Pasxa

Fəsh və ya Pasxa (anqlosaks.

Πάσχα Pasxa, ivr. ‏פֶּסַח‏‎ Pesax) – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.

Pasxa
Rafael Santinin təsvir etdiyi Məsihin dirilməsi
Rafael Santinin təsvir etdiyi Məsihin dirilməsi
Rəsmi adı Pasxa
Növ xristian, mədəni
Həsr olunub İsanın dirilməsi
Tarix 22 mart, 25 aprel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir. Kilsə təqviminə görə ekinoksun 21 martda (baxmayaraq ki, astronomik təqvimə əsasən əksər illərdə bərabərləşmə 20 martda baş verir) baş verməsi qəbul edilir və Bütöv Ay astronomik təqvimlə heç də həmişə uyğunlaşmır. Beləcə, Pasxa tarixi 22 martla 25 aprel arasında dəyişir. Şərq xristianlığında Pasxa tarixinin hesablanması zamanı XI əsrdən bərabərləşmənin 21 mart tarixi qəbul edildiyi Yuli təqviminə əsaslanılır, 3 aprelin bərabərləşmə hesab edildiyi Qriqori təqvimində isə Pasxa tarixi 4 aprellə 8 may arasında dəyişir.

Təqvimdəki mövqeyi və simvolikası baxımından Pasxa, qədim yəhudi bayramlarından biri olan Pesaxa əsaslanır. Əksər dillərdə "Pasxa" ("Easter") və "Pesax" sözləri də əlaqəli və ya omonim sözlər kimi işlədilir. Dünyanın müxtəlif hissələrində bir-birindən fərqli Pasxa adətləri olsa da, şəfəq xidmətləri, Pasxa bayramlaşması, kilsə dövrələməsi və İsanın boş türbəsinin simvolu olan bəzədilmiş Pasxa yumurtaları ümumi motivlərdir. Əlavə olaraq, yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də vardır ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian topluluqlar arasında da geniş yayılmışdır.

Etimologiyası

Həm qədim yunan, həm də latın dilində II əsrdə bu xristian bayramı yəhudilərin Misirdən çıxmasının qeyd edildiyi Pesax (פֶּסַח) bayramının adından arami dilində formalaşmış Pasxa sözü ilə ifadə olunur. Efesdən Həvari Pavel yazır ki, "Məsih bizim Pasxamız olaraq özünü qurban etdi", həmçinin efesli xristianlar İsanın çarmıxa çəkilməsi haqqında 12 deyimi ilk eşidənlər deyildilər. İngilis dilinin təsir dairəsində olmayan əksər xalqlar bu gün də bu bayramı Pasxa adlandırır.

Müasir ingilis dilində istifadə edilən "Easter" sözü, müasir alman dilində istifadə olunan "Ostern" sözü ilə qohumdur və qədim ingilis dilində olan "Ēastre" və ya "Ēostre" sözündən gəlməkdədir. Ümumilikdə bu söz Anqlo-Sakson tanrısı olan "Ēostre"un, geniş anlamda Hind-Avropa mənşəli xalqların Şəfəq tanrısının adından qaynaqlanmaqdadır. Lakin Anqlo-Sakson tanrısı ilə bağlı iddia tam qəbul edilmir və bəzi tədqiqatçılar "Easter" adının "açılış ayı" anlamı verməsi və ya latın dilində Pasxa Həftəsinin "albis" kimi ifadə edilməsi ilə əlaqədar olmasını bildirirlər.

Dini əhəmiyyəti

Xristianlıq
Pasxa 

Pasxa 

Xristianlıq

Əhdi-Cədidin öyrətdiyinə görə Pasxa vasitəsiylə qeyd edilən İsanın dirilməsi, xristian inancının əsas məqamlarından biridir. Yenidən dirilmə, İsanı insanlara Tanrının oğlu kimi təqdim etdi və sübut etdi ki, Tanrı insanları ədalət və dürüstlüklə mühakimə edəcəkdir. "İsanın öldükdən sonra yenidən dirildilməsi ilə Tanrı insanlara yenidən doğulmaya ümid" verdi. Xristian inancına görə, İsanın yenidən həyata qaytarılmış ruhu sayəsində insanlar yeni həyat yolu ilə irəliləyə bilərlər.

Pasxa, Əhdi-Ətiqdə təsvir olunan yəhudilərin Misirdən çıxmasına əsaslanan Pesax bayramı və Əhdi-Cədiddə təsvir olunan Sonuncu şam yeməyindən İsanın çarmıxa çəkilməsi və yenidən dirilməsinə kimi olan hadisələrə əsaslanır. Əhdi-Cədidə görə, İsa özü tərəfindən hazırlanmış fərqli anlam daşıyan Pesax yeməyi vermiş və Senekalda verilən bu Sonuncu şam yeməyi zamanı həvarilərini yaxınlaşan ölümü haqqında xəbərdar etmişdir. O, matzahın tezliklə qurban veriləcək bədəni, badədəki şərabın isə tezliklə axıdılacaq qanı olduğunu bildirmişdi. Həvari Pavel qeyd edir ki, "Köhnə mayanı qorumaq lazımdır ki, siz bir maya kimi yeni topluluğa çatdırasınız. Bizim Pesax çırağımız Xristos üçün qurbam veriləcəkdir" və bu göstərir ki, Pesax ənənələri artıq o zaman evlərdə gərəkli dayağa sahib deyildi, həmçinin bu, İsanın Pasxa çırağı şəklində alleqorik təqdim edilməsi idi.

İohannın İncilinin, İsanın Pasxa çırağı kimi təqdim edildiyi şərhlərindən birində qeyd edilir ki, 14 Nisanda məbəddə Pasxa çıraqlarının məhv edildiyi vaxta İsa çarmıxa çəkilmişdir. Dini təlimatlarda bildirilir ki, çıraq iki axşam arasında, yəni alatoran vaxtı məhv edilmişdir, lakin Roma dövründə qurbankəsmə ayinləri günorta yarısı həyata keçirilirdi. Lakin bu adət Sinoptik İncillərin xronologiyası ilə təsdiqlənmir. Hesab edilir ki, İohann 19:14 –dəki "Pesaxa hazırlıq" mətn hərfi tərcümə edilərək Nisan 14-ə (Pesax üçün hazırlıq günü), Yom Şişiyə (Cümə, Pesax həftəsinə hazırlıq günü, Sabbat) istinad edilmiş və keşişlərin təmizlənmək üçün "pasxa yemək" mərasimi də Pesax çırağının yeyilməsi mərasiminə istinad edərək, daha çox inanıldığı kimi, mayasız çörək yeyilməsi günləri ilə bir əlaqəsi yoxdur.

Erkən kilsə dövründə

Erkən xristianlar olan yəhudilər və digərləri Yəhudi təqvimindən istifadə edirdilər , lakin onların hansısa xristian bayramını qeyd etmələri haqqında dəqiq mənbə yoxdur. Yəhudi mənşəli xristianlar İsanın dirilməsini qeyd edən ilk insanlar idilər. Yenidən dirilmənin Pesax bayramı ilə eyni zamanda qeyd edilməsindən bəri, onlar, İsanın dirilməsini də Pesax bayramının bir hissəsi kimi qeyd edirlər.

Pasxa bayramının qeyd edilməsi haqqında ilk dəqiq faktlar II əsrin ortalarına aiddir. Pasxa bayramının ilk qeyd edilməsi haqqında güvənilən mənbələr II əsrin ortalarına aid olsa da, ilk Pasxa xitabəsi Pasxa ənənələrinin yaradıcılarından biri olan Sardiyalı Melitonun adı ilə bağlıdır. Cheslyn Jones, Geoffrey Wainwright, Edward Yarnold, and Paul Bradshaw, Eds., The Study of Liturgy, Revised Edition, Oxford University Press, New York, 1992, p. 474. Lakin hər nə qədər şəhidlər günü (adətən individual olaraq hər şəhidə uyğun ayrıca qeyd edilir) yerli günəş təqviminə uyğun olaraq müxtəlif vaxtlarda qeyd edilsə də, Pasxanın tarixi yerli ay-günəş yəhudi təqviminə uyğun dəyişik qeyd edilmişdir. Bu Pasxanın xristianlığa nədən onun erkən dövründə, Yəhudi dövründə daxil olub, bu günə qədər suallardan azad olmamışdır fikrinə tutarlı cavabdır.

Kilsə tarixçisi Sokrat Sxolastik Pasxa adətlərini kilsənin onları əbədiləşdirmək cəhdəri ilə simvolizə edir, və qeyd edir ki, "bir çox adətlər yaradılmışdı" ki, bunlar nə İsa, nə də həvarilər tərəfindən qeyd edilməmişdi. Eyni zamanda o, bir çox yerli adətləri də qeyd edir və bildirir ki, bu bayram bütün dünyada qeyd edilir.

Tarix

İsanın ölməsi və dirilməsi
seriyasından olan məqalələr

Pasxa 

Pasxa 

Xristianlıq

Pasxa və onunla əlaqəli olan bayramlar Qriqori və Yulian təqvimlərində (hər ikisi günəşin dövrəsinə və fəsillərə əsaslanan təqvimdir) konkret gündə qeyd edilmədiyinə görə tarixi dəyişən bayramlardır. Pasxa bayramının tarixi Yəhudi təqviminə oxşar ay-günəş təqvimi ilə təyin edilir. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa bayramının tarixini bütöv aydan (Pasxa bütöv ayı) sonrakı ilk Bazar günü kimi təqdim edir, arxasınca isə Mart ekinoksu başlayır. Dini baxımdan ekinoks 21 mart (astronomik olaraq ekinoks – gecə ilə gündüzün bərabərləşməsi əksər illərdə 20 marta təsadüf edir) tarixində qeyd edilir və bütöv ay tarixi astronomik təqvimlə uyğunluq təşkil etmir.

Qriqori təqviminə əsaslanan Qərb xristianlığında Pasxa 22 martla 25 aprel arasındakı bazar günlərindən birində qeyd edilir ki, bu da astronomik bütöv ay tarixindən təxminən bir həftə sonraya təsadüf edir. Növbəti gün olan Pasxa bazar ertəsi xristian ənənələrinin üstünlük təşkil etdiyi bir çox ölkələrdə rəsmi bayram günüdür.

Şərq xristianlığında Pasxa gününün hesablanması zamanı Yuli təqviminə əsaslanılır. 1900–2099-cu illərdə təqvimlər arasında 13 gün fərqi olduğuna görə, XI əsrdə, 21 mart tarixi 3 aprel tarixinə uyğun gəlir. Pasxa isə Qriqori təqviminə uyğun, (Yuli təqvimi Şərq xristianlığının hakim olduğu ölkələrdə əhali arasında işlədilmir) müvafiq olaraq 4 aprellə 8 may arasında qeyd edilir. Həmçinin Yulian təqvimində "bütöv ay" astronomik təqvimdən bir neçə gün sonra qeyd edildiyindən, şərqdə Pasxa da qərbə nisbətən bir neçə gün gec qeyd edilir.

Şərq Ortodoks kilsələrindən bir neçəsi Yuli təqvimini Qriqori təqviminə dəyişərək Pasxa bayramını Qərb kilsələri ilə eyni vaxtda qeyd edirlər.

Hesablamalar

725-ci ildə Bede müfəssəl yazır: "Bütöv aydan sonra gələn və ekinoksa təsadüf edən bazar günü qanuni pasxa veriləcəkdir." Lakin bu əsl dini qanunları dəqiq əks etdirmir. Bunun səbələrindən biri odur ki, bütöv ay (Pasxa bütöv ayı adlandırılır) astronomik bütöv ay astronomik bütöv ay olmayıb, ay təqvimi ayının 14-cü gününə təsadüf edir. Digər bir səbəb isə odur ki, ekinoks, yəni gecə ilə gündüzün bərabərləşməsi hadisəsi, əsl astronomik fenomen olub, müxtəlif illərdə 19, 20 vəya 21 mart tarixlərinə təsadüf edir, kilsə təqvimində isə bu hadisənin tarixi sabit olaraq 21 mart kimi qəbul edilir.

Qədim kilsə qanunlarını bu gün də olduğu kimi qəbul edən xristian kilsələri 21 martı sabit ekinoks günü hesab edərək Pasxa tarixini də, sonrakə kilsə təqvimini də bunun əsasında hesablayırlar. Şərq Pravoslav Kilsəsi və Şərq Ortodoks Kilsələri Yuli təqvimindən istifadə etməyə davam edirlər. Onların da Pasxa gününü təyin etmək üçün istinad etdikləri tarix, Yuli təqvimi əsasında müəyyənləşdirilmiş 21 mart tarixi hesab olunur ki, bu da Qriqori təqvimi ilə ziddiyyət təşkil edir. Bundan əlavə Yuli təqviminin ay cədvəli də Qriqori təqvimindən dörd gün (bəzən beş gün) geri qalır. Qriqori təqviminə görə ayın on dördüncü günü, Yuli təqviminə görə doqquzuncu və ya onuncu günü olur. Günəş və ay cədvəllərinin bu uyğunsuzluğu uzun illər Pasxa tarixində fikir ayrılığının yaranmasına gətirib çıxarmaqdadır.

Pasxa tarixi günəş-ay dövrəsi əsasında hesablanır. Ay ili 30 və 29 gündən ibarət olan ayların periodik şəkildə bir-birini əvəz etməsi nəticəsində yaranır. Hər bir günəş ilində (1 yanvardan 31 dekabra kimi hesablanır) ay ayı kilsə hesablamasına əsaslanan yeni ayın doğması ilə başlayır və 29 gün (bəzən 30 gün) davam edir, beləcə, 8 martla 5 aprel arasındakı günlər həmin il üçün Pasxa ay müddəti hesab edilir. Pasxa bayramı, Pasxa ay müddətinin üçüncü bazar günü, başqa sözlə desək, Pasxa ay müddətinin 14-cü günündən sonrakı bazar günü qeyd edilir. On dördüncü Pasxa ayı, hər nə qədər artonomikn bütöv aydan iki gün sonraya təsadüf etsə də, Pasxa bütöv ayı kimi konvensiya tərəfindən təyin edilib. Yeni ayın doğması 8 Martdan 5 aprelə kimi təyin edildiyi dövrdən bəri, Pasxa bütöv ayı 21 martla 18 aprel arasına təsadüf edir.

Pasxa tarixinin Qriqori təqviminə uyğun hesablanması Kalabrialı həkim Eloiza Lilius tərəfindən ay epaktalarına uyğun tərtib edilmiş sistemlə həyata keçirilir və bu hesablama sistemi Qərb xristianlığında, o cümlədən Pasxanı rəsmən bayram edən qərb ölkələri tərəfindən qəbul edilir.

Ziddiyyətlər

Pasxa 
XVII əsrə aid "İsanın dirilməsi" ortodoks ikonası, Azərbaycan Milli İncəsənət Muzeyi.
Pasxa 
Fra Anceliko — İsanın dirilməsi, San Marko muzeyi

Pasxa bayramının qeyd edilməsi tarixi uzun müddət mübahisə mövzusu olmuşdur. II əsrin sonlarından etibarən Pasxa bayramı tarixinin mübahisəsiz ənənələr və müridlərin hesablamaları əsasında müəyyən edilməsi qəbul edilib. Quartodesiman mübahisəsi Pasxa bayramının hansı tarixdə keçirilməli olduğunun təyin edilməsi üçün açılmış bir neçə mübahisənin ilki hesab olunur.

"Quartodesiman" termini Pasxanın yəhudi təqviminə uyğun olaraq 14 Nisanda, "Lordun Pesaxı" (Leviticus 23:5) zamanı qeyd edilməsi ənənəsinə əsaslanır. Kilsə tarixçisi Kesariyalı Yevsevi qeyd edir ki, Quartodesiman mübahisəsi Polikrap (Mirna şəhərindən olan din xadimi, ənənəvi olaraq Yevangelist İohannın şagirdi hesab edilir) və Roma papası Müqəddəs Aniket arasında olmuşdur. Roma və İskəndəriyyə kilsələri Bazar günü (Mayasız çörək bazar günü) bayramı qeyd etdikləri dövrdə, Roma əyaləti olan Asiyada Pasxanı Bazar günü bayramı ilə birləşdirmək istəyən Quartodesiman var idi, lakin nə Polikrap, nə də Aniket bir-birini yola gətirə bilmir, onlar sülh əldə etmədən, məsələni həll etmədən ayrılmalı olurlar.

Papa Müqəddəs Aniketdən sonra taxta keçmiş Roma papası I Viktorun Efesli Polikrat və Asiyadan olan digər din xadimlərini Quartodesimanizmə görə kilsədən qovmasından sonra mübahisələr daha da qızışmışdı. Yevseviyə görə, bir neçə sinod mübahisəyə son qoymaq və Pasxanın bazar günü qeyd edilməsini dəstəkləmək üçün toplantı keçirmişdi. Lakin Polikrat (təxm. 190) I Viktora məktub yazaraq, Asiyada antik dövrdən formalaşmış Quartodesimanizmi müdafiə etmişdi. I Viktor, Asiyadan olan din xadimlərinin kilsədən qovulmasının təxirə salınmasına çalışırmış kimi görüntü yaratmağa çalışır, Müqəddəs İriney və başqa bir neçə nəfər isə, I Viktora, ondan əvvəl Roma papası olmuş Müqəddəs Aniketin tolerantlığını xatırladır və hər iki tərəfi ortaq məxrəcə gətirməyə çalşırdılar.

Quartodesimanizmin IV əsrə kimi mövcud olduğu düşünülür, çünki, həmin əsrdə Konstantinopollu Sokrat qeyd edir ki, IV əsrdə Quartodesimanların bir hissəsi kilsələrini Müqəddəs Yohannes Xrisostomosun yoluna qoşmuş, digər hissəsi isə, Nestorun təriqətinə qoşulmuşdu.

Bayramın 14 Nisanda qeyd edilməsi ənənəsinin nə qədər davam etməsi məlum deyil, lakin həm bayramı 14 Nisanda qeyd edənlər, həm də Bazar günü qeyd edənər ortaq bir ənənəyə sahib idilər. Belə ki, onlar bayramın vaxtını təyin etmək üçün, Nisan ayının nə vaxt başlamasını yəhudi qonşuları ilə dəqiqləşdirirdilər, lakin III əsrin sonlarından etibarən bəzi xristian qrupları arasında Pasxa tarixinin təyin edilməsində yəhudilərlə məsləhətləşilməsi məsələsində narazılıqlar meydana çıxmağa başladı. Əsas narazılıq onunla bağlı idi ki, yəhudilər bəzən, Şimal yarımkürəsində ekinoksun daha erkən izlənməsi səbəbiylə Pesax tarixinin təyin edilməsində yanılırlar. Sardika pasxa cədvəli bu narazılıqları təsdiqləyir və bildirilir ki, Şərqi Aralıq dənizi sahilindəki bəzi yəhudi topluluqları (güman ki, Antioxiya yəhudiləri) 14 Nisan tarixini bir neçə gün əvvəl qeyd edirlər. Bu səbəbdən də bəzi xristian qrupları yəhudi təqvimindən imtina edərək müstəqil şəkildə Pasxa tarixininin hesablanmasına cəhd etməyə başladılar. Digərləri isə hətta yəhudi təqvimində yanlışlıqlar olsa belə, onlarla məsləhətləşməni davam etdirdi.

Pasxa tarixninin müəyyənləşdirilməsi üçün yəhudilərlə məsləhətləşən qrupla, müstəqil hesablama aparmağa üstünlük verən qrup arasındakı mübahisələrə formal olaraq 325-ci ildə çağırılmış Birinci Nikeya Kilsə Məclisi son qoydu. Həmin kilsə məclisinin verdiyi qərara görə, keçmiş ənənəyə görə hələ də yəhudilərlə məsləhətləşmənin davam etdirildiyi yerlərdə bu adət tərk edilməli idi. Kiprli Epifani IV əsrin ortalarında yazır:

"imperator … Nikeya şəhərində … 318 din xadiminin iştirak etdiyi kilsə məclisi topladı. Onlar dini kanonları müzakirə etməklə yanaşı, eyni zamanda Pasxa bayramının da, din xadimlərinin ortaq razılıq əldə etdikləri tarixdə keçirilməsi qərara alındı, lakin gözlənildiyi kimi, bu məsələ ilə bağlı fikirlər müxtəlif oldu…"

Kanonlar və vaazların qarşı olmasına baxmayaraq, köhnə adətlər (tarixçilər həmin adətləri protopasxa adlandırır) aradan çıxmaq əvəzinə, yaşadı və davam etdirildi.

Bəzi tədqiqatçılar bildirirlər ki, kilsə məclisi Pasxa tarixinin təyin edilməsi üçün, hansısa xüsusi qaydalar təyin etməmişdi. Hər halda, kilsə məclisinin keçirilməsindən sonrakı illərdə, İsgəndəriyyə kilsəsi tərəfindən işlənmiş hesablama sistemi, normativ olaraq qəbul edilirdi, lakin İskəndəriyyə qaydaları xristian Avropada bir müddət qəbul edildi. Roma kilsəsi III əsrin sonlarından 457-ci ilə kimi 84 il ərzində Pasxa tarixinin hesablanmasında ay-günəş təqvimindən istifadə etdi. Daha sonra isə həmin təqvim Akvitaniyalı Viktorius tərəfindən İskəndəriyyə qaydalarına uyğunlaşdırıldı. Pasxa bütöv ayının hesablanmasında Viktorian və İskəndəriyyə dövrləri arasında fərqlər olduğundan, Roma ənənəsinə əsasən 16 və 22-ci ay dövrlərinin bazar günü hesablanması üsulu da diqqətə alınmış, bəzən alternativ olaraq latın və qədim yunan təqvimlərindən istifadə olunmuş, arada əmələ gələn boşluqlar isə İskəndəriyyə qaydalarının tətbiq edilməsi ilə doldurulmuşdur. VI əsrdə isə İskəndəriyyə qaydaları bütünlüklə uyğunlaşdırılmışdır. Həmin vaxtdan İskəndəriyyə və Roma kilsələri arasında Pasxa tarixinin hesablanması üstündə meydana gəlmiş mübahisələrə son qoyuldu və hər iki kilsə identik hesablama cədvəlindən istifadə etməyə başladı.

Britaniya və İrlandiyada erkən xristianlıq dövründə də, 84 il dövrləməsindən istifadə olunmuşdur. V əsrdən etibarən bu dövrləmədən irəli gələrək, ekinoks tarixi olaraq 25 mart müəyyən edildi, Pasxa isə 14 və 20-ci ay ayları ərzində bazar günü keçirildi. VI–VIII əsrlərdə 84 il dövrləməsi İskəndəriyyə üsulu ilə əvəzləndi. VIII əsrdə, Böyük Karlın hakimiyyəti dövründən başlayaraq, Qərbi Avropada yenidən Roma üsulu qəbul edildi və sonuncu dəfə İskəndəriyyə üslubuna uyğunlaşdırıldı. 1582-ci ildə, Şərq Pravoslav Kilsəsi və Qədim Şərq Kilsələri Yuli təqvimindən istifadəyə davam etdiyi halda, Katolik kilsəsi Pasxa tarixinin hesablanamsında Qriqori təqvimini əsas götürməyə başladı və o vaxtdan bəri Pasxa müxtəlif tarixlərdə qeyd edilir.

Bu gün əhalisinin yarısı katolik, yarısı isə ortodokslardan ibarət olan yunana adası Siros dünyada nadir yerlərdəndir ki, orada katoliklər və ortodokslar Pasxanı eyni tarixdə qeyd edir, katoliklərin ortodoks təqvimini qəbul etməsi ilə hər iki icma arasında yaxşı münasibət saxlanılır.

Tarix islahatı

XX əsrdə bəzi şəxslər və institutlar Pasxa üçün müxtəlif günlərə təsadüf edən sabit tarix müəyyənləşdirməyə təşəbbüs etmişlər ki, həmin tarixlərdən də ən yadda qalanı Aprel ayının ikinci Bazar günüdür. 1923-cü ildə Konstantinopol patriarxı və Serbiya patriarxının rəhbərliyi ilə Konstantinopolda toplanmış Şərq Pravoslav Kilsəsi rəhbərlərinin Ortodoks konqresi Yuli təqvimi üzərində islahat işlərini həyata keçirmişdir.

Hazırda İslah edilmiş Yuli təqviminin əsasında Yerusəlim meridianına əsaslanan dəqiq astronomik hesablamalar dayanır, lakin sonradan bütün pravoslav ölkələri bu təqvimin yalnız Yuli təqviminin sabit günləri ilə üst-üstə düşən günlərini qəbul etmişlər. Bu Pasxa hesablaması heç vaxt heç bir Ortodoks yepiskopluğu tərəfindən tam tətbiq olunmamışdır.

Birləşmiş Krallıqda, 1928-ci il Pasxa Aktı ilə Pasxa bayramının aprelin ikinci Bazar günü (və ya 9–15 aprel arasındakı ilk Bazar günü) qeyd edilməsi müəyyənləşdirilmişdir, lakin bu akt tətbiq edilməmişdir, buna baxmayaraq o, hələ də Müddəalar kitabında saxlanılır və müxtəlif kilsələr tərəfindən tətbiq edilə bilər.

1997-ci ildə Suriyanın Hələb şəhərində Dünya Kilsə Birliyi (DKB) tərəfindən çağırılmış sammit, elmi biliklər əsas alınmaqla Yerusəlim meridianına uyğun yaz ekinoksu və bütöv aya əsaslanan, bugünkü Pasxa hesablanması üsuluna uyğun gələn, eyni zamanda Birinci Nikeya Kilsə Məclisinin qərarına uyğun olan Pasxa təqvim islahatını təklif etmişdir. Dünya Kilsə Birliyi tərəfindən təklif edilən bu dəyişikliklər Şərq və Qərb kilsələri arasında mübahisələrin aradan qaldırılması məqsədini qarşısına qoymuşdu. 2001-ci ildən bu təklifin tətbiq edilməsi məsləhət görülsə də, hələ də bir çox kilsələr həmin təklifləri qəbul etməmişdir.

Pasxa tarixinin cədvəli

Pasxa 
Lvovda Pasxa səhəri Kuliç paylanması.

DKB-nin təqdim etdiyi müqayisəli Pasxa cədvəli:

2001–2021-ci illər üçün Pasxa tarixi cədvəli
(Qriqori tarixi ilə)
İl Yaz
Bütöv Ayı
Astronomik
Pasxa
Qriqori
Pasxası
Yuli
Pasxası
Yəhudi
Pesaxı
2001 8 aprel 15 aprel 15 aprel 15 aprel 8 aprel
2002 28 mart 31 mart 31 mart 5 may 28 mart
2003 16 aprel 20 aprel 20 aprel 27 aprel 17 aprel
2004 5 aprel 11 aprel 11 aprel 11 aprel 6 aprel
2005 25 mart 27 mart 27 mart 1 may 24 aprel
2006 13 aprel 16 aprel 16 aprel 23 aprel 13 aprel
2007 2 aprel 8 aprel 8 aprel 8 aprel 3 aprel
2008 21 mart 23 mart 23 mart 27 aprel 20 aprel
2009 9 aprel 12 aprel 12 aprel 19 aprel 9 aprel
2010 30 mart 4 aprel 4 aprel 4 aprel 30 mart
2011 18 aprel 24 aprel 24 aprel 24 aprel 19 aprel
2012 6 aprel 8 aprel 8 aprel 15 aprel 7 aprel
2013 27 mart 31 mart 31 mart 5 may 26 mart
2014 15 aprel 20 aprel 20 aprel 20 aprel 15 aprel
2015 4 aprel 5 aprel 5 aprel 12 aprel 4 aprel
2016 23 mart 27 mart 27 mart 1 may 23 aprel
2017 11 aprel 16 aprel 16 aprel 16 aprel 11 aprel
2018 31 mart 1 aprel 1 aprel 8 aprel 31 mart
2019 21 mart 24 mart 21 aprel 28 aprel 20 aprel
2020 8 aprel 12 aprel 12 aprel 19 aprel 9 aprel
2021 28 mart 4 aprel 4 aprel 2 may 28 mart

Qeydlər:
1. Birinci Bazar günü astronomik bütöv aydan sonrakı, astronomik pasxada Yerusəlim meridianına istinad edilir.
2. Pasxa tarixləri günəşin qürubundan sonra hesablanır.

Kilsə ilində yeri

Pasxa 
Pasxa tonqalı

Qərb xristianlığında

Qərb xristianlığında Pasxa, bayrama hazırlıq dönəmi hesab olunan və Kül Çərşənbəsi ilə başlayan Böyük pəhriz müddətinin sonunda, Bazar günü keçirilir. Xristian ənənəsində böyük əhəmiyyətə malik olan Pasxadan əvvəlki son həftə Müqəddəs həftə adlandırılır. Pasxadan əvvəlki Şənbə günü isə İsanın Yerusəlimə giriş günü adlandırılır. Pasxadan əvvəlki üç gün Ehtiraslı cümə axşamı, Yaxşı cümə və Müqəddəs Şənbə (bəzən Sakit Şənbə də adlandırılır) adlanır. Ehtiraslı cümə axşamı, Yaxşı cümə və Müqəddəs Şənbə günləri İsanın Yerusəlimə girməsi, Sonuncu şam yeməyi və Çarmıxa çəkilmə hadisələri ilə bağlıdır. Ehtiraslı cümə axşamı, Yaxşı cümə və Müqəddəs Şənbə günləri bəzən Pasxa Triduumu ilə əlaqələndirilir. Bir çox kilsələr Pasxa bayramına Müqəddəs Şənbə günündən sonra başlayır. Bəzi ölkələrdə Pasxa bayramı iki gün qeyd edilir və ikinci gün Pasxa Bazar ertəsi adlandırılır.

Pasxa Şənbəsi ilə başlayan bayram həftəsi Pasxa həftəsi adlanır və həftənin bütün günlərinin adları qarşısında "Pasxa" sözü işlədilir. Pasxadan sonrakı şənbə Pasxa Şənbəsi, Pasxadan əvvəlki Şənbə isə Müqəddəs Şənbə adlanır.

Şərq xristianlığında

Şərq xristianlığında Pasxaya ruhi hazırlıq, Təmiz Bazar ertəsi günü ilə start verilən və 40 gün davam edən Böyük pəhrizlə başlayır. Böyük pəhrizin sonuncu həftəsi (Böyük pəhrizin beşinci Bazar günündən sonra) Yerusəlimə giriş həftəsi adlanır və Lazar Şənbəsi ilə başa çatır. Lazar Şənbəsindən başlayan Vesper ibadəti ilə Böyük pəhriz başa çatır. Lazar Şənbəsindən sonra Yerusəlimə giriş bazarı, Müqəddəs həftə və nəhayət Pasxa günü gəlir, arxasınca isə Pasxa İlahi Liturgiyası həyata keçirilir.

Pasxa ibadəti Triodionun sonuncu ibadəti olan Gecə yarısı ibadəti ilə başlayır və Müqəddəs Şənbənin gecə yarısı başa çatır. Gecə yarısından etibarən isə Pasxa bayramı başlayır və Pasxa sübh ibadəti, Pasxa saatları, Pasxa İlahi Liturgiyası həyata keçirilir. Pasxa İlahi Liturgiyasının ardınca "Bayramlar bayramı" başlayır.

Pasxadan Bütün müqəddəslər bazar gününə (Pentokostdan sonrakı bazar günü) kimi davam edən Pasxa mövsümü Pentekostarion ("beş günlük") adlandırılır. Pasxa bazarı ilə başlayan həftə Parlaq həftə adlandırılır və bu həftə ərzində oruc tutulmur. Pasxadan sonra 39 gün davam edən Bayram sonrası başlayır.

Dini əməllər

Qərb xristianlığı

Qərb xristianları Pasxa bayramını müxtəlif şəkildə qeyd edirlər. Ənənələr və Pasxa liturgik əməlləri katoliklər, lüteranlar və anqlikanlar Pasxa ibadətinə Müqəddəs Şənbə günüdən başlayır. İlin ən mühüm liturgiyası olan bu ibadətə gecənin qaranlığında tonqal qalanması ilə (bu İsanın dirilməsinini simvolududr) start verilir, Milanlı Müqəddəs Ambrosinin simvolu olan Eksultet ilahisi ifa olunur. Bu ibadətdən sonra Əhdi-Ətiqdən bəzi hissələr oxunur ki, bunlar da əsasən İnsanın yaradılması, İshaqın qurban verilməsi, Qırmızı dənizin keçilməsi və Məsih haqqında verilən xəbərlər olur. Bu ibadət isə Qloria və Halleluya ilahilərinin ifa edilməsi ilə müşayət olunur. Bu zaman yerli ənənəyə uyğun olaraq kilsənin işıqları yandırılır və zəngləri çalınır. Mərasim İncil oxunması ilə də davam etdirilir. Daha sonra mərasim kilsə kürsüsündə davam etdirilir. Qədim dövrlərdə Pasxa mərasimi vəftiz üçün ideal zaman hesab olunurdu və bu ənənə indi də Katolik kilsəsi və Anqlikan icması tərəfindən saxlanmaqdadır.

Pasxa ibadəti Yevxaristiya mərasimi (Müqəddəs Birlik də adlandırılır) ilə başa çatır. Bu ümumi ənənələr ilə bərabər müxtəlif kilsələrin özünəməxsus ənənələri də vardır: bəzi kilsələrdə Pasxa şamları yandırılır, bəzilərində Əhdi-Cədid dərsləri keçilir, bəzən isə Eksultetdən sonra Bibliya oxunur. Bəzi kilsələr isa Pasxa ibadəti mərasiminə daha erkən, Bazar günü səhəri və ya Şənbə gecəsi başlayır və həmin kilsələr qadınların boş məzara həftənin ilk günündə gəlməsinə istinad edirlər. Bu mərasim Şəfəq ibadəti adlanır və əsasən kilsədə deyil, açıq yerlərdə, kilsə həyəti, qəbirsanlıqlar və ya yaxınlıqdakı parklarda keçirilir.

Şərq xristianlığı

Pasxa 
Alban Həvari Kilsəsində "Gecə yarısı ibadəti", Nic, Qəbələ

Şərq Pravoslav Kilsəsi və Qədim Şərq Kilsələrində Pasxa bayramı əsas və fundamental mərasim hesab olunur:

    Bu Gözlənən və Müqəddəs gündür,
    Sabbatlar arasında bir gündür,
    Günlərin hökmdarı və xanımıdır,
    Mərasimlərin mərasimi, bayramların bayramıdır,
    Biz bu gündə İsanın əbədiliyini qeyd edirik!

Milad bayramı da daxil olmaqla digər bütün bayramlar onların təqvimində ikinci dərəcəli bayramlar hesab olunur. Ortodoks xristianların üstünlük təşkil etdiyi cəmiyyətlərdə bu xüsusiyyət, mədəniyyətdə də öz əksini tapmışdır. Şərq katolikləri də bu baxımdan ortodokslarla oxşar xüsusiyyətlərə malikdirlər,

lakin bu heç də o demək deyildir ki, Milad və digər liturgik günlər ortodokslar tərəfindən qeyd edilmir. Əksinə bütün bu günlər də ortodokslar tərəfindən böyük təntənə ilə qeyd edilir, lakin bu zaman Dirilmə elementlərinə üstünlük verilir. Ortodoks xristianlar bütün bayramlarda Dirilmə işıqları (şamları) yandırırlar. Pasxa həm də İsanın dünyadakı fəaliyyətinin sonu kimi qəbul edilir, o, ölərək ölümü rədd edir və insanlığı təmizlədi və ucaltdı, könüllü olaraq insan zəifliyinin öhdəsindən gəldi:

Pasxa 
Şərq Pravoslav Kilsəsinin ənənəvi Pasxa yürüşü.

Pasxaya hazırlıq Böyük Pəhriz adlanır. Bu dövrdə, ortodoks xristianlar oruc tutmaqla kifayətlənmir, əyləncəni tədricən azaldır, gündəlik ibadət mərasimləri təşkil edir, xeyriyyəçiliklə məşğul olurlar. Adətən Pasxa ibadətinə Müqəddəs Şənbə günündən başlanır və ibadətin sonnda bütün kilsələrin işıqları yandırılır, qaranlığın düşməsi gözlənilir. Gecə yarısı isə böyük tonqal yandırılır. Daha sonra isə keşişlər və digər kilsə xadimləri əllərində şam tutaraq kilsənin ətrafında dövrə vururlar. Bu, Müqəddəs Mürdaşıyan Zənənlərin "səhər tezdən" (Luke 24:1) boş məzara yürüşünü simvolizə edir.

Kilsənin ətrafında bir və ya üç dövrə vurulduqdan sonra, ibadət kilədə, bağlı qapılar arxasında davam etdirilir. Yunan ənənəsində, İncildən seçilmiş hissələr (Mark 16:1–8) oxunulur. Ümumi ənənəyə görə isə, bağlı qapılar arasında düzülən keşişlər xaç işarəsi əmələ gətirir (möhürlənmiş məzarın simvolu). Keşişlər və kilsəyə toplanmış insanlar Pasxa Troparionu ozuyur, kilsələrin zəngləri çalışır. Sonradan kilsəyə gələn insanlar da Pasxa saatlarına qoşulur və Pasxa İlahi Liturgiyasını həyata keçirirlər.

Xristian olmayan qruplarda

Bir çox Milad ənənələri kimi, Bir çox Pasxa ənənələri də Protestant islahatları zamanı məhv edilmiş, Puritan hərəkatı tərəfindən "paqan" elan edilmiş və ləkələnmişdir. Hər halda bir neçə əsas kilsə (məsələn, Lüteran, Metodist və Anqlikan kilsələri) Kilsə ilinin əsas günləri də daxil olmaqla, bir çox dövrlərini qoruyub saxlamışdır. Məsələn Lüteran kilsələri yalnız Müqəddəs həftənin üç gününü deyil, eyni zamanda Milad, Pasxa və Pentekost günlərini də üç günlük (bayram günü və ondan sonrakı iki gün) ibadət və bayramla qeyd edir.

Həyata keçirilmiş çoxsaylı islahatlara baxmayaraq, Anabaptistlər, Kvakerlər, Presveriterianlar və digər çoxsaylı xristian qruplar arasında Pasxanın qeyd edilməsi ilə bağlı xeyli sayda fərqlər qalmaqdadır.

Yehovanın Şahidlərinin Sonuncu şam yeməyi və digər günlərin hesablanması və qeyd edilməsi ənənəsi, Yəhudi təqviminə əsasən 14 Nisan axşamı İsanın yürüdülməsinin qeyd edilməsi ənənəsi vardır.

Kvarkerlər tarixi ənənələrinə bağlı qalaraq, Pasxa və digər xristian bayramlarını xüsusi təntənə ilə qeyd etmir, "hər gün rəhbərin günüdür" deyə düşünürlər. and that elevation of one day above others suggests that it is acceptable to do un-Christian acts on other days.

Dünyada Pasxa bayramları

Müxtəlif xristian ölkələrində Pasxa münasibətilə yumurta bəzədilməsi və şəkər səbətlərinin hazırlanması ənənəsi vardır. Pasxa hədiyyələri arasında Pasxa dovşanı öz məşhurluğuna görə, Milad bayramının Santa Klausu ilə müqayisə edilə bilər. Pasxa bayramının ənənəvi şirniyyatı Pasxa və Kuliçdir. Pasxa Bazar ertəsi ABŞ prezidenti ənənəvi olaraq uşaqlarla görüşür və yumurta döyüşdürür. Azərbaycan prezidenti Pasxa bayramı münasibətilə ənənəvi müraciətnamə ilə çıxış edərək, ölkənin xristian vətəndaşlarını təbrik edir. Pasxa Bazarı Nyu-York şəhərində ənənəvi Pasxa paradı keçirilir.

Xristianlığın dövlət dini olduğu və ya xristian əhalinin çoxluq təşkil etdiyi ölkələrdə Pasxa kütləvi (bəzən də rəsmi) bayram kimi qeyd edilir. Bəzi Avropa ölkələrində Pasxa Bazar ertəsi də bayram olaraq qeyd edilir. Kanadada həmçinin həm Pasxa Bazar günü, həm də Bazar ertəsi bayram günüdür. Bəzi ölkələrdə Pasxa Bazar günündən əvvəlki iki gün də bayram edilir. Danimarka, Finlandiya, Norveç və İsveçdə Pasxa, Bazar günü və Bazar ertəsi olmaqla iki gün qeyd edilir.

Həmçinin bax

Qeydlər

İstinadlar

Xarici keçidlər

    Liturgik
    Ənənələr
    Hesablama

Tags:

Pasxa EtimologiyasıPasxa Dini əhəmiyyətiPasxa Erkən kilsə dövründəPasxa TarixPasxa Kilsə ilində yeriPasxa Dini əməllərPasxa Xristian olmayan qruplardaPasxa Dünyada bayramlarıPasxa Həmçinin baxPasxa QeydlərPasxa İstinadlarPasxa Xarici keçidlərPasxaLatın diliQədim yunan diliSonuncu şam yeməyiİsanın dirilməsiİsanın çarmıxa çəkilməsiİvrit diliƏhdi-Cədid

🔥 Trending searches on Wiki Azərbaycanca:

Hüseyn CavidSüni intellektXarıbülbülMicrosoft ExcelBəylər EyyubovƏnvər HəsənovEv pişiyiVikipediyaOğlaq (astrologiya)Qədim MisirHeydər ƏliyevXürrəmilər hərəkatıUrdu diliErmənistanCahangir CahangirovŞirvanşahlar sarayıEverestMədət QuliyevQloballaşmaMolyerNamazCavanşir QuliyevÜmumi seçki hüququSultan Süleyman QanuniAzərbaycan mətbəxiNitq hissəsiAğqoyunlularMartin LüterCavad xanİnkişaf etməkdə olan ölkəBakı Dövlət UniversitetiE-demokratiyaAdolf HitlerAllahverdi BağırovSirab mineral suyuNəsibə Zeynalovaİlham ƏliyevDünya əhalisiGənclik parkıCavanşirİslam peyğəmbərləriSözün həqiqi mənasıMübariz İbrahimovBaşkənd (Gədəbəy)Həsən bəy ZərdabiLənkəranYiyəlik halFenteziTriqonometriyanın əsas düsturlarıAzərbaycan Respublikasının KonstitusiyasıKosmosNaftalan neftiAşağı ƏskiparaAllergiyaAzərbaycan Quru QoşunlarıRövşən CavadovBumeranqAtropatenaBöyrəkİosif StalinİnsanBakı kəndlərinin siyahısıÜmid (film, 1995)Zemfira NərimanovaFonetikaAzərbaycan dastanlarıXəsis (pyes)Oqtay EloğluGəncəKəpəz PFKDağlıq QarabağAzərbaycan kinosuKimyəvi silahD vitaminiDanışanların sayına görə dillər siyahısıAzərbaycan tarixi🡆 More