Marixuana

Marixuana — çətənə bitkisinin qurudulmuş çiçəkli baş qisimindən və yarpaqlarından əldə edilən, tütünə bənzəyən, yaşımtıl və ya qəhvəyi bir maddədir.

Toz marixuana, çətənə bitkisinin çiçəkli baş qisminin qara və ya qəhvəyi ifrazatının toza çevrilmiş və ya qəlib halıdır.

Marixuana
Marixuana

Təsirləri

Marixuana istifadəsi xoş bir rahatlıq və bəzən bir coşğu halı verə bilər. İstifadəçilər ayrıca görmə, iyləmə, dadbilmə və eşitmə duyğularında kəskinləşmə hiss edə bilərlər. Qısa vaxtda istifadəçilərin iştahında və nəbzində bir artım olar. İstifadəçilər ayrıca avtomobil istifadəsi və məntiqli düşünmə kimi fiziki və zehni işləri yerinə yetirməkdə çətinlik çəkərlər. Yüksək dozalarla istifadə edənlərin səs və ya rəng hissləri kəskinləşə bilsə də, düşünmə bacarıqları yavaşlayar və bulanıqlaşar. Əgər doza çox yüksək olarsa marixuanın təsirləri halüsinojenlerinkilərə bənzər və qayğı, çaxnaşma və hətta psikotik episodlar şəklində ola bilər. Marixuananın bəzi təsirləri:

Paranoya
Eyforiya
Yuxu istəyi
Gülmə krizi
Susuzluq
Yaddaş itkisi
Tüpürcək quruması və azalması
Zamanın yavaş keçməsi
Şirin qida istəyi

Marixuanaın nizamlı istifadəçilərinin iş və ya şəxsi münasibətlər kimi digər bütün fəaliyyətlərə olan maraqlarını itirəcək dərəcədə psixoloji asılılıq inkişaf riskləri vardır. İngiltərədə edilən son işlər marixuana istifadəsi ilə şizofreniyadakı artım arasında bir əlaqə olduğunu ortaya çıxarmışdır. Marixuana dumanı yüksək qatranlı siqaretlərdən yüzdə əlli daha çox qatran ehtiva edir və bu da istifadəçilərin ağciyər xərçəngi və digər tənəffüs yolları xəstəlikləri risklərini böyük ölçüdə artırır.

Niderland

Hollandiya, 1970-ci illərdən 1 yanvar 2014-cü ilə qədərki müddət içərisində marixuananın kef məqsədli alına biləcəyi tək ölkə idi. Hollandiyalı səlahiyyətlilər 1970-ci illərdən bu yana marixuana istifadəsinə görə etdikləri həbsləri dayandırmışlardır. Marixuananın qanuni vəziyyəti, tam qanuni deyil lakin cinayət də sayılmır. Bu, marixuananı qadağan edən və ya sərbəst edən bir qanun olmadığı mənasını verir. Xüsusi ilə Amsterdamda olan marixuana kafeləri, ölkəyə gələn və onlar üçün qeyri-adi olan marixuananı dadmaq istəyən turistlərə ev sahibliyi etməkdədir. Buna qarşı bəzi məhdudiyyətlər mövcuddur. Məsələn bir kafedə gündə ən çox 500 qram marixuana işlədilə bilər. Bir müştəriyə gündə ən çox 3 qram marixuana satıla bilər. Bu kafelərin heç birində 18 yaşı olmamış kimsəyə xidmət göstərilə bilməz. Bu qaydalara əməl olunmaması kafenin bağlanılacağı mənasını verməkdədir. Həmçinin böyük miqdarda alver qanunsuz olduğundan çox kafe sahibi ya öz məhsullarını yetiştirməlidir ya da qanuni olmayan istehsalçılara yetişdirmək üçün toxum təmin etmək məcburiyyətindədirlər. Greenhouse adlı firma bu gün qanuni olan ən böyük marixuana istehsalı şirkətidir.

ABŞ

ABŞ-nin Kolorado əyalətində 1 yanvar 2014-cü ildən bu yana az miqdarda marixuana satışına icazə verilir. Əyalətdə turizm qısa müddətdə artmışdır. Həmçinin Oreqon ştatında da marixuananın istehsalı, satışı və istehlakı sərbəstdir.

İstifadəsi

Bu gün ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Çexiya, Ekvador, Estoniya, Fransa, Hindistan, Xorvatiya, İran, İspaniya, Kamboca, Kolumbiya, Kosta Rika, Pakistan, Şimali Koreya və Uruqvay kimi dünyanın müxtəlif ölkələrində çətənənin istehsalı və istehlakı müxtəlif ölçülərdə azad qalmış olsa da təxminən yüz il əvvəl başlayan antipropaqandanın təsirləri hələ də şiddətli şəkildə davam edir.

Leqallaşdırma

Çətənə tərəfdarı hərəkatlar isə başlıca olaraq xoşbəxtlik halının istehlakının leqalizasiya edilməsi istiqamətindədir. Bəziləri xoşbəxtliiyin digər sintetik narkotiklərə keçiddə bir pillə olduğunu iddia edərkən, bəziləri də marixuananın sərbəst olduğu ölkələrdə əldə edilən məlumatlardan yola çıxaraq, marixuana istehsalının və istehlakının normallaşdırılması və leqallaşdırılmasının həm cinayət nisbətini, həm də kimyəvi narkotiklərə olan marağı azaldacağını düşünür. Dünyanın və mühitin bu qədər çirkləndiyi, təbiətin insan oğluna qarşı yaşayış mübarizəsi verdiyi belə bir dövrdə tələblər də getdikcə keyfiyyətdən daha çox təbiət həssaslığı əsasında ifadə edilməyə başlandı. Nə deyək, xeyirlisi olsun.

İstinadlar

Tags:

Marixuana TəsirləriMarixuana NiderlandMarixuana ABŞMarixuana İstifadəsiMarixuana LeqallaşdırmaMarixuana İstinadlarMarixuanaÇətənə

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qulaqdibi xəstəliyiYazıİnsan hüquqlarıMacarıstanXristianlıqDaun sindromuMəleykə AbbaszadəGəncəTürkiyəSirrozPsoriazAğstafa rayonuAzərbaycanda prezident seçkiləri (2024)Gəncə xanlığıAzərbaycan Silahlı QüvvələriMədəaltı vəziMaralgölABŞ-nin ştatlarıKompüterBərpa olunan enerjiCinsi əlaqəVoleybolQarabağAzərbaycan Beynəlxalq Bankı1 manatlıq əsginasHindistanTitanikSöz birləşməsiAzərbaycan Bayrağı ordeniSourİntim münasibətlər haqqında İslami normalarPişikQərbi AzərbaycanCavid QurbanovGoranboy rayonuAytən SəfərovaAbbasqulu ağa BakıxanovPasxaUzunluq (fizika)KəklikotuAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiKimyəvi reaksiyaGecə namazıƏqrəb (astrologiya)LyambliyozRusiya imperiyasıÇay (coğrafiya)Azərbaycan qoruqlarıLa ilahə illəllahCənubi KoreyaNizami parkıİnfeksiyaQuşlarAzərbaycanın inzibati bölgüsüƏfşar imperiyasıRombQitəVüqar BayramovMenecmentTalışlarNiyaməddin MusayevHicri təqvimQobustan Dövlət Tarixi-Bədii QoruğuAzərbaycan toy adətləriİslamda oral seksMir CəlalTəbii zonalarÖzbəkistanI AbbasSəməd VurğunBMəhərrəm Əliyev (general)Nazpəri DostəliyevaXeyrimliSeks yelləncəyiİtaliyaAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısı🡆 More