Çexiya

Çexiya (çex.

Česko) və ya rəsmi adı ilə Çex Respublikası (çex. Česká republika) — Mərkəzi Avropada yerləşən dənizə çıxışı olmayan dövlət. Tarixən Bohemiya kimi tanınan ölkə cənubda Avstriya, qərbdə Almaniya, şimal-şərqdə Polşa və cənub-şərqdə Slovakiya ilə həmsərhəddir. Çex Respublikası əsasən mülayim kontinental və dəniz iqlimi olan 78.871 kv. km. (30.452 kv. mil) ərazini əhatə edən dağlıq ölkədir. Paytaxtı və ən böyük şəhəri Praqadır. Digər böyük şəhərlərinə Brno, Ostrava, Plzen və Liberets daxildir.

Çexiya
Česká republika
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
çex. "Pravda vítězí"
Himn: 
çex. Kde domov můj? (azərb. Mənim evim haradadır?‎)
Çexiya
Rəsmi dilləri
Paytaxt Praqa
İdarəetmə forması Parlament respublikası
Prezident Miloş Zeman[ 8.III.2013 ]
Baş nazir Petr Fiala[ 28.XI.2021 ]
Sahəsi Dünyada 117-ci
 • Ümumi 78900 km²
 • Su sahəsi (%) 2 %
Əhalisi
 • Əhali 10,5 milyon nəfər (87-ci)
 • Siyahıyaalma (26.III.2011) 10 562 214 nəf.
 • Sıxlıq 133 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 314,6 milyard dollar (52-ci)
 • Adambaşına 29 900 dollar (59-cu)
Valyuta Çex kronu
İnternet domeni .cz
ISO kodu CZ
BOK kodu CZE
Telefon kodu +420
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bohemiya hersoqluğu IX əsrin sonlarında Böyük Moraviyanın tərkibində qurulmuşdur. Rəsmi şəkildə 1002-ci ildə Müqəddəs Roma imperiyasının imperiya dövləti kimi tanındı və 1198-ci ildə krallığa çevrildi. 1526-cı ildə Mohaç döyüşündən sonra Bohemiyanın bütün kral torpaqları tədricən Habsburq monarxiyasına birləşdirildi. Təxminən 100 il sonra protestant Bohemiya üsyanı Otuzillik müharibəyə səbəb oldu. Ağ Dağ döyüşündən sonra Habsburqlar öz hakimiyyətini möhkəmləndirdilər. 1806-cı ildə Müqəddəs Roma imperiyasının dağılması ilə kral torpaqları Avstriya imperiyasının bir hissəsi oldu.

Çexiya XIX əsrdə daha çox sənayeləşdi və 1918-ci ildə böyük hissəsi I Dünya müharibəsindən sonra Avstriya-Macarıstanın dağılmasının ardınca Birinci Çexoslavakiya Respublikasının hissəsi oldu. Çexoslovakiya Mərkəzi və Şərqi Avropada bütün müharibələr arası dövr ərzində parlamentar demokratiya olaraq qalan yeganə ölkə idi. 1938-ci ildə Münhen sazişindən sonra nasist Almaniyası sistemli şəkildə Çexiya torpaqlarına nəzarəti ələ keçirdi.

Çexoslovakiya 1945-ci ildə bərpa olundu və üç il sonra 1948-ci ildə dövlət çevrilişinin ardınca ardınca Şərq bloku kommunist dövlətinə çevrildi. Hökuməti və iqtisadiyyatı liberallaşdırmaq cəhdləri 1968-ci ildə Praqa baharı zamanı sovet qoşunlarının ölkəyə hücumu ilə yatırıldı. 1989-cu ilin noyabrında Məxməri inqilab ölkədə kommunist idarəçiliyinə son qoydu və demokratiyanı bərpa etdi. 31 dekabr 1992-ci ildə Çexoslovakiya sülh yolu ilə dağıldı, onun tərkib hissəsi olan dövlətlər Çexiya və Slovakiya müstəqil dövlətlər oldu.

Çexiya unitar parlamentli respublika və qabaqcıl, yüksək gəlirli sosial bazar iqtisadiyyatına malik inkişaf etmiş ölkədir. O, Avropa sosial modeli, universal səhiyyə və ödənişsiz universitet təhsili olan sosial dövlətdir. Ölkə İnsan İnkişafı İndeksində 32-ci yerdədir. Çexiya BMT, NATO, Avropa İttifaqı, İƏİT, ATƏT, Avropa Şurası və Vişeqrad qrupunun üzvüdür.

Etimologiya

    Çexiya  Əsas məqalə: Çexiyanın etimologiyası

Ölkənin ənənəvi adı "Bohemiya" sözünün mənşəyi latın dilindən götürülüb. Belə ki, Boiohaemum "boiilərin evi" (qal qəbiləsi) mənasını verir. Hazırkı adı isə mənşəyini çex dilində Čech sözündün götürüb. Bu ad slavyan tayfasından (çex. Češi, Čechové) və rəvayətə görə onları Rip dağına məskunlaşmaq üçün Bohemiyaya gətirən liderləri Çexdən yaranıb.

Ölkə ənənəvi olaraq qərbdə Bohemiya (Čechy), şərqdə Moraviya (Morava) və şimal-şərqdə Çex Sileziya (Slezsko; tarixi Sileziya ərazisinin daha kiçik cənub-şərq hissəsi) olmaqla üç fərqli hissədə müxtəlif adlanır. XIV əsrdən bəri Bohemiya krallığının əraziləri kimi tanınan ölkəni Çex/Bohemiya əraziləri, Bohemiya krallığı, Çexiya və Müqəddəs Venkeslaus krallığı əraziləri kimi bir sıra adlarla adlandırıblar. Astriya-Macarıstan imperiyasının 1918-ci ildə süqutundan sonra ölkə müstəqilliyini yenidən qazananda çex və slovak millətlərinin vahid ölkə daxilində birləşməsini göstərmək üçün yeni Çexoslovakiya adı yaradıldı.

Çexoslovakiya 1992-ci ildə parçalandıqdan sonra Česko yeni dövlətin çex dilində qısa adı kimi qəbul edildi və Çexiya Xarici İşlər Nazirliyi ingiliscə forması üçün Çexiya adını təklif etdi. Bu forma o dövrdə geniş yayılmadı, beləcə demək olar ki, hər yerdə ingiliscə ad kimi Çex Respublikası uzun adından istifadə edildi. Çexiya hökuməti 2016-cı ildə Çexiyanın rəsmi ingiliscə qısa adı kimi istifadə edilməsinə qərar vermişdir. Qısa ad BMT tərəfindən siyahıya alınmışdır və Avropa İttifaqı, NATO, Mərkəzi Kəşfiyyat İdarəsi, Google Maps və Avropa Yayım İttifaqı kimi digər qurumlar tərəfindən istifadə edilir.

Tarix

    Çexiya  Əsas məqalə: Çexiya tarixi

İbtidai dövr

Sol: Vestonis Venerası e.ə. 29.000-25.000-ə aiddir.
Sağ: Keltlərin daş başı Praqa Milli Muzeyinin arxeoloji kolleksiyaları arasındadır.

Arxeoloqlar ərazidə paleolit dövrünə qədər gedib çatan ibtidai dövrə aid insan məskənlərinə dair qalıqlar tapıblar.

Antik dövrdə e.ə. III əsrdə baş vermiş keltlərin köçlərinin nəticəsində Bohemiya boii tayfaları ilə əlaqələndirilir. Boiilər müasir Praqanın yerləşdiyi ərazinin yaxınlığında oppidum qurdular. Daha sonra I əsrdə german tayfaları olan markomannilər və kvadlar burada məskunlaşdı.

Qara dəniz-Karpat ərazisindən gələn slavyanlar ərazidə məskunlaşdı. VI əsrdə hunlar qərbə Bohemiya, Moraviya və müasir Avstriya və Almaniyanın bir hissəsinə doğru irəliləmişdi.

VII əsrdə frank tacir Samo yaxınlıqdakı avarlara qarşı döyüşən slavyanları dəstəkləyərək Mərkəzi Avropada qeydə alınmış ilk slavyan dövləti olan Samo dövlətinin hökmdarı oldu. Moymir sülaləsinin idarə etdiyi Böyük Moraviya hersoqluğu VIII əsrdə yarandı. IX əsrdə (I Svatoplukun dövründə) frankların hücumlarına qarşı gələrək yüksəliş yaşadı. Böyük Moraviya Bizans missiyası Kiril və Mefodinin rolu ilə xristianlaşdırıldı. Slavaynlar ilk ədəbi və ayin dili olan qədim slavyan dilini və qlaqolitsa yazısını kodlaşdırdılar.

Bohemiya

Çexiya 
Müqəddəs Roma imperiyasının tərkibindəki Bohemiya tacı torpaqları (1600-cü il). Çex torpaqları 1002-1806-cı illərdə imperiyanın bir hissəsi idi, Praqa isə 1346-1437-cü və 1583-1611-ci illərdə imperiyanın mərkəzi olmuşdur.

Bohemiya hersoqluğu IX əsrin sonlarında Prjemıslovlar tərəfindən birləşdiriləndə yaranmışdır. Bohemiya 1002-1806-cı illərdə Müqəddəs Roma imperiyasının imperiya dövləti idi.

Alman köçəriləri XIII əsrdə Bohemiyanın ətrafında yerləşdi. Avropanı işğal edən monqollar Moraviyaya gəldilər, lakin Olomoukda məğlub oldular.

Bir sıra sülalə müharibələrindən sonra Lüksemburq sülaləsi Bohemiyanı ələ keçirdi.

Bohemiyada kilsə islahatlarına cəhdlər XIV əsrin sonlarında başlamışdı. Yan Husun davamçıları Roma kilsəsini bəzi praktikalardan uzaqlaşdırmış və Husçular hərəkatında (1419-1434) Siqismundun onlara qarşı başlatdığı beş xaç yürüşünü məğlub etmişdir. Növbəti iki əsr müddətində Bohemiya və Moraviya əhalisinin 90%-i husçu qəbul edildi. Pasifist mütəfəkkir Petr Jelçiski Roma Katolik kilsəsindən tamamilə ayrılan Moraviyalı qardaşlar hərəkatının (XV əsrin ortalarında) ilham mənbəyi olmuşdur.

Çexiya 
Husçular hərəkatı zamanı husçularla səlibçilər arasında döyüş; Jena kodeksi, XV əsr.

21 dekabr 1421-ci ildə uğurlu hərbi komandir və muzdlu əsgər olan Yan Jijka Kutna-Hora müharibəsində bir qrup qüvvəyə rəhbərlik etmiş və müharibə husçuların qalibiyyəti ilə bitmişdir. Jijka hazırda da milli qəhrəman kimi xatırlanır.

Bohemiya 1526-1627-ci illərdən sonra getdikcə Habsburqların qatı hakimiyyəti altına düşdü. Praqa 1583-1611-ci illərdə Müqəddəs Roma imperatoru II Rudolf və sarayının rəsmi mərkəzi idi.

Praqanın müdafiəsi və ardınca 1618-ci ildə Habsburqlara qarşı başlayan üsyan Otuzillik müharibənin başlanğıcı oldu. 1620-ci ildə Bohemiyadakı üsyan Ağ Dağ döyüşündə yatırıldı. Bohemiya üsyanının liderlərki 1621-ci ildə edam edildi. Zadəganlar və orta təbəqənin protestant nümayəndələri ya katolik olmalı, ya da ölkəni tərk etməli idilər.

1620-ci ildən XVIII əsrin sonlarına qədər davam edən dövr "Qaranlıq dövr" kimi tanınır. Otuzillik müharibədə çex protestantların ölkədən çıxarılması ilə birlikdə müharibə, xəstəlik və aclıq səbəbi ilə çex ərazilərinin əhalisi üçdə bir nisbətində azaldı. Habsburqlar katoliklik xaric bütün xristian məzhəblərini qadağan etdi. Osmanlı türkləri və tatarlar 1663-cü ildə Moraviyanı işğal etdi. 1679-1680-ci illərdə çex əraziləri Böyük Vyana vəbası və təhkimçilik üsyanları ilə qarşı-qarşıya qaldı.

Çexiya 
1618-ci ildə Praqanın defenstrasiyası Habsburqlara qarşı Bohemiya üsyanının başlanğıcına və buna görə də Otuzillik müharibənin birinci mərhələsinə səbəb oldu.

Aclıq səbəbi ilə kəndlilər üsyanlar etdilər. 1781-1848-ci illər aralığında təhkimçilik ləğv edilmişdi. Napoleon müharibələrinin bir neçə döyüşü hazırkı Çexiyanın ərazilərində baş tutmuşdu.

Müqəddəs Roma imperiyasının 1806-cı ildə süqut etməsi Bohemiyanın siyasi statusunun geriləməsinə yol açmışdı. Bohemiya Müqəddəs Roma imperiyasının seçki bölgəsi mövqeyini və siyasi təmsilini itirmişdi. Bohemiya əraziləri Avstriya imperiyasının tərkibinə qatılmışdı. XVIII-XIX əsrlərdə çex dili, mədəniyyəti və milli kimliyini yenidən canlandırmaq üçün Çex milli oyanışı yüksəlməyə başladı. Avstriya imperiyasının daxilində liberal islahatlar cə Bohemiya krallığının muxtariyyəti üçün çalışan Praqadakı 1848-ci il inqilabı yatırıldı.

Bohemiyada müəyyən güzəştlərin ediləcəyi güman edilirdi, lakin sonda imperator I Frans İosif sadəcə Macarıstan ilə razılaşma əldə etdi. Avstriya-Macarıstanın 1867-ci il müqaviləsi və Frans İosifin Bohemiya kralı olaraq taxta oturmaması bəzi çex siyasətçilərinin ümidlərini puça çıxartdı. Bohemiya kral əraziləri Sisleytaniya adlandırılan bölgənin bir hissəsi oldu.

Çex sosial-demokrat və mütərəqqi siyasətçiləri ümumi seçki hüququ uğrunda mübarizəyə başladılar. Kişilərin ümumi seçki hüququ ilə ilk seçkilər 1907-ci ildə keçirilmişdir.

Çexoslovakiya

Çexiya 
Birinci Çexoslovakiya Respublikası keçmiş Avstriya-Macarıstan əhalisinin 27%-ni və sənayenin təxminən 80%-ni təşkil edirdi.

1918-ci ildə Birinci Dünya müharibəsinin sonunda Habsburq monarxiyasının dağılması zamanı qalib gələn Antanta dövlətlərinə qoşulan müstəqil Çexoslovakiya Respublikası Tomaş Masarikin başçılığı ilə quruldu. Bu yeni ölkə Bohemiya tacını özündə birləşdirdi.

Birinci Çexoslovakiya Respulikası keçmiş Avstriya-Macarıstan əhalisinin sadəcə 27%-ni təşkil edirdi, ancaq sənayenin təxminən 80%-ni təşkil edirdi. Bu da onun qərbin sənaye dövlətləri ilə rəqabətə girməsinə şərait yaradırdı. 1929-cu ildə 1913-cü illə müqayisədə Ümumi Daxili Məhsul 52%, sənaye istehsalı isə 41% artmışdı. Çexoslovakiya 1938-ci ildə dünya üzrə sənaye istehsalında 10-cu yerdə idi. Çexoslovakiya Mərkəzi və Şərqi Avropada iki müharibə aralığında liberal demokratiya olaraq qalan tək ölkə idi. Birinci Çexoslovakiya Respublikasının unitar dövlət olmasına baxmayaraq, başda almanlar (1921-ci ildə 23,6%), macarlar (5,6%) və ukraynalılar (3,5%) olmaqla azlıqlara müəyyən hüquqlar vermişdir.

Çexiya 
1968-ci ildə Varşava Müqaviləsi üzvlərinin Çexoslovakiyaya hücumu zamanı Praqa.

Qərbi Çexoslovakiya bölgənin çoxunu Bohemiya və Moraviya protektoratına qatan nasist Almaniyası tərəfindən işğal edildi. Protektoratlıq Üçüncü Reyxin bir hissəsi kimi elan edildi və prezident ilə baş nazir nasist Almaniyasının reyxprotektoruna birləşdirildi. Praqanın şimalındakı Terezində nasist həbs düşərgəsi var idi. Protektoratlıqdakı yəhudilərin çox hissəsi nasistlərin idarə etdiyi həbs düşərgələrində öldürülmüşdür. Nasist Generalplan Ost alman xalqı üçün daha çox ərazi əldə etmək səbəbi ilə çexlərin çoxunu və yaxud hamısını öldürməyi, didərgin salmağı, almanlaşdırmağı və ya kölələşdirməyi hədəfləyirdi. Alman işğalı 9 may 1945-ci ildə sovet və amerikan ordularının gəlişi və Praqa üsyanı ilə sona çatdı. Çexoslovakiyada alman dilində danışanların çoxu ölkədən məcburi surətdə çıxardıldı.

1946-cı ilparlament seçkilərində Kommunist Partiyası 38% səs toplayaraq Çexoslovakiya Parlamentindəki ən böyük partiyaya çevrildi. O digər partiyalar ilə koalisiya qurdu və hakimiyyətini gücləndirdi. 1948-ci ildə dövlət çevrilişi baş verdi və birpartiyalı hökumət quruldu. Növbəti 41 il ərzində Çexoslovak kommunist dövləti Şərq blokunun iqtisadi və siyasi xüsusiyyətlərinə uyğunlaşdı. Praqa baharı siyasi liberallaşması 1968-ci il Varşava paktının Çexoslovakiyanın işğalı ilə dayandırıldı. Analitiklər bu işğalın kommunist hərəkatının dağılmasına və nəticəsində 1989-cu il inqilabına səbəb olduğuna inanır.

Çex Respublikası

Çexiya 
Vatslav Havel XX əsrdə Çexiya tarixinin ən mühüm simalarından biri. Məxməri inqilabın lideri, Çexoslovakiyanın son prezidenti və Çexiyanın ilk prezidenti.

Çexoslovakiya 1989-cu ilin noyabrında Məxməri inqilab ilə yenidən liberal demokratiyaya keçid etdi. Lakin slovak milli istəkləri gücləndi (Hypen müharibəsi) və 31 dekabr 1992-ci ildə ölkə sülh yolu ilə müstəqil Çexiya və Slovakiya ölkələrinə ayrıldı. Hər iki ölkə də bazar iqtisadiyyatı yaratmaq səbəbi ilə iqtisadi islahatlar və özəlləşdirmələr keçirdi. Bu proses böyük ölçüdə uğurlu oldu. 2006-cı ildə Dünya Bankı Çexiyanı "inkişaf etmiş ölkə" kimi qəbul etdi və 2009-cu ildə İnsan İnkişafı İndeksi Çexiyanı "çox yüksək insan inkişafı" səviyyəsinə sahib ölkə kimi qiymətləndirdi.

Çexiya 1991-ci ildən etibarən Çexoslovakiyanın bir hissəsi kimi və 1993-cü ildən etibarən müstəqil şəkildə Vişeqrad qrupunun və 1995-ci ildən etibarən də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvüdür. Çexiya 12 mart 1999-cu ildə NATO-ya və 1 may 2004-cü ildə Avropa İttifaqına qoşulmuşdur. Çexiya 21 dekabr 2007-ci ildə Şengen bölgəsinə qatılmışdır.

Çexiya hökumətlərini 2017-ci ilə qədər ya sol mərkəzçi Çexiya Sosial Demokrat Partiyası (SDP), ya da sağ mərkəzçi Vətəndaş Demokratik Partiyası (VDP) idarə etmişdir. 2017-ci ilin oktyabrında ölkənin ən varlı ikinci adamı Andrey Babişin başlatdığı populist hərəkat ANO 2011 ən yaxın rəqibi olan VDP-dən üç dəfə daha çox səs toplayaraq seçkilərdə qalib gəldi. 2017-ci ilin dekabrında Çexiyanın Prezidenti Miloş Zeman Andrey Babişi baş nazir vəzifəsinə təyin etdi.

2021-ci il seçkilərində ANO 2011 az fərqlə məğlub oldu və Petr Fiala yeni baş nazir oldu. 2023-cü ilin yanvarında təqaüdçü general Petr Pavel prezident seçkilərində qalib gələrək Miloş Zemanın yerinə yeni prezident oldu. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra ölkə yarım milyon ukraynalı qaçqını qəbul etdi ki, bu da dünyada adambaşına düşən ən böyük rəqəmdir.

Coğrafiya

    Çexiya  Əsas məqalə: Çexiya coğrafiyası
Çexiya 
Çexiyanın topoqrafik xəritəsi

Çexiya əsasən 48° və 51° Ş. enlikləri və 12° və 19° Ş. uzunluqları arasında yerləşir.

Bohemiya qərbdə Elba (çex. Labe) və Vltava çayları tərəfindən qurudulmuş hövzədən ibarətdir, əsasən alçaq dağlarla, məsələn, Sudet dağının Krkonoşe silsiləsi ilə əhatə olunmuşdur. Ölkənin ən yüksək nöqtəsi 1.603 m (5.259 fut) olan Snejka dağı burada yerləşir. Ölkənin şərq hissəsi olan Moraviya da dağlıqdır.

Çex Respublikasından su üç fərqli dənizə axır: Şimal dənizinə, Baltik dənizinə və Qara dənizə. Çexiya həmçinin Versal sülh müqaviləsinin 363-cü maddəsi ilə Çexoslovakiyaya verilmiş Hamburq limanlarının ortasında yerləşən 30.000 kvadratmetr (7.4 akr) ərazisi olan Moldauhafen ərazisini dənizə çıxışı olmayan ölkəyə icarəyə verir. Ərazi 2028-ci ildə Almaniyaya qaytarılacaq.

Ümumdünya Təbiəti Mühafizə Fondunun məlumatına görə, Çexiya ərazisi dörd ekoregiona bölünə bilər: Qərbi Avropa enliyarpaqlı meşələri, Mərkəzi Avropa qarışıq meşələri, Pannoniya qarışıq meşələri və Karpat dağ iynəyarpaqlı meşələri.

Çexiyada dörd milli park var. Ən qədimi Krkonoşe Milli Parkı (Biosfer rezervi), digərləri isə Şumava Milli Parkı (Biosfer rezervi), Podiyi Milli Parkı və Bohemiya İsveçrəsidir.

İqlim

Çexiya 
0 °C izotermindən istifadə edərək Çexiyanın Köppen iqlim təsnifatı növləri
  Rütubətli kontinental iqlim
Çexiya 
−3 °C izotermindən istifadə edərək Çexiyanın Köppen iqlim təsnifatı növləri
  Rütubətli kontinental iqlim

Çexiya okean və kontinental iqlim tipləri arasında keçid zonasında yerləşən mülayim iqlimə malikdir, yayı isti, qışı isə soyuq, buludlu və qarlı olur. Yay və qış arasındakı temperatur fərqi dənizə çıxışı olmayan coğrafi mövqe ilə əlaqədardır.

Temperaturlar hündürlükdən asılı olaraq dəyişir. Ümumiyyətlə, yüksək hündürlüklərdə temperatur azalır və yağıntılar artır. Çexiyadakı ən rütubətli ərazi Yizera dağlarında Bílý Potok ətrafında, ən quraq bölgə isə Praqanın şimal-qərbindəki Louni rayonudur.

Snejkanın ən yüksək zirvəsində (1.603 m) orta temperatur -0,4 °C (31 °F), Yihomoravsk diyarının düzənliklərində isə orta temperatur 10 °C (50 °F) qədər yüksəkdir. Ölkənin paytaxtı Praqada da oxşar orta temperatur var, baxmayaraq ki, buna şəhər faktorları təsir edir.

Ən soyuq ay adətən yanvar, ardınca fevral və dekabr aylarıdır. Bu aylarda dağlarda, bəzən isə şəhər və aran rayonlarında qar yağır. Mart, aprel və may aylarında temperatur adətən yüksəlir, xüsusən aprel ayında, temperatur və hava gün ərzində dəyişməyə meylli olur. Yaz fəsli həm də qarın əriməsi səbəbindən çaylarda suyun səviyyəsinin artması ilə xarakterizə olunur.

İlin ən isti ayı iyul, sonra avqust və iyun aylarıdır. Orta hesabla, yay temperaturu qışdan təxminən 20-30 °C (36-54 °F) yüksəkdir. Yay həm də yağış və tufanlarla xarakterizə olunur.

Payız ümumiyyətlə hələ isti və quru olan sentyabr ayında başlayır. Oktyabr ayında temperatur adətən 15 °C (59 °F) və ya 10 °C (50 °F) aşağı düşür və yarpaqlı ağaclar yarpaqlarını tökməyə başlayır. Noyabrın sonunda temperatur adətən donma nöqtəsi ətrafında dəyişir.

İndiyə qədər ölçülən ən soyuq temperatur 1929-cu ildə Çeske-Budeyovise yaxınlığındakı Litvinovisdə −42.2 °C (−44.0 °F) ilə, ən isti isə 2012-ci ildə Dobrjixovis 40.4 °C (104.7 °F) olmuşdur.

Ən çox yağış yay aylarında düşür. Sporadik yağıntılar il boyu olur (Praqada ayda ən azı 0,1 mm). Yağış yağan günlərin orta sayı sentyabr və oktyabrda 12-dən noyabrda 16-ya qədər dəyişir, lakin konsentrat yağıntı (10 mm-dən çox olan günlər) may-avqust aylarında (orta hesabla ayda iki belə gün) daha tez-tez olur.

Ətraf mühit

2020-ci ildən bəri Çexiya Ətraf Mühit Performansı İndeksində dünyada ekoloji cəhətdən ən şüurlu 21-ci ölkə kimi yer alır.2018-ci ildə Meşə Landşaftının Dürüstlük İndeksində 1,71/10 orta hesabla 172 ölkə arasında 160-cı yerdə qərarlaşıb. Çexiyada dörd milli park (Şumava Milli Parkı, Krkonoşe Milli Parkı, Bohemiya İsveçrəsi, Podiyi Milli Parkı) və 25 qorunan landşaft ərazisi var.

Hökumət

    Çexiya  Əsas məqalələr: Çexiya hökuməti və Çexiyanın dövlət quruluşu

Hüquq

    Çexiya  Əsas məqalələr: Çexiyada hüquq sistemi, Çexiyada məhkəmə sistemi, və Çexiyada hüquq-mühafizə orqanları

Xarici siyasət

    Çexiya  Əsas məqalə: Çexiyanın xarici siyasəti

Ordu

    Çexiya  Əsas məqalə: Çexiya Ordusu

İnsan hüquqları

    Çexiya  Əsas məqalə: Çexiyada insan hüquqları

İnzibati quruluş

    Çexiya  Əsas məqalələr: Çexiyanın regionları və Çexiyanın rayonları

İstinadlar

Mənbələr

Əlavə oxu

Xarici keçidlər

Tags:

Çexiya EtimologiyaÇexiya TarixÇexiya CoğrafiyaÇexiya HökumətÇexiya İstinadlarÇexiya Əlavə oxuÇexiya Xarici keçidlərÇexiyaAlmaniyaAvstriyaBrnoDəniz iqlimiDənizə çıxışı olmayan dövlətlərKontinental iqlimLiberetsMərkəzi AvropaOstravaPlzenPolşaPraqaSlovakiyaÇex dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan toy adətləriQazaxıstanPakistanAzərbaycan Dövlət Pedaqoji UniversitetiQabarıq çoxbucaqlıKarles PuçdemonAyAzərbaycan Texniki UniversitetiAralıq dəniziNizami QafarovYovşanBöyük QafqazMehriban XanlarovaFəlsəfəİnformasiya texnologiyalarıAzərbaycan Respublikasının Milli Məclisiİkinci Qarabağ müharibəsiNazirlər Kabineti (Azərbaycan)Azərbaycan UniversitetiTəvəssül duasıLionel MessiDramAğstafa rayonuMissioner pozasıNovruz bayramıCavid QurbanovÇərşənbə axşamıHüseyn ibn ƏliSeymur OrucovFərid Əhmədovİlk tibbi yardımQaraciyərAcı yovşanMüstəqil Dövlətlər BirliyiVərəmSamir RzayevHepatit BÜmumdünya İrsiTərəzi (astrologiya)Əlincə qalasıBalıqAlidə MustafayevaDaxili İşlər Nazirliyi (Azərbaycan)Ağaməhəmməd şah QacarAzərbaycan mədəniyyətiİşıq sürətiKubaOrxan SultanovAzərbaycanın palçıq vulkanlarıTamanna BhatiyaSüni intellektİsrailAqşin YeniseyMikayıl MüşfiqSaySadə ədədÇoxluqlarDövlətKompleks ədədlərXürrəmilər hərəkatıAzərbaycanın iqlimiSultan KösenQastritRəqəmŞəkərRaquf OrucovQondarma Dağlıq Qarabağ RespublikasıSəsArif PaşayevLələtəpəSintaktik əlaqələrAzərbaycan Daxili QoşunlarıKoroğluDünya ölkələrinin pul vahidləriAnemiyaİnklüziv təhsilKəmaləddin Heydərov🡆 More