Azərbaycan Müstəqillik Günü: Azərbaycanda əlamətdar gün

Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.

1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.

Azərbaycan Müstəqillik Günü: Tarix, İstiqlal Bəyannaməsi, Respublika Günü haqqında qanun
1918-ci il iyunun 24-də hökumət qərarına əsasən qəbul olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı
Azərbaycan Müstəqillik Günü: Tarix, İstiqlal Bəyannaməsi, Respublika Günü haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin, hal-hazırda isə Azərbaycan Respublikasının bayrağı

Tarix

Azərbaycan Müstəqillik Günü: Tarix, İstiqlal Bəyannaməsi, Respublika Günü haqqında qanun 
2019-cu ildə İstiqlaliyyət küçəsində keçirilən mərasim.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.

1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

İstiqlal Bəyannaməsi

Azərbaycan Müstəqillik Günü: Tarix, İstiqlal Bəyannaməsi, Respublika Günü haqqında qanun 
Məhəmməd Əmin Rəsulzadə

1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.

Respublika Günü haqqında qanun

1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.

1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci il tarixindən bu gün Müstəqillik günü adlandırılmağa başlandı.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Tags:

Azərbaycan Müstəqillik Günü TarixAzərbaycan Müstəqillik Günü İstiqlal BəyannaməsiAzərbaycan Müstəqillik Günü Respublika Günü haqqında qanunAzərbaycan Müstəqillik Günü İstinadlarAzərbaycan Müstəqillik Günü Xarici keçidlərAzərbaycan Müstəqillik Günü Həmçinin baxAzərbaycan Müstəqillik GünüAzərbaycan Xalq Cümhuriyyəti

🔥 Trending searches on Wiki Azərbaycanca:

SayHacı NuranLeyli və Məcnun (Nizami)Elçin (yazıçı)Hərb və sülhOğuz türkləriCəbrYeni Müsavat (qəzet)I OsmanMisirQılınc və qələm (roman)Biz qayıdacağıqLütfi ZadəGöygöl (göl)Hüseyn CavidHəzi AslanovElektrik cərəyanıDanışanların sayına görə dillər siyahısıGöygölSilindrİlisu bulağıArşın mal alan (film, 1945)Rusiya imperiyasıSuçiçəyiGülüstan müqaviləsiBakı kəndlərinin siyahısıİnsan hüquqlarıE-demokratiyaTəbii fəlakətMaralgölQafqaz AlbaniyasıDüzbucaqlıAzərbaycan operasıAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıŞifrAbbasqulu ağa BakıxanovGicitkənUçan naməlum obyektTürkmənistanAnemiyaAySübh namazıBəzz qalasıƏli XameneiDelfinlərAzərbaycandakı şəhərlərin siyahısıNelson MandelaCənubi KoreyaQafqaz əsiriİngiltərə tarixiPublik hüquqi şəxsErməni əhalisinin tarixi miqrasiyasıAzərbaycanın təbii sərvətləriAlqoritmBöyük Çin səddiZəhərlənməAzərbaycan əlifbasıAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıMikayıl MüşfiqTac MahalMüxbirPrizmaİosif StalinSəfəvilərPortuqaliyaİnsanİsmin hallanmasıYuqoslaviyaHacı Zeynalabdin TağıyevSınıqlarEsseŞuşa rayonuCinsi əlaqəYuqoslaviyanın dağılması🡆 More