Azərbaycan Zəfər Günü

Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.

Zəfər Günü
Bakıda Azərbaycan xalqı Qarabağdakı qələbəni qeyd edir.
Bakıda Azərbaycan xalqı
Qarabağdakı qələbəni qeyd edir.
Rəsmi adı Azərbaycan Respublikasında Zəfər Günü
Ölkə
Növ İş günü olmayan bayram günü
Tarix 8 noyabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

Zəfər Gününün təsis edilməsi

Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə — Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Prezidentin sərəncamı

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən mühüm amillər oldu. Bu müharibədə qələbə Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Qalereya

Həmçinin bax

İstinadlar

Tags:

Azərbaycan Zəfər Günü TarixiAzərbaycan Zəfər Günü Zəfər Gününün təsis edilməsiAzərbaycan Zəfər Günü QalereyaAzərbaycan Zəfər Günü Həmçinin baxAzərbaycan Zəfər Günü İstinadlarAzərbaycan Zəfər GünüAzərbaycan PrezidentiAzərbaycan Respublikasıİkinci Qarabağ müharibəsiİlham Əliyev

🔥 Trending searches on Wiki Azərbaycanca:

Çingiz AbdullayevQurban bayramıKütlə vahidləriŞüşəAzərbaycan RespublikasıTəşbehPortuqaliyaZolaqlı kaftarÇevrəTürk Dövlətləri TəşkilatıSumqayıtTaktikaƏləsgər Ələkbərov (aktyor)Dəmiryolu nəqliyyatıPolad HəşimovQitəOsmanlı sultanlarının siyahısıPeyvəndAzərbaycan Hərbi Hava QüvvələriŞirvanşahlar dövlətiBirinci Qarabağ müharibəsiPlutonCəbrayıl rayonuÜçbucaqİsrailGülyaz MəmmədovaCəfər CabbarlıZərf (qrammatika)İslamda oral seksBərdə rayonuQız qalasıAzərbaycan Respublikasının KonstitusiyasıAğciyərAzərbaycan Dövlət İqtisad UniversitetiAqil AbbasTelefonÜmumi Daxili MəhsulUzun HəsənAzərbaycan Hava YollarıMikayıl MüşfiqLatın diliMehdi HüseynzadəAzərbaycan meşələriUzunluq (fizika)Cəlil MəmmədquluzadəYerSultan Süleyman QanuniErmənistanXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiXətti tənliklər sistemiKürHeydər Əliyev adına Hərbi İnstitutZülallarAzərbaycan Beynəlxalq BankıXudafərin körpüləriAhəng qanunuRöya AyxanADA UniversitetiSadə ədədAzərbaycan bayrağıTərtər rayonu17 aprelEmin Əmrullayevİnsan penisinin uzunluğuNağılİnsan hüquqlarıQədim Misirİbtidai icma quruluşuİtTürkmənlərSıra sayıİzotopƏsrin müqaviləsiQubaSintaktik əlaqələrNatural ədədlərMorfologiya (linqvistika)🡆 More