Kütləvi Informasiya Vasitələri

Kütləvi informasiya vasitələri (KİV) — texniki vasitələrdən istifadə etməklə informasiyanın ictimai formada ötürülməsi orqanlarının məcmusu.

Yayım mediası informasiyanı filmlər, radio, yazılmış musiqi və ya televiziya kimi media vasitələri ilə elektron şəkildə ötürür. Rəqəmsal media həm internetdən, həm də mobil kütləvi kommunikasiyadan ibarətdir. İnternet mediası e-poçt, sosial media platformaları, internet saytları və internet əsaslı radio və televiziya kimi xidmətlərdən ibarətdir. Bir çox digər kütləvi informasiya vasitələrinin internetdə əlavə iştirakı var. Bunlara televiziya reklamlarına onlayn qoşulmaq və ya yayımlamaq, ya da açıq və ya çap mediasında QR kodları yaymaq, mobil istifadəçiləri veb-sayta yönləndirmək daxildir. Bu yolla, onlar internetin verdiyi asan əlçatanlıq və yardım imkanlarından istifadə edə bilərlər. Beləliklə, onlar eyni vaxtda və sərfəli şəkildə dünyanın bir çox müxtəlif bölgələrində asanlıqla məlumat yayımlaya bilərlər. Xarici media məlumatı bilbordlar, blimplər, uçan reklam lövhələri, avtobusların, ticarət binalarının, dükanların, idman stadionlarının, metro vaqonlarının və ya qatarların, köşklərin daxilində yerləşdirilən yazılar, lövhələr, plakatlar kimi media vasitələri ilə ötürür. Çap mediası kitablar, komikslər, jurnallar, qəzetlər və ya broşürlər kimi fiziki obyektlər vasitəsilə məlumat ötürür. Tədbirlərin təşkili və ictimai çıxış da kütləvi informasiya vasitələrinin formaları sayıla bilər.

Mobil telefon

Mobil telefon və ya istənilən telefon bu mənada adətən kütləvi media növü hesab olunmur. Telefon iki tərəfli kommunikasiya cihazı hesab olunaraq, eyni zamanda bir neçə nəfərə xidmət edə bilir. KİV anlayışına baxdıqda, burdan aydın olur ki, kütləvi informasiya vasitəsi eyni zamanda ismarışını böyük qrup insana göndərir. Lakin müasir mobil telefonlar artıq bir istiqamətli cihaz deyil. Bir çox mobil telefonlar internetə çıxaraq, onun vasitəsilə kütləvi medium hesab olunan istənilən sayta qoşula bilər. Bəs bu səbəb mobil telefonları kütləvi mediuma, yoxsa sayta girişi olan sadə bir cihaza çevirir? Hal-hazırda marketoloq və reklamçılara istifadəçi tərəfindən razılaşdırılmayan peyk, televiziya kommersiya və reklamlarının birbaşa milyonlarla mobil telefonlara daxil olmağı üçün icazə verən hərəkətli bir plan var. Milyonlarla insana kütləvi reklamı ötürmək həqiqətən kütləvi kommunikasiyadır.

Videooyunlar

Videooyunlar da kütləvi medium kimi inkişaf edə bilər. Təsəvvür edin ki, videooyunlar vasitəsilə istifadəçilərə müəyyən ismarış və ideologiyaları çatdırırıq. Online oynayan istifadəçilər bəzən öz təcrübələrini paylaşdığı kimi, videooyunları ayrı-ayrılıqda oynayan istifadəçilər də təcrübələrini paylaşa bilər. Videooyunu heç vaxt bu oyunu oynamayan dostunuz ilə ətraflı müzakirə edə bilərsiniz, çünki bu təcrübə hər ikiniz üçün eynidir.

Tənqidi

Kütləvi informasiya vasitələrinin tədqiqinin başladığı dövrdə media yalnız XXI əsrin sosial media təcrübəsindən çox fərqli media sistemi olan KİV-dən ibarət idi. KİV-in artıq mövcud olmadığı və ya ən azı bir zamanlar olduğu formada olmaması ilə bağlı tənqidlər səslənir. Kütləvi informasiya vasitələrinin bu orijinal forması sosial media cəmiyyətində verilməsi daha çətin olan "xəbərlər"lə bağlı geniş ictimaiyyətin nələrə məruz qalacağına dair filtrlər qoyur. Nəzəriyyəçi Lens Bennett izah etmişdir ki, yaxın tarixdə bir neçə mühüm hadisəni nəzərə almasaq, kifayət qədər böyük bir qrupun kütlə etiketinə sahib olması, eyni xəbərləri eyni kütləvi istehsal vasitəsi ilə izləməsi qeyri-adi haldır. Sosial media, kütləvi informasiya vasitələrindən yeni paradiqmaya keçilməsinə böyük töhfə verir, çünki sosial media vasitəsilə kütləvi kommunikasiyanın nə olduğu və şəxsiyyətlərarası kommunikasiyanın nə olduğu bir-birilə qarışıq düşür.

Həmçinin bax

Mənbə

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

Xarici keçidlər

Tags:

Kütləvi Informasiya Vasitələri Mobil telefonKütləvi Informasiya Vasitələri VideooyunlarKütləvi Informasiya Vasitələri TənqidiKütləvi Informasiya Vasitələri Həmçinin baxKütləvi Informasiya Vasitələri MənbəKütləvi Informasiya Vasitələri Əlavə ədəbiyyatKütləvi Informasiya Vasitələri Xarici keçidlərKütləvi Informasiya Vasitələri

🔥 Trending searches on Wiki Azərbaycanca:

DairəSiyavuş NovruzovVulkanMübariz İbrahimovI OsmanRomaFüzuli kantatasıKubHəzm sistemiDəmiryolu nəqliyyatıTürkmənlərQəpik (Azərbaycan)EverestİspaniyaZarina Qurbanova (aktrisa)Böyük QafqazÇoxmənalı sözlərİsmin hallanmasıRəşid BehbudovİtaliyaYanardağNaftalanYeni Müsavat (qəzet)Azərbaycan göllərinin siyahısıAzərbaycanın Milli QəhrəmanıTürkdilli dövlətlərMaşın öyrənməsiKvadratXərçəng xəstəliyiTürk Dövlətləri TəşkilatıPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)Azərbaycan teatrıXatunCərəyan şiddətiFaiq AğayevGəncə-Daşkəsən iqtisadi rayonuCinsi əlaqəİngilis diliKainatSaturn (planet)Molla Nəsrəddin (jurnal)Cəbrayıl rayonuAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Dünya okeanıƏqrəb (astrologiya)XalçaSunamiDağlıq QarabağErmənistanZəlzələƏliAvropa ölkələrinin siyahısıRum rəqəmləriKlaviaturaKiçik QafqazAzərbaycandakı çayların siyahısıHeydər ƏliyevFərid ƏhmədovYupiter (planet)Azərbaycan Texniki UniversitetiAzərbaycan coğrafiyasıUzun HəsənRəcəb Tayyib Ərdoğanİrəvan xanlığıParaleloqramXürrəmilər hərəkatıQarabağUşaqlıq (anatomiya)Göbələk xəstəliyiOkeanAbdulla ŞaiqVətən Müharibəsi Qəhrəmanlarının siyahısıAlov qüllələriNanə AğamalıyevaDövlət quruluşu formalarıProqram təminatı🡆 More