Xudayar Yusifzadə: İkinci Qarabağ müharibəsi şəhidi

Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Xudayar Yusifzadə
Xudayar Yusifzadə: Həyatı, Hərbi xidməti, Təltifləri
Şəxsi məlumatlar
Ləqəbi Xudu
Doğum tarixi
Doğum yeri Bərdə, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Ağbənd, Zəngilan, Azərbaycan
Dəfn yeri Bərdə Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Xudayar Yusifzadə: Həyatı, Hərbi xidməti, Təltifləri Sərhəd Qoşunları
Xidmət illəri 2016—2018 / 2020
Rütbəsi Xudayar Yusifzadə: Həyatı, Hərbi xidməti, Təltifləri Kiçik gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Zəngilanın azad edilməsi
Təltifləri Xudayar Yusifzadə: Həyatı, Hərbi xidməti, Təltifləri Xudayar Yusifzadə: Həyatı, Hərbi xidməti, Təltifləri Xudayar Yusifzadə: Həyatı, Hərbi xidməti, Təltifləri Xudayar Yusifzadə: Həyatı, Hərbi xidməti, Təltifləri

Həyatı

Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir.

Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi.

Hərbi xidməti

Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Kursdan keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etmişdir.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət etmişdir. Daha sonra isə müharibədə döyüşərək xidmətinə davam etmişdir. Murovdağın, Füzulinin, CəbrayılınZəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilanın azad edilməsi zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Təltifləri

İrsi və xatirəsi

Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl, 20 oktyabr tarixində döyüş zamanı Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə yazılan eynidlı mahnını ifa etmiş və bunu telefon vasitəsilə lentə almışdır. Həmin video qısa müddət ərzində sosial medialarda paylaşılaraq trendə çevrilmişdir. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində həmin mahnı ilə daha çox tanındı.

Xudayarın ifasında məşhurlaşan təsnif daha sonra xalq arasında "Xudayar təsnifi" olaraq məşhurlaşmış və daha sonra təsnifin bəstəkarı xanəndə Əlibaba Məmmədovun razılığı ilə "Xudayar təsnifi" adlandırılıb.

  • 2020-ci ildə Xudayar Yusifzadənin ifasında "Vətən yaxşıdır" təsnifi yeni aranjemandan təqdim olundu. Abbas Bağırov mahnını Xudayar Yusifzadənin ifası ilə duet formasında oxuyub.
  • 2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi oldu.
  • Xudayar Yusifzadənin şəxsi əşyaları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna şəhidin anası Qurbanova Radə Şümşad qızı tərəfindən təhvil verilib.

İstinadlar

Tags:

Xudayar Yusifzadə HəyatıXudayar Yusifzadə Hərbi xidmətiXudayar Yusifzadə TəltifləriXudayar Yusifzadə İrsi və xatirəsiXudayar Yusifzadə İstinadlarXudayar Yusifzadə15 iyul1998202022 oktyabrAğbəndBərdəDövlət Sərhəd Xidməti (Azərbaycan)Kiçik gizirZəngilan rayonuİkinci Qarabağ müharibəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Dərman zəncirotuAzərbaycan göllərinin siyahısıTəbiətLeyli və MəcnunZərflikAğdam rayonuEv pişiyiPsoriazDövlət büdcəsiMonarxiyaNaxçıvan Muxtar RespublikasıQarabağ FKPişikTürkmənistanNizami GəncəviSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiAzərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısıYunanıstanAzərbaycan RespublikasıAzərbaycan banklarının siyahısıXəlil Rza UlutürkSəlahəddin ƏyyubiHacı NuranMacarıstanAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiQondarma Dağlıq Qarabağ RespublikasıBitkiİsgəndərnaməMüstəqillik Günü (Azərbaycan)Xəzər dəniziBahadur ƏliyevHökmGöyçə mahalıNiderlandİbn SinaTolerantlıqTəşbehXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)EldənizlərBöyük loğman. İbn SinaKonstitusiyaAdrianMaterikOsmanlı sultanlarının siyahısıHemoqlobinAzərbaycan musiqi alətləriAllahverdi Bağırov0İçərişəhərƏhməd CavadSüjetDövlətFərid QayıbovNidaİqtisadi sanksiyalarRusiya–İran müharibəsi (1804–1813)KitabBəylər EyyubovPolşaYerin quruluşuKartofVyetnamLaçın rayonuBakıda yerləşən abidələrin siyahısıHüseyn CavidQan dövranıAnemiyaAzərbaycan ədəbiyyatıQastritİsveçrəElxanilər dövlətiQızdırmaGöygölBəngü-BadəRusiya🡆 More