İsa

İsa (ən tezi e.ə.

O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar.

İsa
İsa Məsih
İsa
Doğum tarixi ən tezi e.ə. 6ən geci e.ə. 4
Doğum yeri
Vəfat tarixi 7 aprel 30 və ya 3 aprel 33
Vəfat səbəbi Çarmıx
Dəfn yeri
Həyat yoldaşı
  • bilinmir
Partnyoru
  • bilinmir
Atası Müqəddəs İosif və ya Xristianlıqda Ata
Anası Məryəm
Təhsili
  • bilinmir
Fəaliyyəti vaiz[d], peyğəmbər, dülgər[d], Ravvin, dini rəhbər[d], Məsih, vaiz[d], müəllim, din qurucusu[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.

İsa tez-tez yəhudi yoldaşları ilə Tanrıya ən yaxşı şəkildə itaət etməyin yolları barədə söhbət edir, xəstələrə şəfa verir və nəsihətamiz dini hekayələr danışırdı. Başına topladığı insanlar arasındakı on iki nəfər onun əsas müridi idi. Yerusəlimdə həbs edilən və yəhudi hakimiyyət orqanları tərəfindən mühakimə olunan İsa Roma hökumətinə təhvil verildi və Yəhudeyanın Roma prefekti Ponti Pilatın əmri ilə çarmıxa çəkildi. Ölümündən sonra İsanın yenidən dirilməsinə əmin olan davamçıların yaratdıqları icma sonralar dünyamiqyaslı bir hərəkata çevrilən xristianlığın ilk kilsəsi oldu. Onun təlimləri və həyatı haqqında məlumatlar əvvəlcə şifahi formada ötürülürdü; onlar yazılı İncillərin əsas mənbəyi sayılır.

Xristian teologiyasında İsanın Müqəddəs Ruh tərəfindən yaradıldığına, Məryəm adlı bakirə bir qadından doğulduğuna, möcüzələr göstərdiyinə, Xristian Kilsəsinin əsasını qoyduğuna, günahın kəffarəsinə nail olmaq üçün çarmıxa çəkilərək öldüyünə, daha sonra dirildiyinə və dünyaya Cənnətdən yüksələcəyinə dair inanclar yer alır. Ümumiyyətlə, xristianlar İsanın insanların Tanrı ilə barışmasına kömək etdiyinə inanır. Nicene Creed iddia edir ki, İsa diriləri və ölüləri onların cismani dirilməsi baş verməzdən əvvəl və ya sonra mühakimə edəcək; xristian esxatologiyasında bu hadisə İsanın İkinci Gəlişi ilə əlaqələndirilir. Xristianların böyük əksəriyyəti İsanı Üçlüyün üç müddəasından ikincisi olan "Tanrının Oğlu" hesab edir və ona ibadət edir. İsanın doğumu hər il dekabrın 25-də Milad bayramı kimi qeyd olunur. Onun çarmıxa çəkilməsi Müqəddəs Cümə günü, dirilməsi isə Pasxada anılır. Dünyanın ən çox istifadə edilən milad təqvimi İsanın təxmini doğum tarixinə əsaslanır.

İsa İslamda, Bəhailikdə və Druz dinində də hörmətlə qarşılanır. İslamda İsa Allahın sondan əvvəlki peyğəmbəri və Qiyamət günündən əvvəl qayıdacaq Məsih hesab olunur. Müsəlmanlar İsanın bakirə Məryəmdən doğulduğuna inansa da, onu nə Allah, nə də Allahın Oğlu hesab edir. Əksər müsəlmanlar onun öldürüldüyünə və çarmıxa çəkildiyinə deyil, Allahın onu hələ sağ ikən Cənnətə qaldırdığına inanır. Bunun əksinə, yəhudilikdə İsanın gözlənilən Məsih olduğuna dair inanc rədd edilir. Onlar iddia edir ki, İsa Məsih peyğəmbərdən gözlənilənləri yerinə yetirməyib və qanuni olaraq məsh olunmayıb; o, nə ilahi olub, nə də dirilib.

Əhdi-Cədiddə həyatı və təlimləri

Kanonik İncillər

Dörd kanonik İncil (Matta, Mark, Luka və Yəhya) İsanın həyatı və çatdırmaq istədiyi mesajın əsas mənbələri hesab olunur. Lakin Əhdi-Cədidin digər hissələri də onun həyatındakı bəzi önəmli hadisələrə istinad edir; məsələn, Birinci Korinflilər kitabının 11:23-26 hissəsində Son Şam yeməyindən bəhs olunur. Həvarilərin İşləri kitabında İsanın erkən xidmətinə və Vəftizçi Yəhyanın bunu əvvəldən bildirməsinə istinad olunur. Kitabın 1:1–11-ci hissəsində İsanın Göyə qaldırılması haqqında kanonik İncillərdə olduğundan daha çox danışılır. Müjdələrdən daha əvvəl yazılmış Paulun məktublarında isə İsanın sözləri və ya göstərişləri haqqında bir neçə dəfə vurğulanır.

Bəzi erkən xristian qruplarında İsanın həyatı və Əhdi-Cədiddə olmayan təlimləri haqqında ayrıca təsvirlər var. Bunlara Tomas Müjdəsi, Peter Müjdəsi və Yəhuda Müjdəsi, Yaqubun Apokrifonu və bir çox başqa apokrif yazıları daxildir. Əksər elm adamlarının fikrincə, bunlar daha sonra yazılıb və kanonik İncillərdən daha az etibarlı sayılır.

Müəlliflik, tarix və etibarlılıq

Kanonik İncillər hər biri fərqli müəllif tərəfindən yazılmış dörd hesabatdır. Müəlliflər təxəllüslə adlandırılır və ənənəyə görə, hər biri İsa ilə yaxın əlaqəsi olan dörd müjdəçiyə aid edilir: Peterin şəriki Yəhya Mark; İsanın şagirdlərindən biri Matta; Paulun bir neçə məktubda adı çəkilən yoldaşı Luka və İsanın "sevimli şagirdi" olan digər Yəhya.

Markan prioritetinə görə, əvvəlcə Mark Müjdəsi (eramızın 60-75-ci illəri), ardınca isə Matta Müjdəsi (65-85-ci illər), Luka Müjdəsi (65-95-ci illər) və Yəhya Müjdəsi (75-100-cü illər) yazılıb. Əksər alimlər Matta və Luka Müjdələrinin müəlliflərinin mənbə kimi Markı istifadə etdikləri ilə razılaşırlar. Metyu və Lukanın İncilində Markda olmayan bəzi məlumatlar qeyd olunduğundan, bir çox elm adamı müəlliflərin Markdan əlavə başqa mənbədən də (ümumən “Q mənbəyi” adlanır) istifadə etdiklərini düşünür.

İncilləri araşdırarkən diqqət edilməli olan ən vacib məsələlərdən biri onların hansı ədəbi janr bölgüsünə salınmasıdır. Janr "yazıların həm kompozisiyasına, həm də şərhinə yön verən əsas konvensiyadır". Müəlliflərin roman, mif, tarixi qeyd yoxsa tərcümeyi-hal yazmağa çalışmış olması faktı Müjdələrin hansı formada şərh olunmalı olduğuna çox böyük təsir göstərir. Bəzi son tədqiqatlara əsasən, İncillər janr olaraq qədim bioqrafiya kateqoriyasına aid edilə bilər. Fikir ayrılıqları olmasına baxmayaraq, günümüzün elm adamları İncillərin bir növ qədim bioqrafiya hesab olunması barədə razılığa gəlirlər.

Bu yazıların düzgünlüyünə gəldikdə, kitabların İsanın həyatını yalnış formada təsvir etdiyindən tutmuş, bəzi məqamların tarixi baxımdan etibarlı olmamasına və ən sadə detalları çıxmaq şərti ilə, İsanın həyatı haqqında çox az tarixi informasiya verməsinə qədər hər cür baxış bucağı mövcuddur: Alimlər eniş yayılmış elmi konsensusa görə, Sinoptik İncillər (ilk üçü — Matta, Mark və Luka) İsa haqqında ən etibarlı məlumat mənbəyidir.

Müqayisəli struktur və məzmun

Matta, Mark və Luka Müjdələri yunanca σύν (syn "birlikdə") və ὄψις (opsis "görünüş") sözlərindən gələn Sinoptik İncillər kimi tanınır, çünki onlar məzmun, hekayə düzülüşü, dil və paraqraf quruluşu baxımından oxşardır və onları asanlıqla yanaşı qoyub yazılanları sinoptik olaraq müqayisə etmək olar. Əksər alimlər razılaşırlar ki, Sinoptik İncillər və Yəhya Müjdəsi arasında birbaşa ədəbi əlaqə tapmaq mümkün deyil. Bir çox hadisələrin axını (məsələn, İsanın vəftiz edilməsi, transfiqurasiyası, çarmıxa çəkilməsi və həvariləri ilə qarşılıqlı əlaqəsi) Sinoptik İncillər arasında bölüşdürülsə də, transfiqurasiya və İsanın cinləri qovması kimi bəzi hadisələrə Yəhya Müjdəsində rast gəlinmir.

Sinoptik İncillər İsanın müxtəlif cəhətlərini vurğulayırlar. Markda İsa Tanrının Oğludur və onun əməllərinin qüdrəti Tanrının Krallığının mövcudluğunu nümayiş etdirir. Yorulmaq bilmədən möcuzələr göstərən İsa həm Tanrının, həm də insanların xidmətçisidir. Bu qısahəcmli müjdədə İsanın sözlərindən və ya təlimlərindən sadəcə bir neçəsi haqqında qeyd olunur. Matta Müjdəsində vurğulanır ki, İsanın mövcudluğu Əhdi-Ətiqdə bildirildiyi kimi Tanrının arzusunun yerinə yetirilməsi deməkdir və o, Kilsənin Rəbbidir. O, "Davudun Oğlu", "Kral" və Məsihdir. Luka İsanı yoxsullara mərhəmət göstərən ilahi-insan xilaskarı kimi təqdim edir. O, günahkarların və cəmiyyətdən qovulmuşların dostudur, itmişləri axtarıb xilas etmək üçün gəlib. Bu müjdə özündə "Yaxşı samariyalı" və "İsrafçı oğul" kimi bir sıra məşhur məsəlləri ehtiva edir.

Bibliyada İsa Məsih haqqında

İsanın yerdəkı həyatı, ölümü, dirilməsi, meracı əksərən Ilkin kanonik və apokrifik incillər verlər. Onun doğulması Müqəddəs ruh vasitəsilə Bakirə Məryəmə qabaqcadan xəbər verilir. Məsih Padşahı kimi Davud sülaləsinin varisi olan İsa Beytləhmdəki tövlədə doğulur. İsanın formal atası Yusifdir. Mələklər və möcüzəli ulduzla istiqamətləndirilmiş çobanlar və münəccimlər İsanı salamlamaq üçün gəlirlər. Qırxıncı gündə İsanı Allahı qəbul edən Simeon qarşılayır. İsa Dağüstü vəzi söyləyir və on iki həvari seçir. İsanın möcüzələri arasında xəstələrə şəfa verməsi, korların gözlərini açması, ölüləri diriltməsi, suyu şəraba döndərməsi, su üstündə gəzməsi, tufanı ram etməsi, beş min adamın beş və ya yeddi çörəklə doydurması, adamdan cinlərin qovulması və s.kimi möcüzələri vardır. Pasxa bayramından qabaq dişi eşşəyə minmiş İsa təntənə ilə Yerusəlimə gəlmiş, məbəddən alverçilər və qurban heyvanları satan ticarətçiləri qovmuşdur. Onun həvarisi Yəhuda onu 30 gümüş pula satır. Bundan sonra İsa on iki həvari ilə sirli Pasxa şamını təşkil edir və Özünün ələ veriləcəyini qabaqcadan xəbər verir. Həvarilərə Öz bədənini və qanını təmsil edən çörək və şərabla yevxaristiya mərasimini təsis edir. Sonra Yəhuda İskariotla istiqamətləndirilmiş silahlı dəstə gəlir. İsanı öpərkən Onu otuz gümüş pula satmış Yəhuda dəstəyə məqsədi göstərir. Petrus və ya Peter silahlı müqavimət göstərməyə çalışır və qılıncla qulun qulağını kəsir. Onu dayandırmış İsa qulu sağaldır, lakin İsanı tuturlar. Sinedrionda İsa öz Məsih titulunu təsdiq edir və Ponti Pilata gətirirlər. Pilat İsadan Özünü yəhudilərin padşahı sayıb-saymadığını soruşur və İsa bunu təsdiqləyir. Pilat İsanı azad etməyi təklif edir, lakin izdiham onun əvəzində qatil Barabbanı görmək istəyir. Buna görə İsa əvvəlcə şallaqlama, sonra çarmıxa çəkilməyə məhkum edilir və Öz çarmıxını edam yerinə (Qolqofaya) qədər aparır. Çarmıxın ağırlığına dözməmiş İsaya naməlum Kirineyalı Şimon kömək edir. Çarmıxa çəkilmiş İsanın əziyyətləri təqribən altı saat davam edir. Onun ölümü günəş tutulması, Yerusəlimdəki məbəddə pərdənin cırılması və zəlzələ ilə nəticələnir. İsa öldükdən sonra Onun şagirdləri yas tuturlar, lakin üçüncü gündə O dirilir və bir çox möminlərə görünür. Həvari Pavel bu haqda belə yazmışdır: "Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü, dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi. O əvvəl Kefaya, sonra On İki şagirdə göründü. Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü…"

Apokfirik incillərdə İsa haqqında

Bibliyaya daxil olmuş dörd Müjdədən fərqli olaraq, apokrifik incillərə İsanın uşaqlığı haqqında mözücələrlə dolu rəvayətlər daxildir. Bir misal kimi, eramızın II əsrində yazılmış "Foma İncili" İsa Məsihin uşaqlığından bəhs edir, Məsihi hər addımbaşı möcüzələr göstərən təkəbbürlü və sərt bir uşaq kimi təsvir edir. Şənbə günü gildən quş düzəldir və sonra insanların etirazları qarşısında əl çalır və o saat bunlar əsl quşlara dönüb uçmağa başlayır.

Apokrifik incillərdə İsanın ölümü haqqında yazılanlar da Bibliyadakı hekayədən fərqlənir. Eramızın II əsrinə aid olan Basilid incilində İsanın ölümü xəbərinin həqiqətə uyğun olmaması iddia edilirdi. Vasilidə görə, İsanın çarmıxda olması yalnız müəyyən adamların gözünə görsənmişdir və xəyaldan başqa bir şey deyildir. Əslində isə o edam edilməmişdir, onun yerinə başqa bir adam edam olunmuşdur. Bu cür fikrin əks olunduğu II əsrə aid olan "Böyük Sifin ikinci risaləsi" adlı apokrifik İncil Misirdə tapılmışdır. Başqa apokrifik incillərdə İsa adi insani həyat tərzi aparan bir peyğəmbər kimi təsvir olunur. Onun hətta bir qadınla evlənməsi haqqında işarəlarə də rast gəlmək olar.

İsa 
Doğurmaq üzrə olan Məryəm təzə xurma üçün ağacı silkələyir. Quranda da istifadə edilən mövzu Yalançı-Matta İncilindən və təzə xurma-doğum əlaqəsi elmi möcüzə olaraq görülür.

Quranda Məryəm oğlu İsa haqqında

Qurani Kərimə görə, İsa Allahın bir peyğəmbəri olub. İsanın Allahın Oğlu olması islamda qeyri-mümkün bir olay kimi qəti şəkildə rədd edilir. İslama görə, İsa Allaha çox yaxın bir peyğəmbər olub.

4:156. Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, 4:157.bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"- dediklərinə görə lənətə düçar edildilər, halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Bu surədə "Onlar" yəhudilərə aiddir.

112.əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) Bismillahir-rəhmanir-rəhim!

(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!"

Başqa dinlərdə İsa haqqında

Bəhai dinində

Bəhai təlimləri İsanı Allahın Məzhəri kimi — Bəhai dinindəki peyğəmbərlik konsepsiyası ilə, Allah və insanlar arasındakı vasitəçi, elçi kimi, Allahın keyfiyyət və sifətlərinin təcəllisi kimi təsvir edir (bax: Bəhai dinində Allah anlayışı). Bəhai konsepsiyası insan və ilahiliyin bənzər keyfiyyət və sifətlərlə bəzəndiyini vurğulayır, belə ki, bu Xristianlıqdakı "təcəssüm" konsepsiyası ilə oxşarlıq təşkil edir. Bəhai inancı, İsanın "Allahın Oğlu" olması ifadəsini qəbul edir, lakin bunun İsanın gəldiyi dövrdə mövcud regionda istifadə olunan simvolika olduğunu düşünür. Belə ki, Fələstin, Misir, Yunanıstan, bütün Aralıq dənizi boyunca yazılarda (məsələn, Misir mətnləri, Tövrat, Platonun "Dövlət" əsəri və s.) bu metafor müqəddəs şəxslər haqqında istifadə olunmuşdur. İsa Allahın fiziki törəməsi kimi yox, Ondan tərbiyə almış "Oğul" kimi qəbul edilir. Bəhailər düşünür ki, İsa Allahın sifətlərinin təzahür etdiyi mükəmməl güzgü kimidir, lakin onlar Allahın Ruhunun öz uca məqamını tərk edərək hər hansısa insanın bədəninə yerləşməsi ideyasını qəbul etmirlər. Çünki onlar inanırlar ki, Allah hər yeri əhatə edəndir və hər şeyin fövqündədir.

Bəhai dininin banisi Bəhaullah yazır ki, bir halda ki, Allahın bütün Məzhərləri eyni keyfiyyətlərin və sifətlərin daşıyıcısıdırlar, onların hər birini daha əvvəl gəlmiş Məzhərlərin "ruhani qayıdışı" hesab etmək olar, həmçinin hər yeni gələn Allah məzhəri yeni dini təlim gətirir, hansı ki, əvvəlkiləri əvəzləyir. Bu Bəhai dinindəki "proqressiv vəhy" konsepsiyasıdır. Bəhailər inanır ki, Allahın planı bu proses vasitəsilə, insanlığın inkişafı ilə ahəng içində irəliləyir. Allahın Məzhərləri çox xüsusi bir missiyanı həyata keçirmək və əvvəlki prosesi tamamlamaq üçün gəlirlər. Belə ki, bəhailər inanırlar ki, Bəhaullah İsa Məsihin vəd olunmuş qayıdışıdır. Bəhai təlimləri İsanın İncildəki bir çox təlimini təsdiq edir.

Qeydlər

Həmçinin bax

İstinadlar

İsa   Din ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Qurandakı peyğəmbərlər
Adəm  • Şeys  • İdris  • Nuh  • Hud  • Saleh  • İbrahim  • İsmail  • İshaq  • Lut  • Yaqub  • Yusif  • Əyyub  • Şüeyb  • Musa  • Harun  • Davud  • Süleyman  • Yunis  • Zəkəriyya  • Yəhya  • İsa  • Məhəmməd
Ayrıca bax: Allah , Din , İslam , Quran

This article uses material from the Wikipedia Azərbaycanca article İsa, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

Tags:

İsa Əhdi-Cədiddə həyatı və təlimləriİsa Bibliyada Məsih haqqındaİsa Apokfirik incillərdə haqqındaİsa Quranda Məryəm oğlu haqqındaİsa Başqa dinlərdə haqqındaİsa Qeydlərİsa Həmçinin baxİsa İstinadlarİsa3 aprel30337 aprelBeytləhmDünya diniE.ə. 4E.ə. 6MəsihRoma imperiyasıXristianlıqXristianlıqda OğulYəhudilərƏhdi-ətiq

🔥 Trending searches on Wiki Azərbaycanca:

Toral BayramovPulAzərbaycanın sərhədləriOral seksÜzeyir MehdizadəHamiləlikƏsas nitq hissələriAzərbaycan florasıAzərbaycanın Milli QəhrəmanıTürkmənistanFellatioMübariz İbrahimovEv pişiyiRafael İsgəndərovVatikanAzərbaycan adalarının siyahısıİsgəndərnaməEdelveys əməliyyatıAraz AğalarovHəzrəti Yusif (teleserial, 2008)Heydər Əliyev MərkəziSumqayıtLimfa düyünləriPavel SisianovAğciyərVitr namazıAhəng qanunuQuşlarPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Təravih namazıKriştiano RonaldoQastritAzərbaycan Quru Qoşunlarıİngilis diliAdolf HitlerGözİqaməMart soyqırımıQara daşların sakinləri (film, 1991)Tək və cüt ədədlərAutizmNamazTriqonometriyaWhatsAppTovuz rayonuÇernobıl faciəsiKompüter qurğularıAlbert EynşteynAğdərə rayonuKüləkLionel MessiOkeanİslam DövlətiÇingiz MustafayevOmonimNəsirəddin TusiQanMidiya dövlətiNikol PaşinyanƏnvər MəmmədxanlıArif Babayev (xanəndə)İrəvanEpitetÜrək (insan)ZəlzələSahələrinə görə ölkələrin və ərazilərin siyahısıLotu HikmətSolitonSalatın ƏsgərovaPielonefritAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiMübtədaMasallı rayonuBirləşmiş Millətlər TəşkilatıSourNəsibə ZeynalovaVilayət EyvazovKarles Puçdemon🡆 More