Hadisələr
Yanvar
Fevral
- 15 fevral — Haaqada (Niderland) Beynəlxalq Qanunçuluq Məhkəməsinin ilk sessiyası açılması. II Dünya müharibəsindən sonra Haaqa Beynəlxalq Tribunalı fəaliyyətə başlaması.
- 28 fevral — İngiltərənin Misir üzərində protektoratlığının ləğv edilməsi.
Mart
- 12 mart — Bolşevik Rusiyasının təşviqi ilə gələcək SSRİ-nin təməli kimi üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqının - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının yaradılması.
Aprel
- 16 aprel — Almaniya ilə Sovet Rusiyası arasında Rapallo müqaviləsinin[ru] imzalanması.
- 28 aprel—3 may — II Ümumazərbaycan Sovetlər qurultayının keçirilməsi.
İyun
- 14 iyun — Böyük Başqırdıstan MSSR-in yaradılması.
Oktyabr
Noyabr
Dekabr
- 10 dekabr — ZSFSR-nin yaradılması.
- 13 dekabr — I Zaqafqaziya Sovetlər qurultayında ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya Sovet Sosialist Federativ İttifaqının Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil edilməsi.
- 15 dekabr — İtaliyada B. Mussolini başda olmaqla "Böyük Faşist Şurası"nın yaradılması.
- 30 dekabr — SSRİ-nin I Sovetlər qurultayında SSRİ-nin təşkil edilməsi
- İngilis arxeoloqu Hovard Karter tərəfindən firon Tutanxamonun sərdabəsinin aşkar edilməsi.
- Aşağı və Orta Volqaboyunu, Cənubi Uralı, Sibirin cənubunu aclıq bürüməsi.
- Bakıda Bakıxanov adına tikiş fabrikinin fəaliyyətə başlaması.
- Azərbaycan ərzaq vergisinin tətbiqi.
- M.Ə. Rəsulzadənin Türkiyəyə mühacirət etməsi.
Doğumlar
- 15 fevral — Möhsün Abbasov, Sosialist Əməyi Qəhrəmanı (1950). Böyük Vətən müharibəsi (1941—1945) iştirakçısı.
- 12 mart — Cek Keruak, Amerikan yazıçı və şair
- 15 may — Rauf Hacıyev, bəstəkar, xalq artisti
- 31 may — Sara Qədimova, Görkəmli Azərbaycan müğənnisi.
- 17 sentyabr — Aqostinyo Neto, Afrikalı yazıçı, şair, siyasətçi.
- 20 oktyabr — Şövkət Ələkbərova, Azərbaycanın xalq artisti, müğənni.
- 22 noyabr — Fikrət Əmirov, Azərbaycan bəstəkarı.
- Bürhan Kərimov — fizika-riyaziyyat elmləri doktoru.
Vəfatlar
This article uses material from the Wikipedia Azərbaycanca article 1922, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.