İlanlar: Sürünənlər

İlanlar (lat.

Antarktikadan başqa bütün qitələrdə rast gəlinir.

İlanlar
İlanlar: Dəri, Zəhər, Qış yuxusu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər.

İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədi ilə istifadə edirlər.

İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır.

İlanları öyrənən elm serpantologiya adlanır.

Dəri

İlan dərisi pulcuqlarla örtülüdür, hamar və quru quruluşa malikdir. İlanların qarın və bel pulcuqlarının quruluşu fərqlidir. Dəri rəngləri çox müxtəlidir. Bəziləri bir rəngə, bəziləri isə 3–4 rəngə sahibdir. Rəngli ilanlar, əsasən, zəhərlidir. Ancaq zəhərli olmayan rəngli ilanlar da var. Rəngli dəri təhlükəni bildirir və düşmənləri qorxutmaq üçün istifadə olunur, amma bu o demək deyil ki, birrəngli ilanların dəriləri qorunmaq üçün əlverişsizdir. Birrəngli ilanların rəngi daha çox bozumtul, qəhvəyi və qara rəngli olur ki, bu rənglər də torpaqda, qumda, daşda gizlənmək üçün (kamuflyaj) ideal rənglərdir.

Dəri dəyişdirmə

Bir çox canlı kimi ilanlar da dəri dəyişdirir. Köhnə dəri ağız tərəfdən cırır, ilan daş, ağac kimi obyektlərə sürtünərək dərisini çıxardır. Bu prosesin bir neçə funksiyası var. İlk növbədə ilan köhnə dəridən azad olur, həm də parazitlərdən təmizlənir.

Zəhər

Zəhər başın arxasındakı zəhər vəzilərində toplanır və dişlər vasitəsilə ova, yaxud düşmənə yeridilir. Tüpürən kobra kimi bir neçə ilan təhlükə hiss etdikdə düşmənin gözünə zəhər tüpürür. Bəzi heyvanlarda ilan zəhərinə qarşı təbii peyvənd vardır və zəhər onlara təsir etmir.

Qış yuxusu

Bir çox sürünənlər kimi ilanlar da qışı yataraq keçirir. Qış boyunca yatasalar belə, passiv həyat tərzi sürürlər..

Mədəniyyətlərə təsiri

İlan kultu Qədim Misir, Qədim Yunanıstan, türk-fars sivilizasiyası, xristianlıq, islam kimi bir çox mədəniyyətdə yer alır. Qədim Misirdə ilan müqəddəs sayılırdı. Saray divarlarında tez-tez ilan təsvirinə rast gəlinir. Fironun taxt və tacında ilan heykəlcikləri yerləşdirilirdi. Qədim Yunanıstanda Meduza, Pifon kimi bir çox obrazın az və ya çox dərəcədə bədənlərində ilan komponentləri var idi.

Türk-fars mifologiyasında Şahmaran adlı yarı qadın yarı ilan qadın məşhurdur.

Xristianlar inanırlar ki. İblis Adəm və Həvvanı aldadanda ilan cildində idi. Musəvili, xristianlıq və islamda Musa peyğəmbərin əsasının ilana çevrilə bildiyinə inanılır.

Tibb emblemində ilan kubokun içərisinə əyilmiş halda təsvir olunur.

Şəkillər

İstinadlar

Xarici keçidlər

Tags:

İlanlar Dəriİlanlar Zəhərİlanlar Qış yuxusuİlanlar Mədəniyyətlərə təsiriİlanlar Şəkillərİlanlar İstinadlarİlanlar Xarici keçidlərİlanlarLatın diliPulcuqlularSürünənlər

🔥 Trending searches on Wiki Azərbaycanca:

Nyuton qanunlarıİnformatikaKükürdElxanilər dövlətiKorvalolFosforKimyəvi elementDövlət quruluşu formalarıSkarlatinBMWVideosexVergülÇəmbərəkənd parkıƏfşar imperiyasıSəlahəddin ƏyyubiDünya əhalisiVüqar BiləcəriVergiQaraciyərNaftalanFonetikaSakit okeanAzərbaycan memarlığıTacikistanAzərbaycan musiqi alətləriƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiAbdulla ŞaiqÜzeyir HacıbəyovƏmir TeymurFunksiya (riyaziyyat)AlbaniyaUral çayıSumqayıtFevralİqtisadi inkişafNorveç meşəsi (kitab)Hicri təqvimAtropatenaQaz ehtiyatına görə ölkələrin siyahısıSadə cümlənin şəxsə görə növləriTəbii zonalarElektrik müqavimətiAzərbaycandakı şəhərlərin siyahısıCümlə üzvləriBitkiTeymurilər dövlətiİntibah dövrüƏməliyyat sistemiİtGülüstan müqaviləsiNamiq QaraçuxurluSinir sistemiYerİnsan dişləriI AbbasQərbi Azərbaycan mahallarıAzərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısıKağızİkinci Dünya müharibəsiUçan xalçaKolizeyDağAzərbaycanca VikipediyaNatiq AtakişiyevƏli Nağıyev (general)QitəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Azərbaycan Dövlət İqtisad UniversitetiGürcüstanEpilepsiyaZərf (qrammatika)MeşəAzərbaycan operasıMicrosoft ExcelQarabağ FKNatural ədədlərMehriban ƏliyevaŞizofreniya🡆 More