Novruz Qartal

Novruz Yaqub oğlu Əliyev (3 mart 1947, Bakı – 8 yanvar 2022, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013).

Novruz Qartal
Novruz Yaqub oğlu Əliyev
Novruz Qartal
Digər adı Novruz Qartal
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi bağırsaq xərçəngi
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1967
Mükafatları Novruz Qartal

Həyatı

Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır.

Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.

1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.

1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən N.Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yarandı: "92 dəqiqə gülüş"də Xəstə, "On min dollarlıq keyf"də Dayıoğlu, "Hərənin öz ulduzu"nda Kələntər, "Dəli dünya"da tın-tın Əsəd, "O olmasın, bu olsun"da Məşədi Qəzənfər, "Bankir adaxlıda dilənçilər padşahı, "Əlin cibində olsun"da Dilənçi, "Məhəbbət oyunu"nda Daşdəmirov, "Volqalı canan"da Müqəddəsov, "Aldın payını, çağır dayını"da Əhmədi Biqəm, "Şeytanın yubileyi"də Şirvan, "Kələkbazlar"da Əlipaşa və s.

25 iyun 2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Novruz Qartal 8 yanvar 2022-ci ildə 74 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir. Gəncədə “İmamzadə” ziyarətgahında dəfn edilib.

Filmoqrafiya

  1. Gülüş sanatoriyası (film, 1989)
  2. Qəzəlxan (film, 1991)
  3. Şirbalanın məhəbbəti (film, 1991)
  4. Seçilən (film, 2008)
  5. Qız atası (teleserial, 2014) (22-ci bölüm)

İstinadlar

Mənbə

Tags:

Novruz Qartal HəyatıNovruz Qartal FilmoqrafiyaNovruz Qartal İstinadlarNovruz Qartal MənbəNovruz Qartal194720223 mart8 yanvarBakı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Taleh Qaraşovİslamda tanrının adlarıRamil UsubovEsseBöyük Hun imperiyasıAzərbaycan manatıSözün həqiqi mənasıYazSovet Sosialist Respublikaları İttifaqıHacı ŞahinÖlkə paytaxtlarının siyahısıAzərbaycan Hərbi Hava QüvvələriHacıbaba BağırovAhəng qanunuHeydər ƏliyevDədə QorqudAlqoritmBakteriyalarQuşlarPiramidaPerimetrBananQabarıq çoxbucaqlıQızılcaAnqkor VatAzərbaycan mətbəxiAfaq BəşirqızıAzərbaycandakı çayların siyahısıAntonimHikmət MirzəyevTəşəhhüdAyaz MütəllibovAzərbaycan musiqisiSistitZəncirotuBanqladeşSinqapurFlora KərimovaVətən uğrunda medalıAzanAzərbaycan Qızıl Aypara CəmiyyətiVenesiyaHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalıÖvrə xəstəliyiQacar dövlətiKimyəvi elementDöş giləsiZülfiyyə Xanbabayevaİnkişaf etmiş ölkəBeyinHidrogenHəşəratlarRus əlifbasıNaxçıvanSerj SarqsyanQondarma Dağlıq Qarabağ RespublikasıQədim MisirNatiq Qasımov (əsgər)Zaur BaxşəliyevTəravih namazıRövşən LənkəranskiOmanŞirYəhudilərVikipediyaTürk xalqlarıİngiltərəMustafa ZamaniCazibə qüvvəsiMübariz İbrahimovŞahrudin MəhəmmədəliyevMəhəmməd FüzuliAzərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıSübh namazıÇoxluqlarAğciyər seqmentləriOksigen🡆 More