Polad Həşimov: Azərbaycan Respublikasının Milli Qəhrəmanı

Polad Həşimov (2 yanvar 1975, Vəndam, Qutqaşen rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020).

Polad Həşimov
Polad İsrayıl oğlu Həşimov
Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1975(1975-01-02)
Doğum yeri
Vəfat tarixi 14 iyul 2020(2020-07-14) (45 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Hərbi hissə Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri 3-cü Ordu Korpusu
Xidmət illəri 1992–2020
Rütbəsi Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri
General-mayor
Döyüşlər Qarabağ müharibəsi
 • Murovdağ əməliyyatı
Aprel döyüşləri
Tovuz döyüşləri
Təltifləri
Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri
Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri
Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu.

Həyatı

Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olmuşdur. Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir. O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur. Polad Həşimovun ailədə 2 bacısı — Arzu və Kəmalə, və 1 qardaşı — İlham olmuşdur. 1975-ci ilin iyul ayında — Polad Həşimov 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə gəlirlər və şəhərin 13-cü mikrorayon adlandırılan ərazisində yaşamağa başlamışdılar.

Təhsili

Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri 
Polad Həşimov 5 yaşı olan zaman (1980-ci il)

Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuş və 1986-cı ilə qədər orada təhsil almışdır. Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o, 1986–1988-ci illərdə orada təhsil almışdır. Polad Həşimov 8-ci sinifdə riyaziyyat üzrə olimpiadada II pillənin sahibi olmuşdur. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı — M. Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilmişdir və Polad Həşimov təhsilini orada davam etdirmişdir. 1992-ci ildə oradan məzun olmuşdur.

Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir. Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə vermişdir.

1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir. 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldu və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi almışdır.

Ailəsi

Polad Həşimov 2003-cü ilin sentyabrda Ofeliya Salmanova ilə ailə həyatı qurmuşdur. Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı var.

Hərbi xidməti

Polad Həşimov 1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşmışdır. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilmişdir.

Birinci Qarabağ müharibəsinin bitməsindən sonra Polad Həşimov daim cəbhə bölgəsində olan hərbi hissələrdə xidmət etmişdir. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ silsiləsində olan hərbi hissələrində xidmət etmişdir. Polad Həşimov 1995–2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmışdır.

Polad Həşimov 28 yaşı olanda "mayor" hərbi rütbəsi almışdır və 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

6 il sonra isə Polad Həşimov "polkovnik-leytenant" hərbi rütbəsi almışdır və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 2013-cü ildə komandiri olduğu hərbi hissələrin birində baş vermiş əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı rütbəsi alınaraq "mayor"a endirilmişdir. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Aprel döyüşləri

Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri 
Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində Talış istiqamətində olan postda əsgərləri ilə çiyin-çiyinə olan zaman

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olnumuşdur.

Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilmişdir. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlamışdır.

Polad Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi vəzifəsində çalışırdı.

2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilmişdir. Bununla da Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olmuşdur.

Tovuz döyüşləri

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.

İyunun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimovun da qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

Ölümü və dəfn mərasimi

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu. Həmin gün saat 13:00-da müdafiə nazirinin müavini Kərim Vəliyev canlı yayımda açıqlama verdi:

Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəsüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbir diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq.

Müdafiə nazirinin müavini və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev


Müdafiə nazirinin müavini Kərim Vəliyev canlı yayımda Polad Həşimov və İlqar Mirzəyevin şəhid olduğunu açıqlayır

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid oldu. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi İlqar Anzor oğlu Mirzəyev, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid oldu.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu.

İyulun 14-də günorta saatlarında Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə gətirildi. Hələ səhər saatlarından vida mərasimi üçün minlərlə insan Qəbələ şəhərindən Vəndam qəsəbəsinə axın eləmişdi. Doğma yurdunda vida mərasimi baş tutandan sonra Polad Həşimovun nəşi böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə yola salındı. Axşamüstü Polad Həşimovun nəşi minlərlə insanın izdihamı ilə evinə gətirildi. Dəfn mərasimi bir gün sonra baş tutdu.

Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi eyni gündə, iyulun 15-də baş tutub. II Fəxri Xiyabanda baş tutan vida mərasiminə müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini Yaşar Əliyev, Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov, Bakı şəhərinin icra başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, məhrumun xidmət yoldaşları şəhidlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Dəfn mərasimində çıxış edən Abdulla Qurbani Polad Həşimov və İlqar Mirzəyevin həyat və döyüş yolları barədə məlumat verdi. Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları ilə Polad Həşimov və İlqar Mirzəyev hərbi ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salındı. Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Polad Həşimov və İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verdi. Sonda müdafiə naziri şəhidlərin tabutu üzərində olan Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim etdi.

Təltifləri

Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri 
Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi təqdim edilən zaman (26 iyun 2019)

İrsi və xatirəsi

Polad Həşimov: Həyatı, Hərbi xidməti, Təltifləri 
Polad Həşimovun II Fəxri Xiyabanda olan məzarı

Polad Həşimov ölümündən sonra Azərbaycan cəmiyyətində fenomenə çevrilən nadir şəxsiyyətlərdən biri oldu. İyulun 14-də onun şəhid olmasından sonra əsgərləri və xidmət yoldaşları onunla bağlı xatirələrini bölüşdülər.

Polad Həşimovun şəhid olmasının açıqlanmasından sonra, iyulun 14-dən Bakı şəhərində on mindən çox insan Şəhidlər Xiyabanının önünə toplaşaraq Azərbaycan Ordusuna dəstəyini və Qarabağ uğrunda müharibəyə hazır olduğunu bəyan ediblər.

Polad Həşimovun şəhid olmasından sonra əsasən Qəbələ rayonunda olmaqla yeni doğulan oğlan uşaqlarına "Polad" adı verildi.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonuna səfəri zamanı Polad Həşimovun adının əbədiləşdirilməli olduğunu bildirdi və bununla bağlı göstəriş verdi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

2021-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilmişdir.

Mədəniyyət

2020-ci ilin avqust ayında Polad Həşimova həsr olunan 2 kitab işıq üzü gördü. Əvvəlcə Qanun Nəşriyyatı tərəfindən "Polad Generalımız" adlı kitab nəşr edildi. Daha sonra isə "Hədəf" Nəşrləri və "XAN" Nəşriyyatı tərəfindən Polad Həşimova həsr olunan növbəti kitab nəşr edildi. "General Polad Həşimov xatirələrdə" adlanan kitabda Polad Həşimovun anası, həyat yoldaşı, qızı, həmçinin xidmət yoldaşlarının onun haqda xatirələri yer alıb.

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Hikmət Xudiyevin "Milli Qəhrəman Polad Həşimov" kitabı şəhid generalın həyatından ətraflı bəhs edir.

Polad Həşimovun şəhid olmasından bir gün sonra müğənni Çingiz Mustafayev Polad Həşimovun timsalında Tovuz döyüşlərində şəhid olanlara həsr olunan "Vətənim Kimiyəm" mahnısını təqdim elədi. 2020-ci il avqustun 22-də Polad Həşimova həsr olunan "Paşam, hey!" mahnısı təqdim olunub. Mahnının musiqisi Faiq Sücəddinova, sözləri isə Musa Uruda məxsusdur. Mahnını Şəmistan Əlizamanlı ifa edib. 2020-ci il avqustun 24-də İctimai TV-də Polad Həşimova həsr olunan "Poladın 7 anı" sənədli filmi təqdim olunub. 26 dəqiqədən ibarət olan sənədli filmin müəllifi İlham Tumas, rejissoru isə Ruslan Hüseyndir.

2023-cü ildən Polad Həşimovun şəxsi əşyaları — hərbi forması, qələmi, əlyazması və fotoşəkilləri ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir və orada nümayiş olunur.

Küçələr və bağlar

2020-ci ilin avqust ayında Qəbələ şəhərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib.

2020-ci il oktyabrın 2-də Türkiyənin Elazığ ilinin Keban ilçə Bələdiyyəsi küçələrin birinə Polad Həşimovun adının verilməsi barədə qərar qəbul edib. 2021-ci ilin yanvarında qərar icra olunaraq küçələrin birinə Polad Həşimovun adı verilib.

2020-ci il oktyabrın 28-də Bursa ilinin Osmanqazi ilçəsində Polad Həşimovun adını daşıyan bağın açılışı olub.

2021-ci ilin yanvar ayında Quba şəhərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib.

2021-ci ilin fevral ayında Sumqayıt şəhərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib.

2021-ci ilin aprel ayında Polad Həşimovun və Vətən müharibəsi şəhidi Aqşin Qədirzadənin adına Qəbələ rayonu Zərgərli kəndi, Qəbələ-Oğuz yolunun kənarında bulaq istifadəyə verilib.

2021-ci il mayın 7-də Bakıda Pavel Naximov küçəsinin adı Polad Həşimov olaraq dəyişdirilmişdir.

2021-ci il iyulun 22-də Bakının Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park istifadəyə verilib.

Haqqında yazılmış şeirlər

  • Tapdıq Əlibəyli. "Bayraq dalğalandı Şəhid adınla"; "Payız çöhrəsində yazdı 44 gün", 2021-ci il (kitab)

İstinadlar

Ədəbiyyat

  • Şəmil Sadiq. General Polad Həşimov xatirələrdə. Bakı: "Hədəf Nəşrləri" və "XAN" Nəşriyyatı. 2020. ISBN 9084930936722.

Xarici keçidlər

Tags:

Polad Həşimov HəyatıPolad Həşimov Hərbi xidmətiPolad Həşimov TəltifləriPolad Həşimov İrsi və xatirəsiPolad Həşimov Haqqında yazılmış şeirlərPolad Həşimov İstinadlarPolad Həşimov ƏdəbiyyatPolad Həşimov Xarici keçidlərPolad Həşimov14 iyul19752 yanvar2020Azərbaycan Silahlı QüvvələriAzərbaycanın Milli QəhrəmanıQəbələ rayonuTovuz rayonuVəndam

🔥 Trending searches on Wiki Azərbaycanca:

Sadə cümlənin şəxsə görə növləriSovet Sosialist Respublikaları İttifaqıRum rəqəmləriXəmsəMikayıl CabbarovMürəkkəb sözlərBəngü-BadəTaunƏli KərimliZərflikGöygöl (göl)MəsdərŞirvanşahlar dövlətiEverestTabesiz mürəkkəb cümlələrAzərbaycan mətbuatıAşıq ƏləsgərŞəkiNatural ədədlərKvadratÇoxluqlarQuduzluqHacı Məmmədov (cinayətkar)QızılgülAmoksisillinElçin Quliyev (general-polkovnik)İlanlarAvropa İttifaqı ölkələrinin siyahısıSaturn (planet)MaralgölKosmik fəzaUral çayıNida cümləsiNeft DaşlarıII MehmedQoç (astrologiya)Çoxmənalı sözlərYeni Müsavat (qəzet)GəmiKarbon qazıBakıHəmcins üzvlərİkinci Dünya müharibəsiHamiləlikYazıTürkmənistanAnemiyaTörəməDövlət Gömrük Komitəsi (Azərbaycan)Əli XameneiKompüterGülyaz MəmmədovaHadi RəcəbliAzərbaycan coğrafiyasıTorpaq sürüşməsiLyambliyozİnkişaf etməkdə olan ölkəEsseViravulŞahdağQədim RomaÇinÇiçəkli bitkilərMoskvaHepatit BƏlcəzairAndrey LuninLimfa düyünləriŞuşa qalasıGülüstan müqaviləsiDünya ölkələrinin siyahısıSayİqlim dəyişikliyiƏbdürrəhim bəy HaqverdiyevQanaxmaMonqol imperiyasıBağlayıcı🡆 More