Qarışqalar

Qarışqalar (lat.

Tropik ölkələrdə geniş yayılmışdır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur.

Qarışqalar
Qarışqalar
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Ranqsız:
Ranqsız:
Tactopoda
Klad:
Pancrustacea
Yarımtip:
Ranqsız:
Dicondylia
Yarımsinif:
Budaq:
Metapterygota
İnfrasinif:
Ranqsız:
Eumetabola
Dəstəüstü:
Hymenopterida
Ranqsız:
Unicalcarida
İnfradəstə:
Fəsiləüstü:
Formicoidea
Fəsilə:
Qarışqalar
Beynəlxalq elmi adı

Qarışqalara, qidaları tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücud sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Yuvadakı digər işçilərin də eyni yolu təqib edərək qida qaynağını tapmaqda bu işarələr yardımcı olurlar. Bir neçə dəqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır. Digər tərəfdən koloniyaya yaxınlaşan bir təhlükə seziləndə, fərqli quruluşda diqqət qoxuları ifraz edilməkdə, təhlükə digər fərdlərə dərhal bildirilərək çox qısa müddətdə həmin yer tərk edilməkdədir.

Qarışqa inqulinləri

Kəpənək növlərindən Aloeides dentatisin birinci və ikinci dövr sürfələri sərbəst yaşarkən, üçüncü dövrdən altıncı dövrə qədər olan daha inkişaf etmiş sürfələri, bir qarışqa növü olan Akantolepis kapensisin yuvalarında yaşamaqdadır. Koloniyaya daxil olan kəpənək sürfələri gün boyunca yuvada qalır və gecə bəslənmək üçün yuvanı tərk edirlər. Çox fərqli bir qrupdan olmaqlarına baxmayaraq qida axtarma gəzintisində qarışqalar, kəpənək sürfələrinə özlərindən ayırmadan yoldaşlıq edir və eyni zamanda düşmənlərinə qarşı qorunmaqda kömək edirlər. Qaz xromatoqrafiyası ilə aparılan analizlərdə kəpənək sürfələrində qarışqa sürfələrinə oxşayan kimyəvi maddələrin olduğu tapılmışdır. Oxşar kimyəvi gizlənmə davranışı milçək növü olan Microdon albikomatus sürfələrində də müşahidə edilməkdədir. Qarışqa sürfələri üzərində ovçu kimi bəslənən albikomatus sürfələri yuvada narahat edilmədikcə sərbəst yaşayır, hətta qarışqa sürfələri kimi fəhlə qarışqalar tərəfindən daşınmaqdadır. Vücud divarındakı hidrokarbon qarışıqlarının kimyəvi analizi aparıldıqda, albikomatus sürfələrinin hidrokarbon modelinin qonaq növü olan mirmika inkompleta balasının molekulyar quruluşuna çox bənzədiyi müəyyən edilmişdir.

Əhəmiyyəti

Qarışqalar 
Qarışqalar 

Fomica cinsindən olan kürən meşə qarışqaları biosenozda mühüm rol oynayır; xırda onurğasızları məhv edir, sorucu həşəratlarda, başlıca olaraq mənənələrlə simbioz münasibətdə ("trofobioz") olur. Kürən meşə qarışqalarının bəzi növlərindən yarpaq gəmiriciləri ilə mübarizədə istifadə edirlər.

Hər qarışqa yuvasının öz xüsusi qoxusu var. Bəzi qarışqaların qanadları da olur.

Maraqlı faktlar

Məlumdur ki, qarışqalar 130 000 000 ildir ki, Yer planetində yaşayır. Qarışqalar barəsində bizim bilmədiyimiz möcüzəli tərəflər:

  1. Qarışqalar dinozavrlarla eyni dövrdə yaşamış, dinozavrlar müəmmalı şəkildə məhv olsalar da, onlar yaşamağa davam etmiş, hər bir şəraitə uyğunlaşmışlar;
  2. Qarışqalarda ən möcüzəli cəhət onların ədalətli bir cəmiyyət qurmalarındadır – hər bir qarışqanın evi, işi vardır, hər bir qarışqa öz işini kənardan nəzarət edilmədən mükəmməl şəkildə yerinə yetirir. Onlar arasındakı iş bölgüsü bir sirr olaraq hələ də müəmmalıdır;
  3. Qarışqalar yeraltı səltənətlərini mahir bir üslubda yaradır – bəzi alimlər bu səltənəti yeraltı şəhər adlandırırlar. Bu şəhər yerin 8-11 metr dərinliyində və 50 metr uzunluğunda olur. Qeyd etmək lazımdır ki, iki ventilyasiya sistemi ərsəyə gətirilir; birinci vasitəsilə bütün yeraltı səltənətə yuxarıdan daima təmiz hava-oksigen daxil olursa, ikincidən daimi olaraq içəridəki ağır hava- zəhərli qazlar yuxarı – yerin üstünə doğru ötürür. Qarışqalar yuvalarının ağzında ora başqa heç bir canlının daxil ola bilməməsi üçün labirintlər qururlar;
  4. Qarışqalar həm zəhər ifraz edir, həm də bu zəhərdən özlərini qorumaq məqsədilə özlərindən daima antibiotik buraxırlar. Alimlər qeyd edir ki, antibiotiki daim ifraz etmək bacarığı qarışqanı insan dərisindən dəfələrlə təmiz olmasını şərtləndirir. Daima özlərindən kimyəvi maddə ifraz edən qarışqaları alimlər həm də gəzən kimyəvi laboratoriya adlandırırlar;
  5. İlan, arı, hörümçək, əqrəb zəhərlərinin tibdə dərman kimi yararlı olduğu məlumdur. Qarışqalar ilanı, əqrəbi, hörümçəyi, dəvədəlləyini, arıları yeyir və onların zəhərlərindən pay alırlar;
  6. Argentinada yarpaqkəsən qarışqa növü yaşayır. Bu qarışqalar gün ərzində yarpaq, müxtəlif bitki növlərini: gülləri, çiçəkləri, otları kəsərək yuvalarına daşıyır, burada daha kiçik həcmdə olan qarışqalar həmin bitkiləri horra halına salır. Yerin altında göbələk yetişdirən bu qarışqa növü həm də zəhərli bitki növlərini də zəhərsizləşdirmək qüdrətinə malikdir. Yetişdirdikləri göbələklər isə xüsusi bir bitkidir və bu göbələklər qarışqalar üçün təbii antibiotik rolunu oynamaqdadır;
  7. Qarışqalar həm də meyvə, müxtəlif ağac və bitkilərin şirəsi ilə qidalanan mənələri müxtəlif vəhşi həşaratlardan hifz edərək onları qoruyur və qışda yem olmadıqda bu mənələrin şirin nektarı ilə qidalanırlar;
  8. Elə qarışqa növləri var ki, bal istehsal edir. ABŞ-nin Arizona ştatındakı qarışqalar məhz öz adlarının bal qarışqası olmasını bal istehsal etmələri ilə qazanıblar. Bu qarışqalar "canlı bal çəlləkləri" adlanırlar. Ballı qarışqalar sağlamlıq üçün faydalı hesab olunur;
  9. Qarışqalarda özünü vaksinləşdirmə məharəti vardır. Onlar xüsusi zəhərli göbələklərdən azacıq alaraq özlərini istənilən virusdan qoruya bilirlər;
  10. ABŞ-nin cənubunda yaşayan qırmızı, yaxud odlu qarışqaların zəhərləri isə daha güclüdür. Bu ərazidə digər bir qarışqa növü də var ki, onlar istənilən həşəratın qorxduğu odlu qarışqalardan çəkinmir. Bu qarışqalar odlu qarışqaların olduqca güclü hesab edilən zəhərlərini neytrallaşdırmaq qüdrətinə malikdirlər;
  11. Qarışqalarda havanın necə olacağı, hətta zəlzələni belə düzgün proqnozlaşdırmaq bacarığı vardır;
  12. Qarışqalarda beyin hüceyrələri onların üstünlüklərindəndir. Alimlər qeyd edirlər ki, bu canlılar hətta superorqanizm adını almışlar;
  13. Bu canlılarda böyük maqnit sahəsi vardır ki, bu da qarışqalara yollarını asanlıqla müəyyənləşdirməkdə kömək edir. Maqnit sahəsinin göstərişi onları düzgün yola istiqamətləndirir;
  14. Qarışqalar öz xəstəliklərinin başqa bir həll yolunu müəyyənləşdirmişlər. Onlar müxtəlif ağaclardakı qətranları evlərinə daşıyaraq xəstələnəndə bu qətranlardan dərman vasitəsi kimi yararlanırlar;
  15. Bu canlılar çəkilərindən 10 dəfə, hətta 100 dəfə artıq yük götürmək bacarığına malikdirlər. Afrikanın şərqində qaçan qarışqalar yaşayırlar ki, onlar çəkilərindən 5000 dəfə çox yük qaldırmağı bacarır;
  16. Qarışqalar saniyədə 7 sm irəliləmək bacarığındadır;
  17. Alimlərin söylədiyi faktlara əsasən, hazırda Yer Kürəsində 10 kvadrillin qarışqa yaşamaqdadır;
  18. Qarışqalar bir ildə 10 000 000 kq ət yeyirlər. Bu, olduqca böyük rəqəmdir. Bütün vəhşi heyvanların bir ildə yedikləri ətdən daha çoxdur;.
  19. Onlar ölənə yaxın qoxu ifraz edirlər. Bu qoxuya əsasən, həmin qarışqanı dəfn edirlər. Qarışqaların qəbristanlığı vardır və bu qəbiristanlıq daha qədimdir;
  20. Avstraliya alimi Endrü Bitti qarışqa zəhərindən ən yeni antibiotiklər əldə etməyin mümkünlüyünü göstərib. Alimlərin fikrincə, qarışqa zəhərində antivirus, iltihab əleyhinə və ağrıkəsici maddəlar mövcuddur.

İstinadlar

Həmçinin bax

Tags:

Qarışqalar Qarışqa inqulinləriQarışqalar ƏhəmiyyətiQarışqalar Maraqlı faktlarQarışqalar İstinadlarQarışqalar Həmçinin baxQarışqalarAnimaliaArthropodaAzərbaycanHymenopteraInsectaLatın dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Heydər ƏliyevAzərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısıAyasofiyaİslam peyğəmbərləriQanFransaQan qrupuDünyanın yeddi möcüzəsiTəzyiqSöhbətül-əsmarArazBeyinHeydər Əliyev adına Hərbi İnstitutMaterikMisirİşıqİtCoğrafi kəşflərQızılcaÇevrəMarketinqGicitkənVərəmTörəməAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıSaitBMWDərman zəncirotuCənubi AzərbaycanCənubi QafqazMakedoniyalı İsgəndərOrqanizmAyaz MütəllibovŞahdağ (zirvə)Zolaqlı kaftarAzərbaycan Dövlət İqtisad UniversitetiAntonimQanqalBronxitQərbi AzərbaycanJurnalistPolşaDüzbucaqlıBiosferQaşaltı QaraqoyunluAzıx mağarasıSahələrinə görə ölkələrin və ərazilərin siyahısıD vitaminiHakimiyyət bölgüsüBumeranqXəyalə ManaflıDünya okeanıNamis ŞirməmmədovLirik növMetroƏqrəb (astrologiya)Nura SuriVətən Müharibəsi Qəhrəmanlarının siyahısıBayer 04 FKDOST Agentliyiİnsan dişləriQuba rayonuPolad HəşimovAzərbaycan (tarixi ərazi)Rəsul RzaFonetik təhlilNaxçıvanPinqvinlərMəhəmməd Əmin RəsulzadəXəlifəTrapesiyaDünya ölkələrinin pul vahidləriÜçbucaqBelçikaFutbol🡆 More