Tivoli bağları və ya Tivoli — Danimarkanın paytaxtı olan, Kopenhagen şəhərində yerləşən əyləncə parkı və kef bağı.
O, 1843-cü ilin avqustun 15-i açılıb və bələliklə, həmin şəhərin yanında Direhavsbakken parkından sonra, dünyanın ikinci ən köhnə əyləncə parkıdır. Bəzi mənbələrdə Volt Disney məhz Tivolidən ilhamlanıb, Disneyland-ı yaratdığını deyilir. O, bu yeri 1951-ci ildə ziyarət edib.
Tivoli bağları | |
---|---|
| |
Məlumatlar | |
Yerləşməsi | Danimarka, Kopenhagen |
Yaradılıb | 15 avqust 1843 |
Saytı | tivoli.dk |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
2016-cı ildə Tivoli bağlarını 4,6 mln. adam ziyarət edib.
Parkın 14-16 akr ərazisində qrulması üçün Georq Karstensena icazə verən Kral VIII Kristian idi. Onun ilk adı Tivoli & Vauxhall qoyublar. Açılışı 1843-cü ilin avqustun 15-də baş verib. O gün parkının ilk ziyarətçilərin arasında Hans Xristian Andersen də olub. O, parkdan ilhamlanıb Bülbül nağılını yazıb.
1901-ci ildən başlayaraq Tivolidə bir sıra insan sərqisi keçirilib. Bunun vasitəsi ilə xaricə gedə bilməyən Danimarkalılar başqa irqləri və mədəniyyətləri canlı olaraq görə bilərdi.
1943-cü ildə nasizm tərəfdarları Tivolinin bir çox binalarını, o cümlədən konsert zalını yandırıblar. O binaların yerində müvəqqəti tikintilər quruşdurulub və bir neçə həftə sonra, park yenidən işləməyə başladı.
Park taxtadan tikilmiş amerikan dağlarına görə tanınır. Məsələn 1914-cü (başqa mənbələrinə görə 1915-də və ya ondan sonra) ildə quraşdırılan Rutschebanen və ya yerlilər tərəfindən Bjergbanen adlanan amerikan dağları dünyada hələ də işləyən ən köhnə amerikan dağlarından biridir. Bundan başqa, parkda poladdan olan 1974-cü ildə quraşdırılan Karavanen, 1985-ci ilin Odin Ekspressen və 2004-cü ilin aprelin 16-da quraşdırılan Dæmonen adlı amerikan dağları var.
2006-cı ildə Tivoli üçün Avstriyada Funtime şirkərti tərəfindən dünyanın ən yüksək karuseli olan Himmelskibet adlı atraksion quraşdırılıb.
Tivoliyə giriş biletlidir. Biletlərin fərqli növləri olur, o cümlədən, nisbətən ucuz olan atraksionları istifadə etməyə icazə verməyən biletlər var. Atraksionlardan başqa, Tivolidə müxtəlif restoranlar, kafelər, süni göl, teatr, bağlar, gül ləki və şərqi üslubda binalar var.
Parkın yanında 1893-cü ildə tikilən Tivoli sarayına baxan Hans Xristian Andersenın heykəli yerləşir. Bundan artıq, 2019-cu ildə elan olunub ki, Tivoli BIG şirkəti ilə birgə saraya Andersenın adını daşıyacaq 18 mərtəbəli mehmanhana əlavə olaraq tikmək planlaşdırırlar.
This article uses material from the Wikipedia Azərbaycanca article Tivoli bağları, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.