Maykl Cekson

Maykl Cozef Cekson (ing.

"Popun kralı" adını qazanan Cekson, 20-ci əsrin ən görkəmli mədəniyyət xadimlərindən biri kimi qəbul edilir. Karyerası, musiqi, rəqs və modaya verdiyi töhfələr, ictimailəşdirilən şəxsi həyatı ilə birlikdə onu populyar mədəniyyətdə qlobal bir fiqur etmişdir.

Maykl Cekson
ing. Michael Jackson
Maykl Cekson
Ümumi məlumatlar
Doğum adı Michael Joseph Jackson
Doğum tarixi 29 avqust 1958(1958-08-29)[…]
Doğum yeri
Vəfat tarixi 25 iyun 2009(2009-06-25)[…] (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d]
Vətəndaşlığı
Atası Cozef Cekson
Anası Ketrin Cekson
Musiqiçi məlumatları
Fəaliyyəti rəqqas, müğənni-mahnı yazarı, iş adamı, xeyriyyəçi, kinorejissor, ssenarist, avtobioqraf[d], musiqi prodüseri, kino aktyoru, aktyor, təşəbbüskar, musiqiçi, səsyazma sənətçisi[d], müğənni, səsləndirmə aktyoru[d], rəsm kolleksioneri[d], mahnı yazarı[d], model[d], şair
Fəaliyyət illəri 1964–2009
Janrlar pop musiqisi, soul, rəqs musiqisi[d], disko, rok, blüz, R&B, fank[d], hip-hop[d], hard-rok, black contemporary[d], dans-pop
Musiqi alətləri piano[…], zərb qurğusu[d], zərb alətləri
Səs tembri tenor
Albom şirkətləri Epic Records, Sony Music[d], Motown[d], Universal Music Group[d], Legacy Recordings[d]
Üzvlüyü
Mükafatları Officer of the National Order of Merit
Maykl Cekson
İmzanın şəkli
michaeljackson.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cekson ailəsinin səkkizinci övladı olan Maykl Cekson, 1964-cü ildə böyük qardaşları Ceki, Tito, Cermeyn və Marlon ilə The Jackson 5-in (sonradan Jacksons kimi tanınır) üzvü kimi ilk çıxışını etdi. Cekson solo karyerasına 1971-ci ildə "Motown Records"da olarkən başlamışdır. 1979-cu ildə çıxartığı "Off the Wall" albomu ilə solo ulduz oldu. Onun 1982-ci ildə buraxdığı "Thriller" albomundan "Beat It" , "Billie Jean" və "Thriller" mahnısı da daxil olmaqla, musiqi videolarında irqi maneələri aşması ilə bilinir. O, MTV-nin uğurunun davam etməsinə köməklik etdi və "Bad" (1987), "Dangerous" (1991), "HIStory: Past, Present and Future, Book I" (1995) və "Invincible" (2001) albomlarının videoları ilə yeniliklər etdi. "Thriller" bütün zamanların ən çox satılan albomu oldu, "Bad" isə beş sinqlı ABŞ Billboard Hot 100-də bir nömrəyə çıxaran ilk albom oldu.

1980-ci illərin sonundan etibarən Cekson dəyişən görünüşü, münasibətləri, davranışı və həyat tərzinə görə mübahisə və fərziyyə fiquruna çevrildi. 1993-cü ildə o, ailə dostunun uşağına qarşı cinsi istismarda ittiham olunurdu. Yetərincə sübut olmadığı üçün Cekson günahkar hesab edilmədi. 2005-ci ildə o, uşaqlara qarşı cinsi istismar ittihamları və bir sıra digər ittihamlarla mühakimə olundu və bəraət qazandı. FTB Ceksonun cinayət əməlinə dair heç bir sübut tapmadı. Cekson 2009-cu ildə "This Is It" adlı bir sıra geri dönüş konsertlərinə hazırlaşarkən propofolun həddindən artıq dozasından vəfat etdi, şəxsi həkimi Konrad Mürrey onun ölümündə təqsirkar hesab edilərək həbs olundu. Onun vəfatı bütün dünyada reaksiyalara səbəb olmuşdur, buna internet trafikindəki görünməmiş artımları və musiqisinin satışında sıçrayış yaranmasını əlavə etmək olar. Ceksonun Los-Ancelesdəki Steypls-sentrdə keçirilən anım mərasimini dünyada təxminən 2,5 milyard insan izləyib.

Cekson bütün zamanların ən çox musiqisi satılan sənətçilərindən biridir, təxmini olaraq dünya miqyasında 400 milyondan çox satış etmişdir. Onun 13 Billboard Hot 100-də bir nömrəli sinqlı var idi (Hot 100 dövründəki hər hansı digər kişi sənətçidən daha çox) və beş müxtəlif onillikdə Billboard Hot 100-də ilk onluğa daxil olan ilk sənətçi idi. O, RIAA tərəfindən dünya miqyasında bütün zamanların ən çox satılan fərdi musiqi sənətçisi kimi qəbul edilir. Onun mükafatlarına 15 "Qremmi mükafatı", 6 "Brit mükafatı" , "Qızıl Qlobus mükafatı" və 39 "Ginnesin Rekordlar Kitabı" daxildir.

Həyatı və karyerası

İlk illər və Jackson 5 (1958–1975)

Maykl Cekson 
Ceksonun uşaqlıq vaxtlarında yaşadığı evi (2010-cu ildə çəkilib)

Maykl Cozef Cekson 29 avqust 1958-ci ildə İndiana ştatının Geri şəhərində doğulmuşdur. O, afroamerikalı işçi ailəsinin on uşağından səkkizincisi idi və Cekson küçəsində yerləşən iki yataq otağı olan evdə yaşayırdı. Onun anası Ketrin Eşter Cekson klarnet və piano ifa edə bilirdi və kantri ifaçısı olmağa can atırdı. Anası "Sears"da part-taym işləyirdi, bundan əlavə Yehovanın Şahidlərinin üzvü idi. Atası, keçmiş boksçu Cozef Uolter "Co" Cekson "US Steel"də kran operatoru idi və ailənin gəlirini artırmaq üçün yerli ritm və blüz qrupu olan Falcons ilə gitara çalırdı. Conun ulu babası Cul "Cek" Qeyl ABŞ ordusunun kəşfiyyatçısı idi; ailə həmçinin onun yerli amerikalı həkimi ola biləcəyinə inanırdı. Maykl üç bacısı (Ribi, Latoya və Canet) və beş qardaşı (Ceki, TitoCermeynMarlon və Rendi) ilə böyümüşdür. Altıncı qardaşı Marlonun əkizi Brendon doğulduqdan qısa müddət sonra vəfat etdi.

1964-cü ildə Maykl və Marlon, Jackson Brothers-a—Ceki, Tito və Cernmeynin daxil olduğu ataları tərəfindən yaradılmış qrupa—konqa və buben çalan ehtiyat musiqiçilər kimi qoşuldular. Mayklın dediyinə görə onun atası ona "böyük burun" deyirdi və məşqlər zamanı ona fiziki və emosional təzyiq göstərirdi. Atası Co tez-tez o, bacı-qardaşları ilə məşq edərkən əlində kəmərlə kresloda otururdu və etdikləri istənilən səhvə görə onları cəzalandırmağa hazır idi. Co etiraf etdi ki, o, Mayklı müntəzəm olaraq döyürdü. Maykl gənclik illərin tənha və təcrid olunmuş şəkildə keçirdiyini bildirdi.

1965-ci ildə Maykl Cermeyn ilə əsas vokalları paylaşmağa başladı və qrupun adı The Jackson 5 olaraq dəyişdirildi. 1965-ci ildə qrup istedad şousunda qalib gəldi; Maykl Robert Parkerin 1965-ci ildə ifa etdiyi "Barefootin'" mahnısına rəqs etdi və The Temptations qrupunun "My Girl" mahnısını oxudu. Jacksons 5 1966-cı ildən 1968-ci ilə qədər orta qərbi ABŞ-də səfərlər etdi ; onlar tez-tez Sem və Deyv, The O'Jays, Qledis Nayt və Etta Ceyms kimi sənətçilərin açılış mərasimin baş tutduğu "Chitlin' Circuit" kimi tanınan bir sıra qara klublarda çıxış etdilər. Jacksons 5, həmçinin striptiz şoularının nümayiş olunduğu klublarda və kokteyl salonlarında, yerli auditoriyalarda və orta məktəb rəqslərində çıxış etdi. Onlar 1967-ci ilin avqustunda Şərq Sahili səfərində, Harlemdəki Apollo Teatrında həftəlik həvəskar gecə konsertinin qalibi oldular.

Maykl Cekson 
The Jackson 5 1972-ci ildə.

The Jackson 5 Geridəki rekord leyblı "Steeltown Records" üçün bir neçə mahnı yazdı; onların ilk sinqlı "Big Boy", 1968-ci ildə buraxıldı. Bobby Taylor & the Vancouvers qrupundan Bobbi Teylor, 1968-ci ildə Çikaqonun Regal Teatrında onların açılış konsertinə dəstək olan The Jackson 5-i "Motown"a gətirdi. Teylor "Who's Lovin' You" mahnısı da daxil olmaqla onların bəzi mahnılarının prodüserliyini etdi. Motown ilə müqavilə bağladıqdan sonra Cekson ailəsi Los-Ancelesə köçdü. 1969-cu ildə Motown idarəçiləri Dayana Rossdan The Jackson 5-i ictimaiyyətə təqdim etməsini istədilər. The Jackson 5 ilk televiziya çıxışını 1969-cu ildə Miss Black America yarışmasında etdi, onlar "It's Thing" mahnısının koverini ifa etdilər. Bunun ardınca Rolling Stone gənc Mayklı "möhtəşəm musiqi istedadı"na görə təriflədi.

Turlar

  • Triumph Tour (1980–81)
  • Victory Tour (1984–85)
  • Bad World Tour (1987–89)
  • Dangerous World Tour (1992–93)
  • HIStory World Tour (1996–97)
  • This Is It (2009–10)

Solo albomları

  1. 1979 — Off The Wall
  2. 1982 — Thriller
  3. 1987 — Bad
  4. 1991 — Dangerous
  5. 1995 — HIStory
  6. 1997 — Blood on the Dance Floor: HIStory in the Mix
  7. 2001 — Invincible
  8. 2010 — Michael
  9. 2014 — Xscape

Filmoqrafiya

  • The Wiz — 1978
  • Michael Jackson's Thriller — 1982
  • Captain EO — 1986
  • Moonwalker — 1988
  • Michael Jackson's Ghosts — 1997
  • Men in Black II — 2002
  • Miss Cast Away and the Island Girls — 2004
  • Michael Jackson's This Is It — 2009

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Maykl Cekson Həyatı və karyerasıMaykl Cekson TurlarMaykl Cekson Solo albomlarıMaykl Cekson FilmoqrafiyaMaykl Cekson Həmçinin baxMaykl Cekson İstinadlarMaykl Cekson Xarici keçidlərMaykl Cekson1958200925 iyun29 avqustAmerika Birləşmiş ŞtatlarıGeri (İndiana)KaliforniyaLos-AncelesPopulyar mədəniyyətd:Q2831İndianaİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Zərf (qrammatika)ZəlzələVladimir PutinBabəkUEFA Çempionlar LiqasıNeptun (planet)Vilayət EyvazovŞizofreniyaİzotopFantastikaMəşədi ƏzizbəyovKub metrAzərbaycan PrezidentiPişikMüstəqilliyin Bərpası Günü (Azərbaycan)Qaşaltı QaraqoyunluDəstəmazSakit okeanKompüter şəbəkəsiİsrailŞüalanmaMonarxiyaİbtidai icma quruluşuMehriban ƏliyevaKükürdHüquqMarsAntarktidaPulAzərbaycanlılarYerTörəməMolla Pənah VaqifEl KlasikoMikayıl Müşfiqİkinci Qarabağ müharibəsiKarbon qazıGoranboy rayonuMürəkkəb sözlərXurşidbanu Natəvanın heykəli (Bakı)NeftAzərbaycan Beynəlxalq BankıVyetnam müharibəsiQurdabənzər korilanMeşəƏvəzlikLeksikaFəlsəfəBaku ElectronicsAzərbaycanın Milli QəhrəmanıAzərbaycan Texniki Universitetiİbn SinaADA UniversitetiNəqli cümləNatiq Qasımov (əsgər)İsaak NyutonBaykal–Amur magistralıSay (qrammatika)BadClauseMonqolustanAzərbaycan Respublikası Mərkəzi BankıQan dövranıSəməd VurğunNurəddin Mahmud ZəngiAzərbaycan banklarının siyahısıGölYeni Müsavat (qəzet)MonteneqroÖlçü vahidləriQuran surələrinin siyahısıAvropa ölkələrinin siyahısıMəleykə ƏsədovaLeyli və Məcnun (opera)İnsan penisinin uzunluğuAzərbaycan Dövlət Pedaqoji UniversitetiHecaSürücülük vəsiqəsiİt🡆 More