Saxarov Mükafatı

Andrey Saxarov adına Düşüncə azadlığı mükafatı (daha çox Saxarov mükafatı kimi tanınır) — həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur.

SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmişdir. Namizədlərin son siyahısı hər il Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi tərəfindən hazırlanır. Bu komitələrin tərkibindəki Avropa Parlamenti üzvləri sentyabrda son siyahını hazırlayır. Daha sonra son qərar Avropa Parlamentinin Prezidentlər Konfransı (Prezident və siyasi qrup liderləri) tərəfindən verilir və laureatın adı oktyabrın sonunda elan olunur. Mükafat dekabr ayının sonunda Parlamentin Strasburqdakı mərkəzində təşkil edilən mərasimdə verilir. Mükafata 50000 avro məbləğində pul mükafatı da daxildir.

Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı
ing. Sakharov Prize for Freedom of Thought
Saxarov Mükafatı

Ölkə Avropa Parlamenti
Tip Diplom
Kimə verilir Şəxslərə və təşkilatlara
Təltif edir
Status Təqdim olunur
Deviz "Dünyadakı insan hüquqları uğrunda mübarizəyə müstəsna bir töhfə"
Statistika
Parametrlər Məbləğ: €50000
Təsis tarixi 1988
İlk təltif
Son təltif
Təltif sayı 46 nəfər
europarl.europa.eu/sakha…
europarl.europa.eu/sakha…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mükafat ilk dəfə Cənubi Afrikadan olan Nelson Mandelarus Anatoli Marçenkoya eyni zamanda verilmişdir. 1990-cı ildəki mükafat isə Anq San Su Kiyə təqdim olunmuşdur, lakin o, Birmada siyasi məhbus olduğuna görə mükafatı 2013-cü ilə qədər əldə etməyə müvəffəq olmamışdır. Mükafat, həmçinin təşkilatlara da verilə bilir. Bu hal ilk dəfə 1992-ci ildə mükafatın Argentinadakı "Maya meydanının anaları"na təqdim olunması ilə baş vermişdir. Saxarov laureatlarından beşi daha sonra Nobel sülh mükafatına layiq görülmüşdür: Nelson Mandela, Anq San Su Ki, Məlalə Yusəfzay, Denis Mukveqe və Nadiyə Murad.

Mükafatın laureatlarından Razan Zeytunə 2013-cü ildə qaçırılmışdır və hələ də axtarılır. Nəsrin Sotudə 2013-cü ilin sentyabrında həbsdən azad edilmişdir, lakin indi də onun və onunla eyni ildə (2012) laureat olan Cəfər Pənahinin İranı tərk etməsinə qoyulan qadağa qüvvədə qalmaqdadır. 2017-ci ildə mükafat Venesueladakı demokratik müxalifətə Avropa Birləşmiş Sol Qrupunun (fr. Gauche unitaire européenne, GUE) boykotu adı altında təqdim olunmuşdur.

Laureatlar

Saxarov Mükafatı 
Nelson Mandela (şəkildə) Anatoli Marchenko ilə birlikdə mükafatın ilk qalibi olmuşdur.
Saxarov Mükafatı 
Kofi Annan — mükafatın 2003-cü ildəki laureatı
Saxarov Mükafatı 
"Ağ rəngli qadınlar" təşkilatının üzvləri (2005-ci ilin qalibləri) Kubanın paytaxtı Havanada nümayişdə
Saxarov Mükafatı 
Mükafatın 2012-ci ildəki laureatlarından biri, əslən Cənubi Azərbaycandan olan Cəfər Pənahi
Saxarov Mükafatı 
Mükafatın 2018-ci ildəki laureatı kinorejissor Oleq Sentsov
Saxarov Mükafatı 
Mükafatın 2019-cu ildəki laureatı, uyğur professor İlham Tohti
İl Qəbul edən Milliyyəti Qeydlər İstinadlar
1988 Nelson Mandela Saxarov Mükafatı  CAR İrqi ayrı-seçkiliyə qarşı mübarizə aparmış aktivist və Cənubi Afrika Respublikasının keçmiş prezidentlərindən biri
Anatoli Marçenko (ölümündən sonra) Saxarov Mükafatı  SSRİ Sovet dissidenti, müəllifi və insan haqları aktivisti
1989 Aleksandr Dubçek Saxarov Mükafatı  Çexoslovakiya Praqa Baharı dövründə kommunist rejimini islah etməyə çalışmış slovak siyasətçi
1990 Anq San Su Ki Saxarov Mükafatı  Birma Müxalif siyasətçi və Demokratiya üçzrə Milli Liqanın Baş Katibi
1991 Adem Demaçi Saxarov Mükafatı  Kosovo Kosovo albanı siyasətçi və uzunmüddətli siyasi məhbus
1992 Maya meydanının anaları Saxarov Mükafatı  Argentina Çirkli müharibə dövründə Argentinada yoxa çıxmış uşaqların analarının qurduğu təşkilat
1993 Oslobođenje Saxarov Mükafatı  Bosniya və Herseqovina Bosniya və Herseqovinanı fərqli etnik qrupların olduğu ölkə kimi müdafiə edən qəzet
1994 Təslimə Nəsrin Saxarov Mükafatı  Banqladeş Keçmiş həkim, feminist müəllif
1995 Leyla Zana Saxarov Mükafatı  Türkiyə Kürd mənşəli siyasətçi
1996 Vey Cinqşenq Saxarov Mükafatı  ÇXR Çin demokratiya hərəkatının aktivistlərindən biri
1997 Səlimə Gezali Saxarov Mükafatı  Əlcəzair Əlcəzairdə qadın haqları, insan hüquqları və demokratiya aktivisti, jurnalist və yazıçı
1998 İbrahim Ruqova Saxarov Mükafatı  Kosovo Kosovo albanı siyasətçi, Kosovonun ilk prezidenti
1999 Şanana Quzmau Saxarov Mükafatı  Şərqi Timor Şərqi Timorun ilk prezidenti
2000 ¡Basta Ya! Saxarov Mükafatı  İspaniya Terrozimə qarşı müxtəlif siyasi mövqelərə sahib insanları birləşdirən təşkilat
2001 Nurit Peled-Elhanan Saxarov Mükafatı  İsrail Sülh aktivisti
İzzət Qəzzavi Saxarov Mükafatı  Fələstin Dövləti Yazıçı, professor
Zakarias Kemvenu Saxarov Mükafatı  Anqola Baş yepiskop və sülh aktivisti
2002 Ozvaldo Paya Saxarov Mükafatı  Kuba Siyasi aktivist və dissident
2003 Kofi Annan Saxarov Mükafatı  Qana Nobel sülh mükafatı laureatı və Birməşmiş Millətlər Təşkilatının yeddinci baş katibi
Birləşmiş Millətlər Təşkilatı (Beynəlxalq)
2004 Belarus Jurnalistlər Assosiasiyası Saxarov Mükafatı  Belarus "Söz azadlığı, informasiyanın qəbulu və bölüşdürülməsi və jurnalistikanın professional standartlarının önə çəkilməsi haqlarını təmin etmək məqsədi güdən" qeyri-hökumət təşkilatı
2005 Ağ rəngli qadınlar Saxarov Mükafatı  Kuba Müxalif hərəkat, həbs olunmuş dissidentlərin yaxınları
Sərhədsiz reportyorlar (Beynəlxalq) Fransanın Paris şəhərində yerləşən və mətbuat azadlığını əsas prinsip tutan beynəlxalq qeyri-hökumət təşkilatı
İbrahim Hauva Saxarov Mükafatı  Nigeriya İnsan haqları hüquqşünası
2006 Aleksandr Milinkeviç Saxarov Mükafatı  Belarus 2006-cı il prezident seçkilərində müxalifətin ortaq namizədi olaraq Belarusiya Vahid Demokratik Qüvvələri tərəfindən seçilən siyasətçi
2007 Salih Mahmud Osman Saxarov Mükafatı  Sudan İnsan haqları hüquqşünası
2008 Hu Cia Saxarov Mükafatı  ÇXR Aktivist və dissident
2009 Memorial (təşkilat) Saxarov Mükafatı  Rusiya Beynəlxalq vətəndaş hüquqları cəmiyyəti
2010 Qiyermo Farinyas Saxarov Mükafatı  Kuba Həkim, jurnalist və siyasi dissident
2011 Asma Mahfuz Saxarov Mükafatı  Misir Ərəb xalqının beş nümayəndəsi, azadlıq və insan hüquqları uğrunda mübarizələrini tanıtmaq və dəstək əldə etmək cəhdləri
Əhməd əl-Senussi Saxarov Mükafatı  Liviya
Razan Zeytunə Saxarov Mükafatı  Suriya
Əli Fərzət
Məhəmməd Buəzizi (ölümündən sonra) Saxarov Mükafatı  Tunis
2012 Cəfər Pənahi Saxarov Mükafatı  İran İrandakı aktivistlər. Sotudə hüquqşünas, Cənubi Azərbaycanda doğulan Cəfər Pənahi isə kinorejissordur.
Nəsrin Sotudə
2013 Məlalə Yusəfzay Saxarov Mükafatı  Pakistan Qadın hüquqları və onların təhsil alması uğrunda mübarizə aparan aktivist
2014 Denis Mukveqe Saxarov Mükafatı  KDR Təcavüz qurbanlarının müalicəsi ilə məşğul olan ginekoloq
2015 Raif Bədavi Saxarov Mükafatı  Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanından olan yazıçı, aktivist və "Səudiyyə liberallarını azad et" veb-saytının yaradıcısı
2016 Nadiyə Murad Saxarov Mükafatı  İraq İraq Şam İslam Dövləti tərəfindən qaçırılan yezidi insan haqları aktivistləri
Lamiyə Hacı Bəşər
2017 Venesuela demokratik müxalifəti Saxarov Mükafatı  Venesuela "Foro Penal" təşkilatı tərəfindən adları sadalananan Milli Məclisin üzvləri və bütün siyasi məhbuslar
2018 Oleq Sentsov Saxarov Mükafatı  Ukrayna Kinorejissor, Rusiyada və dünyada siyasi məhbusların hüquqları uğrunda mübarizənin simvolu
2019 İlham Tohti Saxarov Mükafatı  ÇXR Uyğur iqtisadçı, elm xadimi və insan haqları aktivisti
2020 Belarus demokratik hərəkatı Saxarov Mükafatı  Belarus
2021 Aleksey Navalnı Saxarov Mükafatı  Rusiya Rusiya müxalifət lideri.
2022 Ukraynalılar Saxarov Mükafatı  Ukrayna 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra "demokratiya, azadlıq və qanunun aliliyini qoruyan" ukraynalılara verilmişdir.

Qeydlər

İstinadlar

Xarici keçidlər

This article uses material from the Wikipedia Azərbaycanca article Saxarov mükafatı, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

Tags:

Saxarov Mükafatı LaureatlarSaxarov Mükafatı QeydlərSaxarov Mükafatı İstinadlarSaxarov Mükafatı Xarici keçidlərSaxarov MükafatıAndrey SaxarovAvropa ParlamentiSSRİStrasburqİnsan hüquqları

🔥 Trending searches on Wiki Azərbaycanca:

BeyinŞamanOSIOrqanizmƏlifbaAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiÇernobıl faciəsiPeyvəndŞimali KoreyaPənahəli xanAdolf HitlerGənclik parkıXurşidbanu NatəvanŞuşa qalasıBirinci Dünya müharibəsiAzərbaycan Dövlət Pedaqoji UniversitetiDünya ölkələrinin siyahısıRombAzərbaycan Ərəb xilafətinin tərkibindəMonqolların Azərbaycana ilk yürüşüBu şəhərdə kimsə yoxdurHeydərbaba dağıAzərbaycan himniMübariz İbrahimovAzərbaycanın sərhədləriAzərbaycan Respublikası yol nişanlarıİranAlma-Ata bəyannaməsi (1991)MəmmədovZərifə ƏliyevaQulaqdibi xəstəliyiQan təzyiqiQan dövranıAzərbaycan RespublikasıNamazMədəaltı vəziTürkiyə Dəyanət Vəqfi Bakı Türk LiseyiAna səhifəCümlə üzvləriSözün həqiqi mənasıİtHemoqlobinİnteqralEnerjiGünəşI AbbasZəncirotuƏli MirəliyevBirinci Qarabağ müharibəsiRənglər siyahısıNaftalanXırdalanVyetnam müharibəsiAlqoritmXankəndiPişikAzıx mağarasıMüsavat PartiyasıİqlimAğqoyunlularDayviet dövlətiMehriban ƏliyevaGöyçay rayonuİsimRəşid BehbudovTabesiz mürəkkəb cümlələrVüqar BayramovİqaməAğabala Quliyevin eviMəhərrəm Əliyev (general)Ara sözlərƏrəb xilafətiMikayıl MüşfiqNazpəri DostəliyevaƏli Xamenei🡆 More