Məhəmməd: ərəb siyasi lider və islamın qurucusu

Məhəmməd (ərəb.

İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır.

Məhəmməd
ərəb. أَبُو الْقَاسِمِ مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْمُطَّلِبِ
Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan
Mədinə şəhərində yerləşən Məscidül-Nəbinin qapılarında qeyd edilmiş "Məhəmməd Allahın Elçisi"dir yazısı.
İslam peyğəmbəri
609 – 632
SonrakıMəhəmmədin canişinliyi
Şəxsi məlumatlar
Doğum tarixi 20 aprel 571[…]
Doğum yeri
Vəfat tarixi 8 iyun 632 (61 yaşında)
Vəfat yeri
Fəaliyyəti naxırçı[d], tacir, islam peyğəmbəri, vaiz[d], siyasətçi, hərbi lider[d]
Atası Abdullah ibn Əbdülmütəllib
Anası Aminə binti Vəhb
Həyat yoldaşları
Uşaqları
Ailəsi Bəni Haşim
Dini Hənif, islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir.

Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi. O, 40 yaşında ikən mələk Cəbrayıl tərəfindən ziyarət edildiyini və Allahdan ilk vəhyni aldığını bildirdi. Üç ildən sonra, 613-cü ildə, Məhəmməd açıq şəkildə islami təbliğata başladı. O, elan etdi ki, "Allah birdir", Allaha təslimiyyət (islam) doğru həyat yoludur və digər islam peyğəmbərləri kimi o da Allahın elçisidir.

Başlanğıcda, Məhəmməd peyğəmbərin ardıcılları az idi və onlar məkkəli politeistlərin düşmənçiliyinə məruz qalırdılar. O, 615-ci ildə ardıcıllarını təqibdən qorumaq üçün onlardan bəzilərini Aksum krallığına göndərdi. 622-ci ildə isə özü və ardıcılları Məkkədən Mədinəyə (əvvəl "Yəsrib" olaraq adlandırılırdı) köç etdilər. Bu hadisə, hicri təqvimi olaraq da bilinən "islami təqvim"in başlanğıcı sayılır. Həmin il Məhəmməd Mədinədəki qəbilələri "Mədinə müqaviləsi" altında birləşdirdi. Məkkəlilər ilə müxtəlif aralıqlarla səkkiz il davam edən müharibələrdən sonra Məhəmməd peyğəmbər 10.000 müsəlman əsgərlə birlikdə Məkkə şəhərinə doğru hərəkətə başladı. Müsəlmanlar az itki ilə şəhərə daxil ola bildilər.

Məhəmməd peyğəmbər vida həccindən qayıtdıqdan bir neçə ay sonra, 632-ci ildə xəstələndi və vəfat etdi. Ölümünə qədər Ərəbistan yarımdasının əksəriyyəti islam dinini mənimsədi.

Allah tərəfindən Məhəmməd peyğəmbərə göndərilən vəhylər Quran ayələrini meydana gətirmişdir. Ayələr müsəlmanlar tərəfindən "Allahın kəlamı" adlandırılır və dinin əsası olaraq qəbul edilir. Qurandan başqa, Məhəmməd peyğəmbərin hədislərdəsiyərlərdə yer alan təlimləri və tətbiqləri (sünnə) islam hüququnun mənbələri olaraq istifadə edilir (bax: şəriət).

Məhəmməd peyğəmbərin adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısında 1-ci yerdədir.

Qurandaki adları və titulları

Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan 
İslam xəttatlığında sülus xətti ilə "Məhəmməd" adının yazılışı

Məhəmməd adı Quranda dörd dəfə keçir və "tərifə layiq" mənasına gəlir. Həmçinin, Quranda Məhəmmədə ikinci şəxs olaraq müxtəlif adlarla müraciət edilir: elçi, peyğəmbər, Allahın qulu, xəbərçi (bəşir), şahid, müjdəçi (mübəşşir), xəbərdarlıq edən (Nazir), xatırladan (müdhəkkir), Tanrıya dəvət edən, Nur və işıq saçan lampa.

Həyatından bəhs edən mənbələr

Məhəmməd və onun müasirləri ilə bağlı ən diqqət çəkən məsələ hədis və sira şəklində toplanan məlumatların 150-200 illik şifahi mədəniyyət dövründən sonra yazılmağa başlaması və hekayənin bundan sonra da təkamül və irəliləməsidir. Bu rəvayətlərin bəziləri qeyri-islami mənbələr tərəfindən dəstəklənmir və bəzilərinin öz daxilində ziddiyyətləri vardır. Şayiələrə əsaslanan qeydlərdə hadisə günlərində danışılan əhvalatlar böyük ölçüdə doğru qalsa da, zaman keçdikcə dəyişir və bir neçə nəsildən sonra tarixi reallıqdan tamamilə uzaqlaşır.

Quran

Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan 
Kufi xətti ilə yazılmış Quran (Abbasilər dövrü, 8-ci 9-cu əsrlər)

Quran islamın ən ali dini mətnidir. Müsəlmanlar onun baş mələk Cəbrayıl tərəfindən Məhəmmədə çatdırılan Allahın sözləri olduğuna inanırlar. Lakin Quranda Məhəmmədin həyatı haqqında məlumat azlıq təşkil edir.

Erkən bioqrafiyalar

Məhəmmədin həyatı ilə əlaqədar əhəmiyyətli məlumatlar müsəlman erasının 2-ci və 3-cü əsr müəlliflərinin tarixi əsərlərində tapıla bilər (b.e-nın 8-ci 9-cu əsrləri). Bunlar Məhəmmədin həyatı haqqında əlavə məlumatlar ehtiva edən ənənəvi müsəlman bioqrafiyalarıdır. Ən erkən siyər (Məhəmmədin bioqrafiyası və sözləri) İbn İşaq tərəfindən təqribi olaraq 767-ci ildə yazılmış "Tanrının elçisinin həyatı" adlı əsərdir. Lakin əsər sonradan itirilmişdir. Əsər itirilməməmişdən öncə İbn Hişam tərəfindən böyük ölçüdə, əl-Təbəri tərəfindin isə kiçik ölçüdə istifadə edilmişdir. İbn Hişam əsərdən böyük ölçüdə istifadə etsə də, əsərin giriş hissəsindən bəzi bölümləri çıxartdığını da qeyd etmişdir. Məhəmmədin həyatı haqqında digər erkən tarixi mənbələrə əl-Vaqidi tərəfindən yazılmış "Məhəmmədin səfərbərliklərinin tarixi" əsəri və əl-Vaqidinin katibi İbn Səd əl-Bağdadinin əsərləri də daxildir.

Bu mənbələrin doğruluğu qeyri-müəyyən olsa da, bir çox tədqiqatçı onları həqiqi hesab edir.

Hədis

İslamda digər mühüm mənbələr isə hədislərdir. Hədislərin tərtibi Məhəmmədin ölümündən sonra da Məhəmməd əl-Buxari, Müslüm İbn Həccac, əl-Tirmizi, əl-Nəsai, Əbu Davud, İbn Macə, Malik İbn Ənəs və əl-Daraqtuni kimi hədis alimləri tərəfindən davam etdirilmişdir.

Bəzi qərb tədqiqatçıları hədis kolleksiyalarını dəqiq tarixi mənbə kimi görürlər. Adətən islam alimləri bioqrafik ədəbiyyat əvəzinə hədis ədəbiyyatına daha çox diqqət ayırırlar. Ona görə ki, hədislər təsdiqlənə bilən zəncirvari silsilədən ibarətdirlər. Bioqrafik ədəbiyyatda isə belə bir silsilənin olmaması onların nəzərinə görə, daha az təsdiqlənə biləndir.

Revizionist İslam Araşdırmaları Məktəbi

Revizionist İslam Araşdırmaları Məktəbi Con Uansbro və onun tələbələri Endryu Rippin, Norman Kalder, GR Hawting, Patricia Crone və Michael Cook, eləcə də Günter Lüling, Yehuda D. Nevo və Christoph Luxenberg kimi alimlərdən ibarətdir.

Tərəfdarları “İslamın yüksəlişi haqqında “ənənəvi” tarixçilər ilə ziddiyyət təşkil edir.

Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan  Xarici video
Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan  Odon Lafontenin islamın meydana gəlməsi ilə bağlı fikirləri Numizmatik dəlillər), ing.

İslamın meydana gəlməsi ilə bağlı fikirləri :

  • İslam ekspansiyası yəqin ki, İslami, dini deyil, dünyəvi yönümlü ərəb ekspansiyası idi.
  • Yeri; Qurandakı coğrafi təsvirlər və sonrakı rəvayətlər Məkkəyə uyğun gəlmirdi. Onlar əsasən Ərəbistanın şimal-qərbindəki bir yerə işarə edirlər, məsələn. İordaniyada Petra. Lakin, Əməvi Xilafətinin yüksəlişindən sonra ( 661-750-ci illər ) hekayənin mənşəyi Ərəbistan yarımadasına köçürüldü.
  • İslam səhrada, müşrik bütpərəstlər arasında deyil, yəhudi və xristian mətnlərinin yaxşı bilindiyi bir mühitdə yarandı. “Kafirlər” bütpərəst müşriklər deyil, polemik olaraq tövhiddən uzaqlaşmış hesab edilən tövhidçilər idi.
  • İslamın ilk dövrlərində müsəlmanlarla yəhudilər arasında əlaqə çox sıx idi. Yəhudilər də “mömin” adlanırdılar və ümmətin bir hissəsi idilər. "Beni Qureyza"nın qətliam hekayəsi kimi anti-yəhudi mətnlər Məhəmməddən çox sonra, İslam yəhudilikdən qopduğunda ortaya çıxdı.

İslamaqədərki Ərəbistan

Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan 
Məhəmmədin dövründəki başlıca qəbilələr və onların yaşayış yerləri

Ərəbistan yarımadası vulkanik torpaqlarla örtülü olduğu üçün böyük ölçüdə əraziləri quraq idi. Vahələr və ya su mənbələrindən uzaq olan ərazilərdə kənd təsərrüfatının vəziyyəti çətin idi. MəkkəMədinə şəhərləri yarımadanın önəmli mərkəzlərindən idilər. Mədinə böyük dərəcədə inkişaf edən aqronomik məskunlaşma məntəqəsi, Məkkə isə bir çox ətraf qəbilələr üçün mühüm maliyyə mərkəzi idi. İttifaqa və ya qohumluğa əsaslanan qəbilə üzvlüyü mühüm sosial bağlılıq mənbəyi daşıyırdı. Yerli ərəblər köçəri və ya oturaq idilər. Köçəri qruplar su və sürüləri üçün otlaq axtararaq davamlı səyahət edir, oturaq qruplar isə məskunlaşıb ticarət və təsərrüfatla məşğul olurdular. Köçərilərin həyatda qalması həmçinin karvanlara və vahələrə edilən basqınlara da əsaslanırdı. Onlar bunu cinayət hesab etmirdilər.

İslamaqədərki Ərəbistanda Tanrı və Tanrıçalar fərdi qəbilələrin qoruyucusu hesab edilirdilər, onların ruhları müqəddəs ağaclar, daşlar, bulaqlar və quyularla əlaqələndirilirdi. Məkkədəki Kəbə illik ziyarət yeri olmasından əlavə burada qəbilə qoruyucusu olan Tanrıların (hər qəbilənin öz qoruyucu Tanrısı vardı) 360 ədəd bütü yerləşirdi. Üç Tanrıça Tanrının qızları hesab edilirdi: Əl-Lat, Mənatəl-Uzza. Ərəbistanda xristianlaryəhudilər də daxil olmaqla monoteist icma da var idi. Hənif adlanan ərəblər, qatı monoteistik inanca sahib idilər. Müsəlman ənənəsinə görə, Məhəmmədin özü Hənif olub, İbrahimin oğlu İsmayılın nəslindəndir.

VI əsrin ikinci yarısı Ərəbistanda siyasi iğtişaşlar dövrü sayılır. Yarımadadakı dini parçalanmalar iğtişaşların mühüm səbəblərindən biri idi. Yəməndə yəhudilik, İran körfəzində isə xristianlıq dominant din sayılırdı. Bu dövrdə bölgədəki çoxtanrılı dinlərin tərəfdarlarının sayı azalmağa və daha ruhani dinlərə maraq artmağa başlamışdı. Çoxları ruhani dinlərə istəksiz bir şəkildə müraciət etsə də, bu inanclar onların intellektual və mənəvi istinad nöqtələrini təmin edirdi.

Məhəmmədin həyatının ilk illərində, aid olduğu Qureyş qəbiləsi Qərbi Ərəbistanda dominant bir qüvvə halına gəlmişdi. Onlar Qərbi Ərəbistandaki bir çox qəbilənin üzvlərini Kəbəyə bağlayan və Məkkə ziyarətgahının nüfuzunu artıran hums birliyini qurmuşdular. Anarxiyanın qarşısını almaq üçün Qüreyş, bütün zorakılıqların qadağan olunduğu müqəddəs aylar quruluşunu dəstəklədi və beləliklə, təhlükəsiz şəkildə həcc ziyarətlərinə və yarmarkalara qatılmaq mümkünləşdi. Hums birliyi əsasən dini əhəmiyyət daşısa da, Məkkə üçün də əhəmiyyətli iqtisadi nəticələrə səbəb olmuşdu.

Həyatı

Uşaqlıq dövrü və erkən həyatı

Məhəmmədin Məkkədəki həyatının xronologiyası
təq. 570 Atası Abdullahın vəfatı
təq. 570 Mümkün olan doğum tarixi: 12 yaxud 17 rəbiüləvvəl. Məkkə, Ərəbistan
təq. 577 Anası Aminənin vəfatı
təq. 583 Babasının onu Suriyaya göndərməsi
təq. 595 Xədicə binti Xüveylid ilə evlənməsi
təq. 599 Qızı Zeynəbin anadan olması. Sonradan anadan olmuş digər qızları: Rüqəyyə, Ümmü Gülsüm, Fatimə
610
Məkkə yaxınlığındada yerləşən Cəbəl əl-Nur dağının Hira mağarasında mələk Cəbrayılın Məhəmmədə görünməsi və Qurani vəhyin başlanması. Həmçinin Cəbrayılın onu "Allahın peyğəmbəri" adlandırması.
610-613
Məhəmmədin islamı gizli şəkildə təbliğ etməsi
613
Məhəmmədin Məkkədə hər kəsə açıq şəkildə islami təbliğata başlaması
614
Müsəlmanlara qarşı ağır təqiblərin başlanılması
615
Bir qrup müsəlmanın Aksum krallığına mühacirət etməsi
616
Məkkə müşriklərinin Bəni Haşimə və müsəlmanlara qarşı boykot başlatması
619
Boykotun sona çatması
619
Xədicə binti Xüveylid (xanımı) və Əbu Talibin (əmisi) vəfatı. Bu il həmçinin "Hüzün ili" də adlandırılır
təq. 620 İsra və Merac səyahətinin baş tutması
622
Mədinəyə hicrət

Məhəmməd təqribən 570-ci ildə Məkkədə doğulub. Onun doğum gününün Rəbiüləvvəl ayına təsdüf etdiyinə inanılır. Məhəmməd Qureyş qəbiləsinin Bəni Haşim qoluna mənsub idi. Onun ailəsi Məkkənin qabaqcıl ailələlərindən biri sayılırdı. İslam ənənəsinə görə Məhəmmədin doğum ili Fil ili olaraq qəbul edilir. Həmçinin bəzi 20-ci əsr tədqiqatçıları onun doğum ilinin 568 və ya 569-cu illərə təsadüf etdiyini də iddia edirlər.

Məhəmmədin atası Abdullah, o, doğulandan təxminən altı ay sonra vəfat etmişdir. İslam ənənəsinə görə, Məhəmməd doğulmasından dərhal sonra səhradaki bədəvi ailələrindən birinə göndərilib, çünki səhra həyatı körpələrin sağlamlığı üçün daha münasib hesab edilirdi. Bəzi qərb tədqiqatçıları isə bu ənənənin tarixiliyini qəbul etmirlər. Məhəmməd iki yaşına qədər analığı Həlimə binti Əbu Züeyb və onun əri ilə birlikdə yaşayıb. Altı yaşında Məhəmmədin anası Aminə xəstələnib vəfat etmişdir. Sonraki iki il ərzində Məhəmməd səkkiz yaşına qədər babası Əbdülmütəllibin himayəsi altında qaldı. Əbdülmütəllibin ölümündən sonra o, əmisi Əbu Talibin himayəsinə keçdi.

Yeniyetməliyi dövründə Məhəmməd ticarətdə təcrübə qazanmaq üçün əmisi ilə birlikdə Suriyaya səyahətlərə qatılırdı. İslam ənənəsinə görə, Məhəmməd Suriyaya gedən karvanları müşayiət edərkən doqquz və ya on iki yaşında idi və ona peyğəmbər olacağını qabaqcadan gördüyünü söyləyən Bahira adında xristian keşişlə tanış olmuşdu.

Məhəmmədin gəncliyi haqqında məlumatlar azdır. Mövcud məlumatların isə araşdırılmasında müəyyən çətinliklər əmələ gəlir. Belə ki, bu məlumatların tarix olan hissələrini, əfsanə olan hissələrindən ayırmaq çətindir. Məhəmmədin tacir olduğu və "Hind okeanı ilə Aralıq dənizi arasındaki ticarətdə" iştirak etdiyi bilinir. Xarakterinə görə ona "etibarlı" mənasına gələn əl-Əmin (ərəb: الامين) və "doğurçu" mənasına gələn əl-Sadiq ləqəbini vermişdilər. Nüfuzu səbəbi ilə 595-ci ildə Xədicə binti Xüveyliddən evlənmək təklifi aldı və təklifi qəbul etdi.

İbn İşaqın məlumatına görə 605-ci ildə Məhəmməd Kəbənin divarındaki Qara Daşın yerləşdirilməsində iştirak etmişdi. Müqəddəs sayılan Qara Daş Kəbənin bərpası zamanı çıxardılmışdı. Məkkənin rəhbər şəxsləri kimin Qara Daşı yerinə qaytarması barədə qərara gələ bilmirdilər. Ən nəhayətdə qərara aldılar ki, qapıdan daxil olan bir sonraki adam Qara Daşı yerinə qaytarmaq səlahiyyətinə malik olsun. Bu zaman Məhəmməd qapıdan içəri daxil oldu. Beləliklə, Məhəmməd daşı bir parçanın ortasına yerləşdirdi. Digərləri isə kənarlarından tutdular və birlikdə Qara Daşı apardılar. Sonra isə Məhəmməd daşı yerinə yerləşdirdi. Bu hadisə Cəbrayılin ona ilk vəhy gətirməsindən 5 il əvvəl baş vermişdi.

Quranın başlanğıcı

Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan 
Müsəlman inancına görə Məhəmmədin ilk vəhyini aldığı Cəbəl əl-Nur dağındakı Hira mağarası

Məhəmməd hər il bir neçə həftə tək başına Məkkə yaxınlığındakı Hira adlı mağarada qalırdı. İslam ənənəsinə görə, 610-cu ildə bu mağaraya olan ziyarətlərinin birində, mələk Cəbrayıl ona görünmüş və ona sonradan Qurana daxil ediləcək ayələri oxumağı buyurmuşdur. Quranın ilk sözlərinin Ələq surəsinin ilk ayələri olduğu barədə fikir birliyi vardır. Məhəmməd ilk vəhylərini aldıqdan sonra dərin sıxıntı keçirmişdi. O, evə döndükdən sonra Xədicə binti Xüveylid və əmisi oğlu Varaka ibn Nofəl tərəfindən təsəlli edilmişdi. O, həmçinin başqalarının onun iddialarını rədd edəcəklərindən qorxurdu. Şiə ənənəsinə əsasən, Məhəmməd mələyin görünməsinə təəccüblənməmiş və ya qorxmamışdı. Daha doğrusu sanki, mələyin gələcəyini gözləyirmişcəsinə onu salamlamışdı. İlk vəhydən sonra 3 illik fasilə dövründə (fətrə dövrü olaraq da bilinir) Məhəmməd özünü məyus hiss etmiş və bu 3 illik dövrü ibadətə və mənəvi hazırlığa həsr etmişdi. Vəhylər davam etdikcə Məhəmmədə təskinlik verilmiş və təbliğata başlanması əmr edilmişdi: "Rəbbin nə səni tərk etmişdi, nə də (sənə) acığı tutmuşdu".

Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan 
Məhəmməd Cəbrayıldan ilk vəhyni alır. Fəzlullah Rəşidəddinin Cəmi ət-Təvarix əlyazmasından, 1307 (Elxanilər dövrü)

Qurana əsasən Məhəmmədin əsas vəzifələrindən biri iman gətirməyənləri esxatoloji cəzalardan xəbərdar etmək idi (məsələn, Ənam surəsinin 19-cu ayəsi). Bəzi hallarda Quran qiyamət gününə açıq şəkildə istinad etməsə də, nəsli kəsilmiş qövmlərdən misallar gətirərək Məhəmmədin müasirlərini bənzər fəlakətlərdən xəbərdar edirdi (məsələn, Fussilət surəsinin 13-cü ayəsi). Məhəmməd təkcə Tanrının vəhyni rədd edənləri xəbərdar etmir, o, eyni zamanda pisliyi tərk edən, ilahi sözləri dinləyən və Tanrıya xidmət edənlərə müjdələr verirdi. Məhəmmədin missiyası həmçinin tək Allahı təbliğ etməkdən ibarət idi. Quran Məhəmmədə Rəbbinin adını elan və tərif etməsini, bütlərə sitayiş etməməsini və ya digər Tanrıları onunla əlaqələndirməməsini əmr etmişdi.

(Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.

Ələq surəsinin 1-5 ayələri

Erkən Quran ayələrinin əsas mövzuları insanın yaradıcısı qarşısında olan məsuliyyətini əhatə edirdi. Buraya ölülərin dirilməsi, cəhənnəmdəki işgəncə və cənnətdəki zövqlərin təsviri və hayatın hər sahəsində Tanrının əlamətləri daxil idi. Həmin vaxtlar inananlardan tələb olunan dini vəzifələr çox az idi: Tanrıya inanmaq, günahların bağışlanmasını istəmək, tez-tez dua etmək, ehtiyac içində olanlara yardım etmək, fırıldaqçılığı və sərvət sevgisini rədd etmək, ismətli olmaq və qız uşaqlarına qarşı cinayət törətməmək.

Müqavimətlə üzləşməsi

Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan 
Nəcm surəsinin son ayəsi: "(Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!)"

Müsəlman ənənəsinə görə, Məhəmmədin xanımı Xədicə onun peyğəmbər olduğuna inanan ilk şəxs idi. Sonra Məhəmmədin on yaşındaki əmisi oğlu Əli ibn Əbu Talib, yaxın dostu Əbu Bəkr və oğulluğa götürdüyü Zeyd də onun peyğəmbərliyinə iman gətirdilər. 613-cü ildən etibarən Məhəmməd islamın açıq təbliğatına başladı. Bir çox məkkəli tərəfindən lağa qoyulub, əhəmiyyət verilməməsinə rəğmən, Məhəmmədin artıq bir neçə ardıcılı var idi. Başlanğıcda islamı qəbul edən üç əsas qrup vardı: varlı tacirlərin oğulları və ya kiçik qardaşları; qəbilə başçılığından salınmış və ya qəbilə başçılığını əldə etməkdə uğursuz olan insanlar və zəif, əsasən müdafiəsiz əcnəbilər.

İbn Sada görə, Məhəmmədə qarşı müxaliflik bütpərəstliyi və çoxtanrılığı qınayan ayələri təbliğ etdiyi zaman başladı. Lakin Quranın təfsirinə görə, ona qarşı müxalifətçilik, Məhəmmədin islamı xalqa təbliğ etməsiylə başladı. Ardıcılları artdıqca Məhəmməd Məkkənin dini həyatında əsas yer tutan və sərvəti Kəbəyə əsaslanan bölgənin yerli qəbilələri üçün təhdid meydana gətirdi. Məhəmmədin Məkkənin ənənəvi dinini qınaması xüsusi ilə Kəbənin qoruyucuları olan və özünün də üzvü olduğu Qureyş qəbiləsi üçün "təhqiramiz" sayılırdı. Böyük tacirlər Məhəmmədi təbliğatını dayandırması üçün yola gətirməyə çalışırdılar. Ona tacirlər arasına daxil edilmək və sərfəli nikah təklifi etdilər. O, bu təkliflərin ikisini də qəbul etmədi.

Məgər Biz ona iki göz vermədikmi?! Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür etmədi). (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?! (O) bir kölə azad etməkdir; Yaxud aclıq günü (zamanı) yemək verməkdir – Qohumluq əlaqəsi çatan bir yetimə. Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə! Sonra da iman gətirən və bir-birinə səbir tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!

Bələd surəsinin 8-17 ayələri

İslam ənənəsi bu dövrdə Məhəmməd və ardıcılarına qarşı uzun müddət davam edən zülmü və pis rəftarı qeydə almışdır. Tanınmış məkkəli lider olan Əbu Cəhlin qulu Sümeyyə binti Hubbat islamın ilk şəhidi olaraq tanınır. O, inancından imtina etməyi qəbul etmədiyinə görə sahibi tərəfindən nizə ilə öldürülmüşdü. Başqa bir müsəlman qul olan Bilal inancına görə Ümeyyə ibn Xələf tərəfindən sinəsinin üzərinə ağır daş qoyularaq işgəncəyə məruz qalmışdı.

615-ci ildə Məhəmməd ardıcıllarından bəzilərini təqiblərdən qorumaq üçün Aksum krallığına göndərdi. Onlar Aksumda xristian olan efiyopiyalı hökmdar Nəcaşinin himayəsi ilə kiçik bir koloniya qurdular. İbn Sad həmin dövrdə Efiyopiyaya iki ayrı köçdən bəhs edir. Ancaq İbn HişamTəbəri Efiyopiyaya olan yalnızca bir köç haqqında yazıblar. Əl-Təbəridə qorunan məşhur "Urvə" məktubuna görə, islamın getdikcə güclənməsi və Ömər ilə Həmzə kimi yüksək rütbəli məkkəlilərin islamı qəbul etməsi ilə müsəlmanların əksəriyyəti vətənlərinə geri qayıtmışdılar.

616-cı (və ya 617-ci) ildə Məhəmmədin mühafizə edilməsi səbəbindən Bəni Haşimə və müsəlmanlara qarşı boykot tətbiq edildi. Boykot üç il davam etdi, lakin nəticəsiz oldu və ləğv edildi.

İsra və Merac

Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan 
Qüdsəki Məbəd dağı kompleksinin bir parçası olan Məscidül-Əqsa. Məhəmmədin gecə səyahətinindəki mümkün yerin şərəfinə "ən uzaq məscid" olaraq adlandırılmışdır

İslam ənənəsinə görə, Məhəmməd 620-ci ildə Cəbrayıl ilə birlikdə öncə Məscidül-Əqsaya sonra isə "ərş"ə səyahət etmişdir. Bu vaxt ərzində Məhəmmədin cənnəticəhənnəmi gəzdiyi və İbrahim, Musaİsa kimi əvvəlki peyğəmbərlərlə görüşdüyü deyilir. Məhəmmədin ilk bioqrafiyasının müəllifi İbn İşaq bu hadisəni mənəvi təcrübə olaraq təqdim edir. Əl-Təbəri və İbn Qatir kimi tarixçilər isə bu hadisəni fiziki səyahət olaraq təqdim edirlər.

Hicrətə yaxın dövrdə baş vermiş hadisələr

Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan 
Qübbətüs-Səhra üzərindəki Quran yazıları. Məhəmmədin buradan cənnətə qalxdığına inanılır

Məhəmmədin xanımı Xədicə və əmisi Əbu Talib 619-cu ildə vəfat etdilər. Bu il "Hüzn ili" olaraq da bilinir. Əbu Talibin ölümü ilə birlikdə Bəni Haşimin rəhbərliyinə Məhəmmədin qatı düşməni olan Əbu Ləhəb keçdi. Tezliklə Əbu Ləhəb Məhəmmədin Bəni Haşim tərəfindən mühafizəsini ləğv etdi. Beləliklə, Məhəmməd təhlükə qarşısında qaldı. Həmçinin Bəni Haşimin mühafizəni götürməyi öldürüldüyü təqdirdə qan qisasının alınmayacağı mənasına da gəlirdi. Bundan sonra Məhəmməd Ərəbistandaki mühüm şəhərlərdən olan Taif şəhərinə sığınmaq istəsə də, səyi uğursuz oldu və şəhər sakinlərinin hücumuna məruz qaldı. Bu hadisələrdən sonra Məhəmməd Məkkəyə qayıtmaq məcburiyyətində qalmışdı. Mütim ibn Abdi adlı şəxsin (Bəni Nöhvəl qəbiləsinin mühafizəçisi) təşəbbüsü ilə Məhəmməd doğma şəhərinə təhlükəsiz bir şəkildə qayıda bildi.

Başverənlərdən sonra Məhəmməd özü və ardıcılları üçün yeni bir yurd axtarışına başlamışdı. Bunun üçün bir neçə cəhd edilsə də, müvəffəqiyyətsizliklə nəticələndi. Ancaq sonradan müəyyən bir ümid yarandı. Belə ki, yəsriblilər (sonradan Mədinə adlandırılmışdır) ilə danışıqlardan sonra şəhərə köç etmək üçün müsbət nəticə əldə olundu.

Yəsribin ərəb əhalisi təktanrıçılıq ilə tanış idi. Həmçinin şəhərdə yaşayan yəhudilər də yeni peyğəmbərin gəlişini gözləyirdilər. Həbəşistana (və ya Aksum krallığı) olan köç kimi, Qureyş Mədinəyə olan köçün də qarşısını almağa çalışdı. Ancaq, demək olar ki, bütün müsəlmanlar köç etməyə müvəffəq oldular.

Hicrət

622-ci ildə Məhəmməd və ardıcıllarının Məkkədən Mədinəyə köç etməsi "hicrət" adlanır. 622-ci ilin iyununda Məhəmməd ona qarşı sui-qəsd həyata keçiriləcəyi barədə xəbər aldı. Əlinin köməyi ilə bu sui-qəsdin qarşısı alındı. O, gizlicə Məkkədən çıxaraq ardıcılları ilə birlikdə Məkkədən 450 kilometr (280 mil) şimalda yerləşən Mədinəyə köç etdi.

Mədinə dövrü

Məhəmmədin Mədinədəki həyatının xronolgiyası
622 Mədinəyə hicrət
623 Karvan yürüşlərinin başlanması
624 Bədr döyüşü
624 Bəni Qeynuqanın mühasirəsi
624 Saviq yürüşü
624 Qərqərətəlkədr yürüşü
624 Zil-əmr yürüşü
625 Uhud döyüşü
625 Həmraul-Əsəd yürüşü
625 Xalid ibn Əbu Süfyanın qətli
625 Rəci və Biri-Məunə faciələri
625 Bəni Nadirin mühasirəsi
626 III Bədr yürüşü, Zatur-Riqa yürüşü və Dumətul-Cəndəl yürüşü
627 Xəndək döyüşü
627 Bəni Qureyzənin mühasirəsi
628 Hüdeybiyyə sülh müqaviləsinin bağlanması
628 Xeybər döyüşü
629 İlk həcc ziyarəti
629 Mütə döyüşü
630 Məkkənin fəthi
630 Hüneyn döyüşü
630 Taifin mühasirəsi
630 Təbuk yürüşü
631 Ərəbistan yarımadasının böyük hissəsininin idarə edilməsi
632 Vida həcci
632 Məhəmmədin vəfatı, 8 iyun Mədinə

Mədinə xalqı Məkkədən köç edənlərdən (mühacirlər), onlara yardım edən islamı qəbul etmiş ənsarlardan (Evs və Həzrəç qəbilələri) və Bəni Qureyzə, Bəni Qeynuqa, Bəni Nadir adlı yəhudi qəbilələrindən ibarət idi. Onlar arasında birlik yaratmaq olduqca çətin görünürdü. Məhəmmədin niyyəti Mədinədə birliyi təmin etmək idi. O, mühacirlər ilə yerli xalqı qardaş elan etdi. Həmçinin yəhudilər ilə soyuqluğu aradan qaldırmağı bacardı və Mədinə şəhər dövlətinin əsasını qoydu. Habelə, Mədinə xalqının hüquq və vəzifələrini müəyyən edən 47 maddədən ibarət Mədinə müqaviləsi də qəbul edildi. [mənbə göstərin]

Bu dövrdə yəhudilərin islama qarşı çıxmaları və bəzilərinin müsəlman kimi görünməsinə baxmayaraq keçmiş dinlərində qalmaları rəvayət edilir. Məhəmməd Mədinədəki həyatı dövründə başda məkkəlilər olmaqla bir çox qəbiləyə qarşı 100-ə qədər hərbi əməliyyata imza atmışdır.

Silahlı qarşıdurmanın başlanması

Müsəlmanlar Mədinəyə köç etdikdən sonra məkkəlilər onların əmlaklarını ələ keçirmişdilər. Başverənlər gələcəkdə məkkəlilər ilə müsəlmanlar arasında müharibəyə gətirib çıxaracaqdı. Bu hadisədən sonra müsəlmanların məkkəlilər ilə döyüşməsinə icazə verən Quran ayələri nazil oldu (Həcc surəsinin 39 və 40-cı ayələri). Ənənəvi təsvirə görə, 11 fevral 624-cü ildə Mədinədəki İkiqibləli məsciddə ibadət edərkən Məhəmmədə qibləni Qüdsdən Məkkəyə doğru dəyişməsi haqqında vəhy gəldi. Məhəmməd və ardıcılları yeni əmrə uyğunlaşdılar və üzlərini Məkkəyə tərəf çevirdilər.

Zülmə mə’ruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz Allahdır" – dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri mö’minlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, mə’bədlər (yəhudi mə’bədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!

Həcc surəsinin 39–40 ayələri

624-cü ildə Məhəmmədin başçılığı ilə məkkəlilərə qarşı 300 nəfərdən bir qədər çox müsəlman qüvvəsi yaradıldı. Müsəlmanlar Bədrdə məkkəli-müşrik karvanına qarşı pusqu qurdular. Plandan agah olan Məkkə karvanı müsəlmanlardan sıyrılmağı bacardı. Karvanın təhlükəsizliyinin təmin olunması üçün Məkkədən qüvvə göndərildi. Karvanın təhlükəsizlikdə olduğunu xəbər aldıqdan sonra məkkəlilər müsəlmanların üzərinə yeriməyə başladılar. Beləliklə, Bədr döyüşü başlandı. Saylarının xeyli az olmasına baxmayaraq müsəlmanlar qələbə qazandılar. Döyüşdə müsəlmanlardan on dörd nəfər, qarşı tərəfdən isə azı qırx beş nəfər həlak oldu. Həlak olan məkkəlilər arasında Əbu Cəhl də başda olmaqla bir çox yüksək rütbəli şəxs var idi. Müsəlmanlar tərəfindən əsir götürülən yetmiş nəfərin bir çoxu fidyə qarşılığında geri verildi.

Bu dövrdə Məhəmməd üç əsas yəhudi qəbiləsindən biri olan Bəni Qeynuqanı Mədinədən qovdu, lakin bəzi tarixçilər bu hadisənin Məhəmmədin ölümündən sonra həyata keçirildiyini yazırlar. Bədr döyüşündən sonra Məhəmməd Hicazın şimal hissəsindən gələcək hücumlardan qorunmaq üçün bir sıra Bədəvi qəbilələrlə qarşılıqlı ittifaq qurdu.

Məkkə ilə konflikt

Uhud döyüşü
Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan 
"Məhəmməd peyğəmbər və ordusu Uhud döyüşündə". Siyəri-Nəbinin 1595-ci ildəki nəşrindən

Bədrdə məğlub olan məkkəlilər qisas almağa can atırdılar. İqtisadi rifahlarını qorumaq üçün onlar nüfuzlarına dəymiş ziyanın əvəzini çıxmalı idilər. Bundan sonrakı aylarda məkkəlilər Mədinəyə pusqu dəstələri göndərməyə başladılar. Məhəmməd isə Məkkə ilə müttəfiq qəbilələrə qarşı yürüşlər həyata keçirdi və Məkkə karvanına basqın təşkil etdi.

Bədrin qisasını almaq üçün Əbu Süfyan 3.000 nəfərlik ordu yığdı və Mədinəyə doğru hərəkətə başladı. Müsəlman kəşfiyyatı Məhəmmədə Məkkə ordusu və onların sayı barədə xəbər çatdırdı. Növbəti gün müsəlmanlar döyüş müşavirəsi üçün toplandılar. Müşavirə zamanı müsəlmanlar arasında fikir ayrılığı yarandı. Belə ki, Məhəmməd və bir çox yüksək rütbəli şəxslər Mədinə daxilində döyüşməyin və möhkəmləndirilmiş qala divarlarından faydalanmağın daha təhlükəsiz olacağını qeyd etdilər. Daha gənc müsəlmanlar isə məkkəlilərin şəhər xaricindəki əkinləri məhv edəcəklərini və qalaya toplanmağın müsəlmanların nüfuzuna ziyan vuracağı fikrini irəli sürdülər. Məhəmməd nəhayət gənc müsəlmanların dediyi ilə razılaşdı və müsəlman qüvvələrini döyüşə hazırladı. Beləliklə, 23 mart 625-ci ildə tərəflər arasında hərbi əməliyyatlar, Uhud döyüşü başlamış oldu. Erkən toqquşmalarda müsəlmanların üstünlük qazanmasına baxmayaraq, strateji əhəmiyyat daşıyan müsəlman oxçularınının çoxunun yerlərini tərk etmələri və beləliklə oxçuların nizamının pozulması müsəlmanların məğlubiyyətinə gətirib çıxardı. Döyüşdə müsəlman ənənəsində ən tanınmış şəhidlərdən biri, Məhəmmədin əmisi Həmzə də daxil olmaqla 75 müsəlman həlak oldu. Məkkəlilər döyüşü davam etdirmədilər, sadəcə qələbəni elan etmək üçün Məkkəyə hərəkət etdilər. Bunun səbəbi yəqin ki, Məhəmmədin yaralanması və həlak olması haqqında məlumatların yayılması idi. Məhəmmədin yaşadığı ortaya çıxdıqda məkkəlilər onun yardımına gələn yeni qüvvələr haqqındakı yanlış məlumatlar səbəbi ilə geri qayıtmağa risk etmədilər. Beləliklə, məkkəlilər müsəlmanları tamamilə məhv etmək məqsədinə müvəffəq ola bilmədilər. Müsəlmanlar ölüləri dəfn etdikdən sonra Mədinəyə qayıtdılar. Məğlubiyyətin səbəbləri barədə yığılmış suallara Məhəmməd Quran ayələrindən (Ali-İmran surəsi, ayə 152) sitat gətirərək, məğlubiyyətin ikiqat olduğunu ifadə etdi: qismən itaətsizlik üçün cəza, qismən də dəyanət sınağı.

Uhud döyüşündən sonra Əbu Süfyan səylərini Mədinəyə qarşı digər bir hücum üçün cəmləməyə başladı. O, Mədinənin şimal və şərq istiqamətlərində yaşayan köçəri qəbilələrin dəstəyini almağı bacarmışdı. Əbu Süfyan qəbilələrin dəstəyini qazanmaq üçün Məhəmmədin zəif olması, qənimət vədləri, Qureyşin nüfuzu və rüşvət kimi propaqanda vasitələrindən istifadə edirdi. Məhəmməd isə ona qarşı qurulan ittifaqların qarşısını almaq siyasəti həyata keçirdi. O, Mədinəyə qarşı qurulan ittifaqları dəf etmək üçün onlara qarşı yürüşlər təşkil etməyə başladı.

Bu dövrdə Mədinənin yəhudi qəbiləsi olan Bəni Nadir də məkkəlilərə dəstək vermişdir. Qəbilə başçısı Kəb ibn əl-Əşrəf Məkkəyə getmiş və Məkkənin "qəmini", "hiddətini" və Bədr döyüşündən sonra "qisas" almaq arzusunu oyandıran şeirlər yazmağa başlamışdı. Qəbilə təqribən bir il sonra xəyanətləri səbəbilə Mədinədən qovuldu.

Məhəmməd böyük bir qüvvə yığaraq ərəb qəbilələrini individual şəkildə təəccübləndirmişdi. Bu da düşmənlərinin ona qarşı birləşməsinə gətirib çıxarmışdı. Məhəmməd özünə qarşı olan ittifaqın qarşısını ala bilməsə də, öz qüvvələrini artırmağa müvəffəq oldu və güclü qəbilələrin düşmənlərinə qatılmasına maneə olmağı bacardı.

Xəndək döyüşü
Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan 
İkiqibləli məscid, 11 fevral 624-cü ildə bu məsciddə Məhəmmədə üzünü Qüdsdən Məkkəyə doğru çevirməsi haqqında vəhy gəldi. Məhəmməd və müsəlmanlar yeni əmrə uyğunlaşdılar və üzlərini Məkkəyə tərəf çevirdilər

Sürgündəki Bəni-Nadir qəbiləsinin də köməyi ilə 10.000 nəfərlik ordu yığan Əbu Süfyan Mədinəyə doğru hərəkətə başladı. Məhəmməd isə Əbu Süfyana qarşı təxminən 3000 nəfərlik qüvvə hazırladı və o dövrdə Ərəbistanda tətbiq edilməyən yeni müdafiə növündən istifadə etdi. Belə ki, müsəlmanlar Mədinənin süvari hücumuna qarşı açıq qalan yerlərində "xəndək" qazdılar. Bu yeniliyin Ərəbistana gətirilməsi islamı qəbul etmiş, miliyyətcə fars olan Salman Farsi ilə əlaqələndirilir.

Mədinənin mühasirəsi 627-ci il 31 mart tarixində başladı və iki həftə davam etdi. Əbu Süfyanın ordusu istehkam üçün hazırlıqsız idi. Nəticəsi olmayan mühasirədən sonra müttəfiqlər məğlubiyyətlərini qəbul etdilər və Məkkəyə qayıtmağa qərar verdilər. Quranda bu müharibə barədə Əhzab surəsinin 9–27 ayələrində qeyd edilmişdir.

Döyüş əsnasında Mədinənin cənubunda yaşayan yəhudi Bəni Qureyzə qəbiləsi məkkəlilər ilə müsəlmanlara qarşı danışıqlara girmişdi. Məkkəlilər geri çəkildikdən sonra Məhəmməd Bəni Qureyzə qəbiləsinin üzərinə hərəkət etdi. Bəni Qureyzə qalaya çəkilərək müdafiə olunmağa başladı. Onlar Evs qəbiləsindən Səd ibn Məazın qərar çıxaracağı təqdirdə təslim olmağa razılıq verdilər. Səd ibn Məaz yəhudilərin müqəddəs kitabı Tövrata əsaslanaraq belə bir qərar çıxarır: "Bəni Qureyzə kişiləri edam, arvad-uşaqları əsir, əmlakı da müsadirə olunmalıdır". Müsəlmanlar tərəfindən bu qərar həyata keçirildi.

Hudeybiyyə sülh müqaviləsi

Məhəmməd müsəlmanlara həcc mərasimini yerinə yetirmələrini əmr edən ayələr təqdim etsə də, müsəlmanlar Qureyşin onlarla olan ədavəti səbəbindən bunu edə bilmirdilər. 628-ci ilin şəvval ayında Məhəmməd ardıcıllarına qurbanlıq heyvanlar əldə etmələrini və həcc ziyarəti üçün hazırlanmalarını əmr etdi. 1400 müsəlmanın Məkkəyə yaxınlaşdığını eşitdikdə, Qureyş onları dayandırmaq üçün 200 süvari göndərdi. Bundan sonra Məhəmməd daha çətin istiqamət seçərək Məkkənin yaxınlığındakı Hudeybiyyə adlı yaşayış məntəqəsinə doğru hərəkət etdi. Bundan sonra tərəflər arasında başlayan danışıqlar müsəlmanlar ilə Qureyş arasında on il müddətinə nəzərdə tutulmuş olan sülh müqaviləsinin, Hüdeybiyyə sülhünün imzalanmasına gətirib çıxardı.

Bir çox müsəlman müqavilədən məmnun deyildi. Ancaq Quranın Fəth surəsi onlara əminlik verdi ki, bu yürüş qalibiyyətlə nəticələnib. Daha sonra Məhəmmədin ardıcılları müqavilənin arxasında duran faydaları anladılar. Bu faydalara daxil idi:

  • Məkkəlilərin Məhəmmədi özləri ilə bərabər tutmaları.
  • Tərəflər arasında hərbi əməliyyatların dayandırılması və beləliklə, Mədinənin getdikcə güclənməsi.
  • Müsəlmanların həcc mərasimlərindən təsirlənən məkkəlilərin heyranlığı.

Müsəlman ənənəsinə görə, Məhəmməd bir çox hökmdarlara məktub göndərərək onları islama dəvət etdi (hadisənin tarixi mənbələrdə müxtəlif şəkildə verilib). O, Bizans hökmdarı I İrakliyə, Sasani hökmdarı II Xosrova, Yəmən hökmdarına və başqalarına elçilər göndərdi (məktublar ilə birlikdə). Göndərilmiş elçilərdən birinin Bizansın vassalı olan Qəssanilər tərəfindən öldürülməsi tərəflər arasında müharibəyə gətirib çıxardı. Baş vermiş Mütə döyüşündə sayca az olan müsəlmanlar geri çəkilməyə məcbur oldular.

Son illəri

Məkkənin fəthi

Hudeybiyyə sülhü iki il ərzində qüvvədə qaldı. Lakin sonradan müqavilə qüvvədən düşdü. Belə ki, bu dövrdə Bəni Xuzaə adlı qəbilənin Məhəmmədlə münasibətləri yaxşı idi, lakin düşmənləri Bəni Bəkr qəbiləsi məkkəlilər ilə müttəfiq idilər. Bəni Bəkr qəbiləsininin qollarından biri, Bəni Xuzaə qəbiləsinə qarşı gecə basqını həyata keçirdi və qəbilənin bir neçə üzvünü öldürdü. Bu toqquşmada məkkəlilər Bəni Bəkrə silahla yardım etdilər və bəzi mənbələrə görə, toqquşmada bir neçə məkkəli də iştirak etmişdi. Bu hadisədən sonra Məhəmməd məkkəlilərə üç şərt ehtiva edən bir məktub göndərdi və şərtlərdən birini seçmələrini istədi:

  • Məkkəlilər Xuzaə qəbiləsindən öldürülənlər üçün qan pulu verməli idilər;
  • Bəni Bəkr qəbiləsi ilə müttəfiqliklərini bitirməli idilər;
  • Hudeybiyyə sülhünün qüvvədən düşdüyünü bildirməli idilər.

Məkkəlilər son şərti qəbul etdiklərini bildirdilər. Tezliklə onlar səhv etdiklərini anlayıb Əbu Süfyanı elçi qismində Hudeybiyyə müqaviləsini yeniləmək üçün göndərsələr də, istəkləri Məhəmməd tərəfindən rədd edildi.

Məhəmməd yürüş üçün hazırlığa başladı. O, 630-cu ildə 10.000 müsəlmanla birlikdə Məkkəyə doğru hərəkətə keçdi və az itki ilə Məkkəninin nəzarətini ələ keçirdi. Məhəmməd, "insan ölümündə təqsirkar olan, müharibənin qığılcımlanmasına səbəb olan və sülh şəraitini pozan" 10 nəfər kişi və qadından başqa digər şəxsləri əfv etdi. Həmin 10 nəfərdən bəziləri də sonradan əfv edildi. Məkkənin fəthi haqqında Quranın Nəsr surəsində bəhs edilir.

Bu dövrdə müsəlmanlardan ikiqat çox ordu yığmağı bacaran Həvazin qəbilələri müsəlmanlar üçün hərbi təhdid sayılırdılar. Sonradan Həvazin qəbiləsinə Taqif qəbiləsi də dəstək verdi. Məhəmməd 630-cu ildə baş tutmuş Hüneyn döyüşündə Həvazin və Taqif qəbilələrini məğlub etdi. Həmin ildə Bizansın müsəlmanlara qarşı yürüş həyata keçirəcəyi barədə məlumat alan Məhəmməd 30 minlik ordu ilə Ərəbistanın şimalına doğru yürüş etdi (Təbuk yürüşü) və bölgənin yerli hakimlərini müsəlmanlara tabe etdi. Həmçinin müsəlmanlara yegənə düşmən sayılan Taif şəhəri də mühasirəyə alındı. Sonraki dövrlərdə şəhər təslim oldu və islamı qəbul etdi.

Vida həcci və vəfatı

632-ci ildə Məhəmməd həcc ziyarətini tamamladı. O, zilhiccə ayının 9-da Məkkənin şərqində yerləşən Ərəfat dağında vida xütbəsini oxudu. Sünni təfsirinə görə bu hadisə zamanı Məhəmməd tərəfindən Maidə surəsinin 3-cü ayəsinin bu cümləsi qeyd edildi: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim". Şiə təfsirinə görə isə bu ayə Qədir-Xum vahəsində Əli ibn Əbu Talibin Məhəmmədin varisi olaraq təyin olunmasına istinad edir. Qədir-Xum hadisəsi müsəlmanların Məkkədən Mədinəyə qayıtdığı dövrdə baş vermişdir.

Vida həccindən bir neçə ay sonra Məhəmməd xəstələndi. O, 8 iyun 632-ci ildə, Mədinə şəhərində, həyat yoldaşı Aişə binti Əbu Bəkrin evində vəfat etdi. Məhəmməd vəfat etdiyi yerdə dəfn edildi.

Əməvi xəlifəsi I Vəlidin dövründə Məscidül-Nəbi ("Peyğəmbər məscidi") Məhəmmədin qəbrini əhatə edəcək şəkildə genişləndirildi. Türbənin üstündəki günbəz Məmlük sultanı Kalavun tərəfindən XIII əsrdə qurulmuşdur. Həmin günbəz XVI əsrdə Osmanlı sultanı Süleyman Qanuni tərəfindən yaşıl rəngə boyadılmışdır. Məhəmmədin qəbrinin yanında ilk xəlifələr Əbu BəkrÖmərin qəbri vardır, bir digər boş olan qəbir də vardır ki, islam inancına görə, gələcəkdə zühr edən İsa ölümündən sonra orada dəfn olunacaq.

1805-ci ildə Səud ibn Əbdüləziz tərəfindən Mədinənin ələ keçirildiyi vaxt qızıl və cəvahir ornamentləri Məhəmmədin məzarından çıxarıldı. Vəhhabiliyə bağlı olan Səudun ardıcılları Mədinədəki təxminən hər məzar günbəzini qəbirlərə ehtiram və ziyarətin qarşısını almaq üçün dağıtdılar. Oxşar hadisələr 1925-də Səud əsgərlərinin şəhəri yenidən tutduğu vaxtda da baş vermişdir. Vəhabiliyə görə, dəfn yeri işarəsiz məzar olmalıdır. Səudilər tərəfindən narazılıqla qarşılanmasına baxmayaraq, bir çox zəvvar məzarlara ziyarət adətini davam etdirir.

Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən Məscidül-Nəbi ("Peyğəmbər məscidi"). Məhəmmədin türbəsi üzərində yaşıl günbəz qurulmuşdur.

Tənqidi

    Məhəmməd: Qurandaki adları və titulları, Həyatından bəhs edən mənbələr, İslamaqədərki Ərəbistan  Əsas məqalə: Məhəmmədin tənqidi

Məhəmmədin tənqidləri 7-ci əsrdən bəri mövcud idi. O, qeyri-müsəlman ərəb müasirləri tərəfindən monoteizmi təbliğ etdiyinə və Ərəbistanın Yəhudi qəbilələri tərəfindən Müqəddəs Kitab təhkiyələrini və obrazlarını əsassız olaraq mənimsədiyinə, Yəhudi inancını alçatdığına və nə heç bir möcüzə, nə də İbrani İncilində Yahve tərəfindən seçilmiş həqiqi peyğəmbəri "yalançı"dan ayırmaq üçün tələb olunan hər hansı bir şəxsi xüsusiyyət göstərmədən özünü "son peyğəmbər" elan atdiyinə görə qınanırdı: bu səbəblərə görə ona aşağılayıcı ha-Meşuqqa (İvrit dili: מְשֻׁגָּע, "dəli") ləqəbini verdilər. Orta əsrlərdə müxtəlif Qərb və Bizans xristian mütəfəkkirləri Məhəmmədi pozğun, acınacaqlı adam, saxta peyğəmbər və hətta Xristian dünyasında tez-tez kafir və ya cinlərə tutulmuş adam olaraq görüldüyündən, Dəccal sayırdılar. Akvinalı Foma kimi bu mütəfəkkirlərdən bəziləri Məhəmmədin axirətdə cismani ləzzət vədlərini tənqid edirdi.

İslamın müasir dini və sekulyar tənqidi Məhəmmədin peyğəmbər olduğunu iddia etməsindəki səmimiyyəti, əxlaqı, kölə sahibliyi, düşmənlərlə davranışı, evliliyi, onun doktrinal məsələlərə münasibəti və psixoloji vəziyyəti ilə əlaqədardır. Məhəmməd Mədinədəki Bəni Qureyzə qəbiləsinin işğalı, qullarla cinsi münasibəti və Aişə altı yaşı olduqda onunla evlənməsi (əksər təxminlərə görə, Aişə həddi-buluğa çatdıqda doqquz yaşı vardı) də daxil olmaqla sadizm və mərhəmətsizlikdə günahlandırılır.

Qeydlər

Həmçinin bax

Biblioqrafiya

Ensiklopediyalar

Kitablar

Onlayn

Xarici keçidlər

Tags:

Məhəmməd Qurandaki adları və titullarıMəhəmməd Həyatından bəhs edən mənbələrMəhəmməd İslamaqədərki ƏrəbistanMəhəmməd HəyatıMəhəmməd TənqidiMəhəmməd QeydlərMəhəmməd İstinadlarMəhəmməd Həmçinin baxMəhəmməd BiblioqrafiyaMəhəmməd Xarici keçidlərMəhəmməd20 aprel5716328 iyunAdəmAllahFayl:Ar-muhammad.oggMonoteizmMusa (peyğəmbər)MədinəMəkkəd:Q9458İbrahimİsaİslamƏrəb diliƏrəbistan yarımadası

🔥 Trending searches on Wiki Azərbaycanca:

Vüqar BayramovOral seksAdolf HitlerOkeanManaf AğayevSumqayıtEldənizlərƏskipara monastırıAzərbaycan mədəniyyətiMüstəqillik Günü (Azərbaycan)QaraciyərTəbii fəlakətAğadadaş AğayevAvropa ölkələrinin siyahısıEpilepsiyaMercedes-BenzDövlət quruluşu formalarıLeykozXəzər dənizi adalarının siyahısıNeft DaşlarıQanaxmaSiçan (kompüter)Birləşmiş Ərəb ƏmirlikləriMasturbasiyaÖzbəkistanSaitLütfi ZadəAşıq ZülfiyyəAmerika Birləşmiş ŞtatlarıAzərbaycan İkinci Dünya müharibəsindəAzərbaycan gerbiKub metrAzərbaycanda elmi fantastikaRöya AyxanAzər-Türk BankAy təqvimiArgentinaPublik hüquqi şəxsAzərbaycan tarixiYazıBakı küçələrinin köhnə və yeni adlarının siyahısıFəlsəfəHörümçəklərAlbert EynşteynFacebookSıxlıqFüzuli kantatasıTelepatiyaDairəErmənistan azərbaycanlılarıSəfəvilərAntarktidaAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiİsrailMirzə Fətəli AxundovAzərbaycan milli-mənəvi dəyərləriMicrosoft ExcelMəşədi ƏzizbəyovRövşən CavadovVətən Müharibəsi Qəhrəmanlarının siyahısıNida cümləsiÜzeyir HacıbəyovMetaforŞüşəKitabi-Dədə QorqudBumeranqAzərbaycan Xalq CümhuriyyətiMisirHekayəEnerjiMonarxiyaMəxmərəkAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıMirvari🡆 More