Tofiq Babanlı

Tofiq Xanlar oğlu Babanlı (14 fevral 1937, Naxçıvan – 10 yanvar 2022, Bakı) — Məşhur boksçu, SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Beynəlxalq dərəcəli hakim (1995), Prezident fərdi təqaüdçüsü (2002), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006), 1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi olaraq fəaliyyət göstərmişdir.

Tofiq Babanlı
Tofiq Xanlar oğlu Babanlı
Tofiq Babanlı
Doğum tarixi 14 fevral 1937(1937-02-14)
Doğum yeri
Vəfat tarixi 10 yanvar 2022(2022-01-10) (84 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı Elmar Babanlı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti məşqçi
Mükafatları Azərbaycan Respublikasının Əməkdar məşqçisi
Tofiq Babanlı Tofiq Babanlı

Həyatı və karyerası

Tofiq Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Əslən Qazax rayonunun Muğanlı kəndindəndir. Onun atası Xanlar Babanlı istedadlı artist və 1941-1944-ci illərdə fəaliyyət göstərmiş igid partizan olmuşdur, lakin müharibədə xəyanət nəticəsində həlak olduğundan Azərbaycana dönə bilməmişdir, anası Böyük Xanım Babanlı ixtisasca həkim, əslən Bakı zadəganları nəslindən olmuş, lakin Çar Rusiyası dövründən başlayan siyasətin davamı olaraq Sovet hakimiyyəti illərində digər zadəgan ailələri kimi Tofiq Babanlının anasının da ailəsi öz xüsusi statuslarını itirmişdilər.

Tofiq Babanlı Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib. 1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb.

Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatcısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb.

1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda pedoqoji fəaliyyətə başlayıb. 30-a yaxın elmi-metodiki əsərin, tədris vəsaitinin müəllifidir. 1999-cu ildə dosent elmi adına layiq görülüb.

1952–1962-ci illərdə boks idman növü ilə fəal məşğul olub. Dəfələrlə Azərbaycan çempionu, SSRİ həmkarlar ittifaqı mərkəzi Şurasının Spartakiadasının gümüş, SSRİ tələbələri Universiadasının qızıl medalını qazanıb. Bir neçə beynəlxalq yarışın qalibi olub. Yüksək idman naliyyətlətləri və əmək fəaliyyətinə görə SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Ümumittifaq dərəcəli hakim (1980), Beynəlxalq dərəcəli hakim (1995), Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi (1997), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006) adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.

1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2019-cu ildə ilin ən yaxşı idmançıları siyahısında ilin ən fəal veteranı adına layiq görülüb.

Dörd oğlu, altı nəvəsi var.

Ölümü

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı 2022-ci il yanvarın 10-da ömrünün 85-ci ilində vəfat etmişdir.

Mənbə

http://idman.com.az/news.php?id=116 Arxivləşdirilib 2016-11-06 at the Wayback Machine

http://qazax.biz/tofiq-babanli/

İstinadlar

Tags:

Tofiq Babanlı Həyatı və karyerasıTofiq Babanlı ÖlümüTofiq Babanlı MənbəTofiq Babanlı İstinadlarTofiq Babanlı10 yanvar14 fevral19372022BakıNaxçıvan

🔥 Trending searches on Wiki Azərbaycanca:

Hacı Murad (roman)SalamDelfinlərAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıQitəXınalıqƏliqismət LalayevYeni Müsavat (qəzet)Özgə ömür (film, 1987)Rəşad Nuri GüntəkinKürəkçay müqaviləsiƏkbər Əliyev (dövlət xadimi)ƏlifbaÜmid (film, 1995)BitkiRöya Ayxanİlisu bulağıAbdulla ŞaiqAzərbaycanda yayılmış balıqların siyahısıMədət QuliyevTeymurilər dövlətiUçan naməlum obyektBronxitİkipartiyalı sistemHidrogenAzərbaycanda neft sənayesiKvadrat metrRövşən Cavadovİlanlarİlham ƏliyevYanvarPakistanZəlzələGUAMAzərbaycan Milli KonservatoriyasıXXXTentacionÜrək (insan)Xurşidbanu Natəvanın heykəli (Bakı)YasəmənAzərbaycan mədəniyyətiDaxili İşlər Nazirliyi (Azərbaycan)ŞəkilçiSəudiyyə ƏrəbistanıQİÇSÇobanyastığıKütlə vahidləriHikmət MirzəyevBəxtiyar VahabzadəƏbdürrəhim bəy HaqverdiyevMir Cəfər BağırovBalıqKəlmeyi-şəhadətİnsanın tənəffüs sistemiQarabağ xanlığıTrilogiyaAğqoyunlularUzun HəsənQarabağ FKElektrik cərəyanıOperaİmmiqrasiyaNəriman NərimanovTörəməAqil AbbasYerLeykozYazSintaktik əlaqələrXristianlıqBir gəncin manifesti (roman)Sifət (qrammatika)Dünya okeanıGöygöl (göl)Azərbaycan Silahlı QüvvələriİnsanFunksiya (riyaziyyat)FacebookÜzeyir Hacıbəyov🡆 More