Kor bağırsaq - lat.
Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - lat. appendix vermiformis (processus vermiformis s. appendix - BNA) deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və lat. ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır. Həmin dəliyin ətrafında selikli qişadan əmələ gəlmiş və aypara əklində bir qapaq - lat. valvula appendicis vermiformis vardır. Kor bağırsaq və soxulcanabənzər çıxıntı birlikdə filogenez və ontogenez cəhətcə vahid üzv qəbul edilməlidir; inkişaf dövründə qeyri-bərabər böyüməsi nəticəsində kor bağırsağın aşağı ucu zəif inkişaf edərək soxulcanabənzər çıxıntıya çevrilir. Yenidöğulmuşlarda kor bağırsaq yavaş- yavaş soxulcanabənzər çıxıntıya krçir, belə ki, onların hüdudu bir o qədər məlum olmur. bəzən belə bir hala yetişmiş şəxslərdə də anomaliya olaraq təsadüf olunur. Soxulcanabənzər çıxıntı hər tərəfdən periton ilə örtülüdür, ona görə onun xüsusi çözü (müsariqəsi) - lat. mesoappendix (mesenteriolum processum vermiformis) vardır. Bu çıxıntının vəziyyəti çox müxtəlifdir:
Kor bağırsaq | |
---|---|
| |
Latınca | Cecum |
Qrey | subyekt 249 1177 |
Sistem | Həzm |
Arteriya | Yuxarı, aşağı çöz və qalça arteriyaları |
Limfa | Aşağı çöz limfa düyünləri |
MeSH | Cecum |
Dorlands/Elsevier | Cecum |
Vikianbarda əlaqəli mediafayllar |
Qalça bağırsağın kor bağırsağa açılan yerində qalça kor bağırsaq qapağı - lat. valva ileocecalis (valvula coli s. ileocecalis Bauhini - BNA) vardır. Bu qapaq qıf şəklində olub iki dodaqdan ibarətdir: aşağı dodaq - lat. labium inferius və yuxarı dodaq - lat. labium superius. bunlar selikli qişa büküşlərindən əmələ gəlmişdir; burada həlqəvi əzələ lifləri vardır. Yuxarı və aşağı dodaqlar arasında olan uzunsov dəlik - lat. ostium ileocecale qalça bağırsağı kor bağırsaqla birləşdirir. dodaqların ucları bir-biri ilə birləşərək, hər tərəfdə birər köndələn büküşə - qlça kor bağırsaq yüyəninə - lat. frenulum valvae ileocecalis (frenulum valvulae coli -BNA) keçir. Kor bağırsaq dolduqda həmin yüyənlər gərginləşir və dodaqlar bir-birinə yaxınlaşaraq qapağın dəliyini örtür; beləliklə kor bağırsağa keçən qida qalığı geriyə qayıtmır. Qalça bağırsağın kor bağırsağa keçən yeri Monroy xəttinin (göbək ilə qalça sümüyünün ön yuxarı tinini birləşdirən xəttin) ortasında yerləşmişdir; bu yerə cərrahlıqda Mark-Burney nöqtəsi deyilir.
This article uses material from the Wikipedia Azərbaycanca article Kor bağırsaq, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.