Cüzam

Lepra (yun.

lepra) – insanda xroniki infeksion xəstəlik.

Cüzam
Cüzam xəstəsi olan 24 yaşlı kişinin sifəti
Cüzam xəstəsi olan 24 yaşlı kişinin sifəti
XBT-10 A30.
XBT-10-KM A30, A30.9
XBT-9 030
XBT-9-KM 030, 030.9
OMIM 246300
DiseasesDB 8478
MedlinePlus 001347
eMedicine med/1281 
MeSH D007918
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cüzam və ya lepra-Hansen basili (Mycobacterium leprae) adı verilən bir mikroorganizmanın ortaya çıxardığı, periferik sinir sistemi və dəri başda olmaq üzrə bir çox sistem və orqana təsir edən yoluxucu bir xəstəlikdir.Xəstəlik səbəbi olan basil 1873-cü ildə Norveç həkimi Gerhard Armauer Hansen tərəfindən tapılmışdır. Hansen basili bəzi xüsusiyyətləri baxımından vərəm xəstəliyinin səbəbi olan Koch basilinə oxşayır. Təbiətdə yalnız insan bədənində olan Hansen basilinin süni mühitlərdə çoxalması mümkün olmayıb. Basil, insandan əlavə yalnız Cənubi Amerikada yaşayan Armadillo və bəzi siçan növlərində xəstəliyə yol aça bilməkdədir.Bu xəstəliyin yaranmasına,pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır.

Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür.İnsanlar arasında yoluxmanın necə olduğu qəti olaraq bilinməməklə bərabər tez-tez və uzun müddət davam edən təmas nəticəsində baş verə biləcəyi düşünülür. Xəstəlik uşaqlara ana südü ilə keçə bilir. Xəstəliyə həssaslıq 3-5 yaşları arasında daha çoxdur. Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır. Cüzam sağalmayan xətəlikdir. Bu xəstəliyə tutulanlar ömürlərinin axırına qədər insanlardan uzaqda yaşayaraq hər kəsdən gizlənməyə çalışırlar. Xəstəliyin inkubasiya dövrü 5 ildən 55 ilə qədərdir.Xəstəliyin əlamətləri bunlardır: sümükdə ərimə, aperatsiya, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi. İnsan öz normal görkəmini get-gedə itirərək, qorxunc forma alır. Cüzamlı xəstələrdə qaşlar tökülür, üzdə, qulaq dibində şişkinliklər olur.

Bu gün cüzam artıq qorxulacaq bir xəstəlik deyil.  Diaqnoz qoyulduqdan sonra müalicə qəti şəkildə edilə bilər.  Bir çox xəstəlikdə olduğu kimi, erkən diaqnoz vacibdir.  Erkən diaqnoz qoyulan hallarda heç bir daimi əlillik olmadan müalicə mümkündür.

Müalicə bakteriyaların həssas olduğu antibiotiklərlə aparılır.  Dapson (diaminodifeynsulfon, DSS), sulfonlar, rifampisin və etionamid kimi dərmanlar istifadə edilə bilər. Xəstəlik böyüklərə ötürülmür.  Bununla belə, xəstələrə yaxın olan uşaqları xəstəlikdən qorumaq hesab edilə bilər.  Bunun üçün BCG(vərəm əleyhinə) peyvəndləri və 2 yaşdan kiçiklərə həftədə 5 mq, 2 yaşdan yuxarılara isə həftədə 10 mq Dapson adlı dərman verilə bilər.  Uşaqların xəstə olduqları mühitdən uzaqlaşdırılması ən uyğun tədbirdir. Cüzam bildirilən xəstəlikdir və müalicəsi dövlət tərəfindən və pulsuz həyata keçirilir.  Cüzamın cərrahi müalicəsi, fiziki və psixiatrik müalicəsi tibbi müalicə qədər vacibdir.

Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılmışdır.Adıçəkilən xəstəliyin 3000 illik tarixi var. Cüzam kifayət qədər qorxulu xəstəlikdir. Hətta vaxtilə bu xəstəliyə tutulan şəxslər seçilmək üçün xüsusi geyimlər geyinib, boğazlarında zınqırov gəzdirməli olublar.

İstinadlar

Tags:

🔥 Trending searches on Wiki Azərbaycanca:

Xocalı rayonuİşıqforŞəki xanlığıƏfşar imperiyasıAzərbaycan mətbuatıÜnsiyyətÇevrəRusiyaHacı Məmmədov (cinayətkar)ÜçbucaqSehrli xalat (film)Azərbaycandakı çayların siyahısıQrafik redaktorlarZərf (qrammatika)Azərbaycanda yayılmış balıqların siyahısıSüleyman Ələsgərov (bəstəkar)Real Madrid FKAzərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısıSözün həqiqi mənasıMeşə yanğınları0DOST AgentliyiƏli XameneiİtaliyaAppendisitHeydər Əliyev MərkəziCəmiyyətDəmiryolu nəqliyyatıLimonQulançarUçan xalçaYerNura SuriMürəkkəb sözlərAzərbaycan Ərəb xilafətinin tərkibindəBöyrəkJurnalistDurğu işarələriMaşın öyrənməsiMakedoniyalı İsgəndərAna səhifəİnvestisiyaYazHüseyn CavidSürücülük vəsiqəsiAnqara çayı əfsanəsiSuda-quruda yaşayanlarBMWBronxitYeni Müsavat (qəzet)Nyuton qanunlarıBirinci Qarabağ müharibəsiZərflikTalassemiyaUşaqlıq (anatomiya)Ərəb rəqəmləriAllergiyaÖvrə xəstəliyiYazıCənubi KoreyaRiyaziyyatƏhmədiyyə CəbrayılovƏməliyyat sistemiKvadratDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Göygöl rayonuZolaqlı kaftarHakimiyyət bölgüsüEmin ƏmrullayevASAN xidmətHacı Zeynalabdin TağıyevVergülNaftalanMisirQazaxıstan🡆 More