Kim Kardaşyan: Amerikan televiziya və sosial media şəxsiyyəti

Kimberli Noel Kardaşyan (ing.

Kim Kardaşyan
ing. Kim Kardashian
Kim Kardaşyan: Həyatı, Ulduzlarla rəqs yarışı karyerası, Aktivist kariyerası
Doğum adı Kimberli Noel Kardaşyan
Doğum tarixi 21 oktyabr 1980(1980-10-21)[…] (43 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
  • Deymon Tomas[d] (20002004),
  • Kris Hamfris[d] (20112013),
  • Kanye Vest (20142022)
Uşaqları
Partnyorları
  • Reqi Buş[d] (20072009)
  • Nik Laşe[d]
  • Nik Kennon[d] (20062007)
  • Pit Devidson[d] (20212022)
Atası Robert Kardaşyan[d]
Anası Kris Cenner
Fəaliyyəti dəb dizayneri, sosial fiqur[d], model[d], bloger[d], təşəbbüskar, aktrisa, televiziya prodüseri[d], səsləndirmə aktrisası[d], məşhur şəxs, erotik model[d]
Fəaliyyət illəri 2007-ci ildən
Təhsili
  • Marsiling orta məktəbi[d],
  • Merimaunt Ali Məktəbi[d] (–1998),
  • Bakli məktəbi[d]
Boyu 159 sm
Çəkisi 52 kq
IMDb ID2578007
{{{imzanın izahı}}}
skknbykim.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ata tərəfindən erməni, ana tərəfindən hollandşotland əsillidir. Daha çox sosial həyatı ilə, original versiyası E! televiziya kanalında göstərilən Keeping Up with the KardashiansKourtney and Kim Take New York adlı realiti şouları ilə tanınır. Bunlardan başqa istehsalçılıq, mankenlik, stilistlik, SKIMS adlı qadın geyim brendinin sahibi və iş qadını olaraq fəaliyyət göstərir.

Kardaşyan indiyə qədər müxtəlif ətirlər istehsal etmişdir, olduqca məşhur jurnallarda poza verib jurnal baş səhifələrində yer almışdır, qonaq aktrisa və ya münsif olaraq çox sayda televiziya istehsallarında yer almışdır, Amerika ABC kanalında yayımlanan Dancing With the Stars (Ulduzlarla Rəqs) adlı televiziya proqramında yarışmışdır. America's Next Top Model (Amerikanın Sonrakı/Yeni Top Modeli — Amerika Top Modelini Axtarır) adlı proqramda qonaq münsif olmuşdur. Karmen Elektra ilə birlikdə Qəribə FilmVadinin Mələkləri adlı kinoteatr filmlərində, How I Met Your Mother, Beyond the Break, CSI: NY kimi seriallarda rol almışdır. 2010-cu ildə isə kiçik bacıları Kourtni və Kloe ilə Kardashian Konfidential adında avtobioqrafik kitab nəşr etdirmişdir. Bunlardan başqa kiçik bacıları ilə birlikdə D-A-S-H adlı geyim butiki işlədir.

2007-ci ildə Playboy jurnalı üçün çılpaq şəkillər çəkdirmişdir. Kardaşyan 2 may 2008 tarixində "Workout with Kim Kardashian" adlı idman DVD-si çıxartmışdır, daha sonra şəxsi bloqunu açmış və ayaqqabı satışı servisini başlatmışdır. Özünə aid kkw adlı makiyaj markası və skims adlı korset markası var. 2020-ci ilin iyun ayında Kim Kardaşyan, KKW Beauty adlı kosmetika şirkətindəki 20%-lik hissəsini Coty şirkətinə satdı. 200 milyon dollarlıq satışla Kardaşyanın markasının dəyəri 1 milyard oldu.

Həyatı

Tanınmış ailədən gələn Kardaşyan, Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərində, hüquqşunas və O. C. Simpsonun vəkili olaraq məşhurlaşan, 2003 sentyabr tarixində vəfat edən Robert Kardaşyan ilə Kris Cenner (d. Houqton)-in qızı olaraq dünyaya gəlmişdir. Atası yarı osmanlı yarı rus əsilli üçüncü nəsil amerikalı ermənidir. Anası isə holland və şotland əsilli amerikalıdır. Ata tərəfindən babasının atası Los-Ancelesə indiki Türkiyənin Qars şəhərindəki bir kənddən köçmüşdür. Kardaşyan bir çox repertuarında: "Mən böyük erməni təsiri ilə böyüdüm. Həmişə erməni hekayələri eşidərək, erməni milli yeməklərini yeyib bayramlarını qeyd edərək böyüdüm." demişdir.

Ümumilikdə doqquz bacı və qardaşı olan Kardaşyanın iki doğma bacısı və bir doğma qardaşı var; Kourti, Kloe və qardaşı Robert. Anasının daha sonra evləndiyi Brüs Cennerin əvvəlki evliliyindən olmaq üzrə üç ögey qardaşı və bir ögey bacısı var; Burton Cenner, Brandon Cenner, televiziya ulduzu Brodi Cenner və Kasi Cenner. Bundan əlavə anasının 1989-cu ildə Robertdən boşanıb 1991-ci ildə evləndiyi keçmiş olimpiyada atleti Brüs Cennerdən olmaq üzrə iki yarı doğma, məşhur bacıları vardır; Kendal Cenner və Kayli Cenner.

Marymount tam orta məktəbindən məzun olan Kardaşyan, məktəbdə oxuduğu müddət ərzində, atasına aid olan musiqi marketinq şirkətində işləmişdir.

"Ulduzlarla rəqs" yarışı karyerası

Həftə Rəqs/mahnı Münsif Xalları Nəticə
Inaba Goodman Tonioli
1 Foxtrot/"The Pink Panther Theme" 6 7 6 Mərhələ keçimində sona qaldı
1 Mambo/"Baby Got Back" 6 6 6 Qoruma altına alındı
2 Rumba/"You Give Me Something" 6 6 5 Qazanmadı

Aktivist kariyerası

Kim Kardaşyan: Həyatı, Ulduzlarla rəqs yarışı karyerası, Aktivist kariyerası 
Kim Kardaşyan 22 oktyabr 2010-cu ildə Kaliforniya ştatının Flendeyl şəhərində öz istehsalı olan ətirinin təqdimatında.

Kardaşyan ABŞ-də həbsxana islahatı üzrə işlər görür. Məhkum Kris Younq və ilk narkotik cəzası ilə ömürlük həbs edilən Alis Mari Conson üçün aktivizm etmişdir. 2018 iyun ayında prezident Donald Tramp tərəfindən əfv edilmələrini təmin etmişdir. ABŞ həbsxana sistemində böyük miqyaslı dəyişikliklər öngörən İlk Adam Qanunu (First Step Act) üçün də kampaniya hazırlamış və prezident Donald Trampı inandırmaqda mühüm təsir etmişdir. Qanun daha sonra ABŞ Senatında səs çoxluğu ilə qəbul edilmişdir. 2019 aprel ayında Vogue-də çıxan bir xəbərə görə Kardaşyan, baro imtahanını keçmək üçün işləyir.

Şəxsi həyatı

Münasibətləri

2000-ci ildə istehsalçı Demon Tomasla evlənib 2004-cü ildə boşandı. Daha sonra R&B sənətçisi Rey C ilə görüşməyə başladı. Rey C ilə birlikdə olan seks videosu ortaya çıxdı. Kim Kardaşyan əvvəlcə bunu inkar etsədə daha sonra Vivid Entertainment ilə razılaşıb videonun müəllif hüquqlarını 5 milyon dollara satdı. 2007-ci ildə Rey C-dən ayrılan Kardaşyan, amerikalı futbolçu Reccie Buş ilə görüşməyə başladı, amma qısa müddət sonra ayrıldılar. 2010 oktyabr ayında isə Mişel Kapon ilə qısa davam edən münasibətə başladı.

Kim Kardaşyan: Həyatı, Ulduzlarla rəqs yarışı karyerası, Aktivist kariyerası 
Kardaşyan, 2009-cu ildə Tribeka Film Festivalında Ecazkar Dünya filminin qala gecəsində.
Kim Kardaşyan: Həyatı, Ulduzlarla rəqs yarışı karyerası, Aktivist kariyerası 
Kim Kardaşyan, Yeddinci Ənənəvi Hollywood Life Jurnalı Mükafatları-ında

2011 may ayında Kris Hamfris ilə nişanlanan Kardaşyanın 20,5 karatlıq nişan üzüyü çox danışıldı. 20 avqust 2011-ci ildə Kris Hamfris ilə evlənən Kardaşyanın toyu Kaliforniya ştatı ilə əlaqəli olan Santa Barbara yaxınlığındakı Montesito qəsəbəsində yerləşən malikanədə baş tutdu. Kino və mahnı dünyasından bir çox məşhurun gəldiyi ümumi 440 nəfər olan toyda Kardaşyan Vera Vangın imzası olan fil dişi rəngində, qabarıq ətəkli, krujeva gəlinlik geyindi. Toy mərasiminin 30 milyon dollar olan bütün xərcləri reklam sponsorları tərəfindən ödənildi. Kardaşyan toy üçün bir qəpik belə xərcləmədi. Toy şəkilləri üçün People jurnalı ilə imzaladığı müqaviləyə görə 17.9 milyon dollar qazanc əldə etdi.

2012 aprel ayından bəri Kanye Vest ilə bərabər olan Kardaşyan 15 iyun 2013-cü ildə Cedars-Sinai Medical Xəstəxanasında qızları Nors Vesti dünyaya gətirmişdir. 21 oktyabr 2013-cü ildə Kardaşyanın 33-cü ad günündə nişanlanan cütlük, 24 may 2014-cü ildə İtaliyanın Florensiya şəhərində evlənmişdir. Oğulları Saint Vest, 5 dekabr 2015-ci ildə anadan olmuşdur. İkinci hamiləliyindən sonra həkimlər Kardaşyana yenidən hamilə olmamasını məsləhət görmüşdülər. Buna görə, cütlüyün üçüncü uşağı Çikaqo (15 yanvar 2018-də andan olub) və dördüncü uşağı Psalm (9 may 2019-cu ildə andan olub) daşıyıcı ana vasitəsiylə dünyaya gəlmişdir.

Dini

Kim Kardaşyan xristiandır və özünü "həqiqi dindar" olaraq adlandırır. Xristian məktəbdə həm protestant həm də katolik kilsəsi ənənələri öyrəndi.

Sağlamlığı

Kim Kardaşyan: Həyatı, Ulduzlarla rəqs yarışı karyerası, Aktivist kariyerası 
Kardaşyan Avstraliyada (2012)

Kardaşyana ikinci hamiləliyindən sonra həkimlər tərəfindən bundan sonra hamilə olmamağı tövsiyə edilmişdir. Beləcə üçüncü və dördüncü uşağı daşıyıcı ana vasitəsilə dünyaya gəlmişdir.

Kardaşyanın 2020 may ayında COVID-19 testinin pozitiv olduğu xəbəri yayıldı. Kardaşyan bu xəbəri təsdiqlədi. Amma şəxsi adada şənlik keçirdikdən sonra xəstəliyə yoluxduğu xəbərlərin yalan olduğu dedi.

Sərvəti

2014 may ayında Kardaşyanın sərvətinin 45 milyon ABŞ dolları olduğu təxmin edilirdi. 2014-cü ildə Forbes jurnalı sərvətinin 53 milyon dollar olduğunu açıqladı.

2018 iyul ayı etibarıyla Kardaşyanın sərvəti 350 milyon ABŞ dolları idi. Həyat yoldaşı Kanye Uestin 1,3 milyard dollarlıq sərvətindən ona düşən payla birlikdə 510 milyard dollar oldu.

Forbes 6 aprel 2021-ci ildə Kardaşyanın sərvətinin 1 milyard ABŞ dolları olduğunu təxmin etdi.

Diskoqrafiya

Mahnılar

İl Mahnı
2012 "Jam (Turn It Up)"

Mahnı klipləri

İl Ad Rejissor
2011 "Jam (Turn It Up)" Hip Villiyams

Filmoqrafiya

  • 2007: Kim Kardashian: Superstar Pornoqrafiya filmi
  • 2007 — indi: Keeping Up with the Kardashians (Kardaşiyangillə Ayaqlaşmaq) Özü olaraq
  • 2008: Dancing with the Stars (Ulduzlarla Rəqs) Özü olaraq
  • 2008: Disaster Film (Qəribə Film) Kalvinin sevgilisi Liza olaraq
  • 2009: CSI: NY Debbie Fallon olaraq (1 bölüm)
  • 2009: Deep In the Valley (Vadinin Dərinliyi) Samma Eve olaraq
  • 2009: How I Met Your Mother (Ananızla Necə Tanış Oldum) Özü olaraq (1 bölüm)
  • 2009: Beyond the Break (Fasilədən Kənar) Elle olaraq (4 bölümə)
  • 2011: Kourtney and Kim Take New York Özü olaraq
  • 2014 — indi: 2 Broke Girls (İki Qız Qırır) Özü olaraq (1 bölüm)

Mükafatlar və namizədliklər

Gənclərin seçimi mükafatı

İl Kateqoriya İş/Namizəd Nəticə İst.
2008 Qadın televiziya realiti/varieti ulduzu Kardaşyanlarla ayaqlaşmaq Namizəd
2009 Qadın televiziya realiti/varieti ulduzu Namizəd
2010 Qadın realiti/varieti ulduzu Qazandı
Qadın hotti Kim Kardaşyan Namizəd
Tvit Namizəd
2011 Qadın televiziya realiti/varieti ulduzu Kardaşyanlarla ayaqlaşmaq Qazandı
Qadın hotti Kim Kardaşyan Namizəd
2012 Qadın televiziya realiti/varieti ulduzu Kardaşyanlarla ayaqlaşmaq Qazandı
2013 Qadın televiziya realiti/varieti ulduzu Qazandı
2016 Teleşou: Realiti Kardaşyanlarla ayaqlaşmaq Qazandı
2016 Selfi Kim Kardaşyan Namizəd
2016 Instagram istifadəçisi Kim Kardaşyan Namizəd
2016 Sosial media kraliçası Kim Kardaşyan Namizəd

Digər mükafatlar

İl Mükafat Kateqoriya İş/Namizəd Nəticə İst.
2008 Qızıl Rasperri mükafatı Pis köməkçi aktrisa Disaster Movie Namizəd
2014 Temptation: Confessions of a Marriage Counselor Qazandı
2011 Xalqın seçimi mükafatı Sevimli televiziya realiti ulduzu Kim Kardaşyan Qazandı
2017 Sevimli sosial media ulduzu Kim Kardaşyan Namizəd
2011 Qlamour mükafatı İlin sahibkarı Kim Kardaşyan Qazandı
2018 Dünya İqtisadi Forumu İlin Beynəlxalq Statistikası Kim Kardaşyan Qazandı
2018 CFDA İnflunser mükafatı Kim Kardaşyan Qazandı

Maraqlı faktlar

Kardaşyan Türkiyəni erməni soyqırımını tanımağa dəvət etmişdir.

2010-cu ilin 24 aprelində, qondarma erməni soyqırımının il dönümündə Kim Kardaşyan Las-Veqasda bacısı ilə birgə şənlik təşkil etmişdir ki, bu da Ermənistanda və erməni diasporunda bir çox adamın narazılığına səbəb olmuşdur.

İstinadlar

Xarici keçidlər

Tags:

Kim Kardaşyan HəyatıKim Kardaşyan Ulduzlarla rəqs yarışı karyerasıKim Kardaşyan Aktivist kariyerasıKim Kardaşyan Şəxsi həyatıKim Kardaşyan DiskoqrafiyaKim Kardaşyan FilmoqrafiyaKim Kardaşyan Mükafatlar və namizədliklərKim Kardaşyan Maraqlı faktlarKim Kardaşyan İstinadlarKim Kardaşyan Xarici keçidlərKim Kardaşyan198021 oktyabrKaliforniyaLos-Ancelesd:Q186304İngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qara YanvarYupiter (planet)Uçan naməlum obyektTəbiətQarabağda döyüşlər (2023)Çəmbərəkənd parkıFantaziya ədəbiyyatıNatural ədədlər22 aprelYuqoslaviyanın dağılmasıQan qrupuŞəmkir rayonuİngilis diliEverestReal Madrid FKHalikarnas mavzoleyiDaun sindromuCəlil MəmmədquluzadəXəbər (qrammatika)Dərman zəncirotuSunamiVilayət EyvazovBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)BağlayıcıMirzə Fətəli AxundovXankəndiAnklavFiruzə İbadovaBərdə rayonuAlma-Ata bəyannaməsi (1991)Novruz bayramıAlbaniyaGöyçə gölüCavanşir MəmmədovNilBöyük Səlcuq imperiyasıSandens Film FestivalıŞəki xan sarayıSahə (ölçü parametri)Araz Türk CümhuriyyətiSalamSəməd VurğunYunanıstanXXXTentacionMübtədaAzərbaycanın daxili sularıÇaldıran döyüşüHüseyn ibn ƏliAzərbaycanın iqtisadi rayonlarıHacı ŞahinCavanşirŞamaxı Astrofizika RəsədxanasıƏsrin müqaviləsiQarabağ UniversitetiGülüstan müqaviləsiÇoxbucaqlıSenzorUşaq hüquqlarıİqtisadiyyatRənglər siyahısıİlisuAzərbaycan ədəbiyyatıİmişli rayonuÇobanyastığıDinƏziz NesinKöməkçi nitq hissələriCavad xanAzərbaycan (tarixi ərazi)İtQorxu ədəbiyyatıNATOAtəşgah (Bakı)🡆 More