İssey Miyake

İssey Miyake (三宅 一生, Miyake İssey?, 22 aprel 1938, Hiroşima – 5 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri.

Hazırladığı büzməli geyimlərə görə "Büzmələrin kralı" ləqəbi ilə tanınmışdır. 1980-ci illərdə Yaponiyanın moda gücünün simvollarından biri olmuşdur.

İssey Miyake
三宅 一生
İssey Miyake
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Tokio, Yaponiya Yaponiya
Vəfat səbəbi Hepatosellular xərçəng
Vətəndaşlığı Yaponiya Yaponiya
Fəaliyyəti dəb dizayneri, dizayner, iş adamı, Əttarlıq
Mükafatları İssey Miyake İssey Miyake
isseymiyake.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İssey Miyake 22 avqust 1938-ci ildə Yaponiyanın Hiroşima şəhərində doğulmuşdur. 1945-ci ildə Hiroşimaya atom bombasının atıldığı an sinifdə idi, lakin bu hadisədən sağ qurtula bilmişdir.

Miyake rəqqas və ya atlet olmaq istəsə də, bacısının dəb jurnallarını oxuduqdan sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. Tokio şəhərində yerləşən Tama İncəsənət Universitetində qrafik dizaynerlik təhsili aldıqdan sonra paltar dizaynını öyrənmək üçün 1965-ci ildə Parisə getmişdir.

5 avqust 2022-ci ildə qaraciyər xərçəngindən ölmüşdür.

Karyerası

Miyake moda karyerasına 1966-cı ildə başlamışdır. O, Parisdə Qi Laroş, Ceffri Biin və Yuber de Jivenşi kimi dəb dizaynerləri ilə işləmişdir. 1970-ci ildə Tokioya qayıdaraq Miyake dizayn studiyasını qurmuşdur. 1973-cü ildə Paris dəb şousunda ilk kolleksiyasını nümayiş etdirmişdir. Tezliklə Nyu-Yorkun Bloomingdale alış-veriş mərkəzində Miyakenin yapon tatuları ilə dizayn edilmiş köynəkləri və saşiko texnikası ilə işlənmiş paltoları satılmağa başlanmışdır.

1980-ci illərdə parçanı kağız təbəqələrinin arasında bükərək və isidərək qat-qat geyim hazırlamağın yeni metodunu hazırlamış və "Pleats, Please" adlı geyim xəttini başlatmışdır. O, qadın və kişilər üçün onlarla çanta, saat və ətir xətti yaratmışdır. 1992-ci ildə yaratdığı "L’Eau d’Issey" onun ən məşhur ətir xətti hesab olunur. Bu ətir xətti okean qoxulu ətirlərin populyarlaşmasına səbəb olmuşdur. 1997-ci ildə təqaüdə çıxaraq özünü tədqiqata həsr etmək qərarına gəlmişdir.

Miyake Stiv Cobsla dostluq etmiş, onun üçün qara rəngli vadalaska geyimini dizayn etmişdir. Stiv Cobs ondan Apple işçiləri üçün vahid geyim yaratmasını istəmişdir.

Miyake işlərində Qərb və Şərq elementlərini birləşdirmişdir. Onun işləri tez-tez oriqami ilə müqayisə olunmuş, büzməli geyimlərinə görə "Büzmələr kralı" ləqəbi ilə tanınmışdır.

Mükafatları

Miyake 2005-ci ildə Yaponiya İncəsənət Assosiasiyası tərəfindən təqdim olunan İmperiya mükafatına layiq görülmüşdür. 2006-cı ildə İnamori Fondu tərəfindən təqdim olunan Kioto mükafatına layiq görülən ilk dəb dizayneri olmuşdur. Mükafata diplom, 20 karatlıq qızıl medal və 50 milyon yen daxil idi.

İstinadlar

Tags:

İssey Miyake Həyatıİssey Miyake Karyerasıİssey Miyake Mükafatlarıİssey Miyake İstinadlarİssey Miyake1938202222 aprel5 avqustHiroşimaKömək:Yapon şriftlərinin istifadə edilməsiTokioYaponiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycandakı çayların siyahısıMaralgölAzərbaycanda prezident seçkiləri (2024)Missioner pozasıRənglər siyahısıAzərbaycan Respublikasının KonstitusiyasıXristianlıqYanıqVoleybolPulAlov qüllələriMasturbasiyaAzərbaycan adalarının siyahısıOkeanHikmət MirzəyevBakının inzibati bölgüsüHicri təqvimƏdəbiyyatTəyyarəQara QarayevHafiz PaşayevMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Bəngü-BadəSemiramidanın asma bağlarıİngiltərəSay (qrammatika)BakteriyalarTarixBazar iqtisadiyyatıDüzbucaqlı üçbucaqPişikTörəməNamazRoza ZərgərliAzərbaycan xanlıqlarıLayihəİsaak NyutonHəzm sistemiMonqol imperiyasıAzərbaycan operasıMarketinqHüseyn ibn ƏliCərəyan şiddətiRoma imperiyasıSabir Əliyev (həkim)Füzuli rayonuAzərbaycan əlifbasıAzərbaycan memarlığıTolerantlıqİnteqralİqlim dəyişikliyiİlham ƏliyevDolça (astrologiya)Hadi RəcəbliLeyli və Məcnun (Füzuli)Vladimir PutinRiyaziyyatNidaÇiçəkFonetikaTürkiyəBayquşlarRozmarinUşaqların Beynəlxalq Müdafiəsi GünüQod NisanovAzərbaycan Sovet Sosialist RespublikasıAvtomobilin tarixiOlimpiya oyunlarıNyuton qanunlarıXürrəmilər hərəkatıHüquqMarsİnsanın tənəffüs sistemiAlternativ enerjiTəbiətAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiSəyyad ƏlizadəKimyəvi rabitəDəvə🡆 More