1993; Şamaxı, Azərbaycan — 1 noyabr 2020; Şuşa, Azərbaycan) — Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Şahin Allahyarov
Şahin Allahyarov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Paşalı, Şamaxı, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Şuşa, Azərbaycan
Dəfn yeri Zizik, Quba, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Şahin Allahyarov Sərhəd Qoşunları
Xidmət illəri 2011—2012 / 2016—2020
Rütbəsi Şahin Allahyarov Baş gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri
Şahin Allahyarov
Şahin Allahyarov Şahin Allahyarov Şahin Allahyarov

Həyatı

Şahin Allahyarov 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olub. 1995-ci ildən Quba rayonunda yaşayırdı. 1999–2010-cu illərdə Quba rayonu Zizik kənd Əliyar Rüstəmov adına tam orta məktəbdə təhsil alıb. Ailəli idi.

Hərbi xidməti

Şahin Allahyarov 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətinə davam edirdi. Allahyarov əvvəlcə, Zaqatala Sərhəd Dəstəsində müxtəlif vəzifələrdə, 2019-cu ildən isə Qazax Əlahiddə Sərhəd Diviziyasında "kəşfiyyatçı" vəzifəsində xidmətini davam etdirirdi.

Azərbaycan Ordusu Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, XocavəndŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Allahyarov noyabrın 1-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Quba rayonunun Zizik kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Allahyarova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Şahin Allahyarov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

İrsi və xatirəsi

2021-ci ildə Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun adı verilmişdir.

İstinadlar

Tags:

Şahin Allahyarov HəyatıŞahin Allahyarov Hərbi xidmətiŞahin Allahyarov TəltifləriŞahin Allahyarov İrsi və xatirəsiŞahin Allahyarov İstinadlarŞahin Allahyarov1 noyabr1993202029 yanvarAzərbaycanDövlət Sərhəd Xidməti (Azərbaycan)Vətən Müharibəsi Qəhrəmanıİkinci Qarabağ müharibəsiŞamaxı rayonuŞuşa rayonu

🔥 Trending searches on Wiki Azərbaycanca:

MəhəmmədDüzbucaqlıAntarktidaAzərbaycandakı çayların siyahısıBakcellDOST AgentliyiZaman səyahətiAzərbaycanın inzibati bölgüsüUzunluq (fizika)QafqazQuran surələrinin siyahısıBirinci Qarabağ müharibəsiFizikaVeb-brauzerBir qalanın sirriXəlil Rza UlutürkAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiBumeranqAğciyərLerik rayonuSabirabad rayonuQədim RomaYeni Müsavat (qəzet)Türk Dövlətləri TəşkilatıQazax rayonuZərifə ƏliyevaÖlçü vahidləriTəbii fəlakətBaykal–Amur magistralıSintaktik əlaqələrGözAzərbaycanda vergilərƏliRusiyaPrizmaŞuşa qalasıDəmiryolu nəqliyyatı9 May Qələbə Günüİbtidai icma quruluşuKompüter şəbəkəsiİmadəddin NəsimiTamamlıqHüceyrəQızıl yel xəstəliyiLeyli və Məcnun (Nizami)ÇahargahAzərbaycan xalq musiqisiSahələrinə görə ölkələrin və ərazilərin siyahısıQobustan Dövlət Tarixi-Bədii QoruğuAvtomobilin tarixiDostluqAlbert EynşteynBronxial astmaSözün həqiqi mənasıSöz birləşməsiSenzorHeyvanlarTərtər rayonuDövlət bayraqlarının siyahısıYerin quruluşuTəvəssül duasıYunanıstanAzərbaycan diliVikipediyaBöyük QafqazBirinci Dünya müharibəsiƏhalisinə görə ölkələrin siyahısıİnsan dişləriQaraciyərADA UniversitetiYazıBakıBeyinGülçöhrə MəmmədovaAzərbaycan Respublikasının KonstitusiyasıAmerika Birləşmiş Ştatları🡆 More