Eston Dili: Estoniyanın rəsmi dili

Eston dili (orijinal dildə eesti keel ⓘ) — estonların dili.

Ural dillərinin fin-uqor budağının baltika-fin alt qrupuna aiddir. Estoniya və Avropa birliyinin rəsmi dilidir. Yazı sistemi Latın əlifbasına əsaslanır.

Eston dili
Orijinal adı eesti keel
Ölkə Estoniya
Region Şimali Avropa
Rəsmi status

Estoniya
Beynəxalq təşkilatlar:

Tənzimləyən təşkilat Eston Dili İnstitutu
Danışanların ümumi sayı 1,1 milyon.
Status təhlükəsiz vəziyyətdədir
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Ural dilləri

Yazı latın əlifbası (eston əlifbası)
Dil kodları
QOST 7.75–97 эст 850
ISO 639-1 et
ISO 639-2 est
ISO 639-3 est
Dilin strukturlarının dünya atlası est
Ethnologue est
ABS ASCL 1601
IETF et
Glottolog esto1258
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eston dili təxminən 1 milyon insanın ana dilidir. Onların əksəriyyəti (təxminən 900.000 nəfər) Estoniya sakinləridir.

Estoniya dili səslərin üç dərəcə uzunluğu ilə (həm sait, həm samit) diqqət çəkir: qısa, uzun və ən uzun. Uzunluqdan asıllı olaraq sözlər fərqli mənalar verir.

Dilin kodu — et və ya est (ISO 639-a uyğun olaraq).

Adı

Estlər xalqının adına ilk dəfə Tasitin (98-ci il) əsərlərində rast gəlinir, lakin, göründüyü kimi, bu etnonim Baltik tayfalarından birinə aiddir, çünki Tasitin təsvir etdiyi xalq Baltik dənizinin Visladan şərqdə olan sahilində məskunlaşmışdır, orada isə Baltika-Fin xalqları heç vaxt yaşamamışdılar. Bu ad, Şərqi Baltikyanı fəth etdikdən sonra almanlar və danimarkalılar tərəfindən estonlara verildi. Estonlar özlərini maarahvas "torpaq xalqı", dillərinə isə maakeel "torpaq dili" deyirdilər. Eestlasedeesti keel adları yalnız 19-cu əsrin ikinci yarısından sonra yayılmağa başlandı.

Linqvocoğrafiya

Dialektlər

Eston dili bir-birindən əhəmiyyətli dərəcdə fərqlənən iki ləhcəyə bölünür:

Şimal eston

1. Orta eston dialektləri
orta
qərb
ada
şərq
2. Şimal-şərq dialektləri
sahil
alutaquz

Cənub eston

mulkski (mulgiskii )
tartu
vıro

Çox vaxt ayrı dil hesab edilən cənub eston ləhcəsinin əsasını qədim müstəqil Baltika-Fin dili təşkil edir. Setu şivəsi bir çox hallarda cənub eston ləhcəsinin ayrı dialekti hesab edilir, lakin Karl Payusal, Ellen Niyt və Tiyta Xennosteyə görə, setu şivəsi vıro dialektinin budağıdır.

Yazısı

    Eston Dili: Adı, Linqvocoğrafiya, Yazısı  Əsas məqalə: Eston əlifbası

Eston əlifbası

A a B b C c D d E e F f G g H h
I i J j K k L l M m N n O o P p
Q q R r S s Š š Z z Ž ž T t U u
V v W w Õ õ Ä ä Ö ö Ü ü X x Y y

C, Q, W, X, Y hərfləri yalnız xarici adların yazılması üçün istifadə olunur. F, Š, ZŽ hərflərinə yalnız digər dillərdən alınma sözlərdə rast gəlmək olur.

İstinadlar

Tags:

Eston Dili AdıEston Dili LinqvocoğrafiyaEston Dili YazısıEston Dili İstinadlarEston DiliAvropa birliyiEstoniyaEstonlarFayl:Et-eesti keel.oggFin-uqor dilləriLatın əlifbasıUral dilləriYazı sistemi

🔥 Trending searches on Wiki Azərbaycanca:

TayfaSürücülük vəsiqəsiI İsmayılTürkdilli dövlətlərQızılYerAzərbaycanAzərbaycanlılarMəleykə AbbaszadəQızılgülAşqabad zəlzələsi (1948)İsrafil Məmmədov (hərbçi)RabitəbankFransaSoyuq müharibəAzərbaycan PrezidentiMaşın öyrənməsiAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiDağlıq Qarabağ17 aprelMüstəqil Dövlətlər BirliyiHəsən bəy ZərdabiTacir ŞahmalıoğluAmerika Birləşmiş ŞtatlarıFərid ƏhmədovLənkəran rayonuQədim MisirSəfəvi–Osmanlı müharibələriİspaniyaÇiçəkli bitkilərGənclik parkıAppendisitZaur BaxşəliyevAzərbaycandakı çayların siyahısıDOST AgentliyiMolla Pənah VaqifNiderlandQuba xanlığıMikayıl MüşfiqŞüşəAzərbaycan dilinin orfoqrafiya lüğətiAğrı dağıUEFA Çempionlar LiqasıHəzi AslanovÜçbucaqGöbələklərTamamlıqRum rəqəmləriDübəndi (geyim)ZərflikAyaz MütəllibovHektarNadir şahElçin HüseynbəyliKosmik fəzaAzərbaycan meşələriSevil NuriyevaTorpaq sürüşməsiElçin Quliyev (general-polkovnik)Göyçə mahalıSəməd VurğunİnflyasiyaPolşaQuduzluqDüzbucaqlı paralelepipedŞahdağİsrailBakı metrosuQanaxmaASAN xidmətPeyvəndDövlət idarəetmə formalarıGürcüstanDövlət Sərhəd Xidməti (Azərbaycan)II MehmedDurğu işarələriSeks (dəqiqləşdirmə)🡆 More