Vaşinqton Universiteti

Vaşinqton Universiteti (ing.

Vaşinqton Universiteti
University of Washington
Loqonun şəkli
Vaşinqton Universiteti
Əsası qoyulub 1861
Tip Dövlət
Tələbə sayı 45,213
Şəhər Sietl şəhəri
Ölkə
Sayt washington.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Sietl şəhəri XIX əsrdə Vaşinqton ərazisində insanların daha çox məskunlaşdıqları ərazilərdən biri olub. 1854-cü ildə Vaşinqton ərazisinin ilk qubernatoru İsaak Stivens bu ştatda universitet yaradılması haqqında təklif irəli sürür. Sietl şəhərində yaşayan bir neçə tanınmış şəxs, o cümlədən metodizm hərəkatının təbliğatçısı Daniil Beqli şəhərin nüfuzunun artırılması məqsədilə universitetin Sietl şəhərində yaradılmasını istəyir. Onlar ştatın qanunvericilik orqanının üzvü Artur Denni universitetin məhz bu şəhərdə yaradılmasına razı sala bilirlər. Qanunvericilik Şurası Luis və Sietl ərazilərində iki universitet yaratmaq qərarına gəlsə də, sonradan ali məktəbin yalnız Luis ərazisində reallaşdırılması düşünülür. Lakin Luisdə universitetin yaradılması üçün münasib ərazi tapılmadığından bu iş 1858-ci ildə Sietl şəhərində həyata keçirilir.

1861-ci ildə Sietl şəhərində yeni universitet yaradılması üçün xeyriyyəçilər Artur Denni, Edvard Lander və Çarli Terri tərəfindən 10 akr (40000 m²) ərazi hədiyyə edilir.

Yeni yaradılan universitet Vaşinqton Universiteti adlandırılır və onun rəsmi açılışı 1861-ci il noyabrın 4-də baş tutur. Bir il sonra universitetdə Naiblər Şurası yaradılır. 1863, 1867 və 1876-cı illərdə ali məktəb tələbə qıtlığı və maliyyə çatışmazlığı səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşir. Universitetin ilk məzunlarından biri 1876-cı ildə ali məktəbin bakalavr pilləsini dəqiq elmlər üzrə bitirmiş Klara Antuanetta Makkarti Uitl olur. Həmin dövrdə universitet yüksək inkişaf yoluna qədəm qoyur. Burada təhsil alan tələbələrin sayı 30-dan 300-dək çoxalır.

1895-ci ildə hökumətin ayırdığı maliyyə yardımı hesabına Vaşinqton Territorial Universitetinin şəhərin mərkəzindən şimal-şərqdə Union Bey kampusu açılır. Universitetin əsas binası 1908-ci ildə dağıdılır və hazırda həmin yerdə Feyrmont Olimpiya oteli yerləşir. I və II Dünya müharibələri universitetin inkişafında durğunluğa səbəb olur. Müharibədən sonrakı illərdə universitet daha yüksək sürətlə inkişaf etməyə başlayır. 1916-cı ildən 1939-cu ilədək universitetin humanitar fakültəsinin yerləşəcəyi dördbucaq binaların tikintisi başa çatdırılır. Ali məktəbin inkişafı ilə bağlı olan önəmli hadisələrdən biri də 1946-cı ildə Tibb Mərkəzinin açılışı olur.

Vaşinqton Universiteti 
Universitetin Polis Departamentinin maşını

1950-ci ilin əvvəllərində universitetin Polis Departamenti fəaliyyətə başlayır.

1960-1970-ci illər universitet tarixində "Qızıl əsr" kimi yadda qalır. Həmin dövrdə ali məktəbin tələbələrinin sayı, büdcəsi sürətlə artır, kampusu genişlənir, yeni binaları tikilir. Bir çox Amerika universitetlərində olduğu kimi, Vaşinqton Universitetində də Vyetnam müharibəsinə etiraz olaraq tələbə aksiyaları keçirilir. Eyni zamanda Vaşinqton ştatının senatorları Henri Cekson, Uorren Maqnuson universitetə dövlət tərəfindən tədqiqatlar üçün maliyyə yardımları ayrılmasına nail olurlar. Hazırda da Vaşinqton Universiteti ən çox tədqiqat yardımı alan ABŞ universitetidir.

1990-cı ildə universitetin Bothell və Takoma filialları açılır. İlk vaxtlar bu kampuslarda yalnız bakalavr səviyyəsi üzrə təhsil verilsə də, 2006-cı ildən başlayaraq magistr proqramları da təklif olunur.

Müasir vəziyyəti

Vaşinqton Universiteti 
Suzzallo kitabxanası

Universitetin ən qədim binası olan Denni Holldur. Bu bina 1895-ci ildə fransız intibahı üslubunda tenino qum daşından inşa edilib və Sietl alimləri Artur Aleksandroviç və Mariya Denninin adını daşıyır. Uzun illər bu tikili universitetin əsas binası kimi fəaliyyət göstərir. Denni binasının tikintisində işlədilən qum daşından Teodor Yakobsen rəsədxanasında da istifadə olunub. Rəsədxana az istifadə olunsa da, kampusun ərazisində ikinci ən qədim binadır. Kampusda sonradan Naiblər Şurasının yerləşdiyi və s. binalar tikilir. Universitetin qırmızı kərpicdən tikilmiş binaları yerləşən ərazi Qırmızı meydan adlanır. Quld və Bebb binaları, Suzzallo, Mərkəzi kitabxanalar ensiklopedik qotik üslubuna aiddir. Ali məktəbin kampusunda 1960-cı ildən sonra tikilən binalar modern üslubdadır.

Universitetin 1961-ci ildə tikilmiş Nüvə reaktoru binası şüşə divarlara malikdir. Burada 1972-ci ildə baş vermiş şüa sızmasından sonra 1998-ci ildə reaktorun bağlanılması qərarı verilir. Hazırda isə həmin binanın sökülməsi nəzərdə tutulur.

"Microsoft"un yaradıcıları Pol Allen və Bill Qeyts universitetlə sıx ailə əlaqələrinə malik olduqlarından (onların valideynləri bu universitetdə dərs deyiblər) 2000-ci ildə ali məktəbdə onların şərəfinə Meri Geyts Holl, Uilyam Geyts Holl, 2003-cü ildə isə Pol Allen Kompüter Elmləri və Mühəndislik Mərkəzi binaları açılır. 2006-cı ildə universitetdə Bil Geyts və ABŞ Prezidenti Cimmi Karterin şərəfinə Uilyam Foeq Biomühəndislik və Genom Elmləri binaları istifadəyə verilib. Kampus ərazisindəki digər binalardan Sietl şəhərciyindəki Henri Bədii qalereyasını, Berk Təbii Tarix və Mədəniyyət muzeyini, Vaşinqton Dendari Parkını, Uorren Maqnuson Sağlamlıq Elmləri Mərkəzini (533280 m²-ABŞ-də ikinci ən böyük bina) qeyd etmək olar.

Kollec və fakültələri

Vaşinqton Universitetində 16 kollec, 150-dən çox fakültə fəaliyyət göstərir.

İncəsənət və Dəqiq Elmlər Kolleci Amerika etnik tədqiqatları, Amerika hindu tədqiqatları, Asiya dilləri və ədəbiyyatı, Yaxın Şərq dilləri və sivilizasiyası, Skandinav tədqiqatları, ingilis dili, Linqvistika, Nitq və eşitmə elmləri, Müqayisəli ədəbiyyat, Müqayisəli ideyalar tarixi, fransız və italyan tədqiqatları, Almaniya tədqiqatları, Slavyan dilləri və ədəbiyyatları, İspan və portuqal tədqiqatları, Fəlsəfə, Psixologiya, Sosiologiya, Statistika, İncəsənət, Klassika, Musiqi, Rəqs, Dram, Tarix, Hüquq, Cəmiyyət və ədalət, Antropologiya, Kommunikasiya, Siyasi elmlər, İqtisadiyyat, Gender məsələləri, Qadın və cinsi tədqiqatlar, Coğrafiya, Tətbiqi riyaziyyat, Astronomiya, Biologiya, Kimya, Fizika, Riyaziyyat departamentlərindən, Cekson Beynəlxalq Tədqiqatlar Məktəbindən ibarətdir.

Ətraf Mühit Quruculuğu Kollecinə Memarlıq, İnşaat idarəetməsi, Landşaft memarlığı, Şəhər dizaynı və planlaşdırma departamentləri aiddir. Kollecdə şəhərsalma, sosial, iqtisadi, mədəni, fundamental və s. məsələlərin həlli üzrə tədqiqatlar aparılır, tarixi irsin və ətraf mühitin qorunması üçün mühüm işlər həyata keçirilir.

Mühəndislik Kolleci Aeronavtika və astronavtika, Biomühəndislik, Kimya texnologiyaları, Vətəndaş və ekologiya maşınqayırması, Kompüter elmləri və texnika, Elektrik maşınqayırması, Dizayn və mühəndislik, Sənaye və sistemlərin işlənməsi, Material elmləri və mühəndislik, Maşınqayırma, Bioresurs elmləri və texnika departamentlərindən ibarətdir.

Ətraf Mühit Kollecində İqlimin Təsiri, İqlim Dəyişməsi, Meşə Məhsullarının Beynəlxalq Ticarəti, Meşə Təsərrüfatı, Balıqçılıq və Vəhşi Təbiət, Təbii Sərvətlər, Sakit okean Şimal-Şərq Seysmik Tədqiqatlar, Su resursları, Dördüncü Dövr Tədqiqatları mərkəzləri, Birləşmiş Atmosfer və Okean Tədqiqatları, Ekologiya institutları, Vaşinqton Botanika bağı, Vaşinqton NASA Kosmik Konsorsiumu fəaliyyət göstərir.

Biznes Kollecinə Mühasibat, Maliyyə və biznes iqtisadiyyatı, İnformasiya sistemləri və əməliyyatların idarə olunması, Menecment və təşkilat, Marketinq və beynəlxalq biznes departamentləri daxildir. Kollecdə Qlobal biznes, İnnovasiya və sahibkarlıq, Biznesdə beynəlxalq tədqiqatlar, Pərakəndə idarəetmə, Satış, Sahibkarlıq texnologiyası, müxtəlif MBA proqramları təklif olunur.

Stomatologiya Kolleci Stomatoloji səhiyyə elmləri, Endodontiya, Ağız biologiyası, Ağız tibbi, Üz-çənə cərrahiyyəsi, Ortodontiya, Uşaq stomatologiyası, Parodontologiya, Bərpa stomatologiyası (Protezləşdirmə) departamentlərindən ibarətdir.

Pedaqogika Kollecində Tədris planı və təlimat, Pedaqoji liderlik və siyasi tədqiqatlar, Təhsil psixologiyası, Xüsusi təhsil, Pedaqoji təhsil, Fənlərarası tədqiqatlar, Bakalavr təhsili departamentləri fəaliyyət göstərirlər. Kollecdə Çoxmədəniyyətli təhsil, Pedaqoji liderlik, Dəqiq elmlər və riyaziyyat, Xüsusi təhsil, Rəsmi və qeyri-rəsmi mühitdə təhsil və s. proqramlar təklif olunur. Burada Müəllim, tədris və şagirdlər, Təhsil siyasəti və islahatları, Tədqiqat və təhqiqat metodları sahələri üzrə tədqiqatlar həyata keçirilir.

İnformasiya Kolleci İnformatika üzrə bakalavr, Kitabxana informatikası, İnformasiya menecmenti üzrə magistr, PhD səviyyələri, təhsilin davametdirilməsi proqramları təklif edir. Kollecdə informasiya sistemləri, mobil texnologiyalar və sosial media, insan və kompüter əlaqələri, informasiya memarlığı, şəbəkə informasiya təminatı, strateji planlaşdırma və digər məsələlər üzrə tədqiqatlar həyata keçirilir.

Hüquq Kollecində Asiya müqayisəli hüquqşünaslıq hüququ, Qlobal biznes hüququ, Səhiyyə hüququ, Ekoloji hüquq, İntellektual mülkiyyət və siyasət, Vergi, Beynəlxalq hüququn sabit inkişafı proqramları təklif olunur. Kollecin Asiya Hüquq, Dəqiq Elmlər və Qlobal Səhiyyə Hüququ, Hüquq, Texnologiya və incəsənət, İntellektual Mülkiyyət Perspektiv Tədqiqatlar, Doğma Amerika Qanunu mərkəzləri, Barer Hüquq və Qlobal Sosial Təminat İnstitutu fəaliyyət göstərir.

Tibb Kolleci Stomatologiya, Tibb bacısı, Əczaçılıq, İctimai Səhiyyə, İctimai Fəaliyyət məktəblərindən, Anesteziologiya və ağrıkəsici dərmanlar, Biokimya, Biomühəndislik, Bioetika və humanitar elmlər, Bioloji struktur, Müqayisəli tibb, Genom elmlər, Ailə tibbi, Qlobal səhiyyə, İmmunologiya, Laborator tibb, Tibbi təhsil və biotibbi informatika, Tibb, Allergiya və infeksion xəstəliklər, Kardiologiya, Dermatologiya, Təcili tibbi yardım, Qastroenterologiya, Ümumi daxili təbabət, Gerontologiya və geriatriya, Gematologiya, Tibbi genetika, Metabolizm, endokrinologiya və qidalanma, Nefrologiya, Onkologiya, Pulmonologiya və intensiv terapiya, Revmatologiya, Mikrobiologiya, Nevroloji cərrahiyyə, Nevrologiya, Mamalıq və ginekologiya, Oftalmologiya, Ortopediya və idman tibbi, Otolarintologiya, Patologiya, Pediatriya, Farmokologiya, Fiziologiya və biofizika, Psixiatriya və davranış elmləri, Radiasiya onkologiyası, Radiologiya, Reabilitasiya (Bərpa tibbi), Cərrahiyyə, Plastik cərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Transplantasiya, Urologiya, Pyudjet-Saund səhiyyə cərrahiyyəsi departamentlərindən ibarətdir.

Tibb bacısı Kollecinə Tibb bacısı və səhiyyə sistemi, Ailə və uşaqlara qulluq, Psixososial və ictimai səhiyyə departamentləri, Sağlamlıq Elmləri Təhsili, Körpənin Psixoloji Sağlamlığı və İnkişafı, Geriatrik Fənlərarası Tədqiqatlar, Qadın Sağlamlığının Qorunması və Gender Tədqiqatları, Yuxu Pozulması Tədqiqatları və s. mərkəzlər daxildir.

Əczaçılıq Kollecinə Əczaçılıq Məktəbi, Tibbi kimya, Əczaçılıq departamentləri daxildir. Kollecdə ən yeni dərman preparatlarının hazırlanması üzrə tədqiqatlar aparılır, təbii yolla dərman vasitələrinin əldə olunmasına üstünlük verilir.

İctimai Səhiyyə Kolleci Biostatistika, Ətraf mühit və əmək gigiyenası elmləri, Epidemiologiya, Qlobal səhiyyə, Tibbi xidmətlər departamentlərindən ibarətdir. Kollecdə Səhiyyə idarəetməsi, Ana və uşaq sağlamlığı, Qida elmləri, Patobiologiya və Genetika səhiyyəsi fənlərarası proqramları təklif olunur.

Sosial Fəaliyyət Kollecində Pasiyentlərin fiziki və psixoloji sağlamlığı, Konflikt, sosial ədalət, koalisiyanın yaradılması, Amerika yerli əhalisinin tibbi müayinəsi, Valideyn-uşaq münasibətləri, Ana, uşaq və yeniyetmələrin sağlamlığı, Latın Amerikası, Afroamerikalıların və Asiya əsilli amerikalıların sağlamlığı, Vyetnam və Komboca immiqrantlarının öyrənilməsi, Yaşlı insanların depressiya və sosial əlaqə tədqiqatları, eləcə də cəmiyyətin digər aktual məsələlərini əhatə edən proqramlar üzrə tədqiqatlar aparılır.

İctimaiyyətlə Əlaqə Kolleci və ya Evans İctimaiyyətlə Əlaqə Məktəbi Qeyri-kommersiya idarəetməsi, Ekoloji siyasət və idarəetmə, Yoxsulluq tədqiqatları, Təhsil, Beynəlxalq münasibətlər, Dövlət idarəetməsi, siyasi analiz və maliyyə proqramları üzrə tədqiqatlar həyata keçirir. Məktəbdə Gəlir və Xərclər Analitik, Birgə İdarəetmə, Mark Lindenberq, Siyasi Analiz, Uilyam Rakelshaus və s. mərkəzlər fəaliyyət göstərir.

Ali Kollec magistr və doktorantlar üçün nəzərdə tutulub və sadalanan bütün sahələr üzrə magistrant və doktorluq proqramları təklif edir.

Şüarı

Vaşinqton Universiteti Amerikanın qərb sahilində yerləşən ən qədim dövlət universitetlərindən biridir. Zəngin və dünya standartlarına cavab verən yüksək təhsilə, laboratoriya, kitabxana, muzey, teatr, xəstəxana və tibb mərkəzlərinə malik universitet hər bir gənci bütün bunlardan istifadə etməyə və yararlanmağa dəvət edir. Bilik və kəşfləri ilə seçilən ali məktəbin əsas məqsədi dünya əhalisinin həyat səviyyəsini yüksəltməkdən ibarətdir. Elə universitetin şüarı da buradan qaynaqlanıb:

Vaşinqton Universiteti  "Qoy işıq olsun!" Vaşinqton Universiteti 

Rəhbərlik

Vaşinqton Universitetinin rektoru professor Meri Lidstrom, prorektoru isə Duq Vaddendir. Universitetdə təxminən 22000-ə qədər işçi çalışır. İşçilərin 6000-ə yaxını akademik, qalanları isə inzibati heyətdir.

Kontingent

Vaşinqton Universitetində hazırda ümumilikdə 48022 nəfər tələbə təhsil alır. Onlardan 34523 nəfəri bakalavr, 11592 nəfəri magistrant və doktorant, 1907-i nəfəri isə peşə-ixtisas tələbələridir. Ali məktəbin məzunları arasında indiyədək 136 Fulbrayt, 35 Rods, 7 Marşall, 4 Qeyts Kembric alimləri proqramları təqaüdçüləri var.

Universitetdə tələbələrə qalmaq üçün yataqxanalar, mənzillər, ailəli tələbələr üçün xüsusi evlər təklif olunur. Yataqxanalar korpusların, kitabxana və laboratoriyaların yaxınlığında yerləşdiyi üçün tələbələrə burada yaşamaq çox əlverişlidir, eyni zamanda yataqxanalar müasir restoranlara, böyük supermarketlərə, bərbərxana, bank, idman zalları və digər xidmətlərə malikdir. Yerləşdiyi ərazi və şəraitindən asılı olaraq yataqxanalarda bir nəfərlik otağın qiyməti ildə 10539-11598, iki nəfərlik otağın qiyməti 7581-10215, üç və daha çox tələbə üçün nəzərdə tutulmuş otağın qiyməti isə 6147-9261 ABŞ dolları təşkil edir.

Kampusları

Vaşinqton Universiteti üç əsas kampusdan - Sietl, Takoma və Bothell tələbə şəhərciklərindən ibarətdir.

  • Sietl kampusu Union və Porteyc körfəzlərinin sahilində yerləşir, şərqdən Kaskad, qərbdən isə Olimp dağları ilə əhatə olunur. Kampusun ən görməli yerləri kimi Suzzallo kitabxanasını, Yoşino albalı bağını, bağdan qərbdə yerləşən Qırmızı meydanı qeyd etmək mümkündür. Sietl kampusu öz növbəsində Şərqi, Qərbi və Cənubi hissələrə bölünüb:
    • Şərqi kampusu şərqdən Montleyk bulvarı ilə sərhəddir, əsasən bataqlıq ərazilərindən, idman meydançalarından ibarətdir.
    • Qərbi kampus 15-ci avenyu və şimal-şərqdə 41-ci küçəyədək uzanır.
    • Cənubi kampus Pasifik küçəsi və Vaşinqton gölü Gəmiçilik kanalı arasında yerləşir. Bu kampusda tibbi elmlər, okeanoqrafiya, balıqçılıq bölmələri, Vaşinqton Universiteti Tibb Mərkəzi yerləşir.

İdman

Vaşinqton Universitetinin idman komandaları "Vaşinqton eskimosları" və ya universitetin Montleyk bulvarının yaxınlığında yerləşdiyi üçün "Montleyk" adlandırılır. Universitet idmanın bir çox növləri üzrə uğurlar qazanıb. Xüsusi ilə universitetin tələbələri futbol, basketbol, softbol, avarçılıq, qolf, qadınlar arasında voleybol, üzgüçülük üzrə yüksək nəticələr əldə ediblər. Universitetin "Husky" (azərb. Eskimos‎) stadionu bir çox yarışların təşkil olunduğu məşhur məkanlardan biridir və hazırda stadionda xüsusi, 300 milyon ABŞ dolları dəyərində təmir işləri aparılır. ABŞ-nin Milli Tələbə İdman Assosiasiyasına (NCAA) daxil olan bütün müəssisələrin idman kompleksləri arasında bu, ən bahalı təmir olunmuş stadion olacaq.

Büdcəsi

2009-2010-cu tədris ilində Vaşinqton Universitetinin illik gəlirləri 3124075 ABŞ dolları olub. Həmin vəsaitin 982413 dollarını federal qrant və sazişlər, 155876 dollarını qeyri-dövlət qrantları, 527958 dollarını təhsil haqqı və təhsil sazişləri, 1029057 dollarını universitet xəstəxanaları, qalanlarını isə digər vəsaitlər hesabına əldə olunan gəlirlər təşkil edib. Həmin tədris ilində ali məktəbin ümumi xərcləri 3492655 ABŞ dolları olub. Bu məbləğin 1710227 dolları əməkdaşların əməkhaqqı, 228714 dolları amortizasiya, qalanları isə digər əməliyyat xərcləri olub. 2010-cu ildə Vaşinqton Universitetinin İanə fondunun gəlirləri təxminən 2 milyard ABŞ dolları təşkil edib.

Təhsil haqqı

2010-2011-ci tədris ilində Vaşinqton Universitetinin bakalavr səviyyəsində təhsil haqqı yerli tələbələr üçün ildə 8701-12519 (Sietl kampusunda), 8617-12435 (Bothell kampusunda), 8689-12507 (Takoma kampusunda) ABŞ dolları, əcnəbi tələbələr üçün isə 25329-25859 (Sietl kampusunda), 25245-25775 (Bothell kampusunda), 25317-25847 (Takoma kampusunda) ABŞ dolları arasında dəyişib. Magistratura və doktorantura səviyyələri üzrə yerlilərin təhsil haqqı 11449-25099 (Sietl kampusunda), 11365-21375 (Bothell kampusunda), 11437-11977 (Takoma kampusunda) ABŞ dolları, əcnəbi tələbələrin təhsil haqqı isə 24789-37419 (Sietl kampusunda), 24705-28265 (Bothell kampusunda), 24777-32137 (Takoma kampusunda) ABŞ dollarıdır.

Reytinqi

"Academic Ranking of World Universities"dəki yeri:
2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015
16 20 17 17 16 16 16 16 16 16 16 15 15
"Times Higher Education World University Rankings"dəki yeri:
2015/16 2014/15 2013/14 2012/13 2011/12 2010/11
32 26 25 24 25 23

Xarici əlaqələri

Universitetin BƏƏ-nin Dubay Əmirliyində filialı fəaliyyət göstərir.

Məşhur məzunları

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  • Brüs Li – məşhur döyüş sənəti ustası, aktyor;
  • Conson Toribionq – Palau Respublikasının prezidenti;
  • Aleks İfeaniçukvu Ekvueme – Nigeriyanın vitse-prezidenti;
  • Armida Alisyahbana – İndoneziyanın milli inkişaf naziri;
  • Brok Adams – ABŞ-nin Vaşinqton ştatından olan senatoru;
  • Rob MakKenna – Vaşinqton ştatının baş prokuroru;
  • Deniyel Evans – Vaşinqton ştatının sabiq qubernatoru;
  • But Qardner – Vaşinqton ştatının sabiq qubernatoru;
  • Albert Rosellini – Vaşinqton ştatının sabiq qubernatoru;
  • Ivan Taslimson – İndoneziyanın memar, texnoloq;
  • Stiven MakAlpayn – Alyaskanın sabiq qubernatoru;
  • Linda Bak – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
  • Corc Hitçinqs – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
  • Martin Rodbell – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
  • Corc Stiqler – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı.

Mənbə

İstinadlar

Xarici keçidlər

Tags:

Vaşinqton Universiteti TarixiVaşinqton Universiteti Müasir vəziyyətiVaşinqton Universiteti Kollec və fakültələriVaşinqton Universiteti ŞüarıVaşinqton Universiteti RəhbərlikVaşinqton Universiteti KontingentVaşinqton Universiteti KampuslarıVaşinqton Universiteti İdmanVaşinqton Universiteti BüdcəsiVaşinqton Universiteti Təhsil haqqıVaşinqton Universiteti ReytinqiVaşinqton Universiteti Xarici əlaqələriVaşinqton Universiteti Məşhur məzunlarıVaşinqton Universiteti MənbəVaşinqton Universiteti İstinadlarVaşinqton Universiteti Xarici keçidlərVaşinqton UniversitetiABŞSietlVaşinqton ştatıİngilis dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

LənkəranRəqsanəRusiyaKimyəvi elementAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıTəmsilŞri-LankaZülfiyyə XanbabayevaBöyük Səlcuq imperiyasıƏbülfəz ElçibəyŞirDövlət bayraqlarının siyahısıRamiz ZeynalovƏhəmənilər dövlətiAzərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsiHamiləlikXitabTəravih namazıAral gölüCəmiyyətEmin (müğənni)NərdNikol PaşinyanPeyğəmbərÇoxluqlarÜrək çatışmazlığıİslam peyğəmbərləriQafqaz AlbaniyasıAğqoyunlularSakit okeanYouTubeSistitAğciyərSilindrOxatan (astrologiya)Azərbaycan Daxili QoşunlarıSəfəvilərHekayəQız qalasıAğdam Çay EviMakedoniyalı İsgəndərRus əlifbasıAzərbaycan Hava YollarıI TəhmasibŞöhrət ordeni (Azərbaycan)Midiya dövlətiKürMark TvenSifilisDurğu işarələriTürkmənistanZəkatİnsanın tənəffüs sistemiQızılcaRafael İsgəndərovNizami GəncəviYaponiyaNida cümləsiAzərbaycanda yayılmış balıqların siyahısıKubAmoksisillinCrocus City Hall100 manatlıq əsginasCəfər CabbarlıPakistanBişirmə bananŞumerBalıqSerj SarqsyanİnsanMehriban ƏliyevaDəllək MuradQopuzPrizmaPolad HəşimovXətti funksiyaAzərbaycan xanlıqlarıAvrasiyaRənglər siyahısı🡆 More