Qitə: Böyük quru parçaları

Qitə — Yer qabığının böyük massivi.

Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur.

Qitə: Böyük quru parçaları

Anlayış

Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara - qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200-1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100-150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0-1,5 QPa, temperatur isə 600-7000 C təşkil edir. Qitə sərhədi, okean tərəfə qurunun sualtı davamını hüdudlayan qitə yamacının ətəyindən keçir. Geomorfologiyada Qitə. Yerin geotekstrukturlarına aid edilən ən iri müsbət relyef formasıdır. Qitə üçün düzən və dağlarla əlaqədar olan qitə platformaları və dağəmələgəlmə vilayətləri (bəzi tədqiqatçılara görə, platforma və geosinklinal zonalar) kimi geostruktur zonalar səciyyəvidir.

Qitələr

6 qitə var:

İstinadlar

Tags:

Dəniz səviyyəsiMaterikYerYer qabığı

🔥 Trending searches on Wiki Azərbaycanca:

DubayNeft DaşlarıVyetnamManaf AğayevYerli özünüidarəetməAzərbaycan İkinci Dünya müharibəsindəAygün KazımovaRənglər siyahısıArşın mal alan (film, 1945)Həzi AslanovÜçbucaqBədii filmRusiyaAzərbaycan coğrafiyasıSofulu (Qazax)BeyinAlçaİdarəetmə nəzəriyyəsiİlanlarQulançarİqlim dəyişikliyiNizami parkıAzərbaycan–BMT əlaqələriAzərbaycan ədəbiyyatıXankəndi–Laçın yolunda aksiyalarSəudiyyə ƏrəbistanıTürkiyəOğlaq (astrologiya)MenecmentBakı xanlığıTaunÇəmbərəkənd parkıBabəkYupiter (planet)JurnalistXankəndiƏlincə qalasıYaponiyaElmi fantastikaSkarlatinQaraqoyunlularRoza ZərgərliHeydər Əliyev adına Hərbi LiseyTam ədədlərAğadadaş AğayevAzərbaycan meşələriYuxarı ƏskiparaNüvə silahına sahib olan ölkələrin siyahısıHacı Murad (roman)Azərbaycanın palçıq vulkanlarıAzərbaycan Milli KonservatoriyasıQərbi Azərbaycan mahallarıAzərbaycanda energetikaQayınana (film)FaizSiyasi partiyaKompüter oyunuAprel döyüşləriKomedixanaPolad HəşimovCavanşirMeşəAzərbaycan mətbəxiI AbbasFransaQanMaterikÇingiz xanQalaaltı mineral suyuİnsan inkişafı indeksinə görə ölkələrin siyahısıHeydər Əliyev Mərkəzi1905-ci ildəRomaQan dövranıLatın qrafikalı Azərbaycan əlifbası🡆 More