Əli Qulu oğlu Cavadzadə (31 yanvar 1924, Bakı – 26 fevral 1996, Bakı) — Müasir Azərbaycan şeirinin yaradıcılarından biridir.
75 illik ömrünün 50 ildən çoxunu milli poeziyanın inkişafına həsr etmişdir. İlk ana dili dərsliyinin müəlliflərindən biri olmuşdur. İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaradır və bu filarmoniyanın həm ilk, həm də son müdiri olur. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987).
Əli Tudə | |
---|---|
Doğum adı | Əli Qulu oğlu Cavadzadə |
Doğum tarixi | 31 yanvar 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 26 fevral 1996 (72 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Siyasi mühacir |
Milliyyəti | azərbaycanlı |
Atası | Qulu Cavadzadə |
Anası | Şahbəyim Cavadzadə |
Təhsili | BDU Filologiya fakültəsi |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | azərbaycanca |
Üzvlüyü | |
Mükafatları | |
Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan atası Qulu və anası Şahbəyimdir. XX əsrin ilk illərinə təsadüf edən növbəti şahsevənlərin basqınlarının birində Əli Tudənin ailəsi Şimali Azərbaycana gəlir. Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişib. O, nənəsi Qəribin himayəsində böyüyüb. 1937-ci il keçmiş Sovet İttifaqının ərazisinə dəhşətli represiya tufanı ilə gəlir. 1938-ci ilin yazında 14 yaşlı Əlini də nənəsi ilə birgə İrana sürgün edirlər. Kiçik xalası isə 2 uşağı ilə Bakıda qalır. Nənəsi ilə Ənzəlidəki bir mehmanxanada müvəqqəti məskunlaşır. Xalası Gəlinxanım öz uşaqları ilə Bakıdan gələndən sonra onlar mehmanxanadan yığışıb yük maşını ilə Ərdəbilə yola düşürlər. Əli Miyanə — Zəncan dəmiryolunda fəhləliyə başlayır və bir müddət sonra oradan ayrılır. Əli Tudə sonradan Astara — Ənzəli şosse çəkilişində iştirak edir və yol çəkilənə qədər buradan ayrılmır. Böyük arzularla yaşayan Əli daha o kəndə sığa bilmir. Beləcə o, Çanaqbulaq kəndindən ayrilir. 1944-cü ilin yayında yenidən Ərdəbilə yollanır. 1945-ci ilin may ayında isə ilk dəfə Təbrizə gedir. Bu "Vətən yolunda" qəzetinin Ərdəbil şairlərini dəvət etməsi ilə baş tutur. Əli Tudə Ərdəbil şairləri ilə birgə "Şairlər məclisi"nin növbəti məşğələsində iştirak edir. O, 1950-ci ilin yayında Aşıq Hüseyn Cavanın təkidi ilə evlənmək qərarına gəlir. Aşıq gənc şairin əvvəldən tanıdığı Usta İbrahiminqızı Kürdəmirdə məktəbdə dərs hissə müdiri işləyən Şəfiqəni məsləhət görür. Aşığın təklifi ilə qız Bakıya gəlir və Əli ilə ğörüşürlər. 1950-ci ilin yayında keçirilən toyuna yalnız yoldaşları, dostları yığışır. Gənc şair gecə də, gündüz də oxuyur və işləyirdi. Yazılarını evdə Şəfiqə xanım makinada yazır, uşağa da baxırdı. Əli Tudə istirahətinə fikir verən deyildi. Beləliklə də o, tezliklə xəstələnir və Partiya məktəbində təhsilini yarımçıq qoyaraq müalicəyə başlayır. 1956-cı ilin yayında otaylı həkim Cavad Təqdisi ilə Latviyaya, Liepaya şəhərində yerləşən sanatoriyaya müalicəyəyə gedir. Beləliklə, orta məktəb illərində Bakıdan başlanan yaradıcılıq yolu, erkən gənclik çağında Təbriz ədəbi mühiti, sonradan yenə qaynar Bakı ədəbi həyatı Əli Tudənin həqiqi vətənpərvər ziyalı, sevilən şair və yazıçı, maarifçi, naşir, publisist kimi yetişməsində mühüm rol oynamışdır. Əli Tudə yarım əsirdən çox siyasi mühacir damğası altında yaşamalı olmuşdur. Azərbaycan mühacir ədəbiyyatının mücahidi Əli Tudə 1996-cı ilin fevral 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Şairin vəfatı ilə bağlı "Azərbaycan" rəsmi dövlət qəzetində nekroloq verilmişdir.
1931-ci ildə keçmiş Sovet küçəsindəki "Bədəlbəyin məktəbi" deyilən 1 saylı ümüm təhsil müəssisəsində oxumağa başlayır. Daha sonra Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi qazamatın yanında yerləşən məktəbə girir. 3–4 siniflərdə oxuyanda rəssamlığa böyük həvəsi yaranır. 5-ci sinifdə ikən rəsm çəkməkdən dönüb ilk dəfə şeir yazmağa başlayıb. 6-cı sinifə keçəndə Əli bu təhsil ocağı ilə də vidalaşıb 150 saylı orta məktəbə girir. O, 1937-ci ilin yazında məktəbdə keçirilən bir müsamirədə valideyinlər qarşısında " Yeni yol" qəzetində yenicə çap olunmuş "Vətən nəğməsi" adlı ilk şeirini oxuyur. Həmin ildə o vaxtki Bakı Mərkəzi Pionerlər Evinə (indiki Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi) gələrək sarayın nəzdində şair Osman Sarıvəllinin, sonra isə İsmayıl Soltanın rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə üzv yazılır. 1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır.
Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Ona ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir (1947–1952). Yalnız 1947-ci ildə ali təhsil almaq imkanı yaranmış Əli Tudə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirir "Azərnəşr"ə redaktor vəzifəsinə göndərilir. Azərbaycan Demokratik firqəsinin Mərkəzi Komitəsi Ə. Tudəni Bakı Ali Partiya Məktəbinə oxumağa göndərir.
Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. İran xalq Partiyasının Ərdəbil Vilayət Komitəsinə gələrək partiya sıralarına keçmək istəyini bildirir. Vətənin gözəlliyindən, müqəddəsliyindən xalqın azdlığından danışan şeirlər partiya üzvlərinin ürəyindən olur. Onun pasportu olmadığından, partiya üzvlərindən biri Əlinin təxəllüsünün "Tudə" yazılmasını təklif edir. "Tudə" xalq deməkdir, şairdə xalqın övladıdır. Tez bir zamanda ona sicilli alırlar. Həmin sənəddə "Mirzəəli"nin "Mirzə"sini ixtisara salıb öz adını Əli, "Ələmqulu"nun "Ələm"ini atıb atamın adını Qulu yazdırdım. Familiyamın isə əslini saxladım: Cavadzadə! Əli İran Xalq Partiyasının Ərdəbil Vilayət Komitəsi tərəfindən təşkil edilən, Ərdəbilin Cahargah meydanında yenicə başlayan inqilab nəfəsli izdihama qoşulur. Həmin günlərdə Sovet İttifaqının Ərdəbildəki konsulu Mirzə Məmmədov onu yanına çağırır. Konsulun təklifi ilə Ə. Tudə elə o gündən komitədə işləməyə başlayır. 1945-ci il sentyabrın 3-də Cənubda Azərbaycan Demokratik Firqəsi (ADF) yaradılır. İran xalq Partiyasının Ərdəbil vilayətindəki üzvləri bu firqənin üzvləri ilə birləşirlər. Əli də birincilər sırasında olur. 1945-ci ilin 12 dekabırında yaradılan Milli hökumət geniş fəaliyyətə başlayır. İnqilabın qələbəsindən sonra Əli Tudə Ərdəbildə şair İbrahim Zakir və Rəsul Abdullahi ilə birlikdə bir müddət fədailər qərargahında çalışır. Bu ərəfədə Ərdəbildəki sovet konsulxanasına çağırılan Əli Tudəyə bir teleqram təqdim edilir. "Vətən yolunda" qəzetinin redaksiyasından gələn teleqramda onu Təbrizə dəvət edirlər. Əli Tudə gecəni "Bahar" mehmanxanasında qalıb, səhəri Milli Məclisə gedir. Oradan maarif nazirliyinin sərəncamına göndərilən Əli Tudə tezliklə burada tədris şöbəsinin müdiri təyin olunur. Ə. Tudə şair-alim Cəfər Xəndanın sədrlik etdiyi "Şairlər məclisi" adlanan ədəbi dərnəyin ən cavan və fəal üzvlərindən biri idi. 1946-cı ilin mayında sovet qoşunlarıİran ərazilərindən çıxırlar. Onlarla birgə azərbaycanlı şair və yazıçılarda cənubu tərk edirlər. 1946-cı ilin yazında Azərbaycan milli hökuməti İran tarixində ilk dəfə olaraq Təbrizdə Azərbaycan Dövlət Filarmoniyası açılması barədə qərar verir. Bu yeni sənət ocağına 22 yaşlı Əlini müdir təyin edirlər. Təbriz Filarmoniyası cəmi dörd ay yaşasa da bu qısa müddətdə o, Əli Tudənin öz sözləri ilə desək, düz dörd qərinənin işini görə bildi…… O, "Hizbitudeyi İran" partiyasının üzvü olur (1944). Sonradan Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilən Əli Tudə 1952–1962-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Azərbaycan Demokratik Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi şöbə müdiri vəzifəsində işləyir.
Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. Əli Tudənin çoxşaxəli yaradıcılığında lirik əsərlər başlıca yer tutur. Nəsrdə də qələmini sınamış Ə. Tudənin sağlığında işıq üzü görmüş 30-dan çox kitabının üçü nəsr əsərlərini əhatə edir. Şair Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir. Vətənin birliyi, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə Cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınmışdır. Ana, Vətən kimi müqəddəs duyğulardan sonra şair ən çox müraciət etdiyi mövzulardan biri də doğma yurdun təbiətinin tərənnümüdür. Şairin şeirləri içərisində insanın sevgi duyğuları öz ülviliyi, müqəddəsliyi, tərbiyəvi xüsusiyyətləri ilə diqqət çəkir. Uşaqlar üçün yazılan şeirlərin də böyük tərbiyəvi əhəmiyyətini vurğulamaq lazımdır. Əli Tüdə poeziya yaradıcılığında vəzn,qafiyə, ölçü kateqoriyalarına və ədəbiyyat nəzəriyyəsinin bu kimi digər qayda-qanunlarına riayət etmişdir. Əli Tudənin yaradıcılığında ədəbiyyat məsələləri də diqqətdən kənarda qalmamışdır. Müəllimin bu yöndə yazdığı məqalələr ədbiyyatşünaslıq elminə verilən töhfələr hesab edilməlidir. "Ədəbiyyat və incəsənət" eləcə də "Azərbaycan" qəzetlərində, həmçinin Azərnəşrdə işlədiyi müddətdə həm publisist, həm də naşir kimi təcrübəli bir mütəxəssis olduğunu sübüta yetirmişdir. O, mükəmməl tərcüməçilik fəaliyyəti göstərmiş, bir sıra əsərləri dilimizə çevirmişdir. Cənubda ilk dəfə işıq üzü görən Azərbaycan dili dərsliyinin yaradılmasında böyük rolu olmuşdur. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib. Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. Onun 1944–1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi-faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm olaraq işıq üzü görür. "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı "Mən nə gətirdim" şeiri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şeirlər kitabı da çap ərəfəsində idi. Əli Tudənin bu istiqamətlərdə yazdığı əsərləridə qeyd etmək mümkundur:
Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. iştirak edib.1958-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuş şair Əmək Veteranı (1986), Əməkdar İncəsənət Xadimi (1987), fəxri adlarını almış.1946-cı ilin baharında Milli Hökumətin Milli Məclisi tərəfindən siyasi-ictimai və ədəbi fəaliyyətinə görə "21 Azər", 1959 "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilmşdir. Anadan olmasının 60 illiyi münasibətilə şairə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib (1960-cı ildən). 50 poemanın, 60 kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu.
1. Cənub nəğmələri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 336 səh. 2. Bakının işıqları. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 328 səh. 3. Tarixin bir səhifəsi. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 352 səh. 4. Yanıqlı tütək. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 344 səh. 5. Həyat sınağı. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 360 səh. 6. Ömrün illəri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 336 səh. 7. Nəğməli gecələr. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 408 səh. 8. Araz üstə palıd. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 368 səh. 9. Gecikmiş vüsal. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 360 səh. 10. Təbriz yolu. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 336 səh. 11. Söz ömrü. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 352 səh. 12. Mühacir qeyrəti. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 352 səh. 13. Mənim səsim. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 344 səh. 14. Yarımçıq dastan. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 440 səh. 15. Mənə elə baxma. Bakı. "Azərbaycan" nəşriyyatı – 2019, 576 səh. 16. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 408 səh. 17. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 384 səh. 18. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 416 səh. 19. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 320 səh 20. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2022, 336 səh
This article uses material from the Wikipedia Azərbaycanca article Əli Tudə, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.