2022 Qazaxıstan Etirazları

2022-ci ildə Qazaxıstan etirazları, bəzən Qanlı Yanvar (qaz.

Etirazlar sürətlə başqa şəhərlərə, o cümlədən Almatıya sıçrayıb. Hökumət etirazçılar qarşısında geri çəkilərək qiymətləri endirsə də aksiyalar səngiməyib. Bəzi şəhərlərdə küçələrə çıxanlar Təhlükəsizlik Şurasının katibi vəzifəsini (ömürlük) tutan keçmiş prezident Nursultan Nazarbayevin siyasətdən getməsini tələb ediblər. Yanvarın 5-də etirazların böyüməsi qarşısında prezident Qasım-Comərd Tokayev hökuməti istefaya göndərib. Tokayevin sərəncamı ilə baş nazirin səlahiyyətlərinin müvəqqəti icrası vitse-premyer vəzifəsini tutmuş Alixan Smailova həvalə edilib. Habelə Almatıda və Manqistau vilayətində (inzibati mərkəzi Janaozen olmaqla) yanvarın 5-dən 19-na qədər komendant saatı tətbiq edilib. İğtişaşlara cavab olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) – Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Qazaxıstanın özünün də daxil olduğu postsovet dövlətlərinin hərbi ittifaqı Qazaxıstanda sülhməramlı qoşunların yerləşdirilməsinə razılıq verib.

Qazaxıstan etirazları
Etirazçılar Aqtöbenin mərkəzi meydanında
Etirazçılar Aqtöbenin mərkəzi meydanında
Yer Qazaxıstan
Tarix 2 yanvar 2022 - 11 yanvar 2022
Səbəb
  • Qaz qiymətlərin birdən ikiqat artması
  • Avtoritarizm
Əsas məqsəd
  • Qaz qiymətlərin azalması
  • Hakimiyyətin istefası
  • Akimlərin seçkilərlə seçilməsi
Nəticə
  • Nazirlər Kabinetinin istefası
  • Nursultan Nazarbayevin Təhlükəsizlik Şurası sədri vəzifəsindən uzaqlaşdırması
Həlak olanlar 208
Yaralananlar 500
Həbs olunanlar 9900-dən çox
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yanvarın 9-da verilən məlumata görə Qazaxıstandakı iğtişaşlar zamanı əksəriyyəti Almatı şəhərində olmaqla 164 nəfər insan həlak olub və 2265 nəfər yaralanıb.

Zəmin

Sovet İttifaqının dağılmasından sonra keçmiş Sovet İttifaqı hökuməti ilə əlaqəsi olan varlı şəxslərə güzəştli imtiyazlar verilirdi. Onlar qiymətli resurslara malik olan obyektlərin özəlləşdirilməsindən və torpaq mülkiyyətindən böyük sərvət qazandılar. Nursultan Nazarbayev Qazaxıstanın dağılmasından sonra 1990-2019-cu illərdə ölkəni idarə edən ilk prezidenti oldu. Bu müddət ərzində beynəlxalq müşahidəçilər Qazaxıstanda keçirilən seçkilərin heç birini ədalətli saymayıblar. The Daily Telegraph yazır ki, Nazarbayev ölkəni avtoritarizm, qohumbazlıq və opponentləri həbs etməklə idarə edirdi.

Qazaxıstan iqtisadiyyatında neft hasilatı böyük rol oynayır. 2010-cu illərin ortalarında neft qiymətləri düşənə qədər, Qazaxıstan Mərkəzi Asiyada ən yaxşı iqtisadiyyatlardan birinə malik idi. Ölkə həm də dünyadakı uran ehtiyatlarının təxminən 40%-nə malikdir. Belə artıma baxmayaraq, iqtisadi gəlirlər əhali arasında ədalətli bölüşdürülmədi. Qazaxıstanda minimum əmək haqqı ayda 100 ABŞ dollarından azdır və ölkədə iqtisadi bərabərsizlik hökm sürür. 2022-ci ildə qədər 162 ən zəngin qazax ölkənin sərvətinin 55%-nə sahib idi. 2012-ci ildə Dünya İqtisadi Forumu korrupsiyanı Qazaxıstanda biznesin aparılmasında ən böyük problem kimi qeyd edib. Dünya Bankı isə Qazaxıstandakı korrupsiyanı Anqola, Boliviya, KeniyaLiviya kimi ölkələrlə eyni səviyyədə göstərmişdir. 2013-cü ildə Norveçin Aftenposten qəzeti hüquq müdafiəçisi və hüquqşünas Denis Jivaqaya istinadən yazır ki, "Qazaxıstanda neft fondu var, amma onun gəlirinin necə xərcləndiyini heç kim bilmir".

Mangistau vilayətində yerləşən və neft hasil edən şəhər olan Janaozendə əvvəllər də bir sıra işçi tətilləri və nümayişləri baş verib. 2011-ci ildə Qazaxıstan Müstəqillik Gününün 20-ci ildönümündə şəhərdə etirazlar baş vermişdi. Bu etirazlarda və ondan sonra baş vermiş iğtişaşlarda rəsmi rəqəmlərə görə 16 nəfər ölmüş və 100 nəfər yaralanmışdı. Qazaxıstan təhlükəsizlik qüvvələri iş şəraitinin yaxşılaşdırılmasını tələb edən etirazçılara atəş açmışdı. O dövrdə Janaozendə əsasən avtomobillərdə yanacaq kimi istifadə edilən mayeləşdirilmiş təbii qazın (MTQ) qiyməti 30–35 tenge civarında idi və o vaxtdan bəri onun qiyməti bir neçə dəfə bahalaşıb. Eurasianet-in məlumatına görə, artıma Qazaxıstan hökumətinin 2019-cu ilin yanvarında başlayan və tədricən dövlətin qaz subsidiyalarını dayandırmaq və bunun əvəzində bazara qiymətləri müəyyən etmək imkanı verən MTQ-nin elektron bazar ticarətinə mərhələli keçid siyasəti səbəb olub. 2020-ci ilin yanvarında Janaozendə etiraz aksiyası keçirildi. Aksiyada şəhər sakinləri maye qazın qiymətinin 65 təngədən 55 təngəyə endirilməsini tələb etdilər. Bundan başqa, COVID-19 pandemiyası iqtisadiyyata təsir göstərdiyindən, qənaət tədbirləri və hökumətin qeyri-adekvat iqtisadi stimullaşdırılması inflyasiya və əmək haqqı artımının olmaması ilə nəticələndi. Janaozendəki etirazçıların bildirdiyinə görə, yeni il ərəfəsində qazın qiyməti 80, daha sonra 100 tengeyədək artıb, yeni ildən sonra isə bu qiymət 120 (0,28 ABŞ dolları) tenge olub.

Etirazların məqsədi

Etirazlarçıların məqsədlərinə böyük siyasi dəyişikliklərə çağırışlar daxildir. Oyan, Qazaqstan təşkilatının nümayəndəsi Darxan Şərifovun bildirdiyinə görə, etirazçılar "real siyasi islahatlar" və "ədalətli seçkilər" istəyirdilər və "korrupsiya və qohumbazlıq"dan qəzəbli idilər. Yerli media aksiya iştirakçılarının digər tələbləri - Nursultan Nazarbayevin siyasətdən getməsini, ölkədə internetin bərpa edilməsini, xalq seçkiləri keçirilməsini, 1993-cü il Konstitusiyasının geri qaytarılmasını, həmçinin vətəndaş fəallarının təqibinə son qoyulmasını, aksiyalar zamanı saxlanılanların hamısının azad edilməsi, əmək haqqının artırılması, təkrar emalın ləğvi, nəqliyyat vasitələri üçün ödənişli yolların ləğvi, minimum pensiyanın artırılması, uşaq müavinətlərinin artırılmasını tələb edirlər.

Nəticələri

Qazaxıstan dünya uranın 40%-i istehsal edir. Etiraz aksiyaları başlayandan sonra, uran qiymətləri artıb. İnternet kəsilməsi kriptovalyutaya təsir edib. Çin 2021-ci ildə kriptovalyutanın şaxtaçılığını qadağan etdiyinə görə, bir sıra şaxtaçı Qazaxıstana köçüb və beləliklə, etirazlardan əvvəl Bitcoin-in dünya həşreytinin 18%-i Qazaxıstan payında düşürdü.

İrticalar

Beynəlxalq

Qurumlar

  • 2022 Qazaxıstan Etirazları  Türk Dövlətləri Təşkilatı yanvarın 6-da buraxdığı bəyanatıdan: "Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həlak olanlara başsağlığı verir, yaralılara şəfa diləyirik".

İstinadlar

Tags:

2022 Qazaxıstan Etirazları Zəmin2022 Qazaxıstan Etirazları Etirazların məqsədi2022 Qazaxıstan Etirazları Nəticələri2022 Qazaxıstan Etirazları İrticalar2022 Qazaxıstan Etirazları İstinadlar2022 Qazaxıstan EtirazlarıAlmatıJanaozenManqistau vilayətiNursultan NazarbayevQasım-Comərd TokayevQazax dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

UlduzKitabÇobanyastığıPerimetrYuri QaqarinElxanilər dövlətiXudafərin körpüləriƏhali sıxlığına görə ölkələrin siyahısıGöl qurbağasıGəncə-Daşkəsən iqtisadi rayonuBraziliyaƏkinçi (qəzet)PrizmaSahələrinə görə ölkələrin və ərazilərin siyahısıSöhbətül-əsmarSumqayıtBabəkNeftMarsXristianlıqAzərbaycan ədəbiyyatıTorpaq sürüşməsiAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiCavanşir MəmmədovSual cümləsiTalışlarDolça (astrologiya)HüceyrəHekayəMultikulturalizmOğuz türkləriAzərbaycanın Qırmızı kitabına düşən quşlarElçin (yazıçı)QızılLütfi ZadəLimfa düyünləriSura İsgəndərliAfrikaƏli Nağıyev (general)İnsan penisinin uzunluğuQərbi AzərbaycanLatın diliQərbi Azərbaycan İcmasıAzərbaycan əlifbasıKitabi-Dədə QorqudYupiter (planet)DelimitasiyaKimyəvi elementAlov qüllələriSahə (ölçü parametri)Lionel MessiGələrsən-Görərsən qalasıNamiq QaraçuxurluBakteriyalarQərbi Azərbaycan mahallarıHəsən ƏblucÖvrə xəstəliyiMonqolustanTwitterBMWİşsizlikƏtraf mühitAprelCəlilabad rayonuLotu QuliƏkbər Əliyev (riyaziyyatçı)Dövlət quruluşu formalarıAhəng qanunuQara QarayevKonstitusiyaMoskvaTürkmənistanHəzm sistemiƏbdürrəhim bəy HaqverdiyevGəncəİlyas ƏfəndiyevMənsubiyyət (qrammatika)Suda-quruda yaşayanlar🡆 More