Sürücülük Vəsiqəsi: Sərvər

Sürücülük vəsiqəsi — hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən o.

Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə göstərilir:

  • A1 — mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün;
  • A — bütün növ motosikletləri idarə etmək üçün
  • B1 — kvadrisiklləri idarə etmək üçün
  • B — aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün
    • "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri
    • qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri;
    • qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri;
  • C1 — "D" kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • C — "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • D1- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • D — sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • BE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan "B" kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan "B" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • C1E — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • CE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • D1E — sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • DE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • Tramvay — tramvayları idarə etmək üçün;
  • Trolleybus — trolleybusları idarə etmək üçün.
Sürücülük Vəsiqəsi: Sərvər
Sürücülük Vəsiqəsi: Sərvər
Sürücülük Vəsiqəsi: Sərvər
Sürücülük Vəsiqəsi: Sərvər

Azərbaycanda sürücülük vəsiqəsi

Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:

  • motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün;
  • traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.

Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:

  • sahibinin soyadı;
  • sahibinin adı və atasının adı;
  • sahibinin doğum tarixi və yeri;
  • sahibinin yaşayış yeri;
  • vəsiqəni vermiş orqanın adı;
  • vəsiqənin verilmə tarixi və yeri;
  • vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;
  • vəsiqənin nömrəsi;
  • vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü;
  • sahibinin qan qrupu və imzası;
  • xüsusi qeydlər.

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

Mənbə

  • Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi — Sürücülük vəsiqəsi

Tags:

Nəqliyyat vasitələri

🔥 Trending searches on Wiki Azərbaycanca:

Roza ZərgərliUrbanizasiyaİkinci Dünya müharibəsiMikayıl MüşfiqSəhraPilotsuz uçuş aparatıQarabağ xanlığıAtomFeilKonusAdolf HitlerQüvvə (fiziki kəmiyyət)Əfşar imperiyasıCavanşir Məmmədov (general)Uçan naməlum obyektMolla NəsrəddinAvtomobilin tarixiAzərbaycan coğrafiyasıUnitar dövlətMələkxanım EyubovaAntonimDövlət bayraqlarının siyahısıRənglər siyahısıUzunluq (fizika)ŞüşəRum rəqəmləriNidaBəylər EyyubovŞifrAğciyər iltihabıCümlə üzvləriİnformasiyaAbdulla ŞaiqParaleloqramGürcüstanPənahəli xanMuxtar ƏfəndizadəŞahin Məmmədov (general-leytenant)QaraciyərNatural ədədlərƏhməd CavadAzərbaycan toy adətləriMöminə Xatun türbəsiAutizmFonetikaQədim Yunanıstan mədəniyyətiYupiter (planet)ParasetamolİtaliyaQırğızıstanSəfəvilərİqaməİnkişaf etmiş ölkəZərifə ƏliyevaADA UniversitetiMolla Nəsrəddin (jurnal)CəmiyyətBraziliyaMolla Pənah VaqifKvadrat metrProqram təminatıAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Teymurilər dövlətiKurikulumHindistan xalqlarıElçin (yazıçı)Bəxtiyar VahabzadəPişikSinir sistemiAzərbaycan mətbəxiMoskvaNamiq QaraçuxurluAzərbaycanda elmi fantastikaSinonimAzərbaycanda yayılmış balıqların siyahısıŞuşaXəmsəSamir Nuriyev🡆 More