Yuqoslaviya Müharibələri

Yuqoslaviya müharibələri dedikdə Yuqoslaviya dövlətinin dağılmasına səbəb olan 1991-ci ildən 2001-ci ilə qədər davam edən, keçmiş Yuqoslaviyada baş verən müstəqil, lakin əlaqəli etnik münaqişələr, müstəqillik müharibələri və üsyanlar nəzərdə tutulur.

Yeni ölkələrdə etnik azlıqlar arasındakı həll edilməmiş gərginliyə baxmayaraq, müharibələrə təkan verən yeni respublikalar yarandı. Döyüşlərin əksəriyyəti yeni dövlətlərin tam şəkildə beynəlxalq tanınması ilə, sülh razılaşmaları ilə nəticələndi, lakin bölgədə ciddi insan itkisi yarandı və iqtisadi ziyan vurdu. Əvvəlcə Yuqoslaviya Xalq Ordusu (JNA), separatçı hökumətləri əzməklə bütün Yuqoslaviyanın birliyini qorumağa çalışdı, lakin getdikcə serb millətçi ritorikasını oyadan və Serblərin bir dövlət olaraq birləşməsi üçün Yuqoslav məsələsini istifadə etmək istəyən Slobodan Miloşeviçin rəhbərlik etdiyi Serbiya hökumətinin təsiri altına düşdü. Nəticədə JNA, Slovenləri, Xorvatları, Kosova Albanlarını, Bosniyalıları və Etnik Makedoniyalıları itirməyə başladı və nəticədə Serb ordusuna çevrildi. Birləşmiş Millətlər Təşkilatının 1994-cü il tarixli hesabatına görə Serb tərəfinin Yuqoslaviyanı bərpa etmək məqsədi yox idi, lakin Xorvatiya və Bosniyanın bir hissəsindən olan "Böyük Serbiya" yaratmaq istəyirdi. Digər irredentist hərəkatlar da "Böyük Albaniya" (Beynəlxalq diplomatiyadan sonra tərk edilsə də, Kosovanın ərazisindən ibarət) və "Böyük Xorvatiya" (1994-cü ilədək, Vaşinqton Sazişi sona çatana qədər, Herseqovinanın ərazilərindən ibarət) kimi müharibələrlə əlaqələndirilmişdir.

Yuqoslaviya müharibələri
Saat əqrəbi istiqamətində, sol yuxarı küncdən: Sloven polis müşayiətçisi Yuqoslaviya ordusunun əsgərlərini ongünlük müharibə müddətində yenidən bölməsinə qaytarır; Vukovar döyüşü zamanı məhv edilmiş tank; Dubrovnikin mühasirəsi zamanı serblərin tank əleyhinə raket qurğuları; 1995-ci ildə Srebrenitsa qətliamı qurbanlarının 2010-cu ildə yenidən dəfn edilməsi; mühasirə zamanı Sarayevo küçələrində hərəkət edən BMT maşını.
Saat əqrəbi istiqamətində, sol yuxarı küncdən: Sloven polis müşayiətçisi Yuqoslaviya ordusunun əsgərlərini ongünlük müharibə müddətində yenidən bölməsinə qaytarır; Vukovar döyüşü zamanı məhv edilmiş tank; Dubrovnikin mühasirəsi zamanı serblərin tank əleyhinə raket qurğuları; 1995-ci ildə Srebrenitsa qətliamı qurbanlarının 2010-cu ildə yenidən dəfn edilməsi; mühasirə zamanı Sarayevo küçələrində hərəkət edən BMT maşını.
Tarix

31 mart 1991 – 12 noyabr 2001

(10 il, 7 ay, 1 həftə və 5 gün)
Yeri Sloveniya Xorvatiya Bosniya və Herseqovina Serbiya Kosovo Monteneqro Makedoniya Respublikası
Nəticəsi Yuqoslaviyanın parçalanması və yeni müstəqil dövlətlərin yaranması
Münaqişə tərəfləri

Yuqoslaviya Müharibələri Yuqoslaviya SFR (1992-ci ilin aprelinə qədər)
Yuqoslaviya Müharibələri Serbiya və Monteneqro
Yuqoslaviya Müharibələri Serb Respublikası
Yuqoslaviya Müharibələri Serbiya Krayina Respublikası (1992-ci ilin aprelindən etibarən)
Yuqoslaviya Müharibələri Qərbi Bosniya Muxtar Vilayəti

Yuqoslaviya Müharibələri Sloveniya
Yuqoslaviya Müharibələri Xorvatiya
Yuqoslaviya Müharibələri Xorvat Hersek-Bosna Respublikası
Yuqoslaviya Müharibələri Bosniya və Herseqovina
Yuqoslaviya Müharibələri Kosovo Azadlıq Ordusu
Yuqoslaviya Müharibələri NATO

Komandan(lar)

Yuqoslaviya Müharibələri Slobodan Miloşeviç
Yuqoslaviya Müharibələri Radovan Karadziç
Yuqoslaviya Müharibələri Ratko Mladiç
Yuqoslaviya Müharibələri Milan Martiç
Yuqoslaviya Müharibələri Milan Babiç
Yuqoslaviya Müharibələri Fikrət Abdiç

Yuqoslaviya Müharibələri Janez Janşa
Yuqoslaviya Müharibələri Franyo Tucman
Yuqoslaviya Müharibələri Mate Boban
Yuqoslaviya Müharibələri Aliya İzzetbeqoviç
Yuqoslaviya Müharibələri Haşim Taçi
Yuqoslaviya Müharibələri Ramuş Haradinay
Yuqoslaviya Müharibələri Uesli Klark

Ümumi itkilər
130,000–140,000

Etimologiyası

Müharibənin digər adları aşağıdakılardır:

  • Balkanlarda müharibə
  • Keçmiş Yuqaslaviyadakı müharibə/qarşıdurmalar
  • Yuqoslaviyanın parçalanması nəticəsində yaranan dövlətlərin müharibələri
  • Üçüncü Balkan Müharibəsi: Bu ifadəni 1912-1913-cü illərdə baş vermiş iki Balkan Müharibəsinə istinadən britaniyalı jurnalis Mişa Qlen öz kitabında qeyd etmişdir. Əslində, bu ifadə bəzi müasir tarixçilər tərəfindən Birinci Dünya Müharibəsinə tətbiq edilir, çünki onlar bu müharibəni, 1912-1913 cü il Balkan müharibələrinin nəticəsi olaraq qəbul edirlər.
  • Yuqoslaviya Vətəndaş Müharibəsi

Müharibənin başlaması və səbəbləri

Yuqoslaviya Müharibələri 
Altı Yuqoslaviya respublikasının və 1945 - 1991-ci illər arasındakı iki muxtar vilayətin xəritəsi

Yuqoslav xalqları arasındakı etnik qarşıdurma yalnız 20-ci əsrdə, 1920-ci illərin əvvəllərində Serb, Xorvat və Sloven Krallığının konstitusiyasına görə yaşanan gərginliklərdən və 1920-ci illərin sonlarında xorvat siyasətçi Ştepan Radiçin öldürülməsindən sonra serblər və xorvatlar arasında təzyiqin yüksəlməsi ilə daha da kəskinləşdi.

Yuqoslaviya Müharibələri 
Bosniya və Herseqovinanın və Xorvatiyanın Yuqoslaviya müharibələri zamanı Serbiyanın əlində olan əraziləri. Müharibə Cinayətləri Məhkəməsi Slobodan Miloşeviçi Xorvatiya və Bosniyanın serblərin məskunlaşdığı əraziləri əhatə edən və Serb olmayan dövlətləri böyük coğrafi ərazilərdən zorla çıxararaq cinayət fəaliyyətini həyata keçirməklə əldə edilən Serbiya dövlətini "Böyük Serbiya yaratmaq cəhdinə" görə günahlandırdı.

Müharibələr

On günlük müharibə (1991)

Yuqoslaviya Müharibələri 
Nova Gorica yaxınlğında, İtaliya sərhədində pusquda dayanmış JNA tanklarının şəkli

On günlük Müharibə olaraq bilinən qarşıdurmalardan birincisi, JNA (Yuqoslaviya Xalq Ordusu) tərəfindən 26 iyun 1991-ci ildə, Sloveniyanın 25 iyun 1991-ci ildə federasiyadan ayrılmasından sonra başladı. Əvvəlcə federal hökumət Yuqoslaviya Xalq Ordusuna Sloveniyada sərhəd keçidlərini təmin etməyi əmr etdi. Sloveniya polisi və Sloveniya Ərazi Müdafiəsi respublikanın ətrafında dayanma və məhdud atışmalara səbəb olan kazarmaları və yolları mühasirəyə aldı. Onlarla itkidən sonra, Sloveniya və Xorvatiya ayrılmaq üçün üç aylıq moratorium qəbul etdikdə, 7 iyul 1991-ci ildə Brionidə danışıqlar yolu ilə məhdud münaqişə dayandırıldı. Federal ordu 26 oktyabr 1991-ci ilədək tamamilə Sloveniyadan çıxdı.

Xorvatiya Müharibəsi (1991-1995)

Yuqoslaviya Müharibələri 
Dubrovnikin bombalanmasında sonra
Yuqoslaviya Müharibələri 
Vуkоvаrda xorvat əsgərləri tərəfindən yerləşdirilmiş minadan zərər görmüş JNA M-84 tankı, 1991-ci il noyabr

Xorvatiyadakı döyüşlər Sloveniyada baş verən on günlük müharibədən bir neçə həftə əvvəl başlamışdı. Xorvatiyanın Müstəqillik Döyüşü Xorvatiyanın müstəqilliyinə qarşı çıxan serblər Xorvatiyadan ayrıldıqlarını elan edəndə başladı. 1990-cı ildə Xorvatiyada keçirilən parlament seçkiləri nəticəsində Franyo Tucman Xorvatiyanın ilk Prezidenti oldu. Milliyyətçi siyasətini təbliğ etdi və müstəqil Xorvatiyanın qurulması onun başlıca hədəfi idi. Yeni hökumət konstitusiya dəyişikliklərini təklif etdi, ənənəvi Xorvatiya bayrağını və gerbini bərpa edərək "Sosialist" terminini respublika adından çıxartdı. Konstitusiyaya edilmiş dəyişikliklərə qarşı çıxmaq üçün yerli serb siyasətçiləri 1990-cı ilin avqustunda "Serb suverenliyi və muxtariyyəti" mövzusunda referendum təşkil etdilər. Onların boykotu, əsasən, Knin ətrafındakı etnik serblərin yaşadığı bölgələrdə İnqilab olaraq bilinən üsyana çevrildi.

Silah embarqosu

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1991-ci ilin sentyabrında silah embarqosu tətbiq etdi. Buna baxmayaraq, müxtəlif dövlətlər müharibə edən fraksiyalara silah satışını həyata keçirirdilər və ya asanlaşdırırdılar. 2012-ci ildə Çilidə silah satışındakı iştirakına görə iki nəfər təqaüdçü general da daxil olmaqla doqquz nəfəri məhkum edildi.

İstinadlar