Sözün Həqiqi Mənası

Hər bir söz müəyyən məna ifadə edir.

Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir.

Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir.

Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar:

  1. . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən).
  2. . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl).
  3. . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan).
  4. . Sözə əks mənalı söz seşməklə (yaxşı-pis, düz - əyri, irəli – geri) və s.

Leksik məna, həqiqi mənası ilə (əgər varsa), onunla birbaşa əlaqəli olan sözlərin mənasıdır. Leksik məna özündə əsas məna və köməkçi mənaları birləşdirir. Bir sözün bütün metafor olmayan mənalarını əhatə edir.

Söz özündə müəyyən mənanı daşıyır. Bu məna əşyaları, hadisələri bir-birindən ayırmağa, onları fərqləndirməyə, eyniləşdirməyə və s. imkan verir. Bütün sözlər müəyyən məna ifadə edir, mənalar isə sözlərdə yaşayır. Cəmiyyətin dəyişməsi, əşya və hadisələrin dəyişməsi, dini və ictimai qaydalardakı dəyişikliklər və s. səbəbilə zaman – zaman bəzi sözlərin mənası da dəyişir. Belə ki, sözlərin mənası genişlənə bilir və darala bilir. Sözlərin yeni törəmə mənalarının yaranması, sinonimlərinin əmələ gəlməsi ilə söz öz mənasını genişləndirir (imtahan, yoldaş və s). Sözün mənaca daralması isə əvvəllər bir neçə məna ifadə edə bilən sözlərin zamanla yalnız bir mənada işlədilməsidir (aş, tütün və s.). Deməli, tarixi inkişaf prosesində bəzi sözlər əlavə yeni mənalar kəsb etməklə yanaşı, bəzilərinin mənaları unudulur. Sözün törəmə mənalarından yeni məcazi mənalar yaranır.

Dilimizdəki sözlər həm həqiqi, həm də məcazi mənada işlədilir. Söz tələffüz edilərkən ağıla gələn ilk məna həqiqi mənadır. Həqiqi məna sözdə əsasdır. İnsanlara məxsus müəyyən hərəkətləri əşyalara, hadisələrə və s. aid etmək nəticəsində meydana çıxan sonrakı məna isə məcazi mənadır: insanın ayağı (həqiqi) – kəndin ayağı (məcazi), insanın qolu (həqiqi) – çayın qolu (məcazi), uşaq yatdı (həqiqi) – külək yatdı (məcazi). Məcazi məna sözdə qeyri - əsasdır. Sözün əsas mənası olmasa, məcazi mənası da ola bilməz. Yəni məcazi məna həqiqi məna vasitəsilə predmetə aid olur.

Bədii əsərlərdə sözlərin məcazi mənalarından daha geniş istifadə olunur. Məsələn, soyuq hava, soyuq su ifadələrində soyuq sözü həqiqi mənasında, soyuq adam, soyuq münasibət ifasəsində isə məcazi mənada işlənmişdir.

Xarici keçidlər

Tags:

Azərbaycan diliHadisəHərəkətMəna (dilçilik)SözƏşya

🔥 Trending searches on Wiki Azərbaycanca:

OvçuluqSacilərTərəzi (astrologiya)Ədliyyə Nazirliyi (Azərbaycan)Azərbaycan Sovet Sosialist RespublikasıAy təqvimiAzərbaycan televiziya kanallarının siyahısıElxan ElatlıNiderlandCəbrayıl rayonuTelli BorçalıTacikistanAlbaniyaEdelveys əməliyyatıƏməköməciMonqolların Azərbaycana ilk yürüşüMəhəmməd FüzuliYusif (peyğəmbər)ParaleloqramNitq hissəsiAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiMenstruasiyaNeft DaşlarıNidaKarbohidratlarİstanbulQarabağ xanlığıİqlimSasanilər imperiyasıAzərbaycandakı ən yüksək dağ zirvələriTürkiyəPasxaƏrəb xilafətiİmadəddin NəsimiMorfologiya (linqvistika)Şəfiqə AxundovaSahibə QafarovaDüzbucaqlı üçbucaqBeynəlxalq Qadınlar GünüCəmiyyətƏlincə qalasıİsgəndərnaməTriqonometriyaQurban bayramıKor bağırsaqTəmsilAzərbaycan Beynəlxalq BankıSəməd bəy MehmandarovPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)UkraynaQəbələ rayonuAzərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısıBöyrəkAzərbaycan-Ukrayna futbol matçlarının siyahısıGənəgərçək yağıYazıNeftİnnabGülüstan müqaviləsiÜnsiyyətAzərbaycan mədəniyyətiPlanetÇingiz MustafayevNəsirəddin TusiAzərbaycan banklarının siyahısıMübtədaKönül XasıyevaQafqazCənubi AzərbaycanFeminizmKvadrat tənlikAsiya ölkələrinin siyahısıQız qalasıTofiq BəhramovSifət (qrammatika)MübaliğəPrizmaAzərbaycan Respublikasının Konstitusiyası🡆 More