Ulaq

Ulaq, uzunqulaq və ya eşşək (lat.

Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir.

Ulaq
Ulaq
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ulaq
Beynəlxalq elmi adı
  • Equus africanus asinus

Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.

Ulaq nəqliyyat vasitəsi kimi

Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır. Sәhra vә çöllәrdә kiçik ilxılarla yaşayır. Otla qidalanır. 1 növü: Afrika vәhşi Ulağı mәlumdur. Süysününün hünd. 100–120 sm-dir; belindә vә kürәyindә qum-boz rәngli zolaqlar kәsişir. Somalidә, Efiopiyada, Eritreyada yayılmışdır. Sayları azdır, qorunur. Ev ulağının әcdadıdır. Ev ulağı 2 cins qrupuna ayrılır: 1) Afrika vә Asiyanın, o cümlәdәn Qazaxıstan, Orta Asiya vә Qafqazın yerli xırda Ulağı Afrika vә Orta Asiyanın iri Ulağı, o cümlәdәn Çinin Şandun Ulağı; 2) qatırların alınmasında istifadә edilәn z-d cinslәri; onlardan puatu (Fransa), Kataloniya (İspaniya) vә Amerika Ulağı qiymәtlidir. Yerli eşşәk cinslәri möhkәm konstitusiyalı, dözümlü, yemә az tәlәbkardırlar. Yük daşımaqda, qoşquda istifadә olunur. 18–20 il yaşayır. 2 yaşarlıqdan işә yararlıdır. Belindә 70–80 kq, qoşquda 2,5 t-a qәdәr yük çәkә bilir.

Azərbaycana faydaları

Arxeoloji tədqiqatlara və yazılı mənbələrə əsasən, Azərbaycanın çətin keçilən dağ yollarında uzunqulaq yeganə nəqliyyat vasitəsi olmuşdur. Yük heyvanı kimi uzunqulaq tunc dövrdən məlumdur. Dəvə karvanın müşayiət edən sarbanlar və çarvadarlar həmişə karvanın qabağında uzunqulağa minib gedərdilər. Çünki yaxşı yaddaşı olan uzuqulaq bir dəfə keçidiyi təhlükəli yoldan ikinci dəfə keçməzdi. XIII əsr coğrafiyaşünas-səyyah Zəkəriyyə Qəzvini yazırdı ki, əgər dumanlı havada çarvadar yolu itirərdisə, onda qabağa uzunqulağı buraxardı.

XIII əsrin digər məşhur səyyahı Marko Polo məlumat verirdi ki, Azərbaycanda sağlam, möhkəm, aclığa və suzuluğa davamlı uzunqulaq yetişdirilir ki, onların hər biri 30 markaya satırlar. Yerli tacir uzaq səfərlərə belə uzunqulaqla düşürlər.

Ucuz, dağ şəaitinə yaxşı bələd olan, heç bir qayğı tələb etməyən, aclığa dözümlü və təhlükəyə qarşı həssas olan uzunqulaqdan maldar elatları daha çox istifadə edirdilər. Uzunqulağı yükləmək üçün belinə palan vurulurdu. Bəzən nisbətən ağır yükləri ağır yükləri uzaq məsafəyə aparmaq üçün palanın latından tərlik əvəzinə, köhnə palazı dairəvi formada tikərək içinə pambıq, yun və küləş doldurulmuş loru qoyulurdu. İki ədəd belə yastılanmış mütəkkəyə oxşayan loru taylarını ikiüç yerdən qayışla bir-birinə bənd edərk iş heyvanını belinə aşırırdılar. Bəzən dağ kəndlərində uzunqulaqla odun daşıdıqda palanın üstünə "kıxı" adlanan ağac qaş da qoyulurdu.

Şəkilləri

Mənbə

Xarici keçidlər

Həmçinin bax

Tags:

Ulaq nəqliyyat vasitəsi kimiUlaq ŞəkilləriUlaq MənbəUlaq Xarici keçidlərUlaq Həmçinin baxUlaqAfrika eşşəyiAtlarLatın diliTəkdırnaqlılar

🔥 Trending searches on Wiki Azərbaycanca:

SaitŞifrMonqolustanAğaməhəmməd şah QacarGərginlik (elektrik)MaralgölAna səhifəElçin HüseynbəyliPlanetYupiter (planet)Çəmbərəkənd parkıKəlmeyi-şəhadətİnsanRəqsanəI İsmayılƏl-XarəzmiRənglər siyahısıAtomLənkəranƏqrəb (astrologiya)Həzi AslanovCənubi AzərbaycanCoğrafiyaVyetnamAzərbaycan Dövlət Pedaqoji UniversitetiMehriban ƏliyevaNyuton qanunlarıVyetnamın tarixi adlarıQarabağ xanlığıVoleybolHəzm sistemiKompüterŞəkiŞirvanşahlar dövlətiAğıllı şəhərBitkiGünəş sistemiPsixologiyaGöygölAzərbaycanın inzibati bölgüsüAlma-Ata bəyannaməsi (1991)Böyük Səlcuq imperiyasıXarıbülbül (simvol)Vladimir PutinİtaliyaTəzyiqBağlayıcıÜmumdünya Kitab GünüVergiXəbər (qrammatika)ADA UniversitetiTelekinezTwitterRuhəngiz MusəviMir Cəfər BağırovBeşinci nəsil qırıcıSinqapur Sosial Elmlər UniversitetiƏli MirəliyevNida cümləsiİsmin hallanmasıZeynəb XanlarovaMisTərəzi (astrologiya)LəzgilərTorpaq sürüşməsiEkshumasiyaFüzuli kantatasıFransaPortuqaliyaCəbrayıl rayonuAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıƏməliyyat sistemiKoroğlu dastanıLeyli və Məcnun (opera)Azərbaycan Daxili QoşunlarıVenera (planet)Emin Əmrullayev🡆 More