Mübtəda

Mübtəda — (ərəb.

Xüsusiyyətləri

  • Mübtəda "kim?", "nə?" bəzən də "hara?" suallarına cavab verir. İsmin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Mübtəda insan məfhumu ifadə etdikdə "kim?", digər canlı və cansız varlıqları ifadə etdikdə "nə?", məkan anlayışı ifadə etdikdə isə "hara?" sualına cavab verir. Məsələn: Humay (kim?) Şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir. Onun (kimin?) gözəl paltarı var
  • Mübtəda cümlənin ən müstəqil üzvü olub qrammatik cəhətdən heç bir üzvdən asılı deyil.
  • Mübtəda ismin adlıq halında olan sözlərsöz birləşmələri ilə ifadə olunur.
  • Mübtəda cümlədə haqqında danışılan şəxs və ya əşyadır. Mübtəda cümlədə iş görəni və ya haqqında danışılanı bildirir. Mübtəda şəxs bildirməklə yanaşı, bütün digər canlı və cansız varlıqları, mücərrəd anlayışları da ifadə edir.
  • Mübtəda təyinlə yanaşma, xəbərlə isə uzlaşma əlaqəsində olur
  • Cümlədəki əsas fikir mübtədaya görə nizamlanır.
  • Mübtədaya aid hökm və hərəkət xəbərdə öz ifadəsini tapır. Mübtəda hansı şəxsdə olarsa, xəbər də onunla həmin şəxsin tək və cəminə görə uyğunlaşaraq şəxs və ya xəbərlik şəkilçisi qəbul edir. Məsələn: Mən gəlirəm. Sən gəlirsən. O gəlir. Biz gəlirik. Siz gəlirsiniz. Onlar gəlirlər. və s

Mübtədanın ifadə vasitələri

Mübtəda əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunur.

  • Mübtədanın əsas ifadə vasitələri: isim, şəxs və qeyri-müəyyən əvəzliklər, ismi birləşmələr və məsdərlər.
  • Mübtəda adlıq halın sualına cavab verən digər sözlərlə də ifadə oluna bilir: sifət, say, işarə əvəzlikləri, feili sifət, zərf və bəzi feili birləşmələr.

İsimlə: Ağıl insana bəxş edilmiş ən gözəl nemətdir .

Əvəzliklə: Onlar bizdədir.

İsimləşmiş sifətlə: Qoca əlindəki kitabı rəfə qoydu.

İsimləşmiş sayla: Birincilər sinif otağına daxil oldular.

Məsdərlə: Gülmək sənin peşəndir.

Feili sifətlə: Döyüşənlər mükafatlandırıldı.

Zərflə: Yuxarı isti idi.

I növ təyini söz birləşməsi ilə: Qədim dövr çox sirlidir.

II növ təyini söz birləşməsi ilə: Vətən oğlu döyüşə hazır olmalıdır.

III növ təyini söz birləşməsi ilə: Onun fikri sizi sevindirmək idi.

Qeyri-təyini söz birləşmələri ilə: Gözü sürməlilər bizim qızlardır.

Feili birləşmə ilə: Bir ideya uğrunda əzab çəkmək ən yüksək əziyyətdir.

Mürəkkəb ad ilə: "Leyli və Məcnun" operası muğam operasının ilk nümunəsidir.

İstinadlar

Tags:

CümləƏrəb dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

MaterikSinqapurVərəmİmişli rayonuAzərbaycan dilinin orfoqrafiya lüğətiAzərbaycan göllərinin siyahısıTərəqqi medalıƏrəb xilafətiSevil ƏliyevaMəsdərOxatan (astrologiya)HektarOral seksİnkişaf etmiş ölkəPrizmaİşıqRamiz HəsənoğluNofəl ŞahlaroğluAzərbaycanda yayılmış balıqların siyahısıGənəgərçək yağıHacı Məmmədov (cinayətkar)OperaAzərbaycan tarixiAzərbaycan coğrafiyasıSuçiçəyiAzərbaycan–İran sərhədiKvadrat tənlikZolaqlı kaftarFacebookMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Həzi AslanovQanƏbülfəz ElçibəyXəyalə QuliyevaBizans imperiyasıFransaDüzbucaqlıNəriman AxundzadəQotika (memarlıq)Möminə Xatun türbəsiHomoseksuallıqHeydər Əliyev MərkəziUkraynaAzərbaycan Texniki UniversitetiMonqol imperiyasıBallistik raketŞizofreniyaAzərbaycandakı şəhərlərin siyahısıAzərbaycanın dövlət bayramları və xüsusi günləriSaitSüni intellektSumqayıtVətən uğrunda medalıMingəçevirAzərbaycan Silahlı QüvvələriKütlə vahidləriFellatioÇəmbərəkənd parkıUşaqlıq yolu (anatomiya)SufizmÇıraqqalaŞəki xan sarayıİsmin hallanmasıAzərbaycan Dövlət İqtisad UniversitetiRuhullah XomeyniDağlıq QarabağAzərbaycanın sərhədləriDaxili İşlər Nazirliyi (Azərbaycan)Albert Eynşteynİbrahimxəlil xanAlqoritmÜnsiyyətKubTorpaq sürüşməsiNaftalan🡆 More