Musine Kokalari

Musine Kokalari (alb.

Musine Kokalari; d. 10 fevral 1917, Adana, Osmanlı İmperiyası – ö. 14 avqust 1983, Rreşen, Albaniya) — Alban yazıçı.

Musine Kokalari
alb. Musine Kokalari
1930-cu illər
1930-cu illər
Doğum tarixi
Doğum yeri Adana, Osmanlı İmperiyası
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Rreşen, Albaniya
Vəfat səbəbi xərçəng xəstəliyi
Vətəndaşlığı Albaniya Albaniya
Milliyyəti alban
Təhsili ali
Fəaliyyəti yazıçı, siyasətçi, qadın hüquqları fəalı[d]
Əsərlərinin dili Alban dili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albaniyada kitabı çap edilən ilk qadın yazardır. Gənclik illərində üç əhvalat kitabı çap olunan Kokalari, İkinci Dünya müharibəsindən sonra "xalq düşməni" kimi günahlandırılaraq həbs olunmuşdur. 18 ilini həbsxanada, 19 ilini isə konslagerdə keçirmişdir. Ömrü boyu bir daha yazı yazmasına icazə verilməmişdir.

Həyatı

10 fevral 1917-ci ildə Adanada dünyaya gəlmişdir. Əslən Ergirili olan ailəsi ilə birlikdə 1920-ci ildə Albaniyaya köçmüşdür. Ədəbiyyat təhsili almaq üçün 1938-ci ildə Roma Sapienza Universitetinə daxil olmuş və 1941-ci ildə Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı olan Naim Fraşeri barəsində doktorluq dissertasiyası yazaraq təhsilini tamamlamış və ölkəsinə geri dönmüşdür.

Albaniyaya döndükdən sonra xalq mədəniyyətindən ilhamlanan hekayələrini kitab halında çap etdirmişdir. Bu əsər, Albaniyada bir qadının yazarın çap olunan ilk kitabı olaraq qəbul edilir. Bundan sonra 1940-cı illərin əvvəllərində iki qısa hekayələr kitabı çap olunmuşdur.

Musine Kokalari 
Məhkəmə prosesi, 1946-cı il

17 yanvar 1946-cı ildə "xalqın düşməni" ittihamı ilə günahlandırılaraq həbs olundu. Həbs olunmasından əvvəl Tiranadaki müttəfiq qüvvələrə məktub göndərərək azad seçki və ifadə azadlığı tələbini çatdırmışdı. Buna görə də iyirmi il həbs cəzası aldı. Mat vilayətindəki Burrel həbsxanasında 18 il yatdıqdan sonra 1961-ci ildə azad edildi. Amma bu tam azadlıq deyildi. Belə ki, o, ömrünün qalan 19 ilini Mirdite vilayətindəki Rreşen şəhərində olan bir konslagerdə işlədilərək keçirmişdir.

Ona xərçəng diaqnozu qoyulduğundan xəstəxanada müalicə almaq üçün Tiranaya getmək imkanı tapmışdır.

14 avqust 1983-cü ildə vəfat etmişdir.

Xatirəsi

Ölümündən sonra Albaniya Dövlət Başçısı tərəfindən "demokratiya şəhidi" elan edilmişdir. Adı Tiranadakı məktəblərdən birinə verilmişdir. Əsərləri qadağan və ya yox edilmiş olduğundan günümüzə gəlib çatmamışdır.

İstinadlar

Xarici keçidlər

Tags:

Musine Kokalari HəyatıMusine Kokalari XatirəsiMusine Kokalari İstinadlarMusine Kokalari Xarici keçidlərMusine Kokalari10 fevral14 avqust19171983AdanaAlban diliAlbaniyaAlbanlarOsmanlı İmperiyasıYazıçı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Makedoniyalı İsgəndərƏhmədiyyə CəbrayılovQədim YunanıstanSahil metrostansiyasıAzərbaycan Texniki UniversitetiKompüterAzərbaycandakı şəhərlərin siyahısıRusiyaQuran surələrinin siyahısıBitkiİnsan inkişafı indeksinə görə ölkələrin siyahısıİnformasiyanın kodlaşdırılmasıArıReklamYerElektrik müqavimətiŞahdağ (zirvə)Dövlət Gömrük Komitəsi (Azərbaycan)ErmənistanTatarlı (Goranboy)QafqazHəzm sistemiMir CəlalBalaca şahzadəİnkişaf etməkdə olan ölkəİtBronxial astmaTörəməÜrək tutmasıNeftƏdatKenquruXərçəng xəstəliyiXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Əfşar imperiyasıBeynəlxalq təşkilatAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiHüseynbala MirələmovİrəvanAtəşgah (Bakı)Rəşid BehbudovXurşidbanu NatəvanEsseAmoksisillinXXXTentacionAzərbaycan diliAzərbaycan əlifbasıSourQızılcaKütlə vahidləriQərbi AzərbaycanUzun HəsənƏhmədli metrostansiyasıErotikaAtropatenaAdolf HitlerDənizYanardağTəzyiqAyUral çayıÜçbucaqŞifrPiza qülləsiTeymurilərin Azərbaycana yürüşləriQarabağ FKParaleloqramFeilAzərbaycan Dövlət İqtisad UniversitetiDəstəmazTürkmənlərKanadaBazardüzüXəzər dəniziƏliİqlimSifət (qrammatika)🡆 More