Sarı Qızdırma

Bu sarı qızdırma virusları tərəfindən törədilir.Törədici 1901 ci ildə W .Reed ,J.Carrol tərəfindən aşkarlanıb.Sarı qızdırma Afrika və Amerika qitələrində 1647 ci ildən məlumdur.Virus sferik formada olub,27–38 mkm böyüklüyündədir.Virus RNTdən,zülaldan və lipdlərdən ibarətdir.Virus 65 °C də 10 dəq yə ,1%li formalin təsirindən 1–2 günə tələf olur.Mühitin turş reaksiyasına davamsızdir.Bu viruslara meymun,ağ siçan,dəniz donuzu,kirpi və s həssasdır.Virus heyvanın daxili üzvlərində , beynində və qanında müşahidə olunur.

Sarı qızdırma kəskin ağır keçən xəstəlik olub, insanlarda 30–60%hallarda ölümlə nəticələnir. Xəstəlik 2–6 günlük inkubatsion dövrdən sonra qəfildən temperaturun 40C yə qədər yüksəlməsilə başlayır. Bel nahiyyəsində kəskin ağrılar,gözün hiperemiyası, öd, qusma,anuriya halları meydana çıxır. 4–5 gündən sonra xəstənin vəziyyəti yaxşılaşır. Əksər hallrda isə bir neçə saatdan və ya bir iki gündən sonra yenidən temeratur yüksəlir, sarılıq meydana çıxır, selikli qişalarda qansızma müşahidə olunur. Sarı qızdırmadan sağalmış şəxslər ömürlük immunitet qazanır. Diaqnoz ağ siçanda və ya hüceyrə kulturasında virusun alınmasına əsasən qoyulur.Virusun rezervuarı meymun və ya insandır.Virus ağcaqanad vasitəsilə keçirilir.Xəstənin qanını sormuş ağcaqanad 9–12 gün yoluxucu olmaqla ,bütün ömrü boyu yoluxucu qalır.Xəstəliyin endemik ocağı Cənubi Amerika,Qərbi Afrika və Hindistan hesab edilir.

Sarı qızdırma
Sarı Qızdırma
XBT-10-KM A95, A95.9, A95.1, A95.0
XBT-9-KM 060.9, 060
DiseasesDB 14203
MedlinePlus 001365
MeSH D015004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Epidemiologiyası

Sarı Qızdırma 
Sarı qızdırma tropik bölgələrdə Aedes aegypti növ ağcaqanadlar vasitəsi ilə yayılır.

Sarı qızdırma transmissiv xəstəlikdir.Amerikada HaemoqoqusAedes,Afrikada Aedes africanus və başqa ağcaqanadlar yayır.Xəstəliyin 2 ocağı məlumdur.təbiət ocağı və antrapurgik (şəhər) ocağı . Təbiətdə ağcaqanad meymunlardan,gəmiricilərdən və kirpidən yoluxur. Həşəratın bədənində virus 8–12 günə çoxalır. Şəhərlərdə infeksiya mənbəyi insan,keçirici Aedes aegypti — dir. Xəstəlik epidemiya şəklində yayılır. İnsanın sarı qızdırmaya həssaslığı yüksəkdir.

Sarı Qızdırma 
Sarı qızdırmanın Afrikadakı regional bölgüsü (2005)

Patogenezi və patoloji anatomiyası

Yoluxmadan sonra virus əvvəlcə limfa vəzilərində çoxalır, və hematogen disseminə edərək damarları, qaraciyəri, böyrəkləri , baş beyni zədələyir. Damar keçiriciliyi artır.

Klinikası

İnkubasion dövr 10 günə qədərdir. Başlanğıc,hiperemiya dövrü 3–4 gün çəkir.Güclü üşütmədən sonra qızdırma dərhal 40Cyə yüksəlir. Başda,beldə,oynaqlarda ağrı, baş gicəllənmə əmələ gəlir.Xəstələr həyəcanlı olur, yuxusuzluq,yanğı,ürəkbulanma və qusmadan şikayətlənirlər.Nəbz xeyli sürətlənir,hipotoniya olur. Remessiya dövrü xəstəliyin 4–5ci günlərindən əlamətlərin zəifləməsi,və yüngül formada itməsi ilə xarakteriza olunur. Ağır formada isə remissiya dövrü olmur,və xəstəlikreaktiv və ya venoz durğunluq dövrünə keçir.Yəni başlanğıc dövrünün əlamətləri daha da kəskinləşir.

Virus

Hazırda tropik bölgələrdə görülür və vektorlar vasitəsi ilə insanlara yoluxur. Təsirli bir aşının varlığına baxmayaraq bir çox Afrika və Cənubi Amerika ölkəsində hemorragik xəstəliyin əsas səbəblərindən biridir. Sarı sözü bəzi xəstələrdə görünən sarılıq simptomundan gəlir.

Sarı Qızdırma 
Sarı qızdırmanın Cənubi Amerikadakı regional bölgüsü (2005)

Xəstəliyi önləmək

Malyariyada olduğu kimi ağcaqanadlardan qorunmaq böyük əhəmiyyət daşıyır. Sarı qızdırmadan peyvənd ilə qorunmaq da mümkündür. Sarı qızdırmanın yerləşdiyi yerlərə gedənlərdən və ya bu bölgələrdən başqa ölkələrə keçənlərdən sarı qızdırmaya qarşı peyvənd olunması mütləqdir. Peyvənd, peyvənddən 10 gün sonra və ömür boyu etibarlıdır. Digər vaksinlərlə eyni vaxtda, fərqli yerlərə tətbiq oluna bilər.

Mənbə

İstinadlar

Həmçinin bax

Tags:

Sarı Qızdırma EpidemiologiyasıSarı Qızdırma Patogenezi və patoloji anatomiyasıSarı Qızdırma KlinikasıSarı Qızdırma VirusSarı Qızdırma Xəstəliyi önləməkSarı Qızdırma MənbəSarı Qızdırma Həmçinin baxSarı QızdırmaAğcaqanadHindistanRNTVirus

🔥 Trending searches on Wiki Azərbaycanca:

NiderlandEverestAprelMəhəmmədQan qrupuKvadratŞəki xan sarayıAtlantik okeanRamazan bayramıAfrikaSilindrAzərbaycan gölləriƏli XameneiMədə xərçəngiKiçik QafqazTürk Dövlətləri TəşkilatıSuQuranMarallarAzərbaycan gerbiAğciyər iltihabıDOST AgentliyiNizami GəncəviAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıMonqol imperiyasıHektarSakit okeanƏbülfəz ElçibəyEv pişiyiƏmr cümləsiCəmiyyətMadər MusayevGənclik parkıGülyanaq MəmmədovaAzərbaycan toy adətləriÜrək tutmasıZolaqlı kaftarSüni intellektYol nişanlarıİnteqrasiyaAzərbaycanHemoqlobinQuduzluqÜmumi Daxili MəhsulUşaq hüquqlarıTəzyiqHəsən bəy ZərdabiAzərbaycan manatıPrizmaKonstitusiyaAzərbaycan Dövlət Pedaqoji UniversitetiBəngü-BadəAppendisitElçin HüseynbəyliSıxlıqÇinOğuz türkləriTərəzi (astrologiya)D vitaminiUlduzTelefonXudayar YusifzadəDəmirAmazon yağış meşələriUçan naməlum obyektGöygöl (göl)20 manatlıq əsginasArXəmsəAzərbaycan (tarixi ərazi)Qafqaz AlbaniyasıFüzuli kantatasıMəleykə AbbaszadəQədim RomaMerkuri (planet)Kürə🡆 More