Qarğıdalı

Qarğıdalı və ya bəzi bölgələrdə Məkə (lat.

Qarğıdalı
Qarğıdalı
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Commelinids
Klad:
Graminid clade
Klad:
PACMAD clade
Yarımfəsilə:
Panicoideae
Tribaüstü:
Andropogonodae
Triba:
Andropogoneae
Yarımtriba:
Tripsacinae
Növ:
Qarğıdalı
Beynəlxalq elmi adı

Qarğıdalı bitkisinin vətəni Meksikadır ki, dəniz səyyahı Kolumb tərəfindən 1493-cü ildə Avropaya gətirilmişdir. Qarğıdalı bitkisinin hündürlüyü 2-6 metr, kökü isə 100 sm-dək torpağa işləyir. Əkilmiş toxumdan gövdədə 3-6 qıçalar əmələ gəlir ki, hər birində 60-100 erkək və dişi toxumlar olur. Qarğıdalı bitkisinə düzgün aqrotexniki qulluq edilməlidir.

Qarğıdalı taxıllar fəsiləsinə aid olmaqla ondan müxtəlif məqsədlər üçün istifadə olunur. Qarğıdalının qiymətli bitki olması ondan ibarətdir ki, o eyni zamanda iki məsələni:

Dən ehtiyatlarını tamamlamaq və gövdəsindən yaxşı silos almaq məsələsini həll etməyə imkan verir.

Bundan əlavə olaraq qarğıdalı dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, dekstrin, şəkər, bal, yağ, E vitamini, askorbin və qlutamin turşuları alınır. Qarğıdalı bitkisinin gövdəsindən, yarpaq və qıçalarından kağız, linoleum, süni probkalar, plastik kütlə və digər məhsullar alınır.

Naxçıvan Muxtar Respublikasında əvvəllər qarğıdalı bitkisindən heyvandarlıqda yem kimi və yeyinti sənayesində isə un məhsulu kimi əkilirdi.

Qarğıdalı dəninin tərkibində 49-60% yağ, 13-20% zülal və 5-6% isə fitin maddəsi vardır. Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Qarğıdalı yağı insan orqanizmi üçün ən əhəmiyyətli qida məhsuludur. İnsanlarda atereskıleroz, qandakı xolesternin azalması və bir çox xəstəliklərin müalicəsində qarğıdalı əhəmiyyətlidir. Xalq təbabətində ishal və vərəm xəstəliyinə qarşı qarğıdalı qıçasının telməyi ilə birlikdə yeyilməsi münasibdir. Qovrulmuş qarğıdalı uşaqların kökəlməsinə xeyirlidir. Qarğıdalı orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, qocalma proseslərini ləngidir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin profilaktikası üçün çox yaxşı vasitədir. Qarğıdalı saçağının dəmlənib içilməsi daxili qanaxma, öd kisəsi və sidik yollarının müalicəsində tətbiq edilir. Qarğıdalı B qrupu vitaminlərlə zəngindir və bu səbəbdən sinir və mədə-bağırsaq sistemləri üçün çox xeyirlidir. Lakin qarğıdalı köpə səbəb olur və bu səbəbdən onun həddən artıq çox yemək olmaz. Qarğıdalı sıyığı körpələr üçün çox xeyirlidir. Qarğıdalı iştahanı azaldır və bu səbəbdən arıqlama məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər.

İstehsalı

Qarğıdalının vətəni Mərkəzi Amerikadır. Sonradan bu bitki digər qitələrə yayılmışdır. Qarğıdalı yığımı ildə 800 milyon tona çatmışdır. Onun 40%-i ABŞ-nin (xüsusilə Ayova ştatının), 1/3-i Latın Amerikası ölkələrinin (xüsusilə Meksika, Braziliya və Argentina) payına düşür. Qarğıdalının məhsuldarlığının orta göstəricisi hər hektardan 30-35 sentner olduğu halda, ABŞ-də bu göstərici 60 sentner, Mozambikdə isə 5-6 sentnerdir. Asiyanın başlıca qarğıdalı istehsalı bölgələri Şimali və Şimal-Şərqi Çin, Şimali Hindistan, Kiçik Asiyanın Qara dəniz sahili, Afrikada isə Misir və CAR-dır. Avropada qarğıdalı əkini daha isti bölgələrdə (Cənub və Cənub-Şərqi Avropada) yayılmışdır. Qarğıdalının başlıca ixracatçıları ABŞ (yığılan məhsulun 1/3-i ixrac edilir), Argentina və CAR-dır. Onun əsas idxalatçıları heyvandarlığı yüksək inkişaf edən Avropa ölkələrinin əksəriyyəti (xüsusilə Böyük Britaniya, Almaniya, Niderland) və Yaponiyadır.

İstinadlar

Həmçinin bax

Tags:

Latın diliPlantaePoaceaePoalesZea

🔥 Trending searches on Wiki Azərbaycanca:

Leyli və Məcnun (opera)KainatƏlifbaƏsrin müqaviləsiDövlət quruluşu formalarıTrapesiyaLionel MessiMehdi HüseynzadəKilian MbappeBronxitƏli XameneiSuda-quruda yaşayanlarQan təzyiqiMüxtəsər vurma düsturlarıSahə (ölçü parametri)Xarıbülbül (simvol)Erlinq HaalandEverestRusiya–İran müharibəsi (1804–1813)ErmənistanAtəşgah (Bakı)Naxçıvan Muxtar RespublikasıNaxçıvanFonetik təhlilAna səhifəHikmət MirzəyevÜmumdünya cazibə qanunuPrizmaHindistanAzərbaycan operasıTürkiyəQafqaz AlbaniyasıQızılMolekulyar-kinetik nəzəriyyəFutbolMəhəmmədhüseyn ŞəhriyarFeilHökumətEv pişiyiƏl-XarəzmiİqlimGöyçə gölüƏfşar imperiyasıBakcellAzərbaycandakı çayların siyahısıDünya ölkələrinin siyahısıAşqabad zəlzələsi (1948)Böyük QafqazSaturn (planet)İnsan penisiDövlətRəcəb Tayyib ƏrdoğanÇiçəkli bitkilərOğuz türkləriAzərbaycanın dövlət bayramları və xüsusi günləriPaleolitElçin Quliyev (general-polkovnik)İtKöməkçi nitq hissələriAzərbaycan mətbuatıMübtədaFaizAdolf HitlerXəlifəYiyəlik halCənubi AzərbaycanTorpaq sürüşməsiİsaak NyutonMicrosoft WindowsQarabağBabasilAzərbaycan PrezidentiAzərbaycan mədəniyyətiKonstitusiyaAyasofiyaDərinin xoşxassəli törəmələriHəzm sistemiFransaKağız🡆 More