Pornoqrafik Film

Pornoqrafik film, pornoqrafiya filmi, porno filmi, pornofilm, pornoqrafik məzmunlu film, pornoqrafik xarakterli film, erotik film və ya seks filmi izləyicini və ya tamaşaçıları seksual cəhətdən razı salmaq üçün hazırlanmış ədəbsiz filmlərdirlər.

Pornoqrafik filmlərdə müntəzəm olaraq cinsi əlaqə və ya çılpaqlıq kimi erotik stimullaşdırıcı xarakterli materiallar mövcuddur və bunlara seksual fantaziyalar da əlavə olunur. 1900-cü illərin əvvəllərində, film istehsalının ixtirasından qısa bir müddət sonra belə filmlərin də ilk nümunələri meydana çıxmışdır.

Pornoqrafik Film
Bir pornoqrafik filmin çəkiliş səhnəsi

Porno filmlərin digər pornoqrafiya formaları ilə çoxlu müştərək cəhətləri mövcuddur. Cinsi əlaqəni açıq şəkildə göstərməyən filmlər softkor, cinsi əlaqəni açıq şəkildə göstərən və ya bəzi ekstremal əlaqələrdən bəhs edən filmlər isə hardkor adlandırılır.

Qlobal olaraq, porno film sənayesi onunla əlaqədar olan məhsul və xidmətləri ilə bərabər 100 milyard dollarlıq sənaye sahəsi hesab olunur.

Tarixi

İlk illər: XX əsr

Pornoqrafik Film 
Fotoqraf Johann Schwarzer və onun Saturn film şirkəti tərəfindən çəkilmiş erkən dövr Avstriya erotik filmlərindən görüntülər

Erotik filmlərin istehsalı kinofilmin ixtirasından dərhal sonra başlanmışdır. İlk qabaqcıllardan ikisi fransız Eugène Pirou və Albert Kirchner idi. Kirchner ("Léar" adı ilə) Pirou üçün hal-hazırda həyatda sağ-salamat qalmış ən qədim erotik məzmunlu filmi çəkmişdir. 1896-cı ildə çəkilmiş 7 dəqiqəlik Le Coucher de la Mariée filmində Louise Willy vanna otağında striptiz etmişdir. Digər fransız kinorejisorları da qadınların soyunmasını özündə əks etdirən bu cür ədəbsiz filmlərdən qazanc əldə edə biləcəklərini düşünmüşdürlər.

1920–1940

1920-ci illərin səssiz kino dövründə pornoqrafik filmlər çox geniş formada yayılmışdı və müntəzəm olaraq fahişəxanalarda nümayiş etdirilirdi. Tezliklə qeyri-leqal, kişilərə məxsus olan xüsusi filmlər və ya onların adı ilə mavi filmlər 1940-cı illərdən başlayaraq uzun illər həvəskarlar tərəfindən yeraltında istehsal edilmişdir. Filmlər daha sonra xüsusi olaraq və ya səyahət edən satıcılar tərəfindən paylanmışdır, lakin onlara baxan və ya çəkən hər kəs həbs edilirdi.

1970-ci illər və sonrakı dövrlər

Pornoqrafiyanın qızıl dövrü kimi tanınan 1970-ci illərdə pornoqrafik filmlər yarı qanuniləşdirilmişdir. 1980-ci illərdə evdə izlənilə bilən videokasetlər sayəsində pornoqrafiya daha geniş formada yayılmışdır. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində internetin yüksəlişi pornoqrafik filmlərin yayım üsulunu dəyişdirmiş, DVD satışları əsasən internet üzərindən yayılan media ilə əvəz olunmuşdur.

2000-ci illərdə yüzlərlə böyüklər üçün pornoqrafik xarakterli filmlər çəkən peşakar kino şirkəti sadə kinostudiyalarda çəkilmiş və birbaşa videoya alınmış on minlərlə pornoqrafik film yayımlayırdı. Eyni zamanda bu, Pornhub, YouPorn və XHamster kimi pornoqrafik xarakterli videoların mövcud olduğu video paylaşma platformalarının da yaranmasına səbəb olmuşdur.

İstinadlar

Tags:

Pornoqrafik Film TarixiPornoqrafik Film İstinadlarPornoqrafik Film

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan xanlıqlarıQurban PirimovŞirvanşahlar dövlətiGünəş sistemiXankəndi–Laçın yolunda aksiyalarSkarlatinQarabağda döyüşlər (2023)ArNəriman NərimanovKonusKompüterƏrəb xilafətiQitəNorveçİslamAzərbaycan tarixinin xronologiyasıMüstəqilliyin Bərpası Günü (Azərbaycan)Hicri təqvimQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriSəfəvilərBalaca şahzadəErməni əhalisinin tarixi miqrasiyasıMirzə Fətəli AxundovKağızAzərbaycan Xalq CümhuriyyətiDördkünc Mərdəkan qalasıÖzgə ömür (film, 1987)Vyetnamın tarixi adlarıFacebookMolyerXarıbülbülVərəmSəlib yürüşləriSəudiyyə ƏrəbistanıYaponiyaSirab mineral suyuRozmarinPlanetCümlə üzvləriAğaməhəmməd şah QacarİqaməQumarbaz (roman)Qılınc və qələm (roman)KoroğluQırmızı anqutƏkbər Əliyev (dövlət xadimi)Valter SkottŞahbulaq qalasıQafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)MonteneqroRum rəqəmləriRöya AyxanTəbii zonalarMövlud bayramıQara QarayevSultan Süleyman QanuniMarketinqAzərbaycan himniADA UniversitetiİqlimKimyəvi elementSübh namazıEmin SabitoğluÇaldıran döyüşüŞəmkir rayonuTürkmənçay müqaviləsiBirləşmiş Ərəb ƏmirlikləriMultikulturalizmQondarma Dağlıq Qarabağ RespublikasıBakıAzərbaycan gölləriAzərbaycan toy adətləriAdəmYəhudilər🡆 More