Qəhrəman Şəhər

Qəhrəman şəhər (rus.

Qəhrəman şəhər titulu əsasən SSRİ tərkibində olan şəhərlərə verilmişdir. II Dünya müharibəsi dönəmində Üçüncü Reyxə qarşı aparılan hərbi əməliyyatlarda fərqlənmiş 12 şəhər və 1 qala bu titula layiq görülmüşdür. Qəhrəman şəhər titulu işğal olunmuş və sonrakı əməliyyatlarda geri qaytarılmış şəhərlərə verilirdi. Titul şəxslərə verilmiş Sovet İttifaqı Qəhrəmanı titulunun şəhərlərə verilən forması kimi də qəbul edilmişdir.

Qəhrəman şəhərlər SSRİ-nin Avropa hissəsinin xəritəsində

Nizamnaməyə əsasən qəhrəman elan edilən şəhərə Lenin ordeni ilə yanaşı Yüksək Sovet Prezidyumu təqdim edilirdi. Titula layiq görülmüş şəhərin mərkəzi meydanlarının birində Qəhramənlıq heykəli inşa edilməli idi. II Dünya müharibəsindən sonra SSRİ-nin Leninqrad, Odessa, Sevastopol, Stalinqrad, Kiyev, Kerç, Moskva, Novorossiysk, Minsk, Tula, Murmansk, Smolensk şəhərləri və Brest qalası qəhrəman şəhər elan edilmişdir.

Tarixi

Qəhrəman şəhər termini ilk dəfə II Dünya müharibəsi zamanı Şərq cəbhəsində Barbarossa əməliyyatı ilə Üçüncü Reyxin hücumlarına məruz qalan SSRİ mətbuatı tərəfindən işlədilmişdir. Pravda qəzetinin 1942-ci ildə nəşr edilən sayında nasistlərə qarşı aparılan mübarizədə sovet şəhərlərinin qəhrəmanlığından söhbət açılır. Rəsmi yazışmalarda isə ilk dəfə olaraq 1945-ci ilin 1 may tarixində İosif Stalin tərəfindən imzalanan 20 nömrəli əmrdə qəhrəman şəhər sözündən istifadə edilir.

İmzalanan əmrdə Leninqrad, Odessa, Sevastopol və Stalinqrad şəhərləri üçün top atışının həyata keçirilməsi tələb olunur. İlk qəhrəman şəhər titulu hal-hazırda Sankt-Peterburq olaraq adlandırılan Leninqrad şəhərinə verilmişdir. Şəhərlərin fəxri ada layiq görülməsi ardıcılığı isə aşağıdakı kimidir.

Ölkə Qəhrəman şəhər Elan edilmə tarixi
1 Qəhrəman Şəhər  Rusiya Leninqrad (Sankt-Peterburq) 8 may - 1965
2 Qəhrəman Şəhər  Ukrayna Odessa 8 may - 1965
3 Qəhrəman Şəhər  Ukrayna Sevastopol 8 may - 1965
4 Qəhrəman Şəhər  Rusiya Stalinqrad (Volqoqrad) 8 may - 1965
5 Qəhrəman Şəhər  Ukrayna Kiev 8 may - 1965
6 Qəhrəman Şəhər  Belarus Brest qalası (Qəhrəman qala) 8 may - 1965
7 Qəhrəman Şəhər  Rusiya Moskva 8 may - 1965
8 Qəhrəman Şəhər  Ukrayna Kerç 14 sentyabr - 1973
9 Qəhrəman Şəhər  Rusiya Novorossiysk 14 iyun - 1973
10 Qəhrəman Şəhər  Belarus Minsk 26 iyun - 1974
11 Qəhrəman Şəhər  Rusiya Tula 7 dekabr - 1976
12 Qəhrəman Şəhər  Rusiya Murmansk 6 may - 1985
13 Qəhrəman Şəhər  Rusiya Smolensk 6 may - 1985

Qalereya

Digər ölkələrdə olan bənzər titullar

Tags:

Belarus diliII Dünya müharibəsiRus diliSSRİSovet İttifaqı QəhrəmanıUkrain diliÜçüncü Reyx

🔥 Trending searches on Wiki Azərbaycanca:

Avropa Çempionlar Kuboku və UEFA Çempionlar Liqası finallarının siyahısıUzunluq (fizika)İqlimVitaminlərAzərbaycan Hava YollarıElçin HüseynbəyliCəlil MəmmədquluzadəÖlkə paytaxtlarının siyahısıMüsavat PartiyasıDurğu işarələriEsseAzərbaycan gerbiFəlsəfəFutbolİslam peyğəmbərləriİrəvan xanlığıUçan naməlum obyektAlmaniyaTürk Dövlətləri TəşkilatıXatunAzərbaycandakı çayların siyahısıİdmanSadə ədədİnteqrasiyaTrapesiyaEkologiyaFərid ƏhmədovAzərbaycan Dövlət İqtisad UniversitetiİzotopNaftalanAlbert EynşteynAvtomobilSintaktik əlaqələrƏmir TeymurBitkiAyAndrey LuninUran (planet)Cəbrayıl rayonuAvropaQobustan Dövlət Tarixi-Bədii QoruğuSöhbətül-əsmarƏsrin müqaviləsiƏbülfəz ElçibəyMusiqiVulkanHəmcins üzvlərAzərbaycan PrezidentiƏxlaqGöbələk xəstəliyiİsrafil Məmmədov (hərbçi)Azərbaycan əlifbasıXürrəmilər hərəkatıAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiASAN xidmətAvstraliyaAzərbaycan Respublikası Mərkəzi BankıViravulBakcellAğciyərRusiya imperiyasıTamamlıqNamazİnsanGülyanaq MəmmədovaAzərbaycanSunamiİsrailZərflikSadə cümlənin şəxsə görə növləriUEFA Çempionlar LiqasıMüxtəsər vurma düsturlarıOsman MirzəyevGülyaz MəmmədovaSaitQüvvə (fiziki kəmiyyət)KlaviaturaAbbasqulu ağa Bakıxanov🡆 More