Məsdər

Məsdər — həm felin, həm də ismin xüsusiyyətlərini özündə daşıyan sözlər.

Nə etmək?, Nə olmaq? suallarından birinə cavab verir. Məsdər feillərə -maq2 bəzən də -ma2 şəkilçisini artırmaqla düzəlir. Sonuncu hecasında qalın sait olan fellərə -maq, incə sait olan fellərə isə -mək şəkilçisi əlavə edilir. Məsələn, yaz-maq, eşit-mək. Lüğətlərdə feillər məsdər formasında yazılır.

Məsdərin feilə aid xüsusiyyətləri

  • Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn, götür və götürmək sözlərinin leksik mənaları arasında fərq yoxdur, amma qrammatik mənaları müxtəlifdir.
  • Məsdər təsdiq və inkarda işlənə bilir. Məsələn, təmizləmək və təmizləməmək.
  • Məsdər də feilin müəyyən növündə olur. Məsələn, görüş — görüşmək. Hər ikisi də qarşılıq bildirir.
  • Məsdər də təsirli və ya təsirsiz olur. Məsələn: oxumaq -təsirli, yerimək — təsirsiz.
  • Məsdər də feil kimi ətrafına söz toplayaraq məsdər tərkibi əmələ gətirir. Məsdər tərkibi bütövlükdə cümlənin mürəkkəb üzvü olur.

Məsdərin ismə aid xüsusiyyətləri

  • Məsdər isim kimi hallanır və mənsubiyyətə görə dəyişir. 3-cü şəxsdə məsdər mənsubiyyətə görə dəyişərkən, bəzən -maq2 şəkilçisi -ma2 şəklinə düşür. Məsələn, quşların oxumağı və quşların oxuması.
  • Məsdər isim kimi nə? sualına cavab verir.
  • Qoşmalarla işlənə bilir. Məsələn, dırmanmaq üçün, yeməkdən qabaq.
  • 3-cü şəxsdə xəbər şəkilçisi (-dır4) qəbul edib ismi xəbər olur (feili xəbər ola bilmir).

Məsdərin cümlədə rolu

Məsdər cümlədə mübtəda, xəbər, tamamlıq, zərflik və bəzən qoşmalarla birlikdə işləndikdə təyin vəzifəsində çıxış edir.

İstinadlar

  • Ş. Sadıq, E. Nəcəfov, A. Əsədov — Azərbaycan dili, dərs vəsaiti. Bakı: Çaşıoğlu, 2009. — 272 s.

Xarici keçidlər

Tags:

Məsdər in feilə aid xüsusiyyətləriMəsdər in ismə aid xüsusiyyətləriMəsdər in cümlədə roluMəsdər İstinadlarMəsdər Xarici keçidlərMəsdər

🔥 Trending searches on Wiki Azərbaycanca:

KitabAzərbaycan Sovet Sosialist RespublikasıBakı kəndlərinin siyahısıKütlə vahidləriGünəş enerjisiQızılAzərbaycan Silahlı QüvvələriQızıl yel xəstəliyiSkelet (insan)Atmilçək qaş səhləbiBağanıs AyrımDinMəhəmməd FüzuliMerkuri (planet)MeşəƏbülfəz ElçibəyCərəyan şiddətiTamamlıqSinqapur Sosial Elmlər UniversitetiFeilEmin ƏmrullayevNitq hissəsiDOST AgentliyiAzərbaycandakı quşların siyahısıKvadratMuğamZəncirotuNəriman HəsənzadəMart soyqırımıTəbii fəlakətHecaElçin HüseynbəyliBəylər Eyyubovİnkişaf etmiş ölkəBabəkAzərbaycan gölləriRəsul RzaTailandNaxçıvanDəvəHeyvanlarEldənizlərAvtomobil idmanıAzərbaycan İkinci Dünya müharibəsindəŞirvanşahlar dövlətiYazıAzərbaycanın inzibati bölgüsüDövlət quruluşu formalarıTürkmənçay müqaviləsiAtlantik okeanAna səhifəOsmanlı sultanlarının siyahısıUEFA Çempionlar LiqasıBumeranqBöyük Fransa inqilabıXəritəEpilepsiyaCavanşir MəmmədovAzərbaycan Respublikasının KonstitusiyasıQaraqoyunlularXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Koroğlu dastanıLionel MessiZeynəb XanlarovaƏskipara monastırıFunksiya (riyaziyyat)Sahə (ölçü parametri)Cəmşid Naxçıvanski adına hərbi liseyÇinƏməliyyat sistemiQarabağ atıRənglər siyahısıQİÇSHəzi AslanovAnemiyaHeydər Əliyev🡆 More