Sacilər

Sacilər — Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü dövlətlərindən biri idi.

Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyə və İraq ərazilərini əhatə etmiş dövlətdir. Dövlətin əsasını 879-ci ildə Məhəmməd İbn Əbu Sac qoymuşdur.

Tarixi dövlət
Sacilər
Sacilər dövləti
İndiki sərhədlərlə Sacilər dövrünün hüdudlarının müqayisəsi
İndiki sərhədlərlə Sacilər dövrünün hüdudlarının müqayisəsi
 Sacilər
Sacilər 
889 — 929

Paytaxt Marağa
Dilləri fars dili
Rəsmi dilləri fars
Dövlət dini sünnilik
İdarəetmə forması Monarxiya
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sacilər dövləti - Məhəmməd ibn Əbu Sac tərəfindən əsası qoyulmuş dövlətin paytaxtları müxtəlif vaxtlarda Marağa və Ərdəbil şəhərləri olmuşdur. Dövlət 941-ci ildə süqut etmişdir.

Sülalənin mənşəyi

Sacilər dövlətini Sacilər yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən vilayətindən idilər. Azərbaycan mənbələrində onların türk mənşəli, Qərb mənbələrində isə soqd mənşəli olduğu qeyd edilir. Mənbələrin məlumatına görə, Əbu Sac Divdad Afşin titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə idi. M.X.Şərifli qeyd edir ki, bu dövlətin tarixi son vaxtlaradək ətraflı öyrənilmirdi. Bu dövlətin meydana gəlməsi, tərəqqisi və süqutu tarixi tədqiqatçıların diqqətindən yayınmışdır.

Professor P.K.Juze qeyd edir ki, "Sacilər IX əsrin ikinci yarısında meydana gəlib, Azərbaycana bir neçə bacarıqlı hökmdar verən türk sülaləsindən sayılır. Sacilərin nümayəndəsi olan Əbu Sac Divdad Usruşanda dağlıq Cankakat kəndindədir. Bu sülalə Xilafət qarşısındakı xidmətlərinə görə Xilafətin çox böyük əyaləti olan Azərbaycanı bir mülk kimi almışdı."

Bəzi müəlliflər isə, Sacilərin türk yox soğd mənşəli olduğunu yazırlar. Klifford Edmund yazır ki, Sacilər soğd mənşəli sülalə idilər və Sacilər sülaləsinin nümayəndələri bir qayda olaraq, Afşin titulu daşıyırdılar. V.Minorski isə onun fikrini təsdiqləyərək bildirir: "Onlar Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim soğd nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu torpaqdan çıxmışdılar. Bəzi mənbələrdə türk kimi anılıblar, lakin onu da qeyd etmək lazımdır ki, o vaxtı ərəblər Orta Asiyadan çıxan bütün xalqları, tayfaları türk sayırdılar".

Əbu Sac Divdad

IX əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn feodal dövlətlərindən biri Sacilər dövləti idi. Xilafətin zəifləməsi nəticəsində vilayət hakimlər ilə yanaşı, ayrı-ayrı sərkədələrin də nüfuzu artır, mövqeyi güclənirdi. Belə sərkərdələrdən biridə əslən Mərkəzi Asiya türklərindən olan Əbu sac Divdad olmuşdur. Xəlifənin apardığı mübarizələrdə sədaqəti və Bizansa qarşı döyüşlərdə qəhrəmanlığı ilə Xəlifənin etibarını qazanan Əbu Sac Divdad Azərbaycana hakim təyin edilir və bununla da yeni sülənin əsası qoyulur. Bu sülalənin nümayəndələri afşin titulunu daşıyırdılar.

Məhəmməd ibn Əbu Sac

Dövlətin əsası 879-cu ildə Əbu Sac Divdad oğlu Məhəmməd ibn Əbu Sac tərəfindən qoyulmuşdur. Hakimiyyəti dövründə, Marağa hakimliyini, Dəbil dövlətini öz dövlətinə birləşdirmiş (893), Gürcüstana uğurlu yürüşlər etmiş, öz adına pul kəsdirmişdir.

Yusif ibn Əbu Sac

Yusif ibn Əbu Sacın dövründə Sacilər dövləti daha da qüvvətləndi.912-ci ildən etibarən xilafət xəzinəsinə ilbəil bac göndərilməsi tamamilə dayandırıldı. Yusif ibn Əbu Sac erməni və gürcü hakimlərinin qoşunlarını ağır məğlubiyyətə uğratdı. Ermənistan ərazisini, Tiflis və Kaxeti ələ keçirdi. Azərbaycan torpaqları hesabına genişlənməyə çalışan erməni və gürcü hakimləri özləri Azərbaycan Sacilər dövlətindən asılı vəziyyətə düşdülər. Sacoğulları Şirvanşahlar dövlətini də özlərinə tabe etdilər. Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Sacilər dövlətinin şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb sərhədləri Ani və Dəbil şəhərlərinə qədər uzanıb gedirdi.

Yusif ibn Əbu Sac dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirdi: səddin dənizin içərisində olan, uçub dağılmış hissəsini yenidən qurdurdu. Yusif ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi o zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərirdi.

Hökmdarlar

Qeydlər

İstinadlar

Ədəbiyyat

  • Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III–XIII əsrin I rübü). Bakı, "Elm", 2007. 608 səh. — 24 səh.
  • Ziya Bünyadov. Azərbaycan VII–IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007. 424 səh.

Xarici keçidlər

Tags:

Sacilər Sülalənin mənşəyiSacilər Əbu Sac DivdadSacilər Məhəmməd ibn Əbu SacSacilər Yusif ibn Əbu SacSacilər HökmdarlarSacilər QeydlərSacilər İstinadlarSacilər ƏdəbiyyatSacilər Xarici keçidlərSacilərAzərbaycanTürkiyəİranİraqƏrəb

🔥 Trending searches on Wiki Azərbaycanca:

Naxçıvan Muxtar RespublikasıMadyanPsixologiyaCavanşirQacar dövlətiBu şəhərdə kimsə yoxdurŞirvan (Azərbaycan)Dövlət Sərhəd Xidməti (Azərbaycan)TəşbehTək və cüt ədədlərKleopatraFatihə surəsiAzərbaycan toy adətləriQadın reproduktiv sistemləriİsaak NyutonUzunluq (fizika)Müsavat PartiyasıCəfər CabbarlıMüslüm Maqomayev (bəstəkar)ƏfqanıstanUEFA Avro 2024Ədliyyə Nazirliyi (Azərbaycan)Rövnəq AbdullayevSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiYeni Azərbaycan PartiyasıPolad HəşimovDağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləriƏlcəzairİsrailKarbohidratlarHacı RamilRum rəqəmləriİsmayıllı rayonuQulançarAğciyər iltihabıAğacHəzrəti Yusif (teleserial, 2008)KonusAzərbaycan TeleviziyasıBizans imperiyasıŞuşa rayonuRus əlifbasıTərəzi (astrologiya)Alov qüllələriUşaq hüquqlarıSünnilikÇingiz MustafayevFlora KərimovaEsseAvropaDədə QorqudMüxtəsər vurma düsturlarıFinlandiyaAdaSürücülük vəsiqəsiİçərişəhərŞamaxıXürrəmilər hərəkatıİnformasiya təhlükəsizliyiEgey dəniziƏmir TeymurCavanşir MəmmədovŞöhrət ordeni (Azərbaycan)Azərbaycanın Milli Qəhrəmanlarının siyahısıİsveçrəZeynəb XanlarovaNeft Daşları (film, 1990)Xudafərin körpüləriQədim MisirMədəƏrəb xilafətiAzərbaycan Quru QoşunlarıMasturbasiyaKəlbəcər rayonuÜzeyir MehdizadəCənubi AmerikaRoza Zərgərli🡆 More