Sensor Ekran

Sensor ekran — toxunmaya reaksiya verən ekrandan təşkil olunmuş, informasiyanın giriş təchizatı.

Sensor Ekran
Sensor panel
Sensor Ekran
Sensor ekranlı informasiya avtomatı

Tarix

Sensor ekran proqramlaşdırılma mərhələləri üzrə tədqiqatlar çərçivəsində ABŞ-də ixtira edilib. 1972-ci ildə istehsal edilmiş PLATO IV kompüter sistemi İK-şüa torundan və 16x16 ölçülərində blokdan ibarət sensor ekrana malik idi. Hətta ekranın bu qədər kiçik və aşağı dəqiqliyinə baxmayaraq tələb olunan yerə toxunduqda əməliyyat icra olunurdu .

1971-ci ildə ilk dəfə Samuyel Herst tərəfindən qrafik planşet, dördməftilli rezistiv prinsipi üzrə (US patent 3662105) eloqraf hazırlanmışdır.

Sensor ekranların iş prinsipləri

Sensor ekranların müxtəlif fiziki prinsiplərdə işləyən tipləri mövcuddur.

Rezistiv sensor ekranlar

Dördməftilli ekran

Sensor Ekran 
4-məftilli rezistiv sensor ekranının iş prinsipi
Sensor Ekran 
5-məftilli rezistiv sensor ekranının iş prinsipi

Rezistiv sensor ekran şüşə paneldən və elastik plastik membrandan ibarətdir. Panelə və membrana rezistiv örtüyü çəkilmişdir. Şüşə və membran arasındakı sahə mikroizolyasiya edilmişdir. Ekrana toxunduqda, panel və membran qapanır və analoq-rəqəmsal çevirici müqavimət dəyişikliyini və toxunmanın (X və Y) koordinatlarını qeydə alır. Ümumi şəkildə alqoritmi:

  1. Yuxarı elektroda +5V gərginlik verilir, alt səthlə birləşir. Sağla sol qısa birləşir və onlarda gərginlik yoxlanır. Bu gərginlik ekranın Y-koordinatına uyğundur.
  2. Sol və sağ (X) elektrodda bu proses analojidir.

Beşməftilli ekranı

Beşməftilli ekranda membran rezistiv örtüyü keçirici əvəz edilmişdir. Arxa şüşəyə küncləri üzrə paylanmış dörd elektrodlu rezistiv örtüyü çəkilmişdir.

Əvvəlcə bütün elektrod səthə birləşdirilir və membrana rezistorla +5V gərginlik "paylanır". Membrandakı gərginlik səviyyəsi analoq-rəqəmsal çevirici tərəfindən daim izlənilir.

Ekrana basan kimi, mikroprosessor membran gərginliyinin dəyişikliyini tutur və aşağıdakı qaydada toxunma koordinatlarını hesablamağa başlayır:

  1. İki sağ elektroda +5V gərginliyi verilir, sol elektrodlar səthə birləşir. Ekrandakı bu gərginlik X-koordinata uyğundur.
  2. Hər iki yuxarı elektroda +5V gərginlik verilir və alt elektrodlar "səthə" qoşulur Ekrandakı bu gərginlik Y-koordinata uyğundur.

Xüsusiyyətlər

Rezistiv sensor ekranlar ucuzdur. Rezistiv ekranlar istənilən hamar. bərk predmetlə reaksiya verir: əl (çılpaq və ya əlcəkdə), kredit kartı, mizrab. Bu tip ekranlardan demək olarki, hər yerdə: sənaye proseslərinin avtomatlaşdırması, tibbdə, müxtəlif xidmət (POS-terminallar) sahələrində, şəxsi elektronikada (Tablet-FK-lar) istifadə olunur. Ən yaxşı dəqiqlikli ekranların ölçüsü 4096×4096 piksel olur.

İstinadlar

Tags:

Sensor Ekran TarixSensor Ekran Sensor ekranların iş prinsipləriSensor Ekran İstinadlarSensor Ekranİnformasiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

KorvalolBöyük Səlcuq imperiyasıVladimir LeninÇahargahQazGöygölEldənizlərNəqli cümləAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiAzərbaycan operasıUçan naməlum obyektQız qalasıKompüter qurğularıİnsanİqlim dəyişikliyiİraqAzərbaycan tarixiBakı metrosuVergülCümlə üzvləriAprel döyüşləriMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)AfrikaHekayəVyetnamAlternativ enerjiŞəkiBəngü-BadəYasəmənAzərbaycandakı şəhərlərin siyahısıAlqoritmMultikulturalizmErmənistan azərbaycanlılarıÇoxmənalı sözlərPinqvinlərPeyvəndNəsirəddin Tusi23 aprelİçərişəhərDaş dövrüAzərbaycandakı quşların siyahısıDağlıq QarabağAlma-Ata bəyannaməsi (1991)Şöhrət ordeni (Azərbaycan)Siçan (kompüter)Azərbaycan Sovet Sosialist RespublikasıRusiyaOmonimÜrək (insan)İsveçrəDünyanın yeddi möcüzəsiKriştiano RonaldoDədə QorqudSintaktik əlaqələrBəxtiyar VahabzadəSuçiçəyiGünəşSinqapur Sosial Elmlər UniversitetiSalamBMWZülallarTayfaTürk Dövlətləri TəşkilatıPolad HəşimovOksigenFövqəladə Hallar Nazirliyi (Azərbaycan)SelAzər-Türk BankƏqrəb (astrologiya)UEFA Çempionlar LiqasıBağanıs AyrımAzərbaycandakı ən yüksək dağ zirvələriDərinin xoşxassəli törəmələriArı (jurnal)MarketinqAzərbaycanda elmi fantastika🡆 More