Qara Leylək

Qara leylək (lat.

Çox nadir, sayı azalmaqda olan növdür.

Qara leylək
Qara Leylək
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Phaethoquornithes
Klad:
Aequornithes
Fəsilə:
Cins:
???:
Qara leylək
Beynəlxalq elmi adı
Qara Leylək
Azərbaycan poçt markası, 2013

Təsviri

Ümumi rəngi qara. Dimdiyi və ayaqları qırmızıdır. Qarnı ağdır. Yayılması: Avropa, Asiya və Şimali Afrikada yayılıb. XX əsrin əvvəllərinə qədər Azərbaycanın düzən və dağətəyi ərazilərində geniş yayılıb. Son illərdə Qarayazı Qoruğunda, Talışın, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində nadir hallarda məskunlaşır. Meşələrin intensiv qırılması nəticəsində Kür-ArazLənkəran ovalıqlarında daha yuvalamır.

Yaşayış yeri və həyat tərzi

Göllərə, çaylara, sututarlara və digər su hövzələrinə yaxın meşələr yaşayış yerləridir. Azərbaycana nəsil vermək üçün mart ayının əvvəllərində gəlir, sentyabrda köçüb gedir. Yemini balıqlar, az miqdarda suda-quruda yaşayanlar, ilanlar və quşlar təşkil edir. Martda hündür ağaclarda yuva tikir. Yuvaya 2–5, bəzən isə 6 yumurta qoyur.

Sayı

XX əsrin birinci yarısında Kür çayının deltası ilə İran sərhəddi (Lənkəran ovalığı və Salyan düzü) arasında çox olub. 1934-cü ildə buradakı yuvalar arasındakı məsafə təsadüfi hallarda 1 km olub. 1980-ci ildə Qarayazı Qoruğunda 10 cütü, 1996-cı ildə 6, 1997-ci ildə 4, 2000-ci ildə 5, 2006-cı ildə 4 fərdi qeydə alınıb. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində tək-tək fərdlərin yaşaması güman edilir. Mövcud şəraitdə tək-tək fərdlərinə rast gəlinir.

Azalma səbəbləri

Su-bataqlıq sahələrinin qurudulması, meşələrin qırılması.

Qorunması üçün qəbul edilmiş tədbirlər: Ovlanması qadağandır. Qızılağac, Qarayazı, Turyançay, Zaqatala, İlisu Dövlət Təbiət Qoruqları, Altıağac, Şahdağ Milli Parklarının meşəkolluq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Azərbaycanın Qırmızı kitabına (1989), Bern, Bonn və Ramsar konvensiyalarına, АЕWА sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər: Yuva sahəsinin toxunulmaz təbii abidə elan edilməsi, televiziya, radio və dövri mətbuat vasitəsilə qorunmasının aktiv təbliği.

İstinadlar

Mənbə

  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 112səh, Qara leylək.

Tags:

Qara Leylək TəsviriQara Leylək Yaşayış yeri və həyat tərziQara Leylək SayıQara Leylək Azalma səbəbləriQara Leylək İstinadlarQara Leylək MənbəQara LeyləkCiconiaCiconiidaeLatın diliQuş

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qızlıq pərdəsiŞiəlikAtəşgah (Bakı)Dövlət İmtahan Mərkəzi (Azərbaycan)Şuşanın azad edilməsiAvropa ölkələrinin siyahısıXərçəng xəstəliyiUran (planet)Azərbaycan Beynəlxalq BankıCümləÇiçəkli bitkilərBalıqYasəmənCənubi AzərbaycanSəudiyyə ƏrəbistanıGöy cismiİslam peyğəmbərləriAbbasqulu ağa BakıxanovSumqayıtŞifrTürkmənçay müqaviləsiQara QarayevAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıElektrik müqavimətiLeykozKimyəvi elementNapoleon BonapartHəsən bəy ZərdabiOlimpiya oyunlarıSerbiyaNüvə silahıQədim Yunanıstan mədəniyyətiXəyalə ManaflıBəxtiyar VahabzadəDubayBir kərə yüksələn bayraq, bir daha enməzFəttah HeydərovHepatit BKarles PuçdemonBağlayıcıƏrəb xilafətiCəlil MəmmədquluzadəMüstəqillik Günü (Azərbaycan)CəbrBalErlinq Haalandİnsan İnkişafı İndeksiSenzorUkraynaLirik növFonetikaKlaviaturaÇay (coğrafiya)Azərbaycan tarixiYerNəriman NərimanovBumeranqBiq BenQarabağ atıİslamda tanrının adlarıGoranboy rayonuHamiləlikAzərbaycan göllərinin siyahısıZaur BaxşəliyevYəhudilərPolşaKvadrat metrTelekinezMəhəmmədhüseyn ŞəhriyarGicitkənFevralErmənistanAzərbaycandakı şəhərlərin siyahısıLimonEnsiklopediyaASAN xidmətDəstəmaz🡆 More