Sağlamlıq: Canlı varlığın funksional və ya metabolik səmərəlilik səviyyəsi

Sağlamlıq — istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal; istənilən ağrının və xəstəliyin olmadığı vəziyyəti.

Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.

Sağlamlıq: Canlı varlığın funksional və ya metabolik səmərəlilik səviyyəsi
Beynəlxalq Səhiyyə Təşkilatının emblemi.

Sağlamlığı öyrənən elmlərə dietologiya, psixologiya, psixatriya, tibbi sosilogiya, gigiena, defektologiya və.s. aiddir.

Sağlam olmaq üçün tövsiyələr

  • İdmanla məşğul olun. Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3 dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.
Sağlamlıq: Canlı varlığın funksional və ya metabolik səmərəlilik səviyyəsi 
Təmiz havada çay.
  • Kəpəkli məhsullar xərçəngdən qoruyur. Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.
  • Meyvə tərəvəzi süfrənizdən əskik etməyin. Meyvə-tərəvəz xüsusilə də pomidor,qırmızı üzüm yeyənlərdə infarkt ,xərçəng və şəkər ehtimalı daha az olur.
  • Fast-food yeməklərini birdəfəlik unudun. Ürək-damar xəstəliklərinin 3/1-ə səbəb olan hamburger, kartof qızartması və s kimi qidalardır.
Sağlamlıq: Canlı varlığın funksional və ya metabolik səmərəlilik səviyyəsi 
Gündə azı 1 saat aktiv idmanla məşğul olun!
  • Bel ağrısına qarşı hərəkət edin. Araşdırmalar göstərir ki, bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər.
  • Yeməyinizə nəzarət edin. Balıq yemək infarkt ehtimalını azaldır. Bundan başqa,balıqda olan yağlar immun sistemini də möhkəmləndirir.

Duzu azaldın Həddindən artıq duz iflicə və ürək damar xəstəliklərinə səbəb olur. Ona görə də gündə 5 qr duz yemək kifayətdir. Araşdırmalar gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25%, öd kisəsindəki daş ehtimalını 45% azaltdığını göstərir.Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur. Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər. Çaya biraz mualicə əhəmiyyətli otlardan əlavə edin — kəklikotu, senna, mixək və s.

  • Hər pəhrizə aldanmayın. Həftədə 2–3 kiloqram arıqlamağı vəd edən pəhrizlərdən uzaq olun. Arıqlamaq istıyirsinizsə bunu həftə-həftə yox,uzun müddət üçün həyata keçirməyə çalışın.
  • Artıq çəkilərə diqqət. Yeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 həftə qısaldır. Artıq çəkilərdən xilas olmaq ürək,xərçəng,oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir.
  • İdmanla məşğul olmaq yağı,duzu azaltmaq xolestrolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur.
  • Stresə qarşı mübarizə aparın.
  • Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.
  • Siqaretə yox. Siqareti atmaq artıq çox asandır.İndi bunun üçün saysız hesabsız vasitələr var.Məsələn nikotin lentləri,saqqızlar,iynə ilə müalicə və s.
  • Yuxusuz qalmayın. Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir.Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.
  • Hər gün vitamin qəbul edin. Tərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur.
Sağlamlıq: Canlı varlığın funksional və ya metabolik səmərəlilik səviyyəsi 
Xəstəliyi vaxtında aşkar edin!
  • Profilaktika. Ildə bir dəfə poliklinikada tam dispanserizasiya keçməyi unutmayın!

Həmçinin bax

  1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
  2. İdman
  3. Səhiyyə
  4. Reproduktiv sağlamlıq
  5. Беляев, И.А. Здоровье человека как целостного природно-социально-духовного существа / И.А. Беляев // Вестник Оренбургского государственного университета. — 2014. — № 7 (168), июль. — С. 86–92.

İstinadlar

Tags:

BədənOrqanizmİnsan

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan coğrafiyasıQopuzƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiƏli SistaniXarıbülbül (simvol)Kompüter qurğularıMadyanHamiləlikAzərbaycanın telefon kodlarıNanə AğamalıyevaRamil UsubovƏqrəb (astrologiya)NorveçQarışqalarAK-74RəqsanəRamazan bayramıİsmayıllı rayonuİslam peyğəmbərləriAzərbaycan RespublikasıGinnesin Rekordlar KitabıDuyğu orqanlarıBəhlul MustafazadəAsiya ölkələrinin siyahısıBabək NiftəliyevMübtədaQuran surələrinin siyahısıQanaxmaKvadrat tənlikTolerantlıqMir Mövsüm AğaEldənizlərKimyəvi reaksiyaFeminizmİsveçDərinin xoşxassəli törəmələriBirləşmiş Ərəb ƏmirlikləriCrocus City HallFüzuli rayonuXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)QİÇSHəşəratlarMəhəmməd peyğəmbərin evlilikləriQanqalİsmailiyyə SarayıMorze əlifbasıMeksikaÖvrə xəstəliyiDağıstanTamamlıqSifilisLənkəranƏməköməciZülfiyyə XanbabayevaAzərbaycan TeleviziyasıLeksikaSovet Sosialist Respublikaları İttifaqıBəxtiyar VahabzadəRövşən CavadovAzərbaycan Silahlı QüvvələriAmerika Birləşmiş ŞtatlarıAzərbaycan şirkətlərinin siyahısıLaçın rayonuAzərbaycan Qızıl Aypara CəmiyyətiƏmir TeymurRövşən Lənkəranskiİlk tibbi yardımMüstəqillik Günü (Azərbaycan)İnformasiyaAşıq ZülfiyyəSözün həqiqi mənasıBişirmə bananÇilov adasıSəudiyyə ƏrəbistanıDünya ölkələrinin pul vahidləriNeftİslamın beş şərtiTabeli mürəkkəb cümlə🡆 More